Məhkəmə qərarları › İş №2(107)-2128/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2128/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2128/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qeydiyyatda olduğu mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(014)-888/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(014)-888/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı övladı X3 ilə birlikdə Ağdaş rayonunun Hüşün kəndində qeydiyyatda olduğu mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh məhkəməyə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edərək qeyd etmişdir ki, qətnamə ona verildiyi vaxtdan sonrakı bir ay müddətində səhhəti ilə bağlı Bakı şəhərində müalicədə olmuşdur. Buna görə də məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verə bilməmişdir. Qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(014)-888/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(014)-888/2021 nömrəli qərardadı ilə Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(014)- 888/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsi 05 oktyabr 2021-ci ildə Ağdaş Rayon Məhkəməsinə daxil olmuşdur. Ağdaş Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(014)-888/2021 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(014)-888/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və onun şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(014)-888/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(014)-888/2021 saylı qətnaməsinin surətini 25 may 2021-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada almasına baxmayaraq, o, apellyasiya şikayətini 20.08.2021-ci il tarixdə vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət üzrlü səbəb olmadan buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.4-cü mаddəsində göstərilmişdir ki, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.5-ci mаddəsində göstərilmişdir ki, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(014)-888/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(014)-888/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(014)-888/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar