Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2139/2021 05.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı JN 319 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Torpaq İslahatı haqqında Qanunun tələblərinə zidd olaraq JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi, JN-544 A saylı Şəhadətnamənin və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(019)-1064/2021 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 , İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN 319 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Torpaq İslahatı haqqında Qanunun tələblərinə zidd olaraq JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi, JN-544 A saylı Şəhadətnamənin və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(019)-1064/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı JN 319 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Torpaq İslahatı haqqında Qanunun tələblərinə zidd olaraq JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi, JN-544 A saylı Şəhadətnamənin və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməməsi qərara alınmışdır. İddiaçılar İddiaçı3, İddiaçı2 və Əhmədov X1 Rayon Məhkəməsinin 2(019)-1064/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(019)-1064/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı3 , İddiaçı2 və İddiaçı1 tərəfindən Balakən Rayon Məhkəməsinin 2(019)-1064/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-1064/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçlar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(019)-1064/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.1-ci bəndinə əsasən inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin Qərarın 16.3-cü bəndinə əsasən ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinin tələblərinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(019)-1064/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(019)-1064/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(019)-1064/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2139/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2139/2021
05.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver