Məhkəmə qərarları › İş №2(107)-2129/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2129/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2129/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X22 iclas katibliyi və İddiaçı nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8 və Cavabdeh3 Knyaz qızına qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsindəncavabdehlər X8, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Oxud kəndində yerləşən, gəlin düşdüyü yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X20 ilə birlikdə istifadə hüquqları tanınaraq köçürülmələri və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.F.İmanov) iddia qismən təmin edilərək, İddiaçı Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus, gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X20 ilə birlikdə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsiqət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı аpelyаsiyа şikаyəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-306/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızıkassasiya şikаyəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-306/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3193/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-306/2020 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı nümayəndəsi X23 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı onun qızıdır. İddiaçı Mustafayeva (Osmanlı) Aybəniz İlham qızı Cavabdeh2 ilə ailə qurmuş və onlar arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikah aktı bağlanmışdır. İddiaçı ailə qurduqdan sonra ər evinə köçmüş, adət-ənənəyə uyğun olaraq cehiz əşyalarını da toydan qabaq apararaq ər evinə yığmışlar. İddiaçı hazırkı mübahisəli evdə 2017-ci ilin axırlarınadək yaşamışdır. Lakin, 2017-ci ilin axırlarında cavabdehlər tərəfindən iddiaçı gəlin düşdüyü evdən iradəsi ziddinə uşağı ilə birlikdə çıxarılaraq ata evinə qovulmuşdur. Hal-hazırda iddiaçı Qoxmuq kəndində ona məxsus olan evdə yaşayır. İddiaçı olan qızı ailəsinin bərpa edilməsi üçün və barışmaq məqsədilə bir müddət boşanma ilə bağlı məhkəməyə müraciət etməmiş, qayıdıb ər evində yaşamaq istəmişdir. Lakin, cavabdeh olan həyat yoldaşı Asim onunla barışmaq istəməmişdir. Buna görə də iddiaçı məcbur olub 2019-cu ildə nikahlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-990/2019 saylı qətnaməsi ilə Mustafayeva (Osmanlı) Aybəniz İlham qızı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 30 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2015-ci il təvəllüdlü X9 anası Mustafayeva (Osmanlı) Aybəniz İlham qızının yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq Mustafayeva (Osmanlı) Aybəniz İlham qızına verilməsi qət edilmişdir. Hazırda iddiaçının cehiz əşyaları ər evində, yəni Oxud kəndində yerləşən gəlin köçdüyü evdədir. Həmin ev heç kimin adına deyil. İddiaçı həmin mübahisəli evə gəlin köçmüş, uşağı da həmin evdə doğulmuşdur. İddiaçı öz uşağı ilə həmin evə köçüb yaşamaq istəyir. İddiaçı uzun müddət həmin evdə yaşamışdır. İddiaçı Şəki rayon Oxud kəndində yerləşən mübahisəli evə gəlin köçərək, oradan iradəsi ziddinə cavabdehlər tərəfindən çıxaralanadək həmin evdə yaşamış, uşağı orada doğulmuş və cavabehlərlə birlikdə yaşayaraq onlarla ümumi təsərrüfat aparmışdır. Həmçnin göstərmişdir ki, Qoxmuq kəndində olan hal-hazırda yaşadığı ev ¼ paylı mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evdə digər payçılar – qardaşları Eldar və mərhum Osmanın da ailə tərkibləri yaşayırlar. Hazırda iddiaçı da azyaşlı uşağı ilə birlikdə onun yaşadığı otaqda yaşadığından evdə çox sıxlıq mövcuddur. Buna görə də iddiaçının Şəki rayonu Oxud kəndində yerləşən, gəlin düşdüyü yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X20 ilə birlikdə istifadə hüquqları tanınaraq köçürülmələri və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən, yəni X4 Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı – xx.xx.2015-ci il təvəllüdlü Nigar Mustafayeva ilə birlikdə köçürülməsi hissəsi ilə razılaşmırlar. Bundan əlavə, DƏDRX-nin 12 saylı X39 tərəfindən verilmiş arayışdan da görünür ki, Şəki rayonunun Oxud kəndində fərdi yaşayış evinə dair Cavabdeh1 adına texniki pasport tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli yaşayış sahəsi mülkiyyətdə olmayan, yəni xüsusi, dövlət və ya bələdiyyə mənzil fonduna aid olmayan ev olmuşdur. Laki, DƏDRX-nin araryışından görünür ki, Şəki rayonunun Oxud kəndində fərdi yaşayış evinə dair Cavabdeh1 adına texniki pasport tərtib edilmiş və mübahisəli fərdi yaşayış evinə Cavabdeh1 gözlənilən mülkiyyət hüququ vardır. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz edərək, eyni zamanda hazırki iş üzrə Ali Məhkəmənin qərarı ilə razılaşmadığını qeyd edərək bildirmişdir ki, iddiaçı olan qızı 2014-cü ilə mübahisəli evə gəlin köçmüş, boşanan günədək həmin evdə yaşamış, uşaqlar həmin evdə doğulmuşdur. Cavabdehlər həmin evə dair çıxarışı məhkəmə prosesləri gedən ərəfədə düzəltdirmişlər. Qızı və nəvəsi həmin evdə qeydiyyatdadırlar. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də Şəki Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8 və Cavabdeh3 Knyaz qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)- 1750/2019 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-990/2019 saylı qətnaməsindən görünür ki, Mustafayeva (Osmanlı) Aybəniz İlham qızı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 30 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2015-ci il təvəllüdlü X9 anası Mustafayeva (Osmanl) Aybəniz İlham qızının yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq Mustafayeva (Osmanlı) Aybəniz İlham qızına verilməsi qət edilmişdir. xx.xx.2001-ci il tarixli, 319 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şəki rayonu Qoxmuq kəndində yerləşən 4 otaq 76,8 kv.m sahədən ibarət yaşayış evi ¼ hissədə X10, ¼ hissədə X15, ¼ hissədə X16 adlarına, qalan ¼ hissə mərhum X5 adına açıq saxlanılmaqla, mülkiyyət hüququ əsasında xx.xx.2001-ci il tarixdə qeydə alınmış və 2/10- 319 nömrə ilə reyestr kitabına yazılmışdır. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İdarənin arxiv məlumatlarına əsasən X1 və Cavabdeh3 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin göstərilmişdir ki, Şəki rayonunun Oxud kəndində fərdi yaşayış evi haqqında X1 adına texniki pasport tərtib edilmişdir. Oxud kənd nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, 2019-cu ilin kənd təsərrüfatı kitabına əsasən X1 öhdəsində X8, Cavabdeh3 Knyaz qızı, X24, X27, X20 və İddiaçı adlı ailə üzvləri vardır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilən xx.xx.2019-cu il tarixli **********07-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və xx.xx.2019-cu il tarixli 451 inventar nömrəli Texniki pasportun surətlərindən görünür ki, Şəki rayonu Oxud kəndində yerləşən 0.0743 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 110.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin daşınmaz əmlakda fərdi yaşayış evi tam və həyətyanı torpaq sahəsinin 2/8 hissəsi Cavabdeh1, qalan torpaq sahəsi isə hərəsinə 1/8 hissəsi olmaqla X11, X8, X12, X2, Cavabdeh3 və X17 ümumibirgə mülkiyyət payları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, işə baxan məhkəmələr hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişlər. Həmin evə keçmiş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları ilə deyil, mülkiyyətdə olan mənzilə dair irəli sürülmüş tələb kimi Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Məhkəmə kollegiyasının yeni araşdırılması zamanı bir daha müəyyən edildi ki, tərəflər arasında mübahisəli yaşayış evi ilə bağlı hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Həmin dövrdə sözügedən yaşayış evi texniki pasporta əsasən cavabdehlərdən X3 məxsus olsa da, lakin sonuncunun həmin evlə bağlı sərəncam vermək və ya hər hansı əqd bağlamaq səlahiyyəti olmamışdır. İddiaçı həmin evə gəlin köçərkən qaynatası Məmmədəli Mustafayev və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. İddiaçı həmçinin ailə başçısı X6 olan təsərrüfata ailə üzvü kimi qeydiyyata alınmış, 2014-cü ildən mübahisəli ev onun qanuni və daimi yaşayış yeri olmuş, bu hal Oxud kəndi üzrə təsərrüfatbaşına kitabda öz əksini tapmış, eləcə də iddiaçı xx.xx.2016-cı il tarixdə şəxsiyyət vəsiqəsi alarkən onun yaşayış yeri Şəki rayonu Oxud kəndi göstərilmişdir. Həmin evdə yaşadığı müddətdə iddiaçının uşağı – xx.xx.2015-ci il təvəllüdlü Nigar Mustafayeva anadan olmuşdur. Ailə münasibətləri pozulan iddiaçı 2017-ci ildə azyaşlı uşağı ilə birlikdə mübahisəli evi tərk edib başqa kənddəki atası evinə getmiş, lakin ona məxsus ev və məişət əşyaları indiyədək əvvəlki evdə qalmışdır. İddiaçı ilə cavabdehlər arasında ailə-qohumluq münasibətlərinə 2019-cu ildə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişdir. Belə ki, mübahisəli fərdi ev Cavabdeh1 məxsus olmuş, iddiaçı həmin evə gəlin gələndə artıq cavabdehin həmin evə gözlənilən mülkiyət hüquqları vardı. İşə baxan birinci instansiya məhkəməsi mübahisəyə 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə səhvə yol vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə cavabdehin mülkiyyət hüquqları qorunmalı idi. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X39 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə Şəki rayon Məhkəməsinə göndərilmiş məktubda qeyd edilir ki, Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 adına texniki pasport verilmiş və həmin pasportun surəti məhkəməyə göndərilir. Texniki pasportun məhkəməyə göndərilmiş surətindən görünür ki, (mülki iş səhifə 36-41) həmin texniki pasport hələ 1988ci ildə cavabdehin adına tərtib olunmuşdur. Cavabdeh1 məhz həmin sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etmişdir. Yəni, mübahisəli fərdi ev Cavabdeh1 məxsus olan evdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin evə köçmüş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzillərin hüquqi rejimini nizama salan maddi hüquq normaları tətbiq edilməklə səhvə yol verilmişdir. Belə ki, bu halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı və onun azyaşlı övladı isə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan Cavabdeh1 qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı və onun azyaşlı uşağının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli köçürülməsi tələbləri əsassızdır. İddiaçının istinad etdiyi hallar isə əsassızdır. Belə ki, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, hazırkı mübahisə üzrə tətbiq edilməli olmayan xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarını tətbiq edərək və tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmuş və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh3 Knyaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsi “İddiaçı Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus, gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X20 ilə birlikdə köçürülməsi” hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8 və Cavabdeh3 Knyaz qızına qarşı “Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus, gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X20 ilə birlikdə köçürülməsinə” dair iddia tələbi edilməsin. Qətnamə qalan, yəni “iddianın təmin edilməyən hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar