Məhkəmə qərarları › İş №2(107)-2110/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2110/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2110/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Rəsul oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan Qax rayonu Sarıbaş kəndində yerləşən evdən məcburi qaydada çıxarılması, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı “cavabdehə məxsus Qax rayonu Sarıbaş kəndində yerləşən fərdi yaşayış evinin alqısatqısı üçün 2004-cü ildə ödədiyi 2 000000 (iki milyon) manat pulun hazırki qiymətləndirməyə uyğun dəyərinin, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 20 000 (iyirmi min) manat pulun, cavabdeh və ailə üzvlərindən aldığı fərdi yaşayış evinin təmirinə xərclədiyi 7936 (yeddi min doqquz yüz otuz altı) manat pulun, cavabdehin ona vurduğu mənəvi ziyanın dəyəri olan 50 000 (əlli min) manat pulun alınaraq ona ödənilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnaməsi ilə ilk iddiа təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. İlkin iddia üzrə Cavabdeh həmin qətnamədən apellyаsiyа şikаyəti verərək, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə birtərəfli, qərəzli, qeyri-obyektiv yanaşmış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, ilk iddia əsassızdır. Ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilərək yeni qətnamə çıxarılmalıdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi, həmçinin vəkili X7 apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilk iddianı düzgün olaraq qismən təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X8 verdiyi Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********01-10301 olan, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və eyni reyestr nömrəli, inventar nömrəsi 5 olan, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Qax rayonunun Sarıbaş kəndində 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və mülkiyyətə verilməsinə əsas Qax rayon DNK-nun xx.xx.2020-ci il tarixli, 4Ə-71 nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi olmuşdur. Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 423 saylı arayışından görünür ki, İddiaçı Qax rayonu Qaxbaşkəndində yaşayır. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qax rayonu Qax-İngiloy kəndində qeydiyyatdadır. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Cəlayir kəndində qeydiyyatdadır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx xxxxx 2006-cı il tarixdə tərtib olunmuş “Akt”dan görünür ki, həmin aktda İddiaçı onun anasına məxsus Qax rayonu Sarıbaş kəndində yerləşən fərdi yaşayış evini almaq üçün Sarıbaş kənd sakinlərinin iştirakı ilə köhnə pulla ******* (iki milyon) manat pul verdiyi göstərilmiş, bu barədə həmin imzalar edilmiş, imzalar Sarıbaş kənd ƏİN tərəfindən təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının iclаsındа müəyyən edildi ki, Qax rayonunun Sarıbaş kəndində 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı anası Mülayim Novruzova tərəfindən bağışlanmış və bağılşama müqaviləsi əsasında iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X13 tərəfindən Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********01-10301 olan, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı Cavabdeh ona məxsus olan Qax rayonu Sarıbaş kəndində yerləşən evdən məcburi qaydada çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbinin əsasları kimi mübahisə predmetinə aid olan Qax rayonu Sarıbaş kəndində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.01 ha həyətyanı torpaq sahəsinin özünün xüsusi mülkiyyətində olması ilə bağlı hüquqmüəyyənedici sənədlərə istinad etmişdir. Cavabdeh isə hazırki ilkin iddia tələbi ilə razı olmadığını bildirərək tələbin rədd edilməsini, eyni zamanda qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ—əmlaka (əşyaya) faktik Sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/385 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 29cu vərəqəsində olan xx xxxxx 2006-cı il tarixli aktda “təhvil aldım: E/Novruzov/ yazıları qarşısında İmza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfində təyin edilmiş ekspert rəyində 2006-ci il tarixdə tərtib edilən akta Elşadın tərəfindən imza edilməməsi ilə bağlı ekspertin gəldiyi nəticədən narazı olması və həmin aktı tərtib edən şəxslərin şahid kimi birinci instansiya məhkəməsi tərəfindən dindirilmədiyini bildirməsini nəzərə alaraq X4 və X3 şahid qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclаsındа şahid qismində iştirak etmiş X4 bildirdi ki, o tərəfləri tanıyır. Allahyar onun qaynıdır. Tərəflər arasında ev alqı-satqısı olmuşdur. Həmin vaxt Allahyarın qarşı tərəfə nə qədər pul verməsindən xəbəri olmamışdır. O, yalnız Allahyar tərəfindən ona verilən pulu bazarın yanında yerləşən ət mağazasının qarşısında Elşada vermişdir. Pulun dəqiq məbləğini bilmir. Pulu təxminən 10 il əvvəl vermişdir.. Pulu verərkən tək olsada onunla gələn bir nəfər maşında oturmuşdur. O pulu verən vaxt həmin adam maşında olmuşdur. Onları ehtimal ki, görmüşdür. Həmin adamın adı X5 olmuşdur. Həmin pulu Elşada verməsinin səbəbi Allahyara ev satması olmuşdur. Pulun verilməsi ilə bağlı akta qol çəkməmişdir. Daha sonra ona ünvanlanan suallara cavab verməkdə çətinlik çəkərək aktı imzaladığını bildirdi. Daha sonra isə pulu Elşada verərkən 4-5 nəfər olduqlarını bildirdi. Məhkəmə kollegiyasının iclаsındа şahid qismində iştirak etmiş X5 verdiyi izahatında bildirdi ki, Allahyar onun qardaşıdır. Qardaşı 2004-cü ildə Qax rayon Sarıbaş kəndində İddiaçı ******* manat müqabilində ev almışdır. Həmin vaxt Sarıbaş kəndində alqı-satqı yaşlı şəxslərin iştirakı ilə tərtib edilmiş akt əsasında satılırdı. Bir neçə belə ev olmuşdur ki, akt tərtib edilmiş evi alan satanan pulu vermişdir. Həmin vaxt evlərin sənədi olmadığından onları sənədləşdirmək qeyri mümkün olmuşdur. Qeyd edilən 200000 manat pul məbləğini isə Elşad X1 tərəfindən onun yanında bazarın içində verilmişdir. Pul Elşada 4 nəfərin yanında 2004-cü ildə verilmişdir. Akt pul verildikdən sonra tərtib edilmişdir. Aktın tərtib edildiyi tarix dəqiq yadında deyildir. Ona ünvanlanan suallara konkret cavab verə bilməyərək gah aktın pul verilməzdən əvvəl tərtib edildiyini, pulun sonra verildiyini, aktın pul verilən ildə tərtib edildiyini, akta imza atanların da Elşada pul verilərkən orda olduğunu, gah da pul verilərkən akta imza atan digər şəxslərin pulun verilməsini elə-belə gördüyün bildirdi. Akt tərtib edilərkən orada olmamışdır. Göründüyü kimi, tərəflər arasında qohumluq münasibətlərinin mövcudluğu, həmçinin izahatlarda ziddiyətli məqamların olması, iş üzrə ******* manat pulun harada, həmin zaman kimlərin iştirak etməsi və aktın tərtib edilən zaman kimlərin iştirak etməsi halları ilə bağlı şahidlərin verdiyi ifadələri bir-biri ilə zidiyyətli olması onu göstərir ki, şahidlərin ifadələri inandırıcı deyildir. Ona görə də şahid X5 və X2 izahatının sübut kimi qiymətləndirilməsinə hüquqi mövqeyini bildirərək yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası şahidlərin ifadəsini sübut kimi qəbul etmir. Məhkəmə kolegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və apellyasiya şikayətlərinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh həmin evin dəyərinin əvəzində İddiaçı ******* (iki milyon) manat pulun verilməsi ilə bağlı məhkəmə kollegiyasına heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh məhkəməyə sübut qismində təqdim etdiyi xx xxxxx 2006-cı il tarixli “Akt”la bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tədqiqatı zamanı məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4/385 saylı rəyi ilə müəyyən edilmişdir ki, həmin xx xxxxx 2006-cı il tarixli “Akt”da “təhvil aldım: E/Novruzov/ yazıları qarşısında İmza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ona görə də, həmin akt məhkəmə kollegiyası tərəfindən mötəbər sübut hesab edilə bilməz. Eyni zamanda cavabdeh Allahyar Novruzov 20000 (iyirmi min) manat məbləğində əldən çıxmış faydaya və fərdi yaşayış evinin təmirinə 7936 (yeddi min doqquz yüz otuz altı) manat pul xərcləməsinə dair məhkəmə kollegiyasına heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Beləliklə apelyatorun dəlilləri sübut edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamış və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətində göstərdiklərinə bir daha münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi ilkin iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn ilkin iddia üzrə Cavabdehtərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-224/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar