Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-209/2020 27.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı, onun vəkilləri və nümayəndələri Vəkil və X16, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehna qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı Cavabdehna qarşı onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh baş həkiminin verdiyi xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdehna öz işinə bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir İşin halları İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh baş həkiminin verdiyi xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdehna öz işinə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasındaİddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı xx xxxxxx 1978-cı il tarixdə Şəki şəhərində anadan olmuş və o, xx xxxxxx 2008-ci il tarixdən Cavabdehnda tibb bacısı və xx xxxxxx 2011-ci il tarixdən isə Rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı vəzifəsində işləməyə başlamışdır. İddiaçı həmişə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Lakin, Cavabdeh baş həkimi İddiaçı qarşı qərəzli münasibət nümayiş etdirmişdir. Belə ki, İddiaçı Cavabdeh baş həkiminin xx xxxxxx 2019-cu il tarixli 2210-K saylı əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. Bununla da Əmək Qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla, qərəzli olaraq İddiaçı öz vəzifəsindən azad edilmişdir. Halbuki işdən azad edilməsi barədə iddiaçıya məlumat verilməmiş və o, işdən azad edildiyi tarixdən xx xxxxxx 2019-cu il tarixədək işdə olmuşdur. İddiaçı vəzifəsindən azad edilməsi üçün hər hansı bir qanuni əsas olmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilsə də, İddiaçı işlədiyi dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin, istərsə də 72-ci maddəsinin bəndlərinin tətbiq edilə biləcəyi heç bir hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. İddiaçının işdən çıxarılması barədə əmr imzalanarkən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi qaydaları haqqındakı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İddiaçı işdən azad edildikdə xəstəxanaya hansı ziyanın dəyməsi, işin ahənginin pozulub-pozulmadığı aradırılmamışdır. İddiaçı işdən çıxarılmamışdan əvvəl izahatı alınmamış, o, bununla bağlı xəstəxanaya dəvət edilməmiş və ona bu barədə xəbərdarlıq edilməmişdir. xx xxxx 2019-cu il tarixdə yoxlama adı ilə akt tərtib edilərkən işçinin iştirakı təmin edilməli, həmin aktda İddiaçı da adı qeyd edilməli idi. Əgər, İddiaçı həmin aktı imzalamaqdan imtina edərdisə, bu barədə aktda ayrıca qeyd aparılmalı idi. Bundan başqa iddiaçının iş saatı 15:00-da başa çatdığı halda bundan sonrakı saatlarda da poliklinika şöbəsində arayışlar verilmişdir. Ümumiyyətlə, işçinin işdən çıxarılmasında həmkarlar ittifaqının rəyi olmalıdır. Bununla bağlı Şəki RMX-sı tərəfindən həmkarlar təşkilatına müraciət deyil, təqdimat verilməli idi. Təqdimat əsasında isə iclas keçirilərkən iddiaçının iştirakı təmin edilməklə bərabər təqdimatın verilməsi üçün əsas olmuş sənədlər həmkarların iclasında tədqiq edilməli, həmkarlar təşkilatının hər bir üzvü işçi kimi İddiaçı müdafiə etməli idilər. Lakin bunun əksinə olaraq həmkarlar təşkilatı öz səlahiyyətlərini yerinə yetirməmişlər, yəni işçini müdafiə etməmişlər. Bu baxımdan hesab edir ki, həmkarlar təşkilatına baş həkimin təsiri olmuşdur. Bundan başqa həmin vaxt həmkarların sədri məzuniyyətdə olsa da, Nuriyə Şükürovanın həmkarların sədr əvəzi olmasına dair cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmkarların qərarı da İddiaçı verilməmişdir. Göründüyü kimi Cavabdeh baş həkimi Elçin Əmirov İddiaçı Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən azad etmişdir. Baş həkim tərəfindən verilmiş əmr həmçinin qanunvericilikdə nəzərdə tutulmuş formaya da uyğun deyildir. Bundan başqa poliklinika şöbəsinin kitablarının məhz İddiaçı təhvil verilməsinə dair cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə də, Cavabdeh rəhbərliyi qanunvericiliyin tələblərini kobud surətdə pozaraq İddiaçı Azərbacan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Halbuki İddiaçı yeganə qazanc yeri onun həmin işi olmuşdur. Qanunsuz olaraq işdən azad edildiyinə görə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasıni məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasındaCavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh böyük tibb bacısı İddiaçı işdən azad edilməsi barədə Cavabdeh baş həkimi Elçin Əmirov tərəfindən xx xxxxxx 2019-cu il tarixli əmr verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, Cavabdeh hüquqşünası kimi onun, Cavabdeh baş həkiminin müavini Şahid3 və Şəki rayon X1 Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyeva tərəfindən xx xxxx 2019-cu il tarixdə Şəki RMX-nın Poliklinika şöbəsində Poliklinika işinin təşkilinin yoxlanılması məqsədilə baxış keçirilmişdir. Yoxlama zamanı poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı xəstələrin ambulator tibbi qeydiyyat jurnalı baxış keçirilməsi üçün istənilmiş, lakin o, qanunsuz tərtib edilmiş surqucsuz və möhürsüz qeydiyyat jurnalı təqdim etmişdir. Jurnala baxış keçirilən zaman arayışı təhvil alan vətəndaşların bəzilərinin imzalarının olmadığı, şəxsiyyət vəsiqəsində göstərilən məlumatların qeydiyyatı aparılmadan sağlamlıq kağızının verilməsi aşkar edilmişdir. Poliklinikanın böyük tibb bacısı İddiaçı təqdim etdiyi ambulator qeydiyyat jurnalından seçmə üsulu ilə 15 nəfər arayış verilən vətəndaşların ambulator kartaları tələb edilmiş, lakin İddiaçı cəmi 2 nəfərin ambulator kartasını onlara təqdim edə bilmişdir. X10 ambulator kartasında xx.xx.2019- cu il tarixdə aldığı forma 086nın müayinələri öz əksini tapmamışdır. X15 xx.xx.2019-cu il tarixdə aldığı forma 086-nın müayinələri sırasında rentgen müayinəsi olmamışdır. Digər 13 nəfərə isə forma 086-nın heç bir müayinədən keçirilmədən verildiyi aşkar edilmişdir. Sağlamlıq kağızlarının qeydiyyatı jurnalında arayışların hansı təşkilata təqdim olunmasına dair heç bir məlumat olmamışdır. Bununla bağlı tərəflərindən xx xxxx 2019-cu il tarixli akt tərtib edilmiş və bu barədə baş həkim Elçin Əmirova məlumat verilmişdir. Cavabdeh baş həkimi Elçin Əmirov tərəfindən X22 X7 sədri İradə Xəlilovaya yazılmış xx xxxx 2019-cu il tarixli təqdimatda Şəki rayon X1 şöbəsində aparılan yoxlama zamanı tərtib olnmuş xx xxxx 2019-cu il tarixli akta əsasən Şəki Rayon X1 şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. Cavabdeh X22 X7 xx xxxxxx 2019-cu il tarixli iclasında Cavabdeh baş həkimi X17 İttifaqı Şurasına ünvanladığı xx xxxx 2019-cu il tarixli, 1442 nömrəli məktuba əsasən konsultativ poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işdə buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi məsələsi müzakirə edilmiş və xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməməsi qərara alınmışdır. Cavabdeh baş həkimi Elçin Əmirovun xx xxxxxx 2019-cu il tarixli əmrinə əsasən Şəki rayon X2 Poliklinika Şöbəsinin böyük tibb bacısı İddiaçı ilə bağlanmış 530 nömrəli əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən xitam verilmiş və İddiaçı son haqq-hesabı əmək kitbçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi qərara alınmışdır. İşdən azad edilsə də sonradan məlum olmuşdur ki, iddiaçı 06-xx xxxxxx 2019cu il tarixlərdə də iş yerinə gələrək işə davamiyyət jurnalına imza atmışdır. Onlar xx xxxxxx 2019-cu il tarixdə Şəki rayon X2 Poliklinika Şöbəsində işləmiş sabiq böyük tibb bacısı İddiaçı şöbənin sənədlərinin təhvil-təslim işində iştirak etmişlər. İddiaçı Şəki rayon X2 Poliklinika Şöbəsinə aid olan 10 ədəd rəsmi kitabları təhvil vermiş, yalnız Şəki RMX-nın Konsultativ Poliklinika Şöbəsinin vətəndaşlara verilən arayış qeydiyyat kitabını təhvil verməmiş, kitabı verməməyini kitabı evə aparması ilə əsaslandırmış, kitabı gedib evdən gətirə biləcəyini bildirmiş və maşınla harasa gedərək 30 dəqiqədən sonra vətəndaşlara verilən arayışların qeydiyyatı kitabını gətirib təhvil vermişdir. İddiaçı əsas vəzifələrindən biri tələb olunan hesabat-qeydiyyat sənədlərini aparmaq, həkim təyinatlarının, müəyyən olunmuş iş normalarının və istehsalat tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə, yeni daxil olmuş xəstələrin sanitar işlənmələrinin keyfiyyətinə, epidemiyaya qarşı tədbirlərin görülməsinə, otaqların və görülmüş işlərin sanitar-gigiyenik vəziyyətinə nəzarət etmək olmuşdur. Lakin İddiaçı öz vəzifələrini düzgün yerinə yetirməmişdir. Təlimata əsasən hər bir vətəndaş poliklinika şöbəsinə arayış üçün gəldikdə anket açılmalıdır. Anketi anket otağında İddiaçı deyil, digər tibb bacısı açır. Sonra vətəndaş anketi götürüb digər tibb bacısı ilə həkimlərin yanına gedir. Vətəndaşın yanına getdiyi həkimlər onu müayinə edir, analizlər toplanılır və bundan sonra əldə edilmiş anet məlumatları poliklinika şöbəsinin müdirinə təqdim edilir. Poliklinikanın müdiri isə müraciət etmiş vətəndaşın səhhətinin vəziyyətinə uyğun arayış verir. Şöbə müdiri arayışı doldurub, imzalayıb, möhürləyib vətəndaşa verir, anket isə arxivə qayıdır. Vətəndaş anket otağına gəldikdə adı jurnala düşür. Həmin jurnalı böyük tibb bacısı doldurur. Həmin jurnala vətəndaşa verilmiş arayışlarla bağlı məlumatlar daxil edilir. Halbuki poliklinika şöbəsində verilən arayışlarla bağlı Şəki MRX-nın möhürü ilə təsdiq edilmiş, nömrələnmiş və surquçlu bir jurnal olmalı olduğu halda yoxlamaya getdikləri zaman İddiaçı tərəfindən həmin jurnal onlara təqdim edilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı digər sənədləri təqdim edib akt tərtib edildikdən sonra gedib haradansa həmin qanuni jurnalı gətirib ona təqdim etmişdir. Elnarənin sonradan təqdim etdiyi surquçlu və möhürlü jurnala baxıldıqda isə qeyri-qanuni şəkildə tərtib edilmiş və xx xxxx 2019-cu il tarixdə Elnarənin təqdim etdiyi jurnaldakı məlumatların surquçlu və möhürlü jurnalda öz əksini tapmaması müəyyən edilmişdir. Əvvəlcədən kitabların Elnarəyə təhvil verilməsinə dair heç bir sənədləşmə işləri aparılmamışdır. Lakin poliklinikaya aid kitablara vəzifə öhdəliyinə, əmək funksiyasına uyğun olaraq məhz İddiaçı cavabdehlik daşımaqla həmin kitablar İddiaçı saxlanıldığından xx xxxxxx 2019-cu il tarixdə də kitablar məhz Elnarədən təhvil alınmışdır. İddiaçı xx xxxxxx 2019-cu il tarixədək işə gəlmiş və ona bu barədə məlumat daxil olduqdan sonra, o, xx xxxxxx 2019- cu il tarixdə işə gəlmə barədə tebeli imzalamasına İddiaçı imkan verməmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə işdən çıxması barədə Kadrlar Şöbəsi tərəfindən məlumat verilmiş və İddiaçı işdən çıxarılmasından xəbəri olmuşdur. Həmçinin, İddiaçı barəsində olan əmri götürməsi və onda olan sənədləri təhvil verməsi barədə də məlumat verilmişdir. Bütün bunlara baxmayaraq İddiaçı xəstəxanada müvafiq tibb bacısı işi ilə təmin edilməsinə Şəki RMX-nın rəhbərliyi etiraz etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xx xxxxxx 2019-cu il tarixli əmr ilə əmək funksiyasını yerinə yetirilmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx xxxxxx 2019-cu il tarixdən Azərbacan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı verilən əmr əsaslı və qanunidir. Odur ki, əsassız olduğuna görə İddiaçı iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasındaşahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəki Rayon X1 Şöbəsinin müdiri vəzifəsində işləyir. İşlədiyi poliklinika işçilərinin hərəsinin öz vəzifə öhdəliyi vardır və o, poliklinika işçilərindən kimin hansı işi görməli olduğundan məlumatlıdır. Poliklinikada böyük tibb bacısı işləmiş İddiaçı da vəzifəsi vətəndaşlara verilən arayışların tərtib edilməsi, arayışların qeydiyyatının aparılması, dərmanların alınıb gətirilməsinə nəzarət və əmək müqaviləsində nəzərdə tutulan digər vəzifələri olmuşdur. Vətəndaş özü arayışla bağlı poliklinika şöbəsinə müraciət etdikdə ilkin olaraq qeydiyyat otağına yaxınlaşır. Anket otağında vətəndaşın anketinin olub-olmaması yoxlanılır. Əgər, vətəndaşın anketi yoxdursa, ona anket açılır. Bundan sonra vətəndaş həkimin yanına gedir. Digər arayışlar isə sağlamlıq arayışlarıdır. Bu halda anket məlumatları götürüləndən sonra vətəndaş İddiaçı yaxınlaşır və İddiaçı da sağlamlıq arayışının şəxsiyyətlə bağlı hissəsini doldurur və vətəndaşın həkimlərin yanına getməsi üçün həmin arayışı vətəndaşa qaytarır. Həkimlər tərəfindən arayışa müvafiq qeydlər aparıldıqdan sonra arayış hansısa tibb bacısı və ya vətəndaşın özü tərəfindən ona təqdim edilir. O, da təqdim edilmiş arayışı imzalayıb, möhürləyib qaytarır. Anket olmasa, arayışı imzalamır və möhürləmir. Müalicə məqsədi ilə həkimə gəlmiş şəxslərlə bağlı xəstəliyə dair arayışlar isə İddiaçı qayıdır. Xəstəlik arayışları ilə bağlı İddiaçı jurnalda qeydiyyat aparır. Elnarə işlədiyi dövrdə onun iş saatı saat 15 :00-da başa çatmışdır. Sağlamlıq arayışları gün ərzində axşam saat 17-18-ə kimi verilə bilir. Bu arayışlarla bağlı müraciət edən şəxsləri hansı tibb bacısı həkimlərdən keçirirsə, həmin tibb bacıları da bu arayışları qeydiyyata salmalı olmuşlar. Həmçinin həmin arayışlar barədə məlumatları da müvafiq kitaba sonuncu müayinəni həyata keçirən həkimə təhkim edilmiş tibb bacısı daxil etməli olmuşdur. Arayışlarda sahə həkiminin də imzası olur. Müəyyən qrup xəstələrin, yəni şəkər xəstələrinin, onkoloji xəstələrin, uşaqların qeydiyyatı isə poliklinika şöbəsində deyil digər müvafiq şöbələrdə aparıldığılndan həmin şəxslərlə bağlı anketlər də poliklinika şöbəsində saxlanılmır. Bəzi vətəndaşlar isə anketlərini özlərində də saxlaya bilirlər. Ali məktəbə daxil olan şəxslərin Mərkəzi Rayon Xəstəxanasında anketlərinin olmaması isə onların 18 yaşlarının tamam olmaması və onların anket məlumatlarının uşaq xəstəxanalarında olmasıdır. Lakin hər bir halda anket məlumatına dair qovluq olmadan vətəndaşa arayışlar verilməmiş və o, anket qovluqlarını görmədən belə bir arayışları imzalamamış və möhürləməmişdir. İddiaçı vəzifəsindən azad edildiyi dövrdə o, özü məzuniyyətdə olmuşdur. Birinci instansiya məhkəməsinin iclasındaşahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2018-ci il tarixdən Cavabdehnda baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində işləyir. Bundan əvvəl o, 2011-2013-cü illərdə Oxud kənd həkim məntəqəsinin müdiri, 2013-2018-ci illərdə isə Şəki RMX-nın Terapiya Şöbəsinin həkimi vəzifəsində işləmişdir. İddiaçı onun uzaq qohumudur, onunla heç bir ədavəti yoxdur. Tarixi və vaxtı dəqiq yadında olmasa da, baş həkimin göstərişinə əsasən xəstəxananın hüquq məsləhətçisi Nümayəndə, Şəki Rayon X1 Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyevanın və onun tərəfindən xx xxxx 2019-cu il tarixdə Şəki RMX-nın Poliklinika şöbəsində Poliklinika işinin təşkilinin yoxlanılması məqsədilə baxış keçirilmişdir. Yoxlama zamanı poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı sənədləşmə işləri ilə bağlı poliklinikanın bütün rəsmi kitabları baxış keçirilməsi üçün istənilmişdir. İddiaçı da müəyyən kitabları təqdim etmişdir. Həmin kitablardan biri də qanunsuz tərtib edilmiş surqucsuz və möhürsüz xəstələrin ambulator tibbi qeydiyyat jurnalı olmuşdur. Poliklinikada sənədləşmə işlərinin aparılması Elnarəyə aid olduğundan, bununla bağlı Elnarə cavabdehlik daşıdığından, təqdim edilmiş surqucsuz və möhürsüz qeydiyyat jurnalında Elnarənin adı olmadığından o, Elnarədən poliklinikada arayışların qeydiyyatının aparıldığı başqa kitabın olubolmadığını soruşmuş, lakin İddiaçı onun tərtib etdiyi sənədlərin qeyd edildiyi digər bir kitabın olmadığını və onun özünün arayış vermədiyini bildirmişdir. Elnarənin təqdim etdiyi həmin surqucsuz və möhürsüz jurnala baxış keçirilən zaman arayışı təhvil alan vətəndaşların bəzilərinin imzalarının olmadığı, şəxsiyyət vəsiqəsində göstərilən məlumatların qeydiyyatı aparılmadan sağlamlıq kağızının verilməsi aşkar edilmişdir. O, İddiaçı onda arayışların qeydiyyatının aparıldığı başqa kitabların olubolmadığını soruşduqda, İddiaçı onda başqa kitabların olmadığını bildirmişdir. Yoxlama zamanı imzasız, şəxsiyyət vəsiqəsi məlumatları olmadan arayışların yazıldığı müəyyən edilmişdir. Yoxlama zamanı kitabları təqdim edərkən o, İddiaçı orjinal kitabın olubolmadığını soruşmuş və hətta, İddiaçı təqdim etdiyi surqucsuz və möhürsüz xəstələrin ambulator tibbi qeydiyyat kitabının qaralama olub-olmasını soruşmuşdur. Lakin, İddiaçı yenə dətəqdim etdiyi surqucsuz və möhürsüz xəstələrin ambulator tibbi qeydiyyat jurnalının qaralama olmadığını demişdir. Yoxlama zamanı müəyyən etdikləri pozuntularla bağlı akt tərtib etmişlər. Həmin akt onun kompyuterində tərtib edilmişdir. Yoxlamanın nə qədər müddətdə davam etdiyi, aktın neçə saata yazıldığı, poliklinika şöbəsinin müdirinin hansı tarixdə məzuniyyətə çıxması yadında deyildir. Həmin aktın məzmununu İddiaçı oxumuşdur. Lakin, aktı imzalamaq üçün İddiaçı təqdim edib-etmədiyi yadında deyildir. Akt elə həmin gün tərtib edilməklə, həmin gün günün ikinci yarısı da Şəki MRX-nın baş həkiminə təqdim edilmişdir. Sağlamlıq arayışlarının qeydiyyatı jurnalı İddiaçı olmalı idi. Çünki, arayışlarla bağlı həkimlərdən keçən vətəndaşlar sonda İddiaçı yanına gəlməli, İddiaçı da bununla bağlı arayışları tərtib edib imzalanması üçün poliklinikanın müdirinə təqdim etməli idi. Həmçinin, yekunda qeydlər aparılmış ambulator kartalar da gətirilib İddiaçı verilmişdir. Birinci instansiya məhkəməsinin iclasındaşahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1971-ci ildən Cavabdehnda həkim-laborant işləyir və həmin vaxtdan X22 X7 üzvüdür. İddiaçı ilə qohumluğu və ya ədavəti yoxdur. O, İddiaçı işdən azad edildyini eşitmiş və buna görə də baş həkimin yanına gedərək onun işdən azad edilməməsini xahiş etmişdir. Baş həkim isə ona işində pozuntulara yol verməsinə baxmayaraq Elnarəni başqa işlə təmin etməyə hazır olduğunu bildirmişdir. İddiaçı işdən çıxarılması barədə baş həkimin təqdimatına baxılması ilə bağlı həmkarların xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş iclasında iştirak etmişdir. İclasda İddiaçı işdən çıxarılması qərara alınmışdır. İclasa İddiaçı özü də dəvət edilmiş, lakin, İddiaçı iclasa gəlməmişdir. Təqdimata hansı sənədlərin əlavə edildiyini bilmir. İddiaçı səhhəti, ailə vəziyyəti, fizioloji vəziyyəti, himayəsində kimlərin olması araşdırılmamışdır. Həmkarların xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş iclasında İddiaçı barəsində tərtib edilmiş akt əsasında yazılmış təqdimat müzakirə edilmişdir. Akt iclasda elan olunmuşdur. O, İddiaçı iclasda nə üçün iştirak etmədiyini soruşmuş, X22 X7 sədri vəzifəsini icra edən Nuriyə xanım da İddiaçı zəng etdiklərini və bu barədə məlumat verdiklərini, lakin, iclasa gəlmədiyini bildirmişdir. O, özü də İddiaçı ilə əvvəlcədən görüşmüşdür. İddiaçı işə gəlməyən günü onunla əlaqə saxlamışdır. Lakin, həmin gün İddiaçı işdə olubolmadığını bilmir. İclasda 7 nəfər olmuşlar. İclasda o, Laçın həkim çıxış etmişlər. Onların fikirləri ilə digər yoldaşlar da razılaşmışlar. İclasda qərar qəbul olunmuş, lakin qərarın İddiaçı təqdim edilib-edilməməsindən məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin iclasındaşahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Cavabdehnda mühasib işləyir və üç ilə yaxındır ki, X22 X7 üzvüdür. xx xxxx 2019-cu ildə xəstəxanaya məktub daxil olmuşdur ki, İddiaçı qeydiyyat jurnalını yararsız halda təqdim etmişdir. Bununla bağlı baş həkim həmkarlara məktub göndərmişdir. xx xxxxxx 2019-cu il tarixdə həmkarların iclası keçirilmiş, o da həmkarların iclasında iştirak etmişdir. Lakin, iclasın hansı saatda keçirildiyini xatırlamır. Xəstəxanadan daxil olan müraciətdə İddiaçı öz işinin öhdəsindən gələ bilməməsi nəzərə alınaraq onun işdən azad edilməsi məsələsinə rəy bildirilməsi xahiş edilmişdir. İclasda baş həkimin təqdimatında göstərdiyi məsələyə baxılmış və İddiaçı öz işinin öhdəsindən gələ bilmədiyi müəyyən edilmişdir. O, adətən səhər saat saat 09:00dan saat 15:00-a kimi işdə olur. Lakin xx xxxxxx 2019-cu il tarixdə həmkarların iclasına dəvət edildiyindən baş mühasibə məlumat verməklə işdən bir qədər tez çıxmışdır. İclasla bağlı baş mühasib Validəyə saat 10:00-da məlumat vermişdir. İclas ola bilər ki, saat 15:00a kimi davam etmişdir. İclasda məktub və akt oxunub elan olunmuşdur. Onlar işçilərin mənafelərini müdafiə etməlidirlər. İclasda Zahid həkim Elnarə ilə görüşüb-danışdığını və ona baş həkim tərəfindən başqa işə keçirilməsinin təklif olunduğunu bildirmişdir. İclasda pozuntularla bağlı sənədlər araşdırılmamışdır. İclasa İddiaçı özü də dəvət edilmiş, lakin, İddiaçı iclasa gəlməmişdir. İddiaçı iclasda nə üçün iştirak etmədiyi soruşulmuş, Nuriyə xanım da İddiaçı zəng etdiklərini və bu barədə məlumat verdiklərini, lakin, Elnarənin iclasa gəlmədiyini bildirmişdir. İddiaçı iştirakının təmin edilməsi üçün iclas təxirə salınmamışdır. İclasda İddiaçı öz işinin öhdəsindən gələ bilmədiyi və buna görə işindən uzaqlaşdırılması barədə qərar qəbul olunmuşdır. Həmin qərarın İddiaçı təqdim edilməsi məsələsi iclasda müzakirə edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırkı mülki işə baxılarkən ilk olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin tələbinə əməl etməyən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuş, o cümlədən, ədalətli məhkəmə araşdırması naminə verdikləri çoxsaylı vəsatətləri təmin edilməmiş, habelə cavabdehin nümayəndəsinə və şahidlərə verilən suallara alınan cavablar protokolda natamam qeyd olunmaqla birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tədqiq edilmədiyi, araşdırılan sübutlarda zidiyətlər olmasına baxmayaraq əlaqələndirməyə cəhd edilsə də, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın əsaslandırmadığı üçün qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbli Şəki Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmənin gəldiyi nəticəni ədalətsiz hesab edir və həmin qətnamə ilə razılaşmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, eləcə də tərəflərindən verilmiş vəsatətlər təmin edilməyən məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin tələbinə əməl etmədiyi üçün sübutlara birtərəfli və qərəzli şəkildə qiymət verilməklə gəldiyi nəticəni ehtimallara əsaslandığına bariz sübutudur. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hesab edilən və qətnamədə istinad edilmiş Cavabdeh baş həkimi X17 İttifaqına ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubun, X23 X7 xx xxxxxx 2019-cu il tarixli, 40 nömrəli protokolun və s. aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşməsinə baxmayaraq həmin aktların qanuni əsasılarla qəbul edilib-edilməməsini sübut etməkdən bilavasitə yayınan cavbdehin nümayəndəsinə məhkəmə tərəfindən əmək mübahisəsi üzrə qanunda nəzərdə tutulmuş bir aylıq işə baxılma müddəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin tələblərinə əməl etməsinin təklif edilməməsi özü bir pozuntudur. Birinci instansiya məhkəməsi qənaməsində ziddiyyətli mövqeyi ilə qətnaməsini əsaslandırmağa cəhd edərək qeyd etmişdir ki, “xx xxxx 2019-cu il tarixdə akt tərtib edilmiş, bu barədə Cavabdeh baş həkiminə məlumat verilmiş, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı digər sənədləri təqdim edib akt tərtib edildikdən sonra arayışlarla bağlı surquclu, möhürlü, nömrələnmiş və bu məqsədlə qabaqcadan hazırlanmış kitabı Cavabdeh nümayəndəsinə təqdim etmişdir. Elnarənin sonradan təqdim etdiyi surquclu və möhürlü jurnala baxıldıqda onun xx xxxx 2019-cu il tarixdə təqdim etdiyi kitabdakı məlumatların surquçlu və möhürlü jurnalda öz əksini tapmaması müəyyən edilmişdir”. Qətnamədə bir tərəfdən qeyd edilir ki, xx xxxx 2019-cu il tarixdə Poliklinika işinin təşkilinin yoxlanılması məqsədi ilə baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı öz əmək funksiyasını düzgün yerinə yetirməmişdir. Əgər baxış keçirilmişdisə və nəticə olaraq İddiaçı öz əmək funksiyasını düzgün yerinə yetirməməsi barədə Akt tərtib edilmişdisə həmin Aktda digər şəxslərlə yanaşı İddiaçıda imzası olmalıydımı?. Elnarə xanım Aktı imzalamaqdan imtina etmiş olsaydı belə bu hal da qanunamüvafiq formada rəsmiləşdirilməliydimi?. Həqiqətənmi xx xxxx 2019-cu il tarixdə aktda adları qeyd olunan şəxslər tərəfindən yoxlama aparılmışdırmı?. Qeyd etdiyi suallara aydınlıq gətirmək üçün məhkəmə iclasında iştrak etmiş cavabdehin nümayəndəsinə və şahidlərə verdiyi suallar cavabsız qalmış, habelə Aktda Elnarə xanımın adının hansı səbəbdən qeyd olunmaması, əgər həqiqətən də yoxlama olmuşsa, yoxlamanın günün hansı saatında başlayıb nə vaxt bitməsi barədə, o cümlədən Aktın Elnarə xanım tərəfindən imzalanmama səbəbi barədə verdiyi suallarının cavabsız qalması onu deməyə əsas verir ki, xx xxxx 2019-cu il tarixdə hər-hansı yoxlama olmamış, həmin tarixli Akt formal olaraq sonradan tərtib olunmuşdur. İşin qətnamədə qeyd edilən hallarından da müəyyən edilir ki, Cavabdeh baş həkiminin xx xxxxxx 2019-cu il tarixli, 2210-K nömrəli əmri ilə Cavabdeh böyük tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilsə də, bu barədə onun məlumatı belə olmamışdır. Belə ki, Elnarə xanım 06, 07, xx xxxxxx 2019-cu il tarixlərdə adəti üzrə səhər işinə gələrək tabelə imza atmaqla iş vaxtının sonuna, saat 15:00-a kimi işini vicdanla icra etmiş və ona işdən çıxarılma barədə nə baş həkim və ya digər şəxslər tərəfindən məlumat verilməmişdir. Qeyd etdikləri, habelə qətnamədə öz əksini tapmış çoxsaylı ziddiyyətli məqamlar onu deməyə əsas verir ki, qətnamədə qeyd olunanların əksi olaraq xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmr, son haq-hesab, əmək kitabçası Elnarə xanımın xx xxxxxx 2019-cu il tarixədək işdə olması səbəbli Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günündə, yəni xx xxxxxx 2019-ci il tarixdən iddiaçıya verilməsinin mümkün olmamasını özlüyündə sübut etməklə, qətnamənin birtərəfli araşdırma nəticəsində qəbul edilməsinin bariz sübutudur. Ona görə də, apellyasiya şikayətini təmin edərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edərək, İddiaçı Cavabdehna qarşı işə bərpa və sair tələbinə dair iddiasının təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkilləri və nümayəndələri Vəkil və X21 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1718/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Cavabdeh baş həkiminin xx xxxx 2010-cu il tarixli, 32 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi əsasında Şəki rayon X2 Poliklinika Şöbəsinə 1.0 aklad tibb bacısı vəzifəsinə təyin edilmişdir. İşdə olan xx xxxx 2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx xxxx 2010-cu il tarixdən Şəki rayon X2 Poliklinika Şöbəsinə tibb bacısı vəsifəsinə təyin edilmiş və xx xxxxxx 2011-ci il tarixdə həmin əmək müqaviləsinə əlavələr edilərək İddiaçı xx xxxxxx 2011-ci il tarixdən Şəki rayon X2 Poliklinika Şöbəsinə böyük tibb bacısı vəsifəsinə təyin edilmişdir. İşdə olan Cavabdeh baş həkiminin xx xxxxxx 2011-ci il tarixli, 116 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrə əsasən Şəki rayon X2 Poliklinika Şöbəsinin tibb bacısı İddiaçı xx xxxxxx 2011-ci il tarixdən tutduğu vəzifəsindən azad edilərək həmin tarixdə Konsultativ Poliklinika Şöbəsinə böyük tibb bacısı vəzifəsinə təyin edilmişdir. İşdə olan Cavabdeh baş həkiminin müavini Şahid3, Cavabdeh hüquqşünası Nümayəndə və Şəki rayon X1 Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyevanın tərtib etdikləri xx xxxx 2019-cu il tarixli aktda göstərilmişdir ki, Şəki RMX-nın Poliklinika şöbəsində xx xxxx 2019-cu il tarixdə Poliklinika işinin təşkilinin yoxlanılması məqsədilə tərəflərindən baxış keçirilmişdir. Yoxlama zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir. Poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı xəstələrin ambulator tibbi qeydiyyat jurnalına baxış keçirilməsi üçün istənilmiş, lakin o, qanunsuz tərtib edilmiş surqucsuz və möhürsüz qeydiyyat jurnalı təqdim etmişdir. Jurnala baxış keçirilən zaman arayışı təhvil alan vətəndaşların bəzilərinin imzalarının olmadığı, şəxsiyyət vəsiqəsində göstərilən məlumatların qeydiyyatı aparılmadan sağlamlıq kağızının verilməsi aşkar edilmişdir. Poliklinikanın böyük tibb bacısı İddiaçı təqdim etdiyi ambulator qeydiyyat jurnalından seçmə üsulu ilə 15 nəfər arayış verilən vətəndaşların ambulator kartaları tələb edilmiş, lakin o, cəmi 2 nəfərin ambulator kartasını təqdim etmişdir. X10 ambulator kartasında xx.xx.2019-cu il tarixdə aldığı forma 086-nın müayinələri öz əksini tapmamışdır. X15 xx.xx.2019-cu il tarixdə aldığı forma 086-nın müayinələri sırasında rentgen müayinəsi olunmamışdır. Digər 13 nəfərə isə forma 086-nın heç bir müayinədən keçirilmədən verildiyi aşkar edilmişdir. Sağlamlıq kağızlarının qeydiyyatı jurnalında arayışların hansı təşkilata təqdim olunmasına dair heç bir məlumat aşkar olunmamışdır. İşdə olan Cavabdeh baş həkimi Elçin Əmirov tərəfindən X22 X7 sədri İradə Xəlilovaya yazılmış xx xxxx 2019-cu il tarixli təqdimatdan görünür ki, həmin təqdimatla Şəki rayon X1 şöbəsində aparılan yoxlama zamanı tərtib olnmuş xx xxxx 2019- cu il tarixli akta əsasən Şəki rayon X1 şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir İşdə olan X22 X7 xx xxxxxx 2019-cu il tarixli, 40 nömrəli protokolundan görünür ki, X22 X7 xx xxxxxx 2019-cu il tarixli iclasında Cavabdeh baş həkimi X17 İttifaqı Şurasına ünvanladığı xx xxxx 2019-cu il tarixli, 1442 nömrəli məktuba əsasən konsultativ poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işdə buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi məsələsi müzakirə edilmiş və xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməməsi qərara alınmışdır. İşdə olan X22 X7 sədri İradə Xəlilova tərəfindən Cavabdeh baş həkimi Elçin Əmirova ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 34 nömrəli məktubdan görünür ki, (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi) xx xxxx 2019-cu il tarixli, 1442 nömrəli müraciətə cavab olaraq xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə X22 X7 rəyasət heyəti etiraz etmir. İşdə olan Cavabdeh baş həkiminin müavini Şahid3 Cavabdeh baş həkimi Elçin Əmirova ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məlumatda göstərilmişdir ki, Şəki rayon X3 işinin təşkilinin yoxlanması məqsədilə xx xxxx 2019-cu il tarixdə Şəki RMX-nın baş həkimin müavini Şahid3 və RMX-nın hüquqşünası Nümayəndə tərəfindən müəssisəyə baxış keçirilmişdir. Baxış keçirilən zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: Şəki RMX-nın Poliklinika şöbəsinin Baş tibb bacısı İddiaçı zəruri uçot-hesabat sənədləşdirməsi aparılması işini düzgün və qanunamüvafiq şəkildə təşkil etməmişdir. Belə ki, xəstələrə verilən Forma 086-nın qeydiyyatı özlərinin qanunsuz tərtib etdiyi jurnalda aparılmışdır. Poliklinika şöbəsinin baş tibb bacısı cavabdeh olduğu Forma 086-nın qeydiyyatı kitabında aidiyyatı olmayan orta tibb işçilərinin qeydiyyat apardığı məlum olmuşdur. Baş tibb bacısı İddiaçı təqdim etdiyi jurnaldan seçmə üsulu ilə 15 nəfər arayış verilən vətəndaşların ambulator kartları istənilmiş, lakin o, cəmi 2 nəfərin yarımçıq şəkildə tərtib edilmiş ambulator kartasını təqdimedə bilmişdir. İddiaçı təqdim etdiyi jurnaldan başqa forma 086nın qeydiyyatı jurnalının olub olmadığı soruşulduqda-olmadığını bildirmişdir. Həmin jurnalda arayış verilən vətəndaşların bəzilərinin şəxsiyyət vəsiqələrinin qeydiyyatı arayış təqdim olunan vətəndaşların imzası, arayışın hansı müəssisəyə təqdim olunması barədə heç bir qeydiyyat aparılmamışdır. İşdə olan orta tibb heyəti olan böyük tibb bacısı (qardaşı), mama, feldşer, diş texnikinin əmək funksiyasından çıxarışdan görünür ki, onlar-öz ixtisası üzrə rəhbərlik etdiyi sahədə orta və kiçik tibb heyətinin işini təşkil edir və onlar tərəfindən əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət edir. Həkimlərin normal işləməsi üçün orta və kiçik tibb heyətindən tələb olunan şəraitin yaradılmasını və şöbədə (yarımstansiyada) ümumi intizam qaydalarına riayət olunmasını təmin edir. Şöbənin (yarımstansiyanın) müntəzəm olaraq tibbi alətlər, dərman və tibbi materiallarla təchiz olunmasına nəzarət edir. Şöbədə (yarımstansiyada) əmlakın və tibbi inventarın qorunması və avadanlığın vaxtında təmir olunması, xəstələrin qidalanması və yeməklərin şöbələrə daşınması işlərini təşkil edir. Güclü təsirli, tərkibində zəhərli maddələr olan dərmanların və materialların düzgün uçotunun aparılmasını və saxlanılmasını, şöbənin (yarımstansiyanın) heyəti tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına, aseptika və antiseptika qaydalarına düzgün riayət olunmasını təmin edir. Tələb olunan hesabatqeydiyyat sənədlərini aparır. Həkim təyinatlarının, müəyyən olunmuş iş normalarının və istehsalat tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə, yeni daxil olmuş xəstələrin sanitar işlənmələrinin keyfiyyətinə, epidemiyaya qarşı tədbirlərin görülməsinə, otaqların və görülmüş işlərin sanitar-gigiyenik vəziyyətinə nəzarət edir. İşdə olan Cavabdeh baş həkimi Elçin Əmirovun xx xxxxxx 2019-cu il tarixli, 2210-K saylı əmrindən çıxarışdan görünür ki, Şəki rayon X2 Poliklinika Şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış 530 nömrəli əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən xitam verilmiş və İddiaçı son haqq-hesabı əmək kitbçası və həmin əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş gününün verilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh hüquq məsləhətçisi Nümayəndə Cavabdeh baş həkimi Elçin Əmirova ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məlumatından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Şəki rayon X2 Poliklinika Şöbəsində işləmiş sabiq böyük tibb bacısı İddiaçı şöbənin sənədlərinin təhvil-təslim işində iştirak etmişlər. İddiaçı Şəki rayon X2 Poliklinika Şöbəsinə aid olan 10 ədəd rəsmi kitabları təhvil vermiş, yalnız Konsultativ Poliklinika Şöbəsinin vətəndaşlar verilən arayış qeydiyyat kitabını təhvil verməmiş, kitabı verməməyini kitabı evə aparması ilə əsaslandırmış, kitabı gedib evdən gətirə biləciyini bildirmiş və maşınla harasa gedərək 30 dəqiqədən sonra vətəndaşlara verilən qeydiyyat kitabını gətirib təhvil vermişdir. İşdə olan Cavabdeh hüquq məsləhətçisi Nümayəndə, Cavabdeh kadrlar üzrə mütəxəssisi Ellada Qarayevanın, Cavabdeh Terapiya Şöbəsinin müdiri və Poliklinika Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyevanın və Şəki rayon X2 Poliklinika Şöbəsinin böyük tibb bacısı işləmiş İddiaçı iştirakı ilə xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, Şəki rayon X2 Poliklinika Şöbəsinin böyük tibb bacısı işləmiş İddiaçı Konsultativ Poliklinika Şöbəsinə aid olan rəsmi sənədlər təhvil-təslim alınmış və 10 adda kitab (jurnal) təhvil verilmişdir. Həmin aktda arayış jurnalının olmadığı, təqdim edilmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 80-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Birinci instanisya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, əmək fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı İddiaçı böyük tibb bacısı kimi öz ixtisası üzrə rəhbərlik etdiyi sahədə orta və kiçik tibb heyətinin işini təşkil etməli və onlar tərəfindən əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət etməli, həkimlərin normal işləməsi üçün orta və kiçik tibb heyətindən tələb olunan şəraitin yaradılmasını və şöbədə (yarımstansiyada) ümumi intizam qaydalarına riayət olunmasını təmin etməli, şöbənin (yarımstansiyanın) müntəzəm olaraq tibbi alətlər, dərman və tibbi materiallarla təchiz olunmasına nəzarət etməli, şöbədə (yarımstansiyada) əmlakın və tibbi inventarın qorunması və avadanlığın vaxtında təmir olunması, xəstələrin qidalanması və yeməklərin şöbələrə daşınması işlərini təşkil etməli, güclü təsirli, tərkibində zəhərli maddələr olan dərmanların və materialların düzgün uçotunun aparılmasını və saxlanılmasını, şöbənin (yarımstansiyanın) heyəti tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına, aseptika və antiseptika qaydalarına düzgün riayət olunmasını təmin etməli, tələb olunan hesabat-qeydiyyat sənədlərini aparmalı, həkim təyinatlarının, müəyyən olunmuş iş normalarının və istehsalat tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə, yeni daxil olmuş xəstələrin sanitar işlənmələrinin keyfiyyətinə, epidemiyaya qarşı tədbirlərin görülməsinə, otaqların və görülmüş işlərin sanitar-gigiyenik vəziyyətinə nəzarət etməli idi. Lakin, Cavabdeh böyük tibb bacısı İddiaçı öz əmək funksiyasını düzgün yerinə yetirməmişdir. Belə ki, Cavabdeh baş həkiminin müavini Şahid3, Cavabdeh hüquqşünası Nümayəndə və Şəki rayon X1 Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyeva tərəfindən Şəki RMX-nın Poliklinika şöbəsində xx xxxx 2019-cu il tarixdə Poliklinika işinin təşkilinin yoxlanılması məqsədilə baxış keçirilmişdir. Yoxlama zamanı poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı xəstələrin ambulator tibbi qeydiyyat jurnalına baxış keçirilməsi üçün istənilmiş, lakin o, bunun üçün nəzərdə tutulmamış surqucsuz və möhürsüz qeydiyyat jurnalı təqdim etmiş, jurnala baxış keçirilən zaman arayışı təhvil alan vətəndaşların bəzilərinin imzalarının olmadığı, şəxsiyyət vəsiqəsində göstərilən məlumatların qeydiyyatı aparılmadan sağlamlıq kağızlarının verilməsi aşkar edilmiş, poliklinikanın böyük tibb bacısı İddiaçı təqdim etdiyi ambulator qeydiyyat jurnalından seçmə üsulu ilə 15 nəfər arayış verilən vətəndaşların ambulator kartaları tələb edilmiş, lakin o, cəmi 2 nəfərin ambulator kartasını təqdim etmiş, X10 ambulator kartasında xx.xx.2019-cu il tarixdə aldığı forma 086-nın müayinələri öz əksini tapmamış, X15 xx.xx.2019-cu il tarixdə aldığı forma 086- nın müayinələri sırasında rentgen müayinəsi olunmamış, digər 13 nəfərə isə forma 086-nın heç bir müayinədən keçirilmədən verildiyi aşkar edilmiş, Sağlamlıq kağızlarının qeydiyyatı jurnalında arayışların hansı təşkilata təqdim olunmasına dair heç bir məlumat olmamışdır. Bununla bağlı xx xxxx 2019-cu il tarixdə akt tərtib edilmiş, bu barədə Şəki RMX-nın baş həkiminə məlumat verilmiş, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı digər sənədləri təqdim edib akt tərtib edildikdən sonra arayışlarla bağlı surquçlu, möhürlü, nömrələnmiş və bu məqsədlə qabaqcadan hazırlanmış ktabı Şəki MRX-nın nümayəndəsinə təqdim etmişdir. Elnarənin sonradan təqdim etdiyi surquçlu və möhürlü jurnala baxıldıqda onun xx xxxx 2019-cu il tarixdə təqdim etdiyi kitabdakı məlumatların surquçlu və möhürlü jurnalda öz əksini tapmaması müəyyən edilmişdir. Cavabdeh baş həkimi Elçin Əmirov tərəfindən X22 X7 sədri İradə Xəlilovaya yazılmış xx xxxx 2019-cu il tarixli təqdimatla Şəki rayon X1 şöbəsində aparılan yoxlama zamanı tərtib olnmuş xx xxxx 2019-cu il tarixli akta əsasən Şəki rayon X1 şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işdə qalıbqalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. X22 X7 xx xxxxxx 2019-cu il tarixli, 40 nömrəli protokoluna əsasən X22 X7 xx xxxxxx 2019-cu il tarixli iclasında Cavabdeh baş həkimi X17 İttifaqı Şurasına ünvanladığı xx xxxx 2019-cu il tarixli, 1442 nömrəli məktuba əsasən konsultativ poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işdə buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsinin mümkünlüyü müzakirə edilmiş və xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməməsi qərara alınmışdır. Cavabdeh baş həkiminin xx xxxxxx 2019-cu il tarixli, 2210- K nömrəli əmri ilə Cavabdeh böyük tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehnin nümayəndəsi isə iddianı qəbul etmir. İddiaçı iddiasının əsası kimi öz əmək fünsiyalarını lazımi qaydada yerinə yetirdiyini bildirsə də, onun bununla bağlı göstərdiyi hallar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında olmadığı kimi, məhkəmə iclasları zamanı da İddiaçı öz əmək funksiyasını yerinə yetirməsi, yəni barəsində tərtib edilmiş aktda göstərilən pozuntuları etmədiyini, eyni zamanda iddiasının əsaslı olduğunu göstərə biləcək halları sübut edə bilmədi. Əksinə Cavabdeh nümayəndəsinin izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə, o cümlədən tərtib edilmiş aktlarla tam təsdiq edilir ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq qəsdən vəzifə borcunu yerinə yetirməmiş,xəstəxanaya müraciət etmiş şəxslərə verilmiş arayışlarla bağlı sənədləşdirmə işlərinin düzgün şəkildə yerinə yetirilməsindən yayınmışdır. Buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Bununla bağlı Cavabdeh baş həkimi tərəfindən İddiaçı işdən azad edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli əmr verilmiş və həmin əmr verilərkən qanunvericiliyin hər hansı bir tələbləri pozulmamışdır. Həmin əmrin ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instanisya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdehna qarşı onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh baş həkiminin verdiyi xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdehna öz işinə bərpa olunması tələbinə dair iddiası təmin edilməməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X8 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü bəndinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. ƏM-in intizam tənbehinin verilməsi qaydalarını müəyyən edən 187-ci maddəsinin tələblərinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından mübahisəsiz qaydada görünür ki, iddiaçıya onunla əmək müqaviləsinə xitam verilərkən ondan yazılı izahat verilməsini tələb edilməsi və onun həmin izahatı verməkdən imtina etməsi barədə heç bir sübut yoxdur. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına da ƏM-in 187-ci maddəsinin tələbləri baxımından heç bir hüquqi qiymət verməmişdir. İddiaçının işdən çıxarılmasına razılıq verilməsi barədə Həmkarlar təşkilatının işin 67- 69-cu vərəqələrindəki protokolundan görünür ki, iddiaçının həmin iclasa dəvət edilməsi, lakin gəlməməsi barədə də heç bir sübut yoxdur. Həmin iclasda iştirak edərək çıxış edən şəxslərdən heyyət üzvü Laçın İbrahimxəlilov və Şahid2 alınacaq qərara etiraz etmədiklərini bildirmişlər. Həmin şəxslərdən biri olan Şahid2 birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o, İddiaçı işdən azad edildiyini eşitmiş və buna görə də baş həkimin yanına gedərək onun işdən azad edilməməsini xahiş etmişdir. Baş həkim isə ona işində pozuntulara yol verməsinə baxmayaraq Elnarəni başqa işlə təmin etməyə hazır olduğunu bildirmişdir. Həmin iclasda iştirak edən Şahid4 verdiyi ifadəsində iclas zamanı pozuntularla bağlı sənədlərin araşdırılmaması göstərilmişdir. Həmçinin iclas iştirakçılarının ifadələrində İddiaçı işdən çıxarılmasının qarşısını almaq üçün Zahid həkimin baş həkimin yanına xahişə getməsi, lakin, onun xahişinin nəticə verməməsi əksini tapsa da, iclasın yekunu olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etirazın olmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı öz əmək funksiyalarını lazımınca yerinə yetirməsini sübuta yetirdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün qənaətə gəlməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən, onun əmək müqaviləsinin şərtlərini pozması və əmək funksiyalarını lazımınca yerinə yetirməməsi barədə cavabdehin qənaəti əsaslı olmamışdır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxxx 2019cu ildə İddiaçı Şəki rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı vəzifəsində işləyərkən həmin xəstəxananın baş həkiminin müavini Şahid3, RMX-nın hüquqşünası Nümayəndə və RMX-nın Poliklinika şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Lalə Nuriyeva tərəfindən onun iş yerində yoxlama aparmış və həmin tarixdə tərtib edilmiş aktda göstərilən nöqsanlar aşkar edilmişdir. Tərtib edilmiş akt yuxarıda göstərilən şəxslər tərəfindən imzalanaraq təsdiq edilsə də, hazırki iş üzrə iddiaçı olan fəaliyyəti yoxlanılan İddiaçı tərəfindən təsdiq edilməmiş, həmçinin həmin yoxlamanın keçirilməsi zamanı aşkar edildiyi iddia edilən nöqsanlarla bağlı sonuncunun yazılı izahatı alınmamışdır. Həmin gün Cavabdeh baş həkimi X4 Rayon Mərkəzi X9 X7 sədri İradə xanım Xəlilovaya Şəki rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı işində yol verdiyi nöqsanlara və vəzifə öhdəliyini yerinə yetirmədiyinə görə işdə qalıb-qalmaması məsələsinə münasibət bildirməsi üçün müraciət etmişdir. Cavabdeh Səhiyyə İşçiləri X7 xx.xx.2019-cu ildə keçirilmiş iclasında məktub və akt elan olunmuş, iclas iştirakçılarının izahatları dinlənilmiş, yekunda İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etirazın olmaması barədə qərar qəbul edilmişdir. Həmin iclasın iştirakçılarının birinci instansiya məhkəməsində verdikləri izahatlardan görünür ki, onlar İddiaçı işdən azad olunmasının qarşısını almaq üçün baş həkimə xahişlə müraciət etmələrinə baxmayaraq baş həkimin razılığını ala bilmədiklərindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişlər. Bu isə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə həkarlar təşkilatının razılıq verməsi kimi qiymətləndirilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 77.2-ci mаddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar müəyyən edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı hazırki iddia ilə məhkəmə kollegiyasına müraciət etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiаnı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı Cavabdehna qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh baş həkimi X6 Şəki rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış 530 nömrəli Əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 2210-K nömrəli əmri ləğv edilməli, İddiaçı Şəki rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) vəzifəsinə bərpa edilməli, İddiaçı işdən azad olunduğu xx xxxxxx 2019-cu il tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İdddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1718/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehna qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh baş həkimi X6 Şəki rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış 530 nömrəli Əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 2210-K nömrəli əmri ləğv edilsin. İddiaçı Şəki rayon X2 poliklinika şöbəsinin böyük tibb bacısı (qardaşı) vəzifəsinə bərpa edilsin. İddiaçı işdən azad olunduğu xx xxxxxx 2019-cu il tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-209/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-209/2020
27.01.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver