Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-21/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızına qarşı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması tələbinə dair iddiası, iddiaçı Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının cavabdehlər İddiaçı, X8 və X3 qarşı mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması» tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X4 Mingəçevir şəhəri, Naxçıvan küçəsi 46 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun tanınması və Cavabdeh və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı isə iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onu və azyaşlı övladı xx.xx.2015-ci il təvəlüdlü X9 ilə birlikdə cavabdeh İddiaçı adına olan olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilə köçürülməsi, mənzildən istifadə hüququnun tanınması və mübahisəli mənzilin ümumi istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzər nümayəndəsi-vəkili X5 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Məmmədova X1 şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilinin mülkiyyətçisidir və mülkiyyət hüquqları xx.xx.2015-ci ildə qeydə alınmışdır. İddiaçının oğlu Əli Məmmədov cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı ilə xx xxxxxxxx 2014-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Məhkəmənin qətnaməsinə əsasən cavabdeh Gülşüd Məmmədova ilə Əli Məmmədob arasında olan nikah xx.xx.2017-ci ildə pozulmuşdur. Ancaq əvvəldən cavabdeh onlarla birgə yaşamamış, cavabdeh uşaqla birlikdə valideynlərinin evində yaşamışdır. Buna baxmayaraq cavabdeh onun mənzilində əşyalarını saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur, mənzildən saxlanc kimi istifadə edir. Cavabdeh iddiaçıya məxsus mənzildən istifadə etməmiş və yalnız qeydiyyat düşməsinə icazə verilmişdir. Ona görə də İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının etibarnamə üzər nümayəndəsivəkili Məmmədov Fərhad Möhübbət oğlu iddia ərizəsini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ilkin iddia ilə qəti razı deyil. Belə ki, iddiaçı Cavabdeh Əli Məmmədovla xx xxxxxxxx 2014-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx xxxxxx 2015-ci ildə Canər adlı övladları olmuşdur. Tərəflər ilk vaxtlar mehriban ailə kimi dolansalar da sonradan ailədə söz-söhbətlər yaranmışdır. Bütün bunların nəticəsində 2017-ci ilin avqust ayında Mingəçevir şəhər məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Cavabdeh (Hacıyeva) Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilinə gəlin köçmüş və cehiz əşyaları bu gündə oradadır. Cavabdeh 2015-ci ildə rəsmi olaraq həmin mənzilə pasport qeydiyyatına düşmüş və həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmuşdur. Mənzil özəlləşən zaman Cavabdeh (Hacıyeva) da ailə üzvü kimi razılığı əsasında yaşadığı mənzil cavabdeh İddiaçı adına özəlləşdirilmişdir. Gülşad Hacıyeva ilə Ə.Məmmədov arasında nikah pozulduqdan sonra Cavabdeh mübahisəli mənzilə buraxılmamışdır.Halbuki, onun həmin mənzildən istifadə hüquqları var, həmin mənzildə qeydiyyatdadır və ona məxsus cehiz əşyalar da əmin mənzildədir. Cavabdeh (Hacıyeva) başqa yaşayış yeri yoxdur və cavabdehlər onu mənzilə buraxmadıqları üçün məcbur olub müvəqqəti atası evində yaşayır. Oda görə də Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızını və azyaşlı övladı xx.xx.2015-ci il təvəlüdlü X9 ilə birlikdə cavabdeh İddiaçı adına olan olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilə köçürülməsi, mənzildən istifadə hüququnun tanınması və mübahisəli mənzilin ümumi istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, qətnamə ilə razı deyildir və göstərir ki, onun oğlu Əli Məmmədov Cavabdeh ilə xx xxxxxxxx 2014-cü ildə ailə qurmuşdu. Birgə evlilikdən onların xx xxxxxx 2015-ci ildə Canər adlı uşaqları olmuşdur. Tərəflər arasındakı nikah xx xxxxxxxx 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Göstərir ki, Cavabdeh oğlu Əli Məmmədovla ailə qurub Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilinə gəlmişdir. Ailə daxili münaqişələri olduğundan Canərin doğulmasından 4 ay sonra Cavabdeh mənzilini tərk etmiş, xx xxxxxx 2016-cı ildə yenidən qayıdıb gəlmişdir. Ancaq yenə də birgə yaşaya bilmədiklərindən xx xxxxxx 2017-ci ildə mənzilini tərk etmişdir. Bu müddət ərzində Cavabdeh oğlu Əli Məmmədova qarşı aliment və qızıl-zinyət əşyaları tələbinə dair iddialar qaldırsa da 2019-cu ilə qədər mənzilə dair hər hansı mübahisə açmamışdır. Bu müddət ərzində Cavabdeh Mingəçevir şəhəri Puşkin küçəsi 9 saylı evin 18 saylı mənzilində yaşamış və hazırda da yaşayır. Mübahisəli mənzil olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin 13 saylı mənzil o, əri Yavər Məmmədov və övladlarına verilmiş, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 2015ci ilin sentyabr ayında mənzili özəlləşdirmiş və xx.xx.2015-ci ildən mülkiyyət hüquqları qeydə alınmışdır. Hazırda onun mülkiyyətindədir. Cavabdeh mənzilinə gəlin köçərkən yaşayış yeri haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilinə qeydiyyata düşməsinə razılıq vermişdir. Ancaq mənzilindən cavabdehə istifadə hüququ verməmişdir. İşə baxan məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə istinad edərək onun iddiasını rədd, cavabdehin iddiasını təmin etmişdir. Halbuki, Cavabdeh xx xxxxxxxx 2014-cü ildə mənazilinə köçdüyü üçün Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə çıxarılmalı olsa da bu nəzərə alınmamışdır. Cavabdeh mənzilin özəlləşdirilməsində iştirak hüququ saxlanılmadığından onun adından mənzilin özəlləşdirilməsinə verilmiş razılığın heç bir hüquqi qüvvəsi olmamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)- 816/2019 nömrəli qətnaməsini ləğv edib, ilk iddianın təmin, ikinci iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı-cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X6, cavabdeh-iddiaçı Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı, onun nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu cavabdehlər X8 və X7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq Azərbaycan Respublikası Ali Məhkəməsində iştirak etdiyindən hazırki işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X8 və Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı arasında nikahın pozulması xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş sutərindən görünür ki, X8 və Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan natariusuna yazılmış və notariat qaydasında təstiq edilmiş Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı tərəfindən yazılmış ərizələrin surətlərindən görünür ki, Məmmədova (Hacıyeva) X2 şəhəri, Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq vermişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə istinad etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında cavabdeh İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması İddiaçı mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlmişdir ki, göstərilən sübutlar ilkin iddia tələbinin əsassız, ikinci iddianın əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla Cavabdeh tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Cavabdeh Əli Məmmədovla xx xxxxxxxx 2014-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx xxxxxx 2015-ci ildə Canər adlı övladları olmuşdur. Tərəflər ilk vaxtlar mehriban ailə kimi dolansalar da sonradan ailədə söz-söhbətlər yaranmışdır. Bütün bunların nəticəsində 2017-ci ilin avqust ayında Mingəçevir şəhər məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Cavabdeh (Hacıyeva) Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilinə gəlin köçmüş və cehiz əşyaları bu gündə oradadır. Cavabdeh 2015-ci ildə rəsmi olaraq həmin mənzilə pasport qeydiyyatına düşmüş və həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmuşdur. Mənzil özəlləşən zaman Cavabdeh (Hacıyeva) da ailə üzvü kimi razılığı əsasında yaşadığı mənzil cavabdeh İddiaçı adına özəlləşdirilmişdir. Cavabdeh göstərilən mənzildən başqa yaşayış yeri olmadığı müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarını müqayisəli şəkildə təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı tələbi isə tam əsassızdır. Belə ki, məhkəmə İddiaçı təqdim etdiyi sübutları onun tərəfindən verilmiş tələbin təmin olunması üçün əsas ola bilməməsi qənaətindədir. İddiaçı öz tələbini təstiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə Cavabdeh tərəfindən təqdim olunmuş sübutlardan da görünür ki, o, mənzilin özəlləşdirilməsində iştirak etmiş və mənzildə istifadə hüquqları var. Cavabdeh mənzilin İddiaçı mülkiyyətinə verilməsi haqqında razılığının olması, onun həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz (Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarı). Bundan əlavə İddiaçı iddia tələbində Cavabdeh mübahisəli mənzildə uzun müddətdir yaşamamasıbarədə fikirləri də əsassızdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh mübahisəli mənzilə buraxmamışdır. Belə ki, iş materiallarında olan qətnamə və tərəflərin izahatlarından da görünür ki, tərəflər arasında əmlak tələbin ilə bağlı mübahisə olmuş və tərəflər bu mübahisəni öz aralarında həl edə bilməmişlər. Odur ki, məhkəmə hər iki tərəfin təqdim etdiyi sübutları araşdıraraq Cavabdeh mübahisəli mənzil olan Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən istifadə hüququ tanınmaqla azyaşlı övladı ilə birlikdə həmin mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki qərarı qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-21/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-21/2021
01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver