Məhkəmə qərarları › İş №2(107)-2105/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2105/2020

02.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2105/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-qanuni bağlanmış yolun açılması” tələbi barədə mülki iş üzrə çıxarılmış Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-5/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-5/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin edilmiş, xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı Niyazi oğlunun mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində 0,2159 hektar torpaq sahəsində yerləşən evə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni bağlanmış yol 10 (on) metr enində açılması, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsiqət edilmişdir. İşin halları İddiaçı Niyazi oğlu, Oğuz rayon Kərimli Bələdiyyəsi iş üzrə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində 0,2159 hektar torpaq sahəsində yerləşən evə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq, cavabdehlər tərəfindən qeyri-qanuni bağlanmış yolun 10 (on) metr enində açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon X3 xx xxxxxx 1998-ci il tarixli 68 nömrəli qərarı ilə Oğuz rayon Kərimli kəndində yerləşən, islahatdan əvvəl də onun özünün qanuni istifadəsində olan 0,2159 hektar həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Hazırda həmin həyətyanı torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi vardır. Həyatyanı torpaq sahəsi onun faktiki və qanuni istifadəsindədir. Həmin həyətyanı torpaq sahəsinə əvvəldən 10 (on) metr enində avtomobil yolu olmasına baxmayaraq hazırda həmin yolun yerləşdiyi ərazi qonşuları Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni şəkildə bağlanmışdır. Bu səbəbdən onun həyətyanı torpaq sahəsinə həmin ərazidən gediş-gəlişi qeyri-mümkündür. O, həyətyanı torpaq sahəsinə Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən yol verilməsi üçün həmin Bələdiyyəyə şifahi müraciət etmişdir. Müraciətinə cavab olaraq qeyd edilən yolun yerləşdiyi ərazinin Kərimli Bələdiyyəsinə aid olduğu və cavabdehlərlə yolun açılması barədə söhbət aparıldığı bildirilmişdir. Cavabdehlər yolun açılmasına könüllü olaraq razı olmadıqları üçün o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. xüsusi mülkiyyətində olan xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində 0,2159 hektar torpaq sahəsində yerləşən evə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq, cavabdehlər tərəfindən qeyri-qanuni bağlanmış yolun 10 (on) metr enində açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mübahisə predmetinə aid olan, iddiaçının onun və oğlu Cavabdeh2 qeyri-qanuni bağladıqlarını iddia etdiyi və açılmasını tələb etdiyi yolun digər hissəsini iddiaçı özü bağlamışdır. Məhkəməyə təqdim etdiyi, onların ailə üzvlərinə məxsus həyətyanı torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 mövcud olan elektron kadastr məlumat bazasına əsasən A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən xəritədə həmin yolun iddiaçının həyətyanı sahəsinin kənarı ilə digər kənd yoluna qədər davam etməsi açıqaydın görünür. Ancaq iddiaçı özü həmin yolun bir hissəsini qeyri-qanuni şəkildə öz həyətyanı torpaq sahəsinə daxil edərək zəbt etmiş, bağladığı yolun onların bağına və həyətyanı torpaq sahəsinə düşən hissəsinə isə öz həyət darvazasını qoymuşdur. Həmçinin, iddiaçının açılmasını tələb etdiyi yol onun tərəfindən bağlanmamışdan əvvəl avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulmuş yol olmamışdır. Həmin ərazidə yalnız piyadaların gedib-gələ bilcəyi dar ölçülü cığır olmuşdur. Kəndarası yolun 10 (on) metr enində olması da ağlabatan deyildir. İddiaçının həyətyanı torpaq sahəsinə həmin torpaq sahəsinin cənub hissəsindən avtomobillər üçün nəzərdə tutulmuş gediş-gəliş yolu mövcuddur və hazırda iddiaçı həmin yoldan istifadə edir. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir, onun özünün və digər cavabdehin bağladıqları yolun digər yarısı iddiaçı tərəfindən açılmayacağı təqdirdə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 da iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddiaçı tərəfindən bağlanmış yolun digər hissəsinin açılmayacağı təqdirdə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Kərimli Bələdiyyəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar mütəxəssis arayışı verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8 sorğu göndərilmişdir. Həmin orqan tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis arayışında qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli Çıxarış sənədində göstərilən 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu qeyd olunan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki pasporta əsasən şimal istiqamətdən göstərilmişdir. 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 mövcud olan elektron kadastr məlumat bazasına əsasən cavabdehlərə məxsus A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kənd arası yoldan başlayır və yolun müəyyən edilmiş başlanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal nöqtəsinə qədər olan uzunluğuelektron kadastr məlumat bazasında 83,17 metr, eni isə 11,8 metr göstərilir. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən qeyd olunan yol yeri naturada kənar şəxs tərəfindən kol-çəpərlə əhatəyə alınmışdır Cavabdeh1 mütəxəssis arayışının nəticələri ilə razı olmadığını bildirmiş və mübahisə predmetinə aid olan ərazidə sənəd üzrə yol mövcud olubolmadığını dəqiqləşdirmək üçün ekspertiza təyin edilməsini, ekspertiza keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini xahiş etmişdir. Ona görə də iş üzrə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2040 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,2159 hektar torpaq sahəsinə gedişgəliş yolu həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta əsasən şimal istiqamətindən göstərilmişdir. 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 mövcud olan elektron kadastr məlumat bazasına əsasən A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kəndarası yoldan başlayır və yolun müəyyən edilmiş başlanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal nöqtəsinə qədər olan uzunluğu elektron kadastr məlumat bazasında 83,17 metr, eni isə 11,8 metr göstərilir. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən qeyd olunan yol yeri naturada kənar şəxs tərəfindən kol-çəpərlə əhatəyə alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Həmin qətnaməni qanunsuz və əsassız hesab edirlər. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdınlmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Azərbaycn Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasmda zidiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmişdir. Məhkəmə yalnız ekspert rəyini və iddiaçının izahatlarını əsas götürərək qətnamə qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə ekspertin rəyi məhkəmələr üçün məcburi deyildir. AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən açılması tələb edilən yolun bizə məxsus torpaq sahəsinirı arasından keçdiyi, iddiaçının xüsusi mülkiyyətində olatı 0,2159 ha torpaq sahəsinin kənan ilə cənub tərəfdən digər kəndarası yola birləşdiyi, həmin yolun digər hissəsinin isə iddiaçının özü və digər qonşular tərəfindən zəbt edilərək bağlandığı müəyyən edilmişdir.Vəsatəti əsasında dindirilmiş hazırkı iş üzrə mütəxəssis arayışı vermiş orqan DƏDRX-nin 9 saylı X7 rəisi X2 ifadə verərək göstərmişdir ki, mütəxəssis arayışı mübahisəli torpaq sahəsi ilə əlaqədar tərəflərə məxsus sənədlərə uyğun olaraq verilmişdir. O, özü şəxsən mübahisəli ərazidə yerində müayinə keçirmişdir. Ərazidə ölçmə işləri aparılarkən ona məlum olmuşdur ki, iddiaçıya məxsus 0,2159 ha torpaq sahəsinə gediş-gəliş yolu X6 mövcud olan elektron kadastr məlumat bazasma əsasən cavabdehlərə məxsus A 085608 nömrəli və A 085609 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kəndarası yoldan başlayır və uolun müəyyən edilmiş bslanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin şimal nöqtəinə qədər 83,17 metr uzunluğundadır və iddiaçının xüsusi mülkiyyətində olan 0,2159 ha torpaq sahəsinin kənan ilə cənub tərəfdən digər kəndarası yola birləşir. Həmin yolun digər hissəsi də iddiaçının özü və digər qonşular tərəfindən zəbt edilərək bağlanmışdır. Göründüyü kimi sözügedən mübahisəli yolun kəndin şimal tərəfi ilə cənub tərəfini birləşdirən yoldur və iddiaçı özü də yolun digər kəndarası yola birləşən hissəsini bağlamışdır. Bu hal şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Yolun onlar tərəfdən keçən hissəsinin açılması qət edildiyi halda, nəyə görə digər hissəsinin açılması qət edilmir? Axı yol ümumi istifadədə olan yoldur. Məhkəmə tərəfindən onların izahatları, şahidin qeyd etdiyi iş üçün əhəmiyyəti olan xüsusatlar nəzərə alınmamış, qəbul edilməmiş, dəlillərimizin qəbul edilməməsi qətnamədə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticəni işin həqiqi hallarına uyğun hesab etmiş, nəticədə maddi və prossesual hüquq normalarının tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir.Həqiqətin müəyyən edilməsi ədalət mühakiməsinin əsas və mütləq şərtlərindən biri hesab edilir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya edilmiş son mühüm dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir (Konstitusiya m. 125, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin edir). AR MPM-nin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(054)-5/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-5/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn xx xxxxxx 2019-cu il tarixli mütəxəssis arayışında qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli Çıxarış sənədində göstərilən 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu qeyd olunan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki pasporta əsasən şimal istiqamətdən göstərilmişdir. 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 mövcud olan elektron kadastr məlumat bazasına əsasən cavabdehlərə məxsus A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kənd arası yoldan başlayır və yolun müəyyən edilmiş başlanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal nöqtəsinə qədər olan uzunluğuelektron kadastr məlumat bazasında 83,17 metr, eni isə 11,8 metr göstərilir. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən qeyd olunan yol yeri naturada kənar şəxs tərəfindən kol-çəpərlə əhatəyə alınmışdır. İşdə оlаn Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2040 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,2159 hektar torpaq sahəsinə gedişgəliş yolu həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta əsasən şimal istiqamətindən göstərilmişdir. 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6 mövcud olan elektron kadastr məlumat bazasına əsasən A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kəndarası yoldan başlayır və yolun müəyyən edilmiş başlanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal nöqtəsinə qədər olan uzunluğu elektron kadastr məlumat bazasında 83,17 metr, eni isə 11,8 metr göstərilir. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən qeyd olunan yol yeri naturada kənar şəxs tərəfindən kol-çəpərlə əhatəyə alınmışdır. Cavabdehin vəsatəti əsasında iş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Yusibov Rövşən Seyfəddin oğlu ifadə verərək göstərmişdir ki, o, Oğuz rayon Kərimli kəndində yaşayır. Hazırki iş üzrə həm iddiaçı, həm də cavabdehlər onun qonşularıdırlar. O, anadan olandan indiyədək həmin ünvanda yaşamışdır. Qonşusu İddiaçı evinə Cavabdeh1 ailə üzvlərinə məxsus həyətyanı və bağ torpaq sahələrinin arasından avtomobil yolu olmuşdur. Həmin yolu İddiaçı həyətinin qapısına qədər olduğunu görmüşdür. Cavabdeh1 vəsatəti əsasında birinci instansiya məhkəməsinin iclasında dindirilmiş, hazırki iş üzrə mütəxəssis arayışı vermiş orqan - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7 rəisi X2 ifadə verərək göstərmişdir ki, mütəxəssis arayışı mübahisəli torpaq sahəsi ilə əlaqədar tərəflərə məxsus sənədlərə uyğun olaraq verilmişdir. O özü şəxsən mübahisəli ərazidə yerində müayinə keçirmişdir. Ərazidə ölçmə işləri aparılarkən ona məlum olmuşdur ki, iddiaçıya məxsus 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu X6 mövcud olan elektron kadastr məlumat bazasına əsasən cavabdehlərə məxsus A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kənd arası yoldan başlayır və yolun müəyyən edilmiş başlanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal nöqtəsinə qədər 83,17 uzunluğundadır və iddiaçının xüsusi mülkiyyətində olan 0,2159 hektar torpaq sahəsinin kənarı ilə cənub tərəfdən digər kəndarası yola birləşir. Həmin yolun digər hissəsi də iddiaçının özü və digər qonşular tərəfindən zəbt edilərək bağlanmışdır. Yolun iddiaçıya məxsus torpaq sahəsinədək 83,17 uzunluğunda olan hissəsinin eni isə orta hesabla 11,8 metrdir. Həmin yol kəndarası yoldan ayrılan hissədə cavabdehlər tərəfindən kol-çəpərlə əhatəyə alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçının xüsusi mülkiyyətində Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,2159 hektar həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsi Cavabdeh1 mərhum əri X1 adına tərtib edilmiş A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələri ilə həmsərhəddir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində 0,2159 hektar torpaq sahəsində yerləşən evə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq, cavabdehlər tərəfindən qeyri-qanuni bağlanmış yolun 10 (on) metr enində açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq həmin torpaq sahəsinin özünün mülkiyyətinə aid olmasına dair hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, ekspert rəyinə və mütəxəssis arayışına istinad edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər və yolun digər yarısının iddiaçının özü tərəfindən bağlandığını bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə mərhum X1 adına tərtib edilmiş A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən başqa hər hansı sənəd təqdim etməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun cavabdehlər tərəfindən bağlanmış olması məhkəmə iclasında tamamilə sübuta yetirilmişdir. Həmin yolun cavabdehlər tərəfindən qanunsuz və əsassız olaraq bağlanması iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. İş materiallarından da göründüyü kimi, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu bağlamaları üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçıya məxsus olan 0,2159 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər tərəfindən qeyri-qanuni bağlanmış hissəsi açılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1, 152.2, 164.1, 164.2-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 164.1.-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. - 164.2.-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: - 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-5/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-5/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar