Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2111/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X5 qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(051)-1233/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun və övladlarını, arvadı X1 paylı mülkiyyətində olan ünvan 1 ünvana köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 11 avqust 2021-ci il tarixli, 2(051)-1233/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı, övladları və arvadı X1 Mingəçevir şəhəri V.Abdullayev küçəsi 7 saylı evin 31 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 qızı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilin ½ hissəsi iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdeh onları həmin mənzilə buraxmır. İddiaçı mülkiyyətçi kimi öz mülkiyyətindən məhrum olmuşdur. Ona görə də iddiaçı birgə nikahdan olan azyaşlı övladları 2012-ci il təvəllüdlü Ayhan və 2009-cu il təvəllüdlü Əli ilə birlikdə mübahisəli mənzilə köçürülməsini xahiş etmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. X6 adlı şəxs məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə “iddiaçının arvadı X1 Mingəçevir şəhəri V.Abdullayev küçəsi 7 saylı evin 31 saylı mənzilinə köçürülməsinin təmin edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin; 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1. və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 259.0 və 259.0.3-cü maddələrinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizəni baxılmamış saxlayır. Apellyasiya instansiya məhkəməsi X2 münasibətdə bildirir ki, nə qədər ki, Xəyalə Qədimova yetkinlik yaşına çatmış şəxs kimi öz hüquqlarından istifadə edərək müstəqil iddia verməmişdir, onda onun iradəsi ziddinə hər hansı hərəkətin də edilməsi yolverilməzdir. Qeyd olunan bu qeyri-müəyyənlik və pozuntunun apellyasiya icraatı qaydasında aradan qaldırılması da mümkün deyildir. Ona görə də kollegiya Xəyalə Qədimovaya münasibətdə qətnamənin ləğv olunması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin Apellyasiya instansiyası məhkəməsi 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2-ci maddənin tələbinə görə apellyasiya məhkəmələrinin apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 391, 400, 402-406cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: İddiaçılar Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(051)-1233/2021 nömrəli qətnaməsi “iddiaçının arvadı X1 Mingəçevir şəhəri V.Abdullayev küçəsi 7 saylı evin 31 saylı mənzilinə köçürülməsinin təmin edilməsi ” hissəsində ləğv edilsin və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2111/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2111/2021
16.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver