Məhkəmə qərarları › İş №2(107)-210/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-210/2020

20.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-210/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə İddiaçı tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, X2 1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-036A KOD 40712028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mücühəftəran kəndi ərazisindən 0.14 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi Mənzil- Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə dövlət texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx xxxxxxx 1999cu il tarixli 07 saylı qərarı ilə əvəzsiz olaraq adına özəlləşdirilmişdir. 2012-ci ildə cavabdeh xəstə uşağını təmiz hava və su ilə müalicə etmək məqsədi ilə yaşadığı kəndə gəlmişdir. Cavabdeh ailəsi ilə birlikdə yaşadığı kənddə qalması üçün kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri ona mülkiyyətində olan fərdi yaşayış evinin boş olduğundan müvəqqəti olaraq cavabdehə verməsini bildirmişdir. Cavabdehin ailəsi ilə birlikdə müvəqqəti olaraq mülkiyyətində olan fərdi yaşayış evində qalmasına razılıq vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bir neçə ay ona məxsus fərdi yaşayış evində qaldıqdan sonra həmin evdən çıxmaqdan imtina etmişdir. Cavabdeh həmin vaxtdan indiyədək ona məxsus evdə ailəsi ilə birlikdə yaşamaqla, mülkiyyətində olan evdən istifadə etməyə imkan vermir. Mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etsə də, cavabdeh ona məxsus evi boşaltmamışdır. Cavabdehin mülkiyyətində olan evdən çıxması ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmuuna uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)- 664/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X2 1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-036A KOD 40712028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mücühəftəran kəndi ərazisindən 0.14 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi Mənzil- Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə dövlət texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx xxxxxxx 1999cu il tarixli 07 saylı qərarı ilə əvəzsiz olaraq adına özəlləşdirilmişdir. 2012-ci ildə cavabdeh həmin kəndə gəlmişdir. Cavabdeh ailəsi ilə birlikdə yaşadığı kənddə qalması üçün kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinin boş olduğundan müvəqqəti olaraq cavabdehə verməsini bildirmişdir. İddiaçı cavabdehin ailəsi ilə birlikdə müvəqqəti olaraq mülkiyyətində olan fərdi yaşayış evində qalmasına razılıq vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bir neçə ay ona məxsus fərdi yaşayış evində qaldıqdan sonra həmin evdən çıxmaqdan, iddiaçıya məxsus evi boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir; Mülki qanunvericiliyin göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” İstehsalat İdarəsinin 1999-cu il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu və qeydiyyat vəsiqəsində MənzilKommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə Dövlət Texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin xx xxxxxxx 1999-cu il tarixli 07 saylı qərarı ilə İsmayıllı rayonu, Mücühəftəran kəndi ərazisində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi İddiaçı adına özəlləşdirilməsi qeyd edilmişdir. Həmçinin İş materiallarına əlavə edilmiş xx xxxx 2002-ci il tarixli JN – 036A KOD 40712028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Mücühəftəran kəndi ərazisində yerləşən, 0.14 hektar torpaq sahəsi X2 xx xxxxxx 1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəfin mübahisəli evdə yaşamasına hər hansı bir hüquqi əsası yoxdur. Nə mülkiyətçi kimi, nə icarəçi kimi, nə də ki, məcburi köçkün kimi. Ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh, ailə üzvüləri ilə birlikdə İddiaçı məxsus İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar