Məhkəmə qərarları › İş №2(107)-213/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-213/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-213/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi, qaz, su, elektrik enerjisi, kanalizasiya xətti və s. ilə təmin edilməsi və bəzi hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Evdən istifadəyə maneənin aradan qaldırılması, köməkçi sahələrdən, su hovuzundan, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadəyə maneənin qadağan edilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X10 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X4 və X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi, qaz, su, elektrik enerjisi, kanalizasiya xətti və s. ilə təmin edilməsi və bəzi hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(035)-635/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən iki mərtəbəli evdən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, həyətə və evə sərbəst girişçıxışlarının əvvəlki qaydada təmin edilməsi, özünə məxsus avtomobilinin həyətə girişi əvvəlki qaydada böyük darvazadan təmin edilməsi, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadələrinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadə etmələrinə cavabdeh tərəfindən törədilən maneələrin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, doğulduğu gündən atası-Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən iki mərtəbəli evdə yaşayır. Hazırda 4 nəfərdən ibarət ailəsi ilə həmin evdə yaşayır. Lakin son ay cavabdeh heç bir səbəb olmadan onları (onu ailəsi ilə birlikdə) həmin evdə yaşamağa qoymur. Mütamadi evə gələn qazı, suyu və işığı kəsir, darvazanı bağlayır, onları çöldə qoyur və s. onları həmin evdən çıxarmaq istəyir. Onlar əvvəldən başqa yerdən özlərinə ev müəyyənləşdirməmişlər ki, xəstə yaşlı atası ilə yaşayacaq, ona baxacaq. Həmişə onlara qarşı mehriban olan adam indi birdən-birə niyə belə aqresivlik nümayiş etdirdiyinin səbəbini bilmirlər. Cavabdeh onlara nə təbii qaz verir, nə də işıq. Onların yaşaması üçün qaza, işığa və suya ehtiyacları var. Üstəlikdə cavabdeh yollarını kəsib onları evə buraxmır. Ya ümumi sayğacdan istifadə etməlidirlər, ya da yeni sayğacla təmin edilməlidirlər. Mediasiya sessiyasında cavabdehlə razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı doğma atasıdır. İddiaçı doğulduğu gündən cavabdehə məxsus Zərdab şəhəri 20 Yanvar küçəsində yerləşən 56 saylı, iki mərtəbəli olan evdə yaşamış, həmin evdə boya başa çatmışdır. 2007-ci ildə iddiaçı Vəfadar X2 ilə ailə qurmuş, Günel həmin evə gəlin gəlmiş və onların birgə nikahlarından iki uşaqları da həmin evdə doğulmuşdur. Hazırki günədək iddiaçı ailəsi ilə birlikdə sözügedən evdə yaşayır. Əvvəllər tərəflərin münasibətləri normal olsa da, hazırda cavabdehin iddiaçıya və iddiaçının ailəsinə qarşı münasibəti heç bir səbəb olmadan dəyişmişdir. Son vaxtlar cavabdeh (iddiaçının atası) iddiaçıya və iddiaçının ailəsinə həmin evdə yaşamalarına, qazdan sərbəst istifadə etmələrinə imkan vermir, tez-tez söz-söhbət yaradır, evdən çıxmalarını tələb edir. Bu səbəbdən iddiaçı sözügedən evdən istifadə qaydasının müəyyən olunması üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, iddiaçı arvadı və uşaqları ilə birlikdə həmin evdə yaşamaqla evdən istifadə hüququ əldə etmişlər. Ona görə də evdən istifadə qaydaları müəyyən edilməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı doğma oğludur. Həqiqətn də iddiaçı doğulduğu gündən ona məxsus ünvan 1 ünvanda yerləşən iki mərtəbəli evdə yaşamış, hazırda da arvadı və uşaqları ilə birlikdə həmin evdə yaşayır. Özünün arvadı vəfat etmişdir, özü də yaşlanmışdır, kənar qulluğa ehtiyacı var, lakin iddiaçı ona baxmır, qulluğuna durmur. Özünün üç oğlu var, iddiaçı ona məxsus evdə yaşayır. Digər oğullarının da özünə məxsus evləri var. Hazırda məcbur olub iddiaçının yanında deyil, digər oğlunun yanında qalır. Ümumiyyətlə iddiaçının ailəsi ilə birlikdə həmin evdən çıxmalarını istəyir. Hətda dəfələrlə iddiaçıya sözügedən evin satılmasını, özünə, iddiaçıya və digər övladlarına düşən payın bölünüb verilməsini təklif etsə də, iddiaçı onun təklifini qəbul etmir. İddiaçı və onun ailəsi ilə birgə yaşamaq istəmir, ona görə də iddianı qəbul etmir.

5. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-635/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanda yerləşən Cavabdeh məxsus iki mərtəbəli evdən iddiaçının (ailəsi-arvadı Günel Məmmədova, uşaqları Jalə Məmmədli və Nuray Məmmədli ilə birlikdə) istifadəsində saxlanılmaqla istifadə qaydasının müəyyən edilməsi, iddiaçının (ailəsi ilə birlikdə) həyətə və evə sərbəst giriş-çıxışlarının əvvəlki qaydada təmin edilməsi, iddiaçıya məxsus avtomobilin həyətə girişinin əvvəlki qaydada böyük darvazadan təmin edilməsi, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadələrinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadələlinə cavabdeh tərəfindən törədilən manelərin cavabdehə qadağan edilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sözügedən Zərdab şəhəri 20 Yanvar küçəsində yerləşən 56 saylı ev hazırki Cavabdeh məxsusdur. Ev iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yerləşən iki otaq, zal və mətbəx Cavabdeh istifadəsində, evin ikinci mərtəbəsində yerləşən üç otaq, zal, mətbəx, hamam və tualet isə İddiaçı, İddiaçı arvadı Günel Məmmədova,uşaqları X15 və X7 istifadəsində olmuşdur. İddiaçı Cavabdeh doğma oğludur. İddiaçı 1978-ci ildə sözügedən evdə doğulmuş, həmin evdə böyüyüb boya-başa çatmışdır. İddiaçı 2007-ci ildə X11 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Günel Məmmədova sözügedən evin ikinci mərtəbəsində yerləşən otağa gəlin gəlmiş, onların birgə nikahından iki uşaqları Jalə və Nuray doğulmuş, həmin evdə böyüyüb boyabaşa çatmışlar. İddiaçı arvadı Günel Məmmədova və iki uşaqları ilə birlikdə hazırda sözügedən evin ikinci mərtəbəsində yerləşən otaqlarda yaşayır. Cavabdeh iddiaçının və ailəsinin həmin evdə yaşamasını istəmir, evə girişçıxışlarına, sudan, qazdan, işıqdan və s. istifadələrinə maneələr yaradır. Məsələ ilə bağlı iddiaçı ilkin olaraq mediasiyaya müraciət etmiş, tərəflər mediasiya prosesində razılığa gəlməmişlər. Ona görə di iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının sözügedən evdən istifadə ilə bağlı hüquq münasibətləri hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixə kimi yarandığından həmin münasibətə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

8. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına və qanunvericiliyə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli və iddiaçının (ailəsi ilə birlikdə) yaşadığı ünvan 2 ünvanda yerləşən iki mərtəbəli evdən istifadə qaydası məhkəmə tərəfindən müəyyən edilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikаsı Kоnstitusiyаsının 60-cı maddəsinin 1-ci hissəsinə, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikаsı Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə, Azərbaycan Respublikаsı Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikаsı Ali Məhkəməsi Plenumunun: 2 saylı, 16 oktyabr 1992-ci il tarixli qərarına, S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2010-cu il tarixli Qərarına, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İlk öncə bildirir ki, Zərdab şəh, 20 yanvar küç, ev 56,yeni qaydalarla: Zərdab rayonu,Zərda şəhəri 20 yanvar küç, giriş 78 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Buna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ona xx.xx.2024-cü il tarixdə qeydiyyat nömrəsi ********** nömrəli çıxarış verilmişdir. Çıxarışdanda məlum olur ki, sözü gedən mənzil onun tam mülkiyyətində torpaq sahəsi isə paylı mülkiyyətindədir. Hesab edir ki, iradəsinə zidd şəkildə mənzildən istifadə hüququna yaradılan maneənin aradan qaldırılması mülkiyyət hüququnu kobud şəkildə pozur. Belə ki, hakim qətnamə qəbul edən zaman MM-nin 152.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin maddəyə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin məhkəmə mülkiyyət hüququnu qorumamış və əsassız olaraq qətnamə tərtib etmişdir. Qanunvericiliyin imperativ normaları mülkiyyət hüququnu müdafiə edir və mülkiyyətə olan əsassız müdaxilələrdən qoruyur. Eyni zamanda qeyd edir ki, iddiaçı doğulduğu tarixdən həmin mənzildə yaşamasını və mənzilin təmir bərpa işlərinə pul xərcləməsini bildirsədə lakin bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə içtimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmə işin hallarını tam araşdırmamış və formal xarakter daşıyan qətnamə tərtib etmiş, iddiaçının istifadə hüququna hansı əsaslarla maneə yaratmağı hissəsinə toxunmamışdır.

13. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsada məhkəmə qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmuşdur.

14. Odur ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e 2(035)-635/2024 saylı Qətnaməsinin tam ləğv olunaraq iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Rеspublikası Kоnstitusiyasının; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

23. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

24. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e 2(035)-635/2024 saylı qətnaməsinin tam ləğv olunaraq iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(107)-213/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-635/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi İddiaçı həyətə və evə sərbəst giriş-çıxışlarının əvvəlki qaydada təmin edilməsi hissəsində baxılmamış saxlanılmışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı atasıdır. İddiaçı xx xxxx 1978-ci ildə mübahisəli fərdi yaşayış evində anadan olmuş, hazırda da həmin ünvanda, yəni ünvan 4 reyestrindən 19 sentyabr 2024-cü il tarixdə verilmiş çıxarışla Zərdab şəhəri 20 yanvar küçəsi 56 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tam mülkiyyətinə rəsmiləşdirilsə də, həmin evin yerləşdiyi torpaq sahəsi İddiaçı, Cavabdeh, cavabdehin mərhum arvadı X5, üçüncü şəxslər X6, X4 və X3 ümumibirgə mülkiyyətlərindədir. Doğulub boya-başa çatdığı evdən istifadəyə maneənin aradan qaldırılması, köməkçi sahələrdən, su hovuzundan, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadəyə maneənin qadağan edilməsinə dair İddiaçı iddia tələbi Cavabdeh tərəfindən qəbul edilməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın iddiaçıya məxsus avtomobilin həyətə girişinin böyük darvazadan təmin edilməsi, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadəsinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadəsinə cavabdeh tərəfindən törədilən manelərin cavabdehə qadağan edilməsinin təmin edilməsində gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının dəqiqləşdirilmiş iddia tələbində qeyd etdiyi Zərdab şəhəri 20 yanvar küçəsi 56 ünvanında yerləşən ikimərtəbəli evdən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması hissəsinə qiymət verməməklə, dəqiqləşdirilmiş iddia tələbində mövcud olmayan bir tələb üzrə, yəni “ünvan 2 ünvanda yerləşən Cavabdeh məxsus iki mərtəbəli evdən iddiaçının (ailəsi-arvadı Günel Məmmədova, uşaqları Jalə Məmmədli və Nuray Məmmədli ilə birlikdə) istifadəsində saxlanılmaqla istifadə qaydasının müəyyən edilməsi” nəticəsinə gəlməklə, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

34. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

35. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

36. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

37. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

38. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

39. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

40. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

41. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulduğundan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-635/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmə aparır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iradəsinə zidd şəkildə mənzildən istifadə hüququna yaradılan maneənin aradan qaldırılmasının mülkiyyət hüququnu kobud şəkildə pozması, qətnamə qəbul edən zaman MM-nin 152.1-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələbindən də göründüyü kimi mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

46. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

47. Göründüyü kimi əmlakda istifadə hüququ yalnız mülkiyyətçiyə deyil, həmçinin onun ailə üzvlərinə də aid edilmişdir. İddiaçı da cavabdehin ailə üzvüdür. Mülkiyətçinin mülkiyyət hüquqlarını həyata keçirərkən həmin əmlakla bağlı ailə üzvlərinin istifadə hüquqlarını da diqqətə almalı olması qanunvericiliyin tələbidir və bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinin pozulması kimi şərh edilə bilməz.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının doğulduğu tarixdən həmin mənzildə yaşamasını və mənzilin təmir bərpa işlərinə pul xərcləməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə üzrə mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməli olması məsələsi mübahisələndirilməmişdir. İddiaçının cavabdehin övladı olmaqla xx xxxx 1978-ci ildə Zərdab şəhərində doğulması işin mübahisəsiz halıdır.

49. Belə ki, işdə olan birinci instansiya məhkəməsinin 24 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası üzrə məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh izahatında həqiqətn də iddiaçının doğulduğu gündən ona məxsus ünvan 1 ünvanda yerləşən iki mərtəbəli evdə yaşadığını, hazırda da arvadı və uşaqları ilə birlikdə həmin evdə yaşadığını göstərmişdir.

50. Kollegiya qeyd edir ki, iddiaçının yaşayış yerinin məhz valideynlərinin, o cümlədən atası Cavabdeh yaşayış yeri olması nəzərə alınaraq, oğlu İddiaçı doğulduğu tarixdən ailə üzvü kimi onunla yaşamamasına dair halları sübut etmək yükü isə Cavabdeh üzərinə düşür. Cavabdeh tərəfindən isə buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

51. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin maddi hüquq normalarının pozulması ilə qəbul olunmasına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan RespublikasıMənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri sadalansa da, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin həllində 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olması qənaətinə gəlmişdir.

53. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatından da Cavabdeh İddiaçı mülkiyyətində olan evdən, evdə, həyətyanı sahədə müəyyən bölgü işlərinin aparılmasından sonra istifadəsinin əleyhinə olmaması, əks təqdirdə buna etiraz etməsi, beləliklə də cavabdeh tərəfindən iddiaçıya mübahisəli fərdi yaşayış evindən, köməkçi sahələrdən, həyətyanı sahədən, su hovuzundan, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadəyə maneçilik törədilməsi müəyyən edilmişdir.

54. İddiaçı iddia tələbində evdən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadələrinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadələlinə cavabdeh tərəfindən törədilən manelərin cavabdehə qadağan edilməsinə dair tələbini cəm şəklində, yəni hüquqlarının həyata keçirilməsinə, istifadələrinə törədilən manelərin qadağan edilməsi şəklində ifadə etsə də iddia tələbindən iddia edən şəxsin yalnız İddiaçı olması müəyyən edildiyindən məhkəmə kollegiyası bunu məhz İddiaçı evdən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və İddiaçı həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadəsinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin qadağan edilməsindən ibarət olmasını qəbul etmişdir.

55. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçıya məxsus avtomobilin həyətə girişinin əvvəlki qaydada böyük darvazadan təmin edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona məxsus avtomobilin həyətə girişinin əvvəlki qaydasının nədən ibarət olmasına sonrakı fikrində aydınlıq gətirərək, məhz bunun böyük darvazadan təmin edilməli olmasını qeyd etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının iddia tələbinin iddiaçıya məxsus avtomobilin həyətə girişinin əvvəlki qaydada böyük darvazadan təmin edilməsi dedikdə tələbin həmin hissəsinin iddiaçıya məxsus avtomobilin həyətə girişinin böyük darvazadan təmin edilməli olması kimi qəbul edir.

56. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Zərdab şəhəri 20 yanvar küçəsi 56 ünvanında yerləşən ikimərtəbəli evdən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasını, ona məxsus avtomobilin həyətə girişinin böyük darvazadan təmin edilməsini, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadəsinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadəsinə cavabdeh tərəfindən törədilən manelərin cavabdehə qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur.

57. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)- 635/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı Zərdab şəhəri 20 yanvar küçəsi 56 ünvanında yerləşən ikimərtəbəli evdən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, İddiaçı məxsus avtomobilin həyətə girişi böyük darvazadan təmin edilməli, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan İddiaçı istifadəsinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən İddiaçı istifadəsinə cavabdeh tərəfindən törədilən manelər Cavabdeh qadağan edilməlidir.

58. Kollegiya hesab edir ki, məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməklə, iddianın təmin edilməsi nəzərə alınaraq, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh tutulub, İddiaçı qaytarılmalı, ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı isə iddiaçının özünə aid edilməlidir.

59. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

61. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə 29 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər arasında mübahisənin mediasiya qaydasında həlli mümkün olmamışdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-635/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Zərdab şəhəri 20 yanvar küçəsi 56 ünvanında yerləşən ikimərtəbəli evdən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddiaçı məxsus avtomobilin həyətə girişi böyük darvazadan təmin edilsin, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən İddiaçı istifadəsinə cavabdeh tərəfindən törədilən manelər Cavabdeh qadağan edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh tutulub, İddiaçı qaytarılsın, ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı isə iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar