Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-210/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, e- 2(025)-1330/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktoru əvəzi Nümayəndə1 tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 27 iyun 2024-cü il tarixli, 147 nömrəli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. 16.10. 2024-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbini və iddia tələbinin xahiş edirəm hissəsinin isə “Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbi tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 27 iyun 2024-cü il tarixli, 147 nömrəli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. Mülki işin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsi,xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə Şəki-Zaqatala Regional Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb olunmuşdur.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxx 1964-cü ildə Qutqaşen(indiki Qəbələ) rayonunda anadan olmuşdur. 1981-ci il tarixində Ağdaş Pedeqoji Məktəbinə daxil olmuş və 1985-ci il tarixində “ibtidaisinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə 1986-ci il tarixindən başlamış, əvvəl Mirzəbəyli kənd orta məktəbində, sonra isə 1987-ci il tarixindən isə Çuxur Qəbələ kənd orta məktəbində pedeqoji fəaliyyətlə məşğul olmuşdur. Məktəbdə işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar hər hansı nizam-intizam məsuliyyətinə cəlb edilməmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsəd ilə keçirilmiş 23 iyun 2023-cü il tarixində 1-ci imtahanda müəllimə işləyən gəlini ilə birlikdə iştirak etmişdir. Yüksək təzyiqi olduğundan imtahan zamanı özünü pis hiss etdiyindən səhhəti ilə əlaqədar imtahan zalından çıxarılmışdır. 08 iyun 2024-cü il tarixində keçirilən 2-ci imtahan zamanı isə Qəbələ Rayon Mərkəzi xəstəxanasında ciddi qadın xəstəliyindən və təzyiqi ilə əlaqədar iyun ayının 6-dan 12-nə kimimüalicə aldığından iştirak edə bilməmişvə bu barədə məktəb rəhbərliyiniməlumatlandırmışdır. Lakin xx.xx.2024-cü il tarixində Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktor əvəzi Nümayəndə1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilməklə 147 saylı əmri ilə (əsas: xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəliəmri) tutduğu vəzifədən azad edilmişdir. Bildirmək istəyir ki, o, qeyd olunan əmr ilə razı deyil və hesab edir ki, xx.xx.2024-cü il tarixli, 147 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, o, üzürlü səbəbdən, yəni yuxarıda qeyd etdiyi (eyni zamanda iddia ərizəsinə xəstəliyi ilə əlaqədar ambulator kitabçadan çıxarış əlavə olunmuşdur) xəstəliyi ilə əlaqədar keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir.Ona görə də onun işdən azad olunması qanuni hesab oluna bilməz və onun yenidən keçirilməsi nəzərdə tutulan sertifikatlaşdırma imtahanında iştirak etməsi üçün şərait yaradılmalı və xx.xx.2024-cü il tarixli Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktor əvəzi Nümayəndə1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cimaddəsinin “c” bəndi ilə işdən tutduğu vəzifədən azad olunması barədə 147 saylıəmri ləğv edilməlidir. Ona görə də, onun əmri ləğv edilməli və işinə bərpa olunması üçün ilkin olaraq qanunvericiliyin tələbinə əsasən Qəbələ 1 saylı Mediasiaya Şurasına müraciət etmiş və qarşı tərəf Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd orta məktəbin nümayəndəsi əmək mübahisəsi üzrə(işə bərpa) mediasiya sessiyasında iştirak etmədiyinə görə mediator Ədalət Əliyev tərəfindən ona xx.xx.2024-cü il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin nümayəndəsi (direktoru vəzifəsini icra edən) Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, həmin məktəbdə direktor vəzifəsini icra edir. İddiaçı 2 dəfə imtahanda iştirak etmədiyi üçün işdən çıxarılmışdır. İşdən çıxma əmrini o imzalamamışdır. Həmin vaxt o, direktor vəzifəsini icra etmirmiş, həmin vəzifəni Qəbələ rayon Təhsil şöbəsinin inspektoru Nümayəndə1 əvəz edirmiş. Lakin iddiaçı barəsində işdən çıxarılma barədə əmr verilməsinə əsas Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29-69 /3-2-13 F/2024 nömrəli əmri olmuşdur. İddia tələbinin rədd edilməsini xahiş edir.
7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki X4 nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, İddiaçı işdən çıxarılması zamanı qanunazidd hallar müəyyən edilməmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır.
8. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X10-Zaqatala Regional İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova məhkəməyə elektron qaydada göndərdiyi ərizədə iş yükünün çoxluğu ilə bağlı nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
9. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx.xx.2024 -cü il tarixli, 2(025)- 1330/2024 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinə əsasən Çuxur Qəbələ kənd Əbülfət Məmmədov adına tam orta məktəb" bölməsində "İbtidai sinif" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏMnin 70. "c" peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Xitamın əsası kimi isə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29-69 /3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/-3-2-13F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmrində isə göstərilmişdir ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasə ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılmışdır.
11. Məhkəmə həmçinin müəyyən etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Beləliklə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əmək qanunvericiliyinin tələblərinə uyğundur.
13. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırma həyata keçirilir. Sertifikatlaşdırma isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydası ilə tənzimlənməkdədir. Həmin qaydalara əsasən isə müəyyən olunur ki, Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Göründüyü kimi qaydalarda üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən şəxslər üçün 1 il müddətində təkrar iştirak etmək hüququ tanıdılmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı da izahatından müəyyən olunur ki, sonuncu birinci sertifikatlaşdırma imtahanında üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq iştirak etməmişdir. İddiaçı 1 il müddətində iş yeri saxlanılmış, ona növbəti imtahanda iştirak etmək hüququ verilmişdir. Lakin İddiaçı xəstəliyi ilə əlaqədar olaraq təkrar sertifikatlaşdırma imtahanında iştirak etmədiyini, bu səbəbdən əmrin ləğv olunmasını tələb edir. Halbuki, “Dövlətümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasında birbaşa olaraq göstərilmişdir ki,Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasını tənzimləyən normalar (yəni “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydası) yalnız bir dəfə üzürlü səbəblərdən sertifikatlaşdırma imtahanında iştirak etməməyi nəzərdə tutulmuşdur. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər isə üzürlü və üzürsüz olmasından asılı olmayaraq sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı isə təkrar sertifikatlaşdırma imtahanında iştirak etməmişdir. Nəticədə İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olması müəyyən edilməmişdir. Bu səbəbdən İddiaçı işdən çıxarılması qanuni və əsaslı olmuşdur.
14. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, İddiaçı məhkəmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təkrar sertifikatlaşdırma imtahanında iştirak etməsə də, yenidən imtahana girə bilmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə hər hansı müraciət etməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İddiaçı keçirilən məhkəmə iclaslarında onu ibtidai sinif müəllimiyinə olmasa da, məktəbdə digər texniki iş verilməklə müqavilə bağlanmasını xahiş etmişdir.Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşmişdir. Təkrar sertifikatlaşdırma imtahanının 08 iyun 2024-cü il tarixdə olması, İddiaçı isə Qəbələ rayon Mərkəzi Xəstəxanasında ambulator müayinəsinin xx.xx.2024-cü il tarixdə başlaması, yuxarıda sadalan digər hallar məhkəmədə İddiaçı həqiqətəndə təkrar sertifikatlaşdırma imtahanında bilərəkdən iştirak etməməsi və imtahandan yayınması barədə daxili inam yaradır.
15. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin verilməsinə əsas 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29- 69 /3-2-13 F/2024 nömrəli əmri olmuşdur. Lakin iddiaçı tərəfindən Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29- 69 /3-2-13 F/2024 nömrəli əmri mübahisənlədirilməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tələbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də təmin olunmamalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3, 68.2, 70, 83-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” QAYDASİNİN: 1.1, 1.2, 1.4, 5.2, 5.4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(025)-1330/2024 nömrəli qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsində qeyd etmişdir ki, o, İddiaçı xx xxxxxx 1964-cü ildə Qutqaşen (indikiQəbələ) rayonunda anadan olmuşdur. 1981-ci il tarixində Ağdaş Pedeqoji Məktəbinə daxil olmuş və 1985-ci il tarixində “ibtidai sinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə 1986-ci il tarixindən başlamış, əvvəl Mirzəbəyli kənd orta məktəbində, sonra isə 1987-ci il tarixindən isə Çuxur Qəbələ kənd orta məktəbində pedeqoji fəaliyyətlə məşğul olmuşdur. Məktəbdə işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar hər hansı nizam-intizam məsuliyyətinə cəlb edilməmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsəd ilə keçirilmiş 23 iyun 2023-cü il tarixində 1-ci imtahanda müəllimə işləyən gəlini ilə birlikdə iştirak etmişdir. Yüksək təzyiqi olduğundan imtahan zamanı özünü pis hiss etdiyindən səhhəti ilə əlaqədar imtahan zalından çıxarılmışdır. 08 iyun 2024-cü il tarixində keçirilən 2-ci imtahan zamanı isə iyun ayının 6-dan 12-nə kimi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ciddi qadın xəstəliyindən və təzyiqi ilə əlaqədar müalicə aldığından iştirak edə bilməmiş və bu barədə məktəb rəhbərliyini məlumatlandırmışdır. Lakin xx.xx.2024-cü il tarixində Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktor əvəzi Nümayəndə1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilməklə 147 saylı əmri ilə (əsas: xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbə qədər və Ümumi Təhsilüzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri) tutduğu vəzifədən azad edilmişdir. Bildirmək istəyir ki, o, qeyd olunan əmr ilə razı deyildir və hesab edir ki, xx.xx.2024-cü il tarixli, 147 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, o, üzürlü səbəbdən, yəni yuxarıda qeyd etdiyi (eyni zamanda iddia ərizəsinə xəstəliyi ilə əlaqədar ambulator kitabçadan çıxarış əlavə olunmuşdur) xəstəliyi ilə əlaqədar keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir. Ona görə də onun işdən azad olunmağı qanuni hesab oluna bilməz və onun yenidən keçirilməsi nəzərdə tutulan sertifikatlaşdırma imtahanında iştirak etməyi üçün şərait yaradılmalı və xx.xx.2024-cü il tarixli Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktor əvəzi Nümayəndə1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən tutduğu vəzifədən azad olunmağı barədə 147 saylı əmri ləğv edilməlidir. Ona görə də o, əmrin ləğv edilməsi və işinə bərpa olunmağı üçün ilkin olaraq qanunvericiliyin tələbinə əsasən Qəbələ 1 saylı Mediasiaya Təşkilatına müraciət etmiş və qarşı tərəf Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd orta məktəbin nümayəndəsi əmək mübahisəsi üzrə (işə bərpa) mediasiya sessiyasında iştirak etmədiyinə görə mediator Ədalət Əliyev tərəfindən ona xx.xx.2024-cü il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur.
20. Qəbələ Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bildirir ki, 08 iyun 2024-cü il tarixində keçirilən imtahan zamanı o, həmin ayın 6-dan 12-nə kimi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ciddi qadın xəstəliyindən və təzyiqi ilə əlaqədar müalicə aldığından iştirak edə bilməmiş və bu barədə məktəb rəhbərliyini məlumatlandırmışdır. Lakin qeyd olunan əsaslar müvafiq əmr verilərkən nəzərə alınmamışdır.
21. Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələkənd orta məktəbi direktorunun 27 iyun 2024-cü iltarixli, 147 nömrəli əmri tərtib olunarkən qanunvericinin tələbləri pozulduğundan əmr etibarsız hesab edilməlidir.
22. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(025)- 1330/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, e-2(025)-1330/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 nümayəndəsi Əsədov X6 Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, e-2(025)-1330/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyasının; 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 67-2-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
29. Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu: 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair 6 noyabr 2024-cü il tarixli Qərarına əsasən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2.3-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndi Azərbaycan Respublikası Konstitusiyasının 35ci maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə ziddiyyət yaratmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının; 5.1-ci bəndinə əsasən Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, e-2(025)-1330/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 01 oktyabr 1987-ci il tarixindən Qəbələ rayonu Çuxur Qəbələ kənd orta məktəbində tərbiyəçi müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuş, ilk dəfə 23 iyun 2023-cü il tarixində, həmçinin növbəti dəfə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinə əsasən Çuxur Qəbələ kənd Əbülfət Məmmədov adına tam orta məktəb" bölməsində "İbtidai sinif" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏMnin 70. "c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Xitamın əsası kimi isə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29-69 /3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/-3-2-13F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmrində isə göstərilmişdir ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasə ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılmışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 08 iyun 2024-cü il tarixində keçirilən 2-ci imtahan üzrə iyun ayının 6-dan 12-nə kimi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ciddi qadın xəstəliyindən və təzyiqi ilə əlaqədar müalicə aldığından iştirak edə bilməməsi və bu barədə məktəb rəhbərliyini məlumatlandırmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 08 iyun 2024-cü il tarixində keçirilən 2-ci imtahanda iştirak edə bilməməsinin səbəbləri barədə məktəb rəhbərliyini məlumatlandırmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2024-cü il tarixli, 147 saylı əmrin qanunsuz və əsassız olması, xəstəliyi ilə əlaqədar keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak edə bilmədiyindən onun işdən azad olunmağının qanuni hesab oluna bilməməsi, onun yenidən keçirilməsi nəzərdə tutulan sertifikatlaşdırma imtahanında iştirak etməyi üçün şərait yaradılmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Təhsil Haqqında Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olmaları, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin isə sertifikatlaşdırmadan keçməmiş hesab olunmalarına dair imperativ tələblər müəyyən edilmişdir.
42. Yəni həmin normalarda təkrar sertifikatlaşdırmada iştirak etməyən, yaxud da təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər üçün üçüncü dəfə sertifikatlaşdırmanın təşkili imkanları nəzərdə tutulmamışdır.
43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbi tərəfindən İddiaçı işdən azad edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 147 nömrəli əmri verilərkən qanunvericiliyin tələblərinin pozulması halları, həmçinin həmin əmrin qanunsuz hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin əmək qanunvericiliyinin tələblərinə uyğun olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
45. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
47. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, e-2(025)-1330/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli, e-2(025)-1330/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.