Məhkəmə qərarları › İş №2(107)-2135/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2135/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2135/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(075)-45/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 643,2 manat, cəmi 6793,94 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 6793,94 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılması və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi 17.09.2020-ci il tarixdə iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKJM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 815,4 manat, cəmi 6966,14 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 6966,14 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi; - İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılmaları və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 16 sentyabr 2021-ci il tarixli, 2(075)- 45/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 6102,08 məbləğində əsas borc, 1459,77 manat məbləğində faiz borcu, olmaqla cəmi 7561,85 manat kredit borcunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manatın pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Seriya RX ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 36 000 manata açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 150 manatın Cavabdeh1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş 100 manat mühasibatlıq ekspertiza xərcinin Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı ASC Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(075)-45/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Mabudov Elxan Adil oğlu apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda Cavabdeh2 tərəfindən qeyd edilən mülki iş üzrə apellyasiya şikayəti verildiyi qeyd edilmiş və hazırki mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin uyğunluğunu yоxlаmаq üçün mülki iş Şəki Rаyоn Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Göründüyü kimi, аpellyаsiyа şikаyətinin prоsessuаl tələblərə uyğunluğu birinci instаnsiyа məhkəməsi tərəfindən yоxlаnılmаlı və şikаyətin göstərilən tələblərə uyğunluğu müəyyən edildikdə iş аpelyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(107)-2135/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(075)-45/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(107)-2135/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Şəki Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(075)-45/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar