Məhkəmə qərarları › İş №2(107)-2122/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2122/2021

17.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2122/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(037)- 550/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(037)-550/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh onun X17un arvadıdır. X19 2006-cı ildə, X17 isə 2016-cı ildə vəfat etmişdir. Respublikada aparılan torpaq islahatları zamanı anasının əvəzsiz mülkiyyətinə İsmayıllı rayon Tircan kəndi ərazisindən JN 061F KOD 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Anası ömrünün son illərini Bakı şəhərində onun himayəsində yaşamış və onun evində də vəfat etmişdir. X17 İsmayıllı rayon Tircan kəndində özünün müstəqil həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmaqla ayrı yaşamış, anasına qulluq etməmiş, eyni zamanda mirası da qəbul etməmişdir. O, 2017-ci il tarixdə İsmayıllı rayon notariat kontoruna müraciət edərək anasından miras qalan JN 061F KOD 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayon Tircan kəndi ərazisində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinə dair 29 dekabr 2017-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin torpaq sahəsi onun qanuni istifadəsinə və sahibliyinə keçmişdir. İddiaçı onun xəstə olmasından və müvəqqəti olaraq kəndə gələ bilməməsindən istifadə edərək özbaşına olaraq onun qanuni istifadəsində və sahibliyində olan mübahisəli həyətyanı torpaq sahəsini özbaşına bölərək orada özü üçün yaşayış evi tikmişdir. Daha sonra Cavabdeh ona və İsmayıllı rayon notariat kontoruna qarşı məhkəməyə müraciət edərək 29 dekabr 2017-ci il tarixdə ona verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X6 ölümündən sonra miras qalmış İsmayıllı rayonu Tircan kəndində yerləşən yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair miras əmlakın faktiki olaraq Cavabdeh tərəfindən qəbul olunmasının müəyyən edilməsi və həmin əmlaklar üzərində Cavabdeh mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona və İsmayıllı rayon notariat kontoruna qarşı Qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakı üzərində mülkiyyət hüququnun tanınması barədə iddiası tələbi təmin edilməmişdir. Daha sonra Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 24.04.2019-cu il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 12 iyul 2006-cı ildə ölmüş Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayon Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin Güdüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra mirasın onun arvadı Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilibvə qalan hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmışdır. Ali Məhkəmə Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın 24.04.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 12 iyul 2006-cı ildə ölmüş Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayon Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin Güdüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra mirasın onun arvadı Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilib və qalan hissədə iddia rədd edilmişdir. Ali Məhkəmə MK-nın 19.05.2020-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, onun kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi qismənmərhum X9 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq X5 tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, JN 061F KOD 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən mərhum X19dan miras qalan 0.08 hektar həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən 09.03.2021-ci il tarixli məktubla miras əmlaka münasibətdə vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, anası vəfatından sonra birinci növbəli vərəsə kimi anasından miras qalmış əmlaklara faktiki sahib olaraq istifadə etmişdir. Ona görə də o, mərhum anası X4 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə prosesinə gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (qızı) X10 təmsil etmişdir. Cavabdehin nümayəndəsi Sevinc Bədəlova məhkəmə prosesində iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı onun əmisidir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 saylı qərarı əsasında 13 oktyabr 2004-cü il tarixli JN-061F KOD 40726018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi nənəsi Göyçək Əhmədovanın mülkiyyətinə verilmiş və həmin torpaq sahəsində sonuncu tərəfindən yaşayış evi inşa edilmişdir. Nənəsi 12 iyul 2006-cı il tarixdə vəfat etmişdir. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi nənəsinə məxsus olmaqla sonuncudan miras qalmışdır. Nənəsi vəfat etməmişdən əvvəl anası atası ilə birlikdə nənəsinə məxsus evdə yaşamış, nənəsi xəstə olanda anası nənəsinə qulluq etmiş və vəfat edəndə onun dəfn xərclərini ödəmişdir. Anası 2016-cı ildə atası vəfat edənədək mübahisəli əmlakda atası ilə birlikdə yaşamış, nənəsi 2006-cı ildə vəfat etdikdən sonra miras qalmış əmlakı atası və anası qəbul etmiş və həmin əmlaka faktiki sahiblik etməyə başlamışlar. 2016-cı ildə atasının vəfatından sonra əmisi qanunsuz yolla saxta sənədlər təqdim etməklə İsmayıllı rayon notariat kontoruna müraciət edərək 29 dekabr 2017-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Digər vərəsə olan əmisi Rafiq Əhmədov miras əmlakının ona düşən hissəsindən əmisi İddiaçı xeyrinə imtina etmişdir. İsmayıllı rayon notariat kontoru tərəfindən nənəsinin ölümündən sonra ondan miras qalan İsmayıllı rayonu Tircan kəndində yerləşən yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair vərəsəlik işi açılarkən vərəsələrin dairəsi düzgün müəyyən olunmamışdır. İsmayıllı rayon notariat kontorunun 29 dekabr 2017-ci il tarixli, 2V-315 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində 12 iyul 2006-cı il tarixdə vəfat etmiş qaynanasının yeganə vərəsəsi kimi əmisi İddiaçı müəyyən edilmiş və miras əmlakdan əmisinin 1/1 pay alması qeyd edilmişdir. Əmisi İddiaçı notariat kontoruna yazdığı ərizədə digər vərəsələri göstərməməklə yalan məlumat vermişdir. Əmisi İddiaçı ilə onların müxtəlif instansiya məhkəmələrində mübahisələri olmuş, yekun sənəd kimi Ali Məhkəmənin qərarı ilə mərhum nənəsi Göyçək Əhmədovaya məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq atası Gündüz Əhmədov tərəfindən qəbul edilməsi və atasının 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın anası Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilərək, qətnamə qalan hissələrdə, əmisi İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, nənəsi Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayon Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin atası Güdüz Əhmədov tərəfindən qəbul edilməsi və atasının ölümündən sonra mirasın anası Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmişdir. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, o, İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən 09.03.2021-ci il tarixli məktubla miras əmlaka münasibətdə vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İsmayıllı rayon Tircan kəndi ərazisində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi JN 061F KOD 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasənmərhum anası X6 mülkiyyətindədir. O, anası vəfatından sonra birinci növbəli vərəsə kimi anasından miras qalmış əmlaklara faktiki sahib olaraq istifadə etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(037)-550/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(037)-550/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, hazırki iş üzrə iddiaçı onun qaynıdır, iddiaçı mübahisəli torpaq sahəsində özü üçün ev tikmişdir. Onlar iddiaçının evinin sökülməsinə və ya həmin torpaq sahəsindən çıxarılmasına çalışmırlar, əksinə iddiaçı bütün miras qalmış bütün torpaq sahəsini onların əlindən almaq istəyir. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(037)-550/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı mərhum anası X4 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiası təmin edilməlidir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(037)-892/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Rasul qızının cavabdehlər İddiaçı İspəndiyar oğlu və İsmayıllı rayon notariat kontoruna qarşı 29 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X6 ölümündən sonra miras qalmış İsmayıllı rayonu Tircan kəndində yerləşən fərdi yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi və həmin əmlaklar üzərində onun mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli 2(107)- 2956/2019 saylı qətnaməsinin surətindən görünür ki, 29 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, 12 iyul 2006-cı ildə ölmüş X6 miras qoyduğu İsmayıllı rayon Tircan kəndindəki 0.08 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin miras əmlak kimi faktik olaraq X7 tərəfindən qəbul olunması və X1 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızının faktik olaaraq qəbul etməsi müəyyən edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin 19.05.2020-ci il tarixli 2(102)-2584/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(107)-2956/2019 saylı qətnaməsi qismənmərhum X9 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq X5 tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 18.11.2020-ci il tarixli, AZ-İİ 112168 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12.07.2006-cı il tarixdə ölmüşdür İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 09.03.2021- ci il tarixli N-278 saylı məktubdan görünür ki, İddiaçı mərhum X4 qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, lakin 29.12.2017-ci il tarixdə İsmayıllı rayon Notariat ofisində verilmiş 2V- 315 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 05.12.2019cu il tarixində Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2956/2019 nömrəli qətnamə əsasında etibarsız hesab edildiyindən və digər vərəsələr ilə mübahisələr olduğundan notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.05.2020-ci il tarixli 2(102)-2584/2020 saylı qanuni qüvvəyə minmiş qərarında Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(107)-2956/2019 saylı qətnaməsi qismən- mərhum X9 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq X5 tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi mübahisəli fərdi yaşayış evinə münasibətdə istisna olmaqla, apelyasiya instansiyası məhkəməsinin İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, Göyçək Əhmədovanın ölümündən sonra həyətyanı torpaq sahəsinin ondan miras qalmasına, Cavabdeh və mərhum əri Gündüz Əhmədovun torpaq sahəsini faktiki olaraq qəbul etmələrinə, həmin əmlaklar üzərində onların mülkiyyət hüququnun tanınması üçün əsasların müəyyən edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və maddi və prosessual hüquq normalarının tələblərini mülki mübahisəyə düzgün tətbiq etdiyini hesab etmişdir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə 29 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, 12 iyul 2006-cı ildə ölmüş X6 miras qoyduğu İsmayıllı rayon Tircan kəndindəki 0.08 hektar həyətyanı torpaq sahəsinin miras əmlak kimi faktik olaraq X7 tərəfindən qəbul olunması və X1 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızının faktik olaraq qəbul etməsi müəyyən edildiyindən, məhkəmə qərara gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 saylı qərarı əsasında 13 oktyabr 2004-cü il tarixli JN-061F KOD 40726018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi əvvəllər X6 qanuni istifadəsində olmuşdur və sonuncu tərəfindən həmin torpaq sahəsində yaşayış evi inşa edilmişdir. İddiaçı Cavabdeh Rasul qızı 1975-ci ildə X5 ilə Tircan icra nümayəndəliyində nikaha daxil olmuş və mübahisəli torpaq sahəsində yerləşən evə gəlin köçmüş, həmin ünvana qeydiyyata düşməklə orada yaşamağa başlamışdır. X5 ilə Cavabdeh Rasul qızının birgə nikahlarından İspəndiyar, Nəsimi, Səyyad, Səidə, Fərhad və Sevinc adlı övladları doğulmuşdur. X11 12 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli torpaq sahəsində və evdə X5 ailə üzvləri ilə birlikdə yaşamaqla ondan qalan mirası qəbul etmişlər. Hazırki iş üzrə cavabdeh İddiaçı həmin vaxt Bakı şəhərində qeydiyyatda olmaqla orada yaşamışdır. O, mərhum anası X6 dəfn mərasimində və sonrakı proseslərdə iştirak etmiş və miras kütləsinə daxil olan torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Mirası qəbul etmiş X5 09 avqust 2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra qalmış miras əmlakını onun arvadı-hazırki iş üzrə iddiaçı Cavabdeh Rasul qızı qəbul etmişdir. Cavabdeh Əhmədov X2 rayon notariat kontoruna müraciət etmiş və sonuncu tərəfindən ona 29 dekabr 2017-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər vərəsə X8 ərizə verərək mərhum anası X4 qalmış mirası qəbul etmədiyini bildirmiş və ona düşən hissədən İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. İsmayıllı rayon notariat kontoru tərəfindən İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən X6 başqa vərəsələrinin olubolmaması araşdırılmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququsubyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü mаddəsinə əsаsən, əgər mülkiyyətə qəsd və yа bаşqаmаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanıonların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş mirаs оnun аçıldığı gündən vərəsənin mülkiyyəti sаyılır. Həmin Məcəllənin 1257-ci mаddəsinə əsasən hər hаnsı şərtlə və yа hər hаnsı müddətə mirаsı qismən qəbul etməyə və yа оndаn qismən imtinа etməyə yоl verilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı İsmayıllı rayonu Tircan kəndində yerləşən yaşayış evi 0.08 hektar həyətyanı torpaq sahəsini miras əmlak kimi faktik olaraq qəbul etdiyindən həmin fakt müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(037)-550/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı mərhum anası X4 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(037)-550/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mərhum anası X4 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddiası təmin edilsin. X4 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin miras kimi İddiaçı tərəfindən qəbul etdilməsi faktı müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar