Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-210/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X8 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini X3 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində ümumi birgə mülkiyyət kimi Cavabdeh1, X6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. 20 mart 1998-ci il tarixdə İddiaçı həyat yoldaşı X7 ilə X6 onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı arasında X3 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin alqı satqısına dair sadə yazılı formada müqavilə tərtib edilmişdir. Müqavilənin şərtlərinə görə X6, onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı 0,47 ha torpaq sahəsini 15000000 manat müqabilində İddiaçı və onun həyat yoldaşı X1. Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 mart 1998-ci ildə mərhum qardaşı X6 ailə vəziyyətinin ağır olduğunu əsas gətirərək 0,47 ha torpaq sahəsini ondan satın almağını xahiş etdi. O da öz növbəsində ona həmin dövrdə 15000000 manat pul ödəyərək həmin torpaq sahəsini qardaşından satın almışdır. Lakin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri olmadığı üçün onlar, yəni o, həyat yoldaşı X7, mərhum qardaşı X6, onun həyat yoldaşı Cavabdeh5 və X9 şahidliyi ilə aralarında alqı-satqı müqaviləsi bağlamış və imzalamışdırlar. Daha sonra Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini qardaşı 2014-cü ildə ona verərək yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alqı-satqı müqaviləsini notarial qaydada təsdiq edilməsini biraz da gözləməyini xahiş etdi. Lakin 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etdi. Qardaşının vəfatından sonra cavabdehlər 2021-ci ildə həmin torpaq sahəsinə çıxarış alsalar da torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırdılar. Həmin alqı-satqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq onun istifadəsində olmuşdur. Həmin torpağın vergilərini o ödəmişdir. Cavabdehlər torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün o məhkəməyə müraciət etməli olmuşdur. Torpaq alqı-satqı əməliyyatı cavabdehlərlə aralarında 1998-ci ildə həyata keçdiyindən onun iddiası həmin dövrdə, yəni 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin maddələrinə uyğun həll edilməlidir. 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək göstərdi ki, X11 ilə qardaşı X6 və onların həyat yoldaşlarının arasında olan razılığa əsasən iddiaçı X4 və onun ailəsinə məxsus 0,6464 torpaq sahəsini 15000000 manata almışdır. Müqavilə sadə yazılı formada tərtib edilərək tərəflər arasında imzalanmışdır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin torpaq sahəsinin alqısatqısına dair müqavilənin notarial qaydada tərtib və təsdiq edilməsi mümkün olmamışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Hazırda həmin torpaq sahəsinin 0,47 ha hissəsinə dair alqı-satqı müqaviləsinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə iddiaçı müraciət etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini X3 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində ümumi birgə mülkiyyət kimi Cavabdeh1, X6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. 20 mart 1998-ci il tarixdə İddiaçı həyat yoldaşı X7 ilə X6 onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı arasında X3 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin alqı satqısına dair sadə yazılı formada müqavilə tərtib edilmişdir. Müqavilənin şərtlərinə görə X6, onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı 0,47 ha torpaq sahəsini 15000000 manat müqabilində İddiaçı və onun həyat yoldaşı X1. İddiaçı torpaq sahəsinin sənədləşməsi həyata keçirilmədiyini əsas gətirərək müqavilənin sadə yazılı formada tərtib edildiyini bildirmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iddia tələbinin predmeti olan 0,42 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmiş 6464 (0,6464 ha) kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin bir hissəsidir. İddiaçı hazırda cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da onlar məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı münasibətlərini bildirməmişlər.
7. Mülki hüquq münasibətinin baş verdiyi zaman (20 mart 1998-ci il) qüvvədə olan Azərbaycan SSR-i Mülki Məcəlləsinin 43-cü maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
8. Göstərilən maddənin mahiyyətinə görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdi icra etmiş tərəfin tələbi; əqdin notarial qaydada təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasından təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
9. İddiaçı iddia tələbində notariat təsdiqi tələb olunan 20 mart 1998-ci il tarixli əqdin tərəfi kimi həmin əqd üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyini bildirərək, yəni 15.000.000 manatı pulu qardaşı X6 və onun həyat yoldaşı cavabdeh X10 ödədiyini bildirmişdir. Cavabdehlərin isə bununla bağlı mövqeyini öyrənmək mümkün olmamışdır.
10. Eyni zamanda məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Zaqatala Rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X6 və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı onların ailə üzvlərinin də mülkiyyətinə verilmişdir. X2 və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin onların övladları olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 da mülkiyyətçiləri olmuşlar. Cavabdeh2 və Cavabdeh3 müqavilə bağlandığı tarixə yetkinlik yaşına çatmasalar da Cavabdeh4 və Cavabdeh1 müqavilə bağlanan tarixdə yetkinlik yaşına çatmış mülki hüquq fəaliyyət qabiliyyətli şəxslər olmuşlar.
11. Mübahisəli 0,47 ha torpaq sahəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsi 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqavilənin iştirakçısı olan X6 və onun həyat yoldaşı olan Cavabdeh5 ilə yanaşı onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payları müəyyən edilməmiş, onların payları natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir.
12. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqavilə özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. 20 mart 1998ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqaviləyə əks yanaşma isə, həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər.
13. Məhkəmə mübahisəli 0,47 ha torpaq sahəsinin bir hissəsinin, yəni 0.22 ha hissəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsinə dair İddiaçı ilə Cavabdeh5 arasında mübahisə olduğunu və Zaqatala Rayon Məhkəməsinin 2(033)- 625/2020 nömrəli xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilmədiyini qeyd etməyi zəruri hesab edir.
14. İşin gerçək hallarından da görünür ki, cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0.42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiası təmin edilməmişdir. İddiaçı hazırda 0.47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçının alqı-satqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələri cəmləşdirildiyi halda 0.97 ha torpaq sahəsi olmuş olur. Halbuki cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,6464 ha təşkil edir. İddiaçının bu barədə mülahizələri ondan ibarət olmuşdur ki, əslində onun hazırki iş üzrə bağlanmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü 0.22 ha (0.6464-0.42) təşkil edir. Qalan 0.25 ha (iddiaçının tələb etdiyi 0.47 ha – əslində tələb etməli olduğu 0.22 ha = 0.25 ha) torpaq sahəsi isə iddiaçının deməsinə görə zəbt olunmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin də cavabdehlərə məxsus olmasını zənn edərək o, istifadə etmişdir. Məhkəmə isə vurğulayır ki, iddiaçının həmin zəbt olunmuş 0.25 ha torpaq sahəsi ilə bağlı hazırki iddiasında cavabdeh kimi cəlb edilmiş şəxslərə qarşı iddia qaldırmaq üçün hüququ olmamış, nə də həmin cavabdehlərin öz mülkiyyətlərində olan torpaq sahəsindən başqa digər torpaq sahəsi barəsində sərəncam vermək kimi də hüquqları olmamışdır.
15. Məhkəmə sonda qeyd edir ki, iddia ərizəsində göstərilənlər və işin gerçək halları iddianın təmin olunmasına əsas vermir. Bu əsaslarla iddia təmin oluna bilməz.
16. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
17. İddia tələbi rədd edidldiyindən İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat onun özünə aid edilməlidir.
18. Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manatın özünə aid edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28, 139, 140, 144, 146, 147, 152, 157, 213, 215, 337, 394, 404, 406, 567, 568 və 646-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
20. 20 mart 1998-ci il tarixdə Sadə yazılı formada Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində tərtib edilmiş müqavilənin surətindən görünür ki, Zaqatala rayonu YuxarıÇardaxlar kənd sakinləri X6 və həyat yoldaşı Cavabdeh5 mülkiyyətlərində olan 0,47 ha fındıq bağını Yuxarı Çardaxlar kənd sakinləri İddiaçı və onun həyat yoldaşı X5 15000000 (on beş milyon) manata satmışdır. Alıcılar tərəfindən 15000000 (on beş milyon) manatın alınması göstərilmiş və müqavilə onun iştirakçıları olan tərəflər və şahidlər tərəfindən imzalanmışdır.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır.
22. Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə uçota alınmış A seriyalı 457057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X4 verilmişdir.
23. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir.
24. Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh4 dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1979-cu il tarixdə anadan olmuşdur.
25. Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh3 dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1978-ci il tarixdə anadan olmuşdur
26. Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh2 oğluna dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1982-ci il tarixdə anadan olmuşdur.
27. Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh1 dair şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, o, xx.xx.1985-ci il tarixdə anadan olmuşdur.
28. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
29. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında baş vermiş alqı-satqı müqaviləsi 1998-ci ildə baş tutduğuna görə həmin dövrdə qüvvədə olmuş MM-nin 43-cü maddəsinə əsasən mübahisə həll edilməli idi. Məhkəmə qətnamədə həmin Məcəllənin 43-cü maddəsini qeyd etsə də, maddəni izah etsə də düzgün tətbiq etməmişdir.
30. Alqı-satqı müqaviləsi bağlanarkən müqaviləni imzalayan şəxslər Ramazan Mustafayev və Cavabdeh5 özlərinə məxsus torpaq sahəsinin alqı-satqısına imza atmışlar. Belə ki, Aqrar islahat zamanı Yuxarı Çardaxlar kəndində adam başına 0,25 ha torpaq sahəsi pay olaraq verilmişdir.
31. Bundan başqa məhkəmə iclası zamanı müəyyən olmuşdur ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən bu günədək onun istifadəsindədir. Onun tərəfindən həmin torpaq sahəsinə ağaclar əkilmiş, torpaq sahəsi münbitləşdirilmiş, darvaza qoyulmuş, altıaçıq tikilmiş, bir sözlə torpaq sahəsi yaxşılaşdırılmışdır. Bütün bu faktları məhkəmə iclasında qeyd etmişdir. Lakin məhkəmə qarşı tərəfin bu halların əksinə dair hər hansı bir sübut təqdim etməmələrinə baxmayaraq, nə özü yerində araşdırmamış (baxış keçirməmiş), nə də ki, düzgün qiymət verməmişdir. Mübahisə predmeti olan xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan dövrdə qüvvədə olan MM-nin 228-ci maddəsində qeyd olunur ki, alqısatqı müqaviləsi üzrə satıcı əmlakı satıcının mülkiyyətinə verməli, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu maddədə qeyd olunan bütün şərtlər həyata keçirilməsinə baxmayaraq, məhkəmə qərarında ümumiyyətlə bu maddəyə tövsif etməmişdir.
32. Daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, xx.xx.1998-ci il tarixli müqavilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Əks yanaşma isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərinin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə bu fikrini maddi hüquq normasına əsasən əsaslandırmamışdır və əsaslandıra bilməmişdir. Bunun əksi olaraq bildirmək istəyirəm ki, MM-nin 222.3-cü maddəsində qeyd olunmuşdur ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qaydada irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Qeyd olunan maddədən görünür ki, Ramazan və Ümüküs Mustafayevlər özlərinə və ailə üzvlərinə məxsus torpaq sahəsinə dair sərəncam vermək hüquqları vardır.
33. Cavabdehlərin mülkiyyətində təkcə 0,6464 ha torpaq sahəsi deyil, ümumilikdə 1,5 ha torpaq sahələri vardır. İddiaçının tələb etdiyi torpaq sahəsi isə 0,6464 ha torpaq sahəsinin daxilində olan 0,47 ha torpaq sahəsindən ibarətdir. Məhkəmənin “zəbt” adlandırdığı torpaq sahəsi isə üçüncü şəxsə aiddir ki, həmin şəxslərlə iddiaçı arasında torpaq mübahisəsi yoxdur. Zaqatala rayonu Yuxarı Çardaxlar kənd Aqrar İslahat Komissiyası Yuxarı Çardaxlar kənd sakinlərinin hər birinə 0,25 ha torpaq payı verilməsi haqqında qərar qəbul etmişdir. Onun və mərhum qardaşı Mustafayev Ramazanın ailə tərkibi 6 (altı) nəfərdən ibarət olduğundan onların hər birinə 1,5 ha torpaq payı verilmişdir. X17 kəndin 200 ha əkin torpaqlar kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında olduğundan Yuxarı Çardaxlar kənd Aqrar Komissiyası kənd sakinlərinə veriləcək torpağın müəyyən hissəsini Aşağı Çardaxlarda olan torpaq sahəsindən verilməsi haqqında qərar vermişdir. Yuxarı Çardaxlar kənd Aqrar Komissiyasının qərarı ilə mərhum qardaşım Ramazan Mustafayev 0,64 ha torpaq payı Yuxarı Çardaxlar kəndindən, qalan 0,90 ha torpaq payı Aşağı Çardaxlar kəndindən verilmişdir.
34. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)- 810/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
37. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır . 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır 147.1-ci maddəsinə əsasən torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddəsində müəyyən olunur. 147.2-ci maddəsinə əsasən təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
39. Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 43-cü maddəsində göstərilir ki, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. 228-ci maddəsində qeyd edilmişdir ki, Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alıcı dövlət təşkilatı və ya bu Məcəllənin 88-1-ci maddəsində göstərilən digər təşkilat olduqda, onun əmlakı əməli surətdə idarə etmək hüququ əmələ gəlir
40. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarı Daşınmaz əşyanın (əmlakın) alqı-satqısı haqqında əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
41. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
44. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)- 810/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
46. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 29-cu bnədində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi 1998-ci ildə qüvvədə olmuş MM-nin 43-cü maddəsinə düzgün şəkildə istinad etmişdir. Belə ki, bu qətnamənin 39-cu bəndindən göründüyü kimi, həmin maddənin tələbində “əqddə qanuna zidd əməl olmadıqda” şərti nəzərdə tutulmuşdur ki, hazırki iş üzrə alqısatqı müqaviləsində qanuna zidd əməl, yəni paylı mülkiyyətçilərin hüquqlarının pozulması hal mövcuddur.
47. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində əlaqəli şəkildə bu qətnamənin 30 və 32-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə bağlı yanaşmasında bu qətnamənin 38-ci bəndində qeyd olunmuş MM-in maddələrinə əsaslanmış və doğru nəticəyə gəlmişdir. Çünki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən öncə Cavabdeh5 qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir ki, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-12/2022 nömrəli qətnaməsində göstərmişdir: “İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 (bir min iki yüz) ABŞ dollarının indeksasiyası olan 3596,85 (üç min beş yüz doxsan altı manat səksən beş qəpik) manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 (iki min doqquz yüz doxsan) manat, 20 ədəd alma ağacının dəyəri olan 400 (dörd) manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 (bir min altı yüz) manat ümumilikdə 8586,85 (səkkiz min beş yüz səksən altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçının dövlətə büdcəsinə ödədiyi 15 (on beş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. 15 (on beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İlkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçının mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququ bərpa edilsin. Sonrakı iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddia tələbləri eyni vaxtda icra edilsin.” Yuxarıda göstərilən iki qətnamə ilə hazırki iş üzrə cavabdehlər olan şəxslərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyi həll edilmişdir.
48. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 31-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 47-ci bəndində əsaslandırılmış səbəblərdən hazırki iş üzrə alqı-satqı müqaviləsi etibarlı əqd hesab edilə bilməyəcəyindən 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi istisna edilir və mübahisəli torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olması da hazırki iş üzrə əhəmiyyətini itirir.
49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 33-cü bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, cavabdehlərin mülkiyyətində 1.5 ha torpaq sahəsinin olması ilə bağlı məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi mülki işin 36-cı vərəqində olan Zaqatala Rayon Yuxarı Çardaxlar kənd Bələdiyyəsinin mühasibi Əli Əliyevin imzaladığı həmin kənd sakini X4 1.5 ha torpaq sahəsi verilməsi göstərilən arayış isə kserosurət olmaqla, nömrəsi və verilmə tarixi göstərilməyən bir kağızdır ki, o da məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilməmişdir.
50. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev