Məhkəmə qərarları › İş №2(107)-2101/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2101/2020

02.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2101/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavadbeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşiliqli iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-608/2020 nömrəli qətnaməsindən iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı və JN-1750F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən tutulmuş yol yerinin açılmasına və törədilən menelərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən yol yerinin açılması və törədilən maneələrə son qoyulması tələbinə dair ilkin iddiasının rədd edilməsi, onun mülkiyyətində olan JN-1749F saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş hissəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-608/2020 nömrəli (hаkim E.İsayev) qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair ilkin iddiasın;n təmin edilməməsi, qarşiliqli iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşlıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Ekspertiza tədqiqatının dəyəri olan 300 manatın yarısı İddiaçı, digər yarısı isə Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməsi, İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qarşiliqli iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən şikаyət verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu X2 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçının ailə üzvlərinə 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gedən yol yerini Cavabdeh zəbt etmiş, həmin torpaq sahəsinə gedən yolun açılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o, yol yerinin açmayacağını birdaha bildirmişdir. Həmin torpaq sahəsinə gedən yol yeri sənədlərdə və bələdiyyənin xəritəsində də var. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli oldu. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun əmisi qızıdır və uzun illər bundan əvvəl onun mərhum anası mülkiyyətlərində olan torpaq sahəsindən onlara gediş-gəliş üçün icazə vermişdir. Lakin sonradan cavabdeh bundan sui-istifadə etdiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin piyada yolunun bağlanmasını xahiş etmişdir. İddia tələbi təmin olunmuş və icra olunmuşdur. Bundan sonra qohumluq münasibətləri əsasında gediş-gəliş yolu yenidən açılmışdır. Hal-hazırda da həmin yol yeri açıqdır və cavabdeh tərəfindən istifadə edilir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh ona bu barədə heç bir məlumat verməmişdir. Cavabdeh İlkin iddia ərizəsində guya mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olduğunu və onun tərəfindən zəbt edildiyini qeyd etsə də bu həqiqətə uyğun deyil. Əslində qeyd edilən torpaq sahəsi onun müikiyyətindədir və JN-1749F saylı Şəhadətnamədə göstərilən koordinatlara uyğundur. Cavabdeh mübahisələndirilən yol yerindən başqa onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsini də zəbt etmişdir. Ona görə də həmin yol yeri və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi ona qaytarılmalıdır. Cavabdehin digər küçəyə yol yeri var və hal-hazırda istifadə edir. Cavabdehin yazdığı iddia ərizəsindən də göründüyü kimi iddia əsaslandırılmamış, məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir, bu səbəbdən də o, hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 250 saylı rəydən görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə ekspertiza baxışına göstərilən həyətyanı torpaq sahələrini və mübahisəli ərazinin lazımi kordinatları müəyyən olunmuşdur. Ərazinin ümumi xəritəsinə (islahat xəritə məlumatları) görə mübahisələndirilən gediş-gəliş yolu Cavabdeh mülkiyyətində olan JN-1749F nömrəli Şəhadətnamə ilə rəsmiləşən 0,07 ha torpaq sahəsiin daxilindədir. Bu gediş-gəliş yolundan iddiaçının istifadə etməsinə vaxtilə Cavabdeh tərəfindən qohum olduqlarına görə özü icazə vermişdir. Lakin sonradan yol bağlanılmış və hal hazırda faktiki olaraq yol istifadə vəziyyətindədir. Mübahisəli gediş-gəliş yolu iddiaçının JN-1750F saylı şəhadətnaməsində və eləcə də ərazinin ümumi xəritəsində (islahat xəritə materiallarından) qeyd olunmamışdır. Bundan başqa iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin mübahisəli ərazisində heç bir sərhəd (çəpər, hasar) olmadığına görə torpaq zəbtetmə halı aşkar olunmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "zəbt olunmuş torpaq sahəsinin qaytarılması" tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 300 manatın yarısının İddiaçı, digər yarısının isə məndən tutularaq "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməsi hissələrində ləğv olunmalıdır. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin zəbt olunduğu təşkil edir. onun mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsini hal-hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faktiki istifadə edir.Qəbələ Rayon X2 xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən ona və ailə üzvlərimə 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə bitişik olan torpaq sahəsi də torpaq islahatı zamanı mənim və ailə üzvlərimin adına zəbt kimi yazılmış, lakin mənə məlum olmayan səbəbdən həmin torpağa sənəd hazırlanmamışdır. Bu yaxınlarda mən həmin torpaq sahəsi barədə məlumatların alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişəm. Qeyd edilən torpaq sahələri hələ islahatdan da əvvəllərdən hal-hazıradək qapalı həyət kimi bizim istifadəmizdədir. Lakin bu yaxında qonşu, mənə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya ona məxsus torpağın yolunun mənim tərəfimdən zəbt edildiyini bildirmişdir. Qəbələ Rayon Məhkəməsi ekspertiza təyin etmiş, iddia tələbinin qanunsuz və əsassız olduğu sübuta yetirilmişdir. Lakin mənim verdiyim qarşılıqlı iddia məhkəmə tərəfindən araşdırılmamış, təqdim etdiyim dəlillər və sübutlar nəzərə alınmamışdır. Qəbələ Rayon Məhkəməsi bütün bu dəlil və sübutları nəzərə almamış, mənim mülkiyyət hüquqlarımı pozan qətnamə qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı heç bir araşdırma aparmadan hazırda apellyasiya şikayəti verdiyim qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Ona görə də hesab edirəm ki, Qəbələ Məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunları tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Dəfələrlə xahiş etməyimə baxmayaraq məhkəmə mübahisələndirilən əraziyə yerli baxış keçirməmişdir. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-608/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 300 manatın yarısının məndən tutulması hissələrində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-608/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 300 manatın yarısının ondan tutulması hissələrində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraqilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qıznın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-608/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehapelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-1749F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. JN-1750F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X3 və X1 ümumi birgə mülkiyyətinə 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X3 xx.xx.1993-cü ildə X4 ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Baxışov, arvada Baxışova soyadı verilmişdir. Qəbələ RPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sökülməsi tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 250 saylı rəydən görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə ekspertiza baxışına göstərilən həyətyanı torpaq sahələrini və mübahisəli ərazinin lazımi kordinatları müəyyən olunmuşdur. Ərazinin ümumi xəritəsinə (islahat xəritə məlumatları) görə mübahisələndirilən gediş-gəliş yolu Cavabdeh mülkiyyətində olan JN-1749F nömrəli Şəhadətnamə ilə rəsmiləşən 0,07 ha torpaq sahəsiin daxilindədir. Bu gediş-gəliş yolundan iddiaçının istifadə etməsinə vaxtilə Cavabdeh tərəfindən qohum olduqlarına görə özü icazə vermişdir. Lakin sonradan yol bağlanılmış və hal hazırda faktiki olaraq yol istifadə vəziyyətindədir. Mübahisəli gediş-gəliş yolu iddiaçının JN-1750F saylı şəhadətnaməsində və eləcə də ərazinin ümumi xəritəsində (islahat xəritə materiallarından) qeyd olunmamışdır. Bundan başqa iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin mübahisəli ərazisində heç bir sərhəd (çəpər, hasar) olmadığına görə torpaq zəbtetmə halı aşkar olunmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, ilkin iddia üzrə İddiaçı Qəbələ rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı və JN-1750F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən tutulmuş yol yerinin açılmasına və törədilən menelərə son qoyulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi gedən yol yeri zəbt edilməmişdir. Cavabdehin istifadə etdiyi mübahisəli gediş-gəliş yolu iddiaçının JN- 1750F saylı şəhadətnaməsində və eləcə də ərazinin ümumi xəritəsində (islahat xəritə materiallarından) qeyd olunmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan JN-1749F saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi İddiaçı tərəfindən zəbt edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki çəkilmiş məhkəmə xərclərinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi, yəni ilkin iddia və qarşılıqlı iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar ilkin iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın yarısı İddiaçı, digər yarısı isə Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməsi ilə bağlı hüquqi mövqeyini və gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Dəfələrlə xahiş etmələrinə baxmayaraq məhkəmə mübahisələndirilən əraziyə baxış keçirməmişdir” dəlili ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və mübahisəli torpaq sahəsi ilə baglı Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərəfindən xx.xx.2020-ci il tarixli 250 saylı rəy verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-608/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-608/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar