Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-211/2022 23.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Rafiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(025)-589/2021 saylı qətnaməsindən cavabdeh X4 və İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə ödənilmiş ümumilikdə 34.000 manat məbləğində pulun 20.000 (iyirmi min) manat məbləğində hissəsinin cavabdeh X1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)- 5688/2019 saylı mülki iş üzrə onu həm iddiaçıya, həm də cavabdehə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmasını, təqdim etdiyi iddianı icraata qəbul edilməsini, 13 aprel 2017-ci il tarixdə X3 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə keçmiş gəlini İddiaçı arasında bağlanmış müqavilənin sifarişçi olaraq onunla X4 arasında bağlanmış hesab edilməsi, müqavilədə nəzərdə tutulmuş işlərin 3 ay müddətində yekunlaşdırılması və ona təhvil verilməsi vəzifəsinin X2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10 mart 2020-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Zamin Əmlak” tikinti şirkəti ilə müqavilə bağlanan zaman keçmiş gəlini İddiaçı şirkətə ödədiyi 28000 (iyirmi səkkiz min) manat və əlavə xərclərə görə ödədiyi 1500 (min beş yüz) manat, habelə haraya xərclədiyini bilmədiyi 500 (beş yüz) manat pul vəsaiti ona məxsus olduğundan, İddiaçı 30000 (otuz min) manat pul vəsaitinin tutularaq (alınaraq) ona ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi 5 (beş) ay müddətinə bağlanıldığından və cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etmədiyinə görə ondan 20000 (iyirmi min) manat məbləğində pulun və 13 sentyabr 2017ci il tarixindən bu günədək (29 sentyabr 2021-ci ilədək) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq (ortalama 7 faiz olmaqla 4 il 14 gün) 5653 (beş min altı yüz əlli üç) manat məbləğində pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5000 (beş) min manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 və İddiaçı arasında 13 aprel 2017-ci il tarixli 5 (beş) ay müddətinə “Xidmət Müqaviləsi” bağlanmış, həmin müqavilə və ona əlavəyə əsasən X4 5 (beş) daş üstündə evin tikilməsi, evin üstünün örtülməsi, tavanların alçıpanla işlənməsi, döşəmənin beton örtüklə örtülməsi, elektrik islərinin görülməsi, televizor, internet, işıq sistemlərinin quraşdırılması, qaz xəttinin çəkilməsi, kombi islərinin görülməsi, evin daxili divarlarının aboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, qapı və pəncərələrin qoyulması öhdəlik kimi üzərinə götürmüş və həmin islərin görülməsi müqabilində ona 20.000 (iyirmi min) manat məbləğində pul ödənilmişdir. Daha sonra isə əlavə xərclik meydana çıxdığı üçün, ona iddiaçı 6.000 (altı min) manat pul ödəmişdir. Müqavilənin 13 aprel 2017-ci il tarixdə bağlanmasına baxmayaraq, müqavilə üzrə görüləcək islər Cavabdeh tərəfindən tam icra edilməmiş, belə ki, yalnız ev tikilmiş, üstü örtülmüş, yerdə qalan işlər isə ümumiyyətlə icra edilməmişdir. Təxmini hesablamalarına görə Cavabdeh ümumilikdə ödədiyi 34.000 (otuz dörd min) manat məbləğində pulun beh hissəsi, yəni 14.000 (on dörd min) manat hissəsi müqabilində işlər cavabdeh tərəfindən görülmüş yerdə qalan 20.000 (iyirmi min) manat məbləğində görüləcək işlərə isə ümumiyyətlə başlanılmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, X12 2017-ci ilin fevral ayında yaşadığı və mülkiyyətində olan ünvan 1 ünvanında olan ümumi sahəsi 60.2 metr olan 3 otaqlı mənzili 60000 manata satıb, pulun yarısını qızına verdi ki, mənzil şəraitini yaxşılaşdırsın. 30000 manatını isə oğlu İlqarla birlikdə ev tikintisi üçün xərcləmək qərarına gəldilər. Evin tikintisi və mülkiyyət sənədlərinin alınmasına uzun müddət getdiyi üçün müvəqqəti olaraq qızının evində qeydiyyata düşdülər. Evi tikəndən və sənədləşdirəndən sonra öz evinə qeydiyyata düşəcəyini fikirləşmişdir. Ev tikintisi üçün Oqtay Zərbəliyevə məxsus tikinti şirkətini gəlini İddiaçı tapmışdı. Bir ailə olduqları üçün müqavilənin kiminlə bağlanmasına fikir vermədilər. Tikinti şirkəti olan Zamin Əmlak şirkətinin işçilərini gəlini tanığı üçün müqavilə də onun adından bağlandı. Evin tikintisi barədə müqaviləni gəlini bağlasa da 28000 manat pulu o ödəyib. Daha doğrusu həmin pul satdığı mənzilin pulunun bir hissəsidir. Bundan əlavə qeyri-rəsmi xərclərə görə də 1500 manat vermişdir. Ev 5 daş üstündə bir mərtəbəli olmaqla Ramana qəsəbəsində, keçmiş yod zavodunun yanında, başqaşəxsdən aldığı torpaq sahəsində tikilməli idi. Müqaviləyə əlavə edilmiş iş planına görə evin üstünün örtülməsi, tavanların alçıpanla işlənməsi, döşəmənin beton örtüklə örtülməsi, elektrik islərinin görülməsi, televizor, internet, işıq sistemlərinin quraşdırılması, qaz xəttinin çəkilməsi, kombi islərinin görülməsi, evin daxili divarlarının oboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, qapı və pəncərələri qoyulmalı idi. Müqavilə üzrə görüləcək islər Cavabdeh tərəfindən tam icra edilməmiş, belə ki, yalnız ev tikilmiş, üstü örtülmüş, yerdə qalan işlər isə ümumiyyətlə icra edilməmişdir. Digərtərəfdən gəlini Ülviyyə oğlu İlqarla boşanmışdır. Eyni zamanda gəlini onlara xəbər vermədən Oqtay Zərbəliyevə qarşı polisə şikayət vermişdir. Amma o, tikinti şirkətinin sahibindən evin tikintisini başa çatdırmağı və müqavilənin onunla bağlanmış hesab edilməsini tələb etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(025)-589/2021 saylı qətnaməsi ilə (hakim E.İsayev) İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilməmiş tikinti işlərinə görə 11914,80 (on bir min doqquz yüz on dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 (üç yüz) manat və 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, aparılmış məhkəmə tikinti-texnikası ekspertizasının dəyəri 100 (bir yüz) manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh X4 və İddiaçı arasında Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində yaşayış evi inşa olunması ilə bağlı 13 aprel 2017-ci il tarixdə 5 (beş) ay müddətinə “Xidmət Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 aşağıdakı öhdəlikləri götürmüşdür. 1) 5 (beş) daş üstündə evin tikilməsi; 2) evin üstünün örtülməsi, 3) tavanların alçıpanla işlənməsi, 4) döşəmənin beton örtüklə örtülməsi, 5) elektrik islərinin görülməsi, 6) televizor, internet, işıq sistemlərinin quraşdırılması, 7) qaz xəttinin çəkilməsi, 8) kombi islərinin görülməsi, 9) evin daxili divarlarının oboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, 10) yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, 11) qapı və pəncərələrin qoyulması. Həmin islərin görülməsi müqabilində İddiaçı tərəfindən 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul ödənilmişdir. Podrat müqaviləsinin predmentini təşkil edən tikinti işləri O.D.Zərbəliyev tərəfindən tam yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən işlərdən yalnız 1) beş daş üstündə evin tikilməsi, 2) evin üstü örtülməsi və 3) döşəməyə beton tökülməsi işlərinin görüldüyü müəyyən olunmuşdur. Hazırda İddiaçı tərəflər arasında 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi 5 (beş) ay müddətinə bağlanıldığından və O.D.Zərbəliyev həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etmədiyinə görə ondan ümumilikdə ödənilmiş 34000 manat məbləğində pulun 20000 (iyirmi min) manat məbləğində pulun və 13 sentyabr 2017-ci il tarixindən bu günədək (29 sentyabr 2021-ci ilədək) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq (ortalama 7 faiz olmaqla 4 il 14 gün) 5653 (beş min altı yüz əlli üç) manat məbləğində pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5000 (beş) min manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh X4 isə iddia tələbini qəbul etmir. Bundan başqa, X12 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qoşulmuş, cavabdehlər İddiaçı və X3 qarşı iddia ərizəsi qaldıraraq 13 aprel 2017-ci il tarixdə X3 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə keçmiş gəlini İddiaçı arasında bağlanmış müqavilənin sifarişçi olaraq onunla X4 arasında bağlanmış hesab edilməsini, müqavilədə nəzərdə tutulmuş işlərin 3 ay müddətində yekunlaşdırılmasını və ona təhvil verilməsi vəzifəsinin X2 üzərinə qoyulmasını tələb edir. Qeyd olunan iddia tələbini nə İddiaçı, nədə ki, O.D.Zərbəliyev qəbul etmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddia tələbi 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə ödənilmiş ümumilikdə 34.000 manat məbləğində pulun 20.000 (iyirmi min) manat məbləğində hissəsinin cavabdeh X1 tutulması hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 26819 saylı ekspert rəyindən görünür ki, Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16085.20 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdən Sifarişçi tərəfindən İcraçıya ödənilmiş pulun (28000 manat) geri qaytarılmalı olan hissəsi 11914,80 (on bir min doqquz yüz on dörd manat səksən qəpik) manat təşkil edir. (28000 manat-16085.20 manat=11914.80 manat). Məhkəmə baxışı zamanı sifarışçi tərəfindən icraçıya xidməti müqavilə üzrə 34000 manat məbləğində pulun yox, 28000 manat məbləğində pulun ödənildiyi öz təsdiqini tapmışdır. Lakin, İddiaçı sonradan müqavilə üzrə O.D.Zərbəliyevə 6000 manat məbləğində pulun ödənilməsini iddia etsə də, iddia etdiyi pul məbləğini tam şəkildə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Bundan başqa, İddiaçı 13 sentyabr 2017-ci il tarixindən bu günədək (29 sentyabr 2021ci ilədək) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq (ortalama 7 faiz olmaqla 4 il 14 gün) 5653 (beş min altı yüz əlli üç) manat məbləğində pulun, o cümlədən mənəvi zərərə görə 5000 (beş) min manat məbləğində pulun O.D.Zərbəliyevdən tutulmasını tələb etsə də, iddianı bu hissədə də əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 13 aprel 2017ci il tarixdə X3 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə keçmiş gəlini İddiaçı arasında bağlanmış müqavilənin sifarişçi olaraq onunla X4 arasında bağlanmış hesab edilməsi, müqavilədə nəzərdə tutulmuş işlərin 3 ay müddətində yekunlaşdırılması və ona təhvil verilməsi vəzifəsinin X2 üzərinə qoyulmasını tələb etsə də tələbini əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında X7 evin tikintisi üçün keçmiş gəlini İddiaçı 30000 manat məbləğində pulun verilməsi, daha sonra onun tapşırığı və icazəsi ilə gəlinin X3 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə xidməti müqavilənin bağlanması öz təsdiqini tapmamışdır. T.M.Əliyeva öz izahatında da oğlu İlqarla birlikdə ev tikmək qərara gəldiyini, tikinti məqsədləri üçün 30000 manat məbləğində pulun keçmiş gəlininə yox, oğlu İlqara verdiyini bildirmişdir Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Vəkilə çəkilmiş xərclərə görə tələb olunan 1000 manat pulun cavabdehdən tutulmasını məhkəmə qismən əsaslı hesab edir. Belə ki, işin xarakteri, mürəkkəbliyi, məhkəmə iclaslarının sayı və iclasın keçirilməsi müddəti (bir hazırlıq, səkkiz baxış iclası, onlardan dördü vəkilin iştirakı ilə), o cümlədən iddianın qismən təmin edilməsi nəzərə alınarsa məhkəmə vəkilə görə ödənilmiş 1000 manatdan 300 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilməmiş tikinti işlərinə görə 11914,80 (on bir min doqquz yüz on dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 (üç yüz) manat və 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi isə təmin edilməməlidir. Aparılmış məhkəmə tikinti-texnikası ekspertizasının dəyəri 100 (bir yüz) manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3, 385.1, 442, 443.1, 448.2, 21.1, 21.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 88,107, 115, 119.1, 121.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəymiş zərərin 11914,80 manat məbləğində müəyyən edilməsi ilə (birinci instansiya məhkəməsində icraat zamanı) həmin məbləğə münasibətdə belə bir nəticəyə gəlmək olar ki, illik 7 (yeddi) faiz olmaqla, 4 (dörd) il, 14 (on dörd) gün olmaqla, ümumilikdə 3368.13 (üç min üç yüz altmış səkkiz) manat məbləğində əldən çıxmış fayda olmuşdur. Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən əldən çıxmış faydaya münasibətdə məhkəməyə mötəbər sübut təqdim olunmaması qeyd etmişdir. Halbuki. 4 il müddətində mübahisəli fərdi yaşayış evi inşa edilib istismara yaralı vəziyyətə gətirilmədiyindən iddiaçı məcburi olaraq hər ay 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödəyərək kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Həmçinin əgər mübahisəli fərdi yaşayış evi nəzərdə tutulduğu andan istismara verilsə idi, iddiaçı həmin evi ən azı 300 (üç yüz) manat məbləğində başqa şəxsə kirayəyə verə bilərdi. Məsələyə bu cür hüquqi qiymət verilərsə iddiaçının əldən çıxmış faydası 14400 (1 ayda 300 manat olmaqla 48 ay) manat məbləğində olardı. Lakin iddiaçı yalnız illik bank faiz uçot dərəcəsinə uyğun olaraq ən minimal məbləği əldən çıxmış fayda qismində cavabdehdən tələb edir. Həmçinin, yuxarıda qeyd olunan hesablamalar Mərkəzi Bankın 4 il (2017-2021 -ci illər) müddətində illik faiz uçot dərəcəsinə uyğun olaraq orta illik faiz dərəcəsi 7 faiz götürülmüşdür. Cavabdeh iddiaçının hüququnu pozsun, ona illərlə sürən əsəb, stress və sarsıntı yaşamasına səbəb olmaqla mənəvi zərər, o cümlədən maddi zərər vursun, yekunda isə məhkəmələr əsas məbləğin, mənəvi zərərin, əldən çıxmış faydanın, hüquqi yardıma və digər zəruri xərclərə görə sərf edilmiş vəsaitlərin cavabdehdən ağlabatan məbləğdə tutulması qənaətinə gəlməkdənsə, yalnız əsas məbləğin tutulması barədə qətnamə qəbul etsin ki, cavabdeh və digər şəxslər gəlsin-getsin üçüncü şəxslərə bu və ya digər formada zərər vursunlar və rahat olsunlar ki, onsuz da məhkəmələr əlavə vurduğumuz zərərlərin ödənilməsini təmin etməyəcək, ona görə ki, belə bir məhkəmə təcrübəsi formalaşmamışdır. Birinci instansiya məhkəməsi işin xarakteri, mürəkkəbliyi, məhkəmə iclaslarının sayı, iclasın keçirilməsi müddəti (bir hazırlıq, səkkiz baxış iclası.onlardan dördündə vəkilin iştirakı), o cümlədən iddianın qismən təmin edilməsini nəzərə alaraq iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manatdan 300 manatının cavabdehdən tutulub iddiaçıya verilməsini ağlabatan hesab etmişdir Lakin məhkəmə bir halı nəzərə almamışdır ki, iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləğində vəsaitin elə yerindəcə 37 faiz hissəsi (vergi, sosial sığorta və s.) həmin məbləğdən çıxılaraq (1000- 370), 630 manat məbləğində vəsait vəkilin bank hesabına köçürülmüşdür. Həmçinin vəkil Bakı şəhərindən Qəbələ Rayon Məhkəməsinə məhkəmə iclaslarında iştirak etmək üçün hər gedişdə yol və telefon danışıq xərcləri sərf etmişdir. O cümlədən hazırki iş kifayət qədər mürəkkəb olmuş və uzun sürmüşdür. Belə ki. 2019cu ildə ilkin olaraq vəkil vasitəsilə polis orqanına müraciət edilmiş, daha sonra sübutlar toplanılmış və iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Daha sonra, üçüncü şəxs qismində müstəqil tələb irəli sürülmüş və həmin müstəqil tələbə qarşı vəkil tərəfindən müvafiq araşdırılma aparılaraq etiraz ərizəsi tərtib edilib məhkəməyə təqdim edilmiş, həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilmiş, ekspertizadan qayıtdıqdan sonra ış aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra sonuncu tərəfindən icraatın dayandırılması barədə qərardad qəbul edilmiş və həmin qərardaddan vəkil tərəfindən şikayət ərizəsi verilmişdir. Göründüyü kimi, hazırki iş kifayət qədər mürəkkəb olmuş və kifayət qədər yol. telefon, poçt və s. məsrəflər sərf olunmuşdur. Həmçinin hazırda əpellyasiya qaydasında şikayət ərizəsinin verilməsi və dövlət rüsumunun ödənilməsi, o cümlədən növbəti mərhələdə kassasiya instansiyasında hüquqi yardıma və s. görə çəkiləcək xərclər məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlarla əlaqədar hüquqi yardıma görə vəkilə ödəniləcək ağlabatan məbləğ nəyin ki, 1000 manat, hətta 2000 manat və daha çox məbləğdə təşkil edir. Belə ki, məsələyə real yanaşılsa mikroavtobus sürücüsü 2 dəfə Bakı-Qəbələ, Qəbələ-Bakı reysləri edərək .(1 nəfər 10 manat olmaqla 15 nəfər 150 manat) ən azı 300 (üç yüz) manat məbləğində pul vəsaiti əldə etmiş olardı. Lakin çox təəssüflər olsun ki, məhkəmə (həmçinin digər məhkəmələrin analoji işlər üzrə) vəkilin göstərdiyi hüquqi yardıma, sərf edilən əməyə və çəkilən çoxsaylı məsrəflərə yalnız 300 manat məbləğin ağlabatan olması qənaətinə gəlmişdir. Odur ki, qeyd olunanlara əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-589/2021 saylı qətnaməsinin ləğv edərək, iddia tələblərinin “əldən çıxmış fayda və hüquqi yardıma görə ödənilən məbləğlərin, həmçinin mənəvi zərər hissəsində” tam təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxıldığı dövrdə məhkəmə iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zərurəti mövcud olmuşdur. Belə ki, heç bir sənədi və mülkiyyətçisi olmayan və qanunsuz ərazi hesab olunan mübahisəli torpaqdakı tikinti işlərinin layihə-smeta sənədləri olmamış, ekspert tərəflərin iştirakı olmadan baxış keçirməklə əsassız rəy vermiş, rəyə heç bir sübut əlavə olunması və doğru olmayan nəticə formalaşdırmışdır. Buna görə də hakim mövqeləri ilə razılaşaraq Qəbələ Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(025)-589/2021 saylı qərardadı ilə, iddia ərizəsi üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə İddiaçı məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(025)-589/2021 saylı icraatın dayandırılması barədə qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, guya cavabdeh Oqtay Zərbəliyevin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ekspertizanın təyin edilməsinə dair verilmiş vəsatətin təmin olunması və bununla əlaqədar icraatın dayandırılması mülki işin uzadılmasına gətirib çıxaracaqdır, ona görə ki, sözügedən fərdi yaşayış evi artıq X8 Əliyev tərəfindən X10, daha sonra, sonuncu həmin evi X6, satmış və həmin evdə əsaslı təmir işləri (təxminən əlavə olaraq 30.000-40.000 manat məbləğində) aparılaraq ev tam yaşayışa yararlı vəziyyətə gətirilmişdir. Hazırda həmin evdə X9 ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxaraq əsassız qərardad qəbul etmişdir. İddiaçının nümayəndəsi bu deyilənlərə aid nə sübut təqdim etmişdir bilinmir. Hansı əsaslarla heç bir sənədi olmayan torpaq və tikilinin satılmasını iddia edir məlum deyildir. Lakin hakim bu şikayəti məqbul sayaraq özünün qəbul etdiyi ekspertizanın keçirilməsinin müəyyən edilməsi barədə qərardadı ləğv etmişdir. Halbuki, şikayət yalnız icraatın dayandırılması hissəsindən verilə bilərdi və məhkəmə yalnız bu hissəyə münasibətdə qərardadına münasibət göstərə bilərdi. İş materiallarında isə müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə kompleks məhkəmə tikinti-texniki məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İddiaçı ilə X4 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsinin predmetini təşkil edən işləri tam aparılmışdırmı? 2.əgər tam aparılmamışdırsa hansı tikinti işləri yerinə yetirilmişdir? 3.İddiaçı ilə X4 arasında xx.xx.2017-ci il tarixində bağlanmış podrat müqaviləsi üzrə yerinə yetirilən tikinti işlərini dəyəri nə qədər təşkil edir? 4. tərəflər arasında bağlanmış müqavilə üzrə tikinti işlərinin tam yerinə yetirilməsi üçün nə qədər xərc tələb olunur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 31896 saylı ekspert rəyindən görünür ki,1-ci 2-ci suallar üzrə Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evi İddiaçı ilə X4 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsinin predmetini təşkil edən tikinti işləri tam yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən işlərdən beş daş üstündə evin tikilməsi, evin üstünün örtülməsi və döşəmənin beton tökülməsi işlərinin görüldüyü müəyyən olunmuşdur. 3-cü sual üzrə: Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikint təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16.085.2 manat məbləğində müəyyən olunmuşdur. Ekspert isə qoyulan sualları tam cavablandırmamış, işin hallarına istinad vermişdir. Lakin hakim məhkəmədə cavabdeh tərəfin dəlillərinə əhəmiyyət verməyərək ekspertizanın keçirilməsindən qanunsuz imtina etmişdir. İşdə olan sübutlara düzgün qiymət verməmiş və tədqiq etməmişdir. İşə baxan məhkəmə hazırda mübahisələndirilən qətnamənin qət etdi hissəsində 13 aprel 2017-ci tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilməmiş tikinti işlərinə görə 11.914,80 manat məbləğində pul vəsaitinin, işə buraxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 manat və 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ödənilməsini qərarlaşdırmaqla düzgün nəticəyə gəlməmişdir. İddiaçının tələbi dəyişdirməsinə, məzmununa hakim əhəmiyyət verməmişdir. Belə ki, 18 may 2021-ci il tarixdə iddiaçın nümayəndəsi və vəkili Vəkil cavabdeh X3 qarşı “pul tələbi”nə dair iddia tələblərinin həcminin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 (iyirmi min) manat məbləğində pulun, 13 sentyabr 2017-ci il tarixindən bu günədək (18 may 2021-ci il) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq hesablanaraq həmin məbləğdə pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5.000 (beş min) manat,hüquqi yardıma görə ödənilmiş 1.000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu isə o deməkdir ki, iddiaçı verilmiş 20.000 (iyirmi min) manat məbləğində pulunu istəyir. Əgər ekspertin rəyini nəzərə alırdısa onda o məbləğdən 16085,20 manat çıxılmalı və 3918 manat cavabdehdən tutulmalı idi. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 2(025)- 589/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin X3 aid hissədə ləğv edilməklə İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-589/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələblərinin “əldən çıxmış fayda və hüquqi yardıma görə ödənilən məbləğlərin, həmçinin mənəvi zərər hissəsində” tam təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin əldən çıxmış fayda və hüquqi yardıma görə ödənilən məbləğlərin, həmçinin mənəvi zərərə münasibətdə təmin edilməyən hissəsinin tam təmin edilməsini xahiş edir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin ona münasibətdə təmin edilən hissəsində ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddiaçıya münasibətdə iddia tələbinin yalnız mübahisələndirilən hissəsi, yəni əldən çıxmış fayda və hüquqi yardıma görə ödənilən məbləğlərin, həmçinin mənəvi zərərin tutulması tələbinin təmin edilməyən hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması, cavabdehə münasibətdə iddia tələbinin ona münasibətdə təmin edilən hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissələri üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(025)-589/2021 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh X4 və İddiaçı arasında Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində yaşayış evi inşa olunması ilə bağlı 13 aprel 2017-ci il tarixdə 5 (beş) ay müddətinə “Xidmət Müqaviləsi” (podrat müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 aşağıdakı öhdəlikləri götürmüşdür. 1) 5 (beş) daş üstündə evin tikilməsi; 2) evin üstünün örtülməsi, 3) tavanların alçıpanla işlənməsi, 4) döşəmənin beton örtüklə örtülməsi, 5) elektrik işlərinin görülməsi, 6) televizor, internet, işıq sistemlərinin quraşdırılması, 7) qaz xəttinin çəkilməsi, 8) kombi işlərinin görülməsi, 9) evin daxili divarlarının oboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, 10) yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, 11) qapı və pəncərələrin qoyulması. Həmin işlərin görülməsi müqabilində İddiaçı tərəfindən cavabdehə 28.000 manat məbləğində pul ödənilmişdir. Podrat müqaviləsinin predmentini təşkil edən tikinti işləri O.Zərbəliyev tərəfindən tam yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən işlərdən yalnız 1) beş daş üstündə evin tikilməsi, 2) evin üstü örtülməsi və 3) döşəməyə beton tökülməsi işlərinin görüldüyü müəyyən olunmuşdur. Hazırda İddiaçı tərəflər arasında 13 aprel 2017ci il tarixli xidmət müqaviləsi 5 ay müddətinə bağlanıldığından və Oqtay Zərbəliyev həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etmədiyinə görə ondan ümumilikdə ödənilmiş 34000 manat məbləğində pulun 20000 manat məbləğində pulun və 13 sentyabr 2017-ci il tarixindən bu günədək (29 sentyabr 2021-ci ilədək) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq (ortalama 7 faiz olmaqla 4 il 14 gün) 5653 (beş min altı yüz əlli üç) manat məbləğində pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5000 (beş) min manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəymiş zərərin 11914,80 manat məbləğində müəyyən edilməsi ilə (birinci instansiya məhkəməsində icraat zamanı) həmin məbləğə münasibətdə belə bir nəticəyə gəlmək olar ki, illik 7 (yeddi) faiz olmaqla, 4 (dörd) il, 14 (on dörd) gün olmaqla, ümumilikdə 3368.13 (üç min üç yüz altmış səkkiz) manat məbləğində əldən çıxmış fayda olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlillərini əsaslandırılmamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti bu dəlilləri birinci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində əldən çıxmış fayda ilə bağlı qeyd etdiyi dəlilləri əsaslandırmamış və bununla bağlı kollegiyaya heç bir sübut tətbiq etməmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, 4 il müddətində mübahisəli fərdi yaşayış evi inşa edilib istismara yararlı vəziyyətə gətirilmədiyindən iddiaçı məcburi olaraq hər ay 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödəyərək kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Həmçinin əgər mübahisəli fərdi yaşayış evi nəzərdə tutulduğu andan istismara verilsə idi, iddiaçı həmin evi ən azı 300 (üç yüz) manat məbləğində başqa şəxsə kirayəyə verə bilərdi. Məhkəmə kollegiyası biri digərini təkzib edən şikayətin dəlilinə qiymət verərək qeyd edir ki, dəlillər əsassızdır. İddiaçı qeyd edir ki, məcburi olaraq hər ay 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödəyərək kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Halbuki məhkəmələr işlərə ədəbi dillə ifadə edilən sözlər əsasında deyil, iş materiallarında olan faktlar və sübutlar əsasında baxır. Belə bir fakt və sübut iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Digər tərəfdən apellyator bildirir ki, həmin evi ən azı 300 (üç yüz) manat məbləğində başqa şəxsə kirayəyə verə bilərdi. Bununla bağlı kollegiya qeyd edir ki, apellyator bir tərəfdən ayda üç yüz manat kirayə haqqını ödədiyini qeyd edir, digər tərəfdən mübahisəli evi kirayə verib qazanc əldə edə bilməsini deyir. Yəni apellyator evi kirayə verə bilirsə deməli onun başqa yaşayış sahəsi mövcuddur. Bununla da aydın olur ki, hər ay 300 manat kirayə haqqı ödədiyinə dair iddia əsassızdır. Ona görə də şikayət bu hissədə təmin edilə bilməz. Həmçinin iddiaçı apellyasiya şikayətinin digər dəlillərində bildirmişdir ki, birinci instansiya məhkəməsi işin xarakteri, mürəkkəbliyi, məhkəmə iclaslarının sayı, iclasın keçirilməsi müddəti (bir hazırlıq, səkkiz baxış iclası.onlardan dördündə vəkilin iştirakı), o cümlədən iddianın qismən təmin edilməsini nəzərə alaraq iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manatdan 300 manatının cavabdehdən tutulub iddiaçıya verilməsini ağlabatan hesab etmişdir. Lakin məhkəmə bir halı nəzərə almamışdır ki, iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləğində vəsaitin elə yerindəcə 37 faiz hissəsi (vergi, sosial sığorta və s.) həmin məbləğdən çıxılaraq (1000- 370), 630 manat məbləğində vəsait vəkilin bank hesabına köçürülmüşdür. Həmçinin vəkil Bakı şəhərindən Qəbələ Rayon Məhkəməsinə məhkəmə iclaslarında iştirak etmək üçün hər gedişdə yol və telefon danışıq xərcləri sərf etmişdir. O cümlədən hazırki iş kifayət qədər mürəkkəb olmuş və uzun sürmüşdür. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində hüquqi yardımla bağlı 1000 manatın tutularaq ona ödənilməli olduğunu bildirsə də kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamənin bu hissəsi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi hüquqi xidmətlə bağlı 300 manat pulun tutularaq iddiaçıya verilməsini qət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, iddiaçının tələb etdiyi 1000 manat məbləğ ağlabatan məbləğ hesab edilə bilməz. İddiaçı apellyasiya şikayətinin digər dəlillərində iddia tələbinin təmin edilməyən mənəvi zərər hissəsini də mübahisələndirir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə də əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə də təmin etməmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin iddiaçıya vurmuş olduğu mənəvi ziyanın sübut edilməsidir. İddiaçı tərəfindən belə bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Daha sonra kollegiya cavabdehin apellyasiya şikayətinə baxaraq, hesab edir ki, cavabdehin də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, ekspert qoyulan sualları tam cavablandırmamış, işin hallarına istinad vermişdir. Lakin hakim məhkəmədə cavabdeh tərəfin dəlillərinə əhəmiyyət verməyərək ekspertizanın keçirilməsindən qanunsuz imtina etmişdir. İşdə olan sübutlara düzgün qiymət verməmiş və tədqiq etməmişdir. İşə baxan məhkəmə hazırda mübahisələndirilən qətnamənin qət etdi hissəsində 13 aprel 2017-ci tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilməmiş tikinti işlərinə görə 11.914,80 manat məbləğində pul vəsaitinin, işə buraxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 manat və 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ödənilməsini qərarlaşdırmaqla düzgün nəticəyə gəlməmişdir. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31896 saylı ekspert rəyinə istianad etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31896 saylı ekspert rəyinə əsasən Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evi İddiaçı ilə X4 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsinin predmentini təşkil edən tikinti işləri tam yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən işlərdən beş daş üstündə evin tikilməsi, evin üstü örtülməsi və döşəməyə beton tökülməsi işlərinin görüldüyü müəyyən olunmuşdur. 3-cü sual üzrə: Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikintitəmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16085.20 manat məbləğində müəyyən olunmuşdur. Apellyator apellyasiya şikayətinin dəlillərində ekspert rəyinin əsaslı olmadığını və yenidən ekspertiza təyin edilməsi barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyini və bunun qanunsuz olduğunu bildirsə də, kollegiya bu dəlillərlə razılaşmır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, apellyator bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi özü tərəfindən ekspertiza təyin etməsə belə iş materiallarında olan ekspert rəyinə istinad etməkdə haqlı olmuşdur. Belə ki, əlavə olaraq ekspertizanın təyin edilməsi işin əsassız yerə uzadılmasına gətirib çıxarar ki, bu da prosessual qənaət prinsipinə ziddir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işin daha da obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/994 saylı ekspert rəyinə əsasən Bakı şəhərində yerləşən, İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evi İddiaçı ilə X4 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsinin predmetini təşkil edən tikinti işləri (iş planında göstərilən) hal-hazırda tam yerinə yetirilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən işlərdən 5 daş üstündə evin tikilməsi, evin üstü örtülməsi və döşəməyə beton tökülməsi, yaşayış evinin divarları şpaklyovka çəkilərək divar kağızının üzləndiyi, döşəməsinə laminət vurulduğu, tavanı alçipan ilə yığılaraq boya ilə rənglədiyi, evin daxilində elektrik kanalizasiya, kombi sistemi çəkildiyi və qapı-pəncərələr quraşdırıldığı görüldüyü müəyyən olunmuşdur. Bakı şəhərində yerləşən, İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 42035,20 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda kollegiya tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/994 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul etmir və birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş ekspert rəyini daha mötəbər sübut kimi qəbul edir. Belə ki, iş materiallarında olan “Zamin Əmlak” tikinti şirkəti (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış 13 aprel 2017-ci il tarixli Xidmət müqaviləsi əsasən Şifarişçi ona məxsus köhnə avadanlıqların əsaslı təmirini, modernləşdirilməsini İcraçıya sifariş verir və İcraçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirir. Müqavilə imzalandığı gündən 5 ay müddətinə qüvvədədir. Sifarişçi müqavilə üzrə icraçıya 28000 manat ödəməyi öhdəsinə götürür. Belə olduğu halda kollegiya hesab edir ki, xx.xx.2022-ci il tarixli 10/994 saylı ekspert rəyində müəyyən edilmiş 42035,20 manat məbləğ hazırki mülki iş üzrə tələb üçün ağlabatan məbləğ deyildir. Belə ki, bu məbləğ həm Xidmət müqaviləsində qeyd edilmiş, həm də iddia tələbində tələb edilmiş məbləğdən çox yüksəkdir. Kollegiya həmçinin qeyd edir ki, mübahisəli mənzilin başqa şəxslərə satılması ilə iş materiallarında alqı-satqı müqaviləsi olmasa da, iş materiallarında olan Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsində verilmiş izahatlardan görünür ki, mübahisəli mənzil başqa şəxslərə satılmışdır. Ekspertin verdiyi rəy məhz həmin mənzil başqa şəxslərə satıldıqdan sonra onda edilmiş dəyişikliklər nəticəsində dəyərinin qalxmasına əsasən verilmişdir. Ona görə də kollegiya xx.xx.2022-ci il tarixli 10/994 saylı ekspert rəyini sübut kimi qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli, 31896 saylı ekspert rəyinə istinad etməkdə haqlı olmuşdur. Belə ki, həmin rəyə əsasən Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16085.20 manat məbləğində müəyyən olunmuş və birinci instansiya məhkəməsi həmin məbləği müqavilədə nəzərdə tutulmuş 28000 manatdan çıxaraq cavabdehdən 11914,80 manat məbləğində pulun tutulmasını qət etmişdir. Daha sonra şikayətdə qeyd edilir ki, iddiaçı 20.000 (iyirmi min) manat məbləğində pulunu istəyir. Əgər məhkəmə ekspertin rəyini nəzərə alırdısa onda o məbləğdən 16085,20 manat çıxılmalı və 3918 manat cavabdehdən tutulmalı idi. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı cavabdehə ödədiyi 28000 mnat puldan icra edilməyən işin məbləği olan 20000 manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq ekspert rəyinə istinad etməklə 28000 manat ödənilən məbləğ-16085,20 manat görülən iş= qalıq görülməyən işin məbləği 11914,80 manat. Ona görə də kollegiya qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Bundan başqa kollegiya Qəbələ Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(025)-589/2021 saylı qərardadının ləğv edilməsinin əsassız olması barədə şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin qərardadın ləğv edilməsi apellyasiya baxışının predmeti deyildir. Artıq həmin qərardadın qüvvədə olması barədə Apellyasiya Məhkəməsinin qüvvədə olan qərardadı mövcuddur. Ona görə də həmin qərardadın yenidən müzakirə edilməsinə lüzum yoxdur. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və cavabdeh X2 apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(025)-589/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(025)-589/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi cavabdeh X1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-211/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-211/2022
23.06.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver