Məhkəmə qərarları › İş №2(107)-2148/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2148/2021

17.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2148/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-682/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-682/2021 nömrəli qətnaməsi ilə (X3) iddia təmin olunmuş, Göyçay rayonu Mırtı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0029 saylı Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 1.17 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş istixananın cavabdehin vəsaiti hesabına sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0029, kod 40811018 saylı "torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasən ümumi birgə mülkiyyətdə və Göyçay rayonu Mırtı kəndində yerləşən 1.17 ha torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş istixananın sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı4 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 27 iyun 1998-ci il tarixli, 38 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.17 ha torpaq sahəsi verilmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 torpağa mülkiyyət hüququ JN-0029, kod 40811018 saylı "torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmiş, torpaq sahəsində istixana tikmişdir. Dəfələrlə Cavabdeh torpaq sahəsindən çıxmağı və tikdiyi istixananın sökülməsi tələb edilmişdir. Lakin Cavabdeh hər dəfə "məhsulu yığıb torpaq sahəsini təhvil verəcəm" deyərək tikdiyi istixananı sökməmiş, torpaq sahəsindən çıxmamışdır. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Mırtı kəndində yerləşən iddiaçılara məxsus olan 1.17 ha torpaq sahəsini iddiaçılardan pul müqabilində almış, lakin alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir. Həmin torpaq sahəsində istixana quraraq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşqul olmuşdur. Torpaq sahəsindən çıxmağa razıdır, lakin ona dəymiş ziyanı tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. 2000-ci ildə Mingəçevir şəhərində yaşayan İddiaçı1 mülkiyyətində olan, yaşadıqları kənddə yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satdığı barədə məlumat alaraq mərhum qardaşı Şirvan Rəsulovla birlikdə həmin torpaq sahəsinin alqı-satqısı barədə İddiaçı1lə razılaşmış və o, ******* AZN, mərhum qardaşı isə 200000 AZN ödəməklə torpaq sahəsini İddiaçı1 qeyri-rəsmi almışlar. İddiaçı1 aldıqları torpaq sahəsinin 0,90 ha hissəsini o, 0,27 ha hissəsini mərhum qardaşı Şirvan Rəsulov, sonuncunun ölümündən sonra isə uşaqları istifadə etmişdir. Torpaq sahəsini alandan təxminən 1 il yarım sonra qardaşı Şirvan Rəsulov vəfat etmişdir. O, istifadəsində olan torpaq sahəsinin çox hissəsindən yonca sahəsi kimi istifadə etmiş, bir hissəsində isə istixana qurmuşdur. Aldığı torpaq sahəsinin yarısı şoran idi və o, xeyli məbləğdə vəsait xərcləyərək yararsız olan torpaq sahəsini təmizlədib yararlı hala salmışdır. 2010-cu ildə yaşamaq üçün kəndə qayıdan İddiaçı1 onunla torpaq sahəsinə görə heç bir mübahisə etmədiyi halda ona satdığı torpaq sahəsini 2020-ci ilin aprel ayında ondan məcburi şəkildə almışdır və əkdiyi yoncanı özü biçmişdir, İddiaçı1 torpaq sahəsini geri almasının səbəbi kimi 20 il əvvəl torpaq sahəsinə ehtiyacı olmadığını, indi isə torpaq sahəsinə ehtiyacı olmasını bildirmişdir. İddiaçı1 digər mülkiyyətçilərlə birlikdə Göyçay rayon Məhkəməsinə tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, JN-0029, kod 40811016 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayonunun Mırtı kəndində yerləşən 1,17 ha torpaq sahəsində mənim tərəfimdən tikilmiş istixananın sökülməsi və torpaq sahəsindən çıxarılmağım barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin (X3) 22 iyul 2021 -ci il tarixli 2(046)-682/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Göyçay rayon məhkəməsinin hakimi İbrahim Fəttahov iddianı təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 -ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 -ci, 217.3-cü, 218.1 -ci maddələrinin tələblərini pozmuşdur. İşin faktiki və həqiqi halları ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin 0,27 ha hissəsi onun deyil, mərhum qardaşı Şirvanın oğulları X2 və X1 istifadəsindədir. Lakin iddiaçılar onun 1,17 ha torpaq sahəsindən çıxarılmağını tələb etmişlər. Halbuki onun istifadəsində 0,90 ha torpaq sahəsi olmuş və 2020-ci ilin aprel ayında İddiaçı1 onu 0,90 ha torpaq sahəsinin yonca əkdiyi hissəsindən çıxarmışdır. Hazırda onun istifadəsində istixananın yerləşdiyi təxminən 0,05 ha torpaq sahəsidir. Mübahisəli torpaq sahəsinə mütəxəssis baxış keçirsəydi, onun 1,17 ha deyil, təxminən 0,05 ha torpaq sahəsindən istifadə etdiyini müəyyən edərdi. Lakin hakim iş üzrə ekspertiza təyin etməmiş və yalnız iddia tərəfinin izahatlarına əsaslanaraq qanunsuz olaraq iddianı təmin etmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-682/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-682/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0029 saylı dövlət aktından görünür ki, Göyçay rayon Mırtı kəndində yerləşən 1.17 ha torpaq sahaəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29 və 71-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Mırtı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan 1.17 ha torpaq sahəsində Cavabdeh qanunsuz istifadəsindədir, cavabdeh tərəfindən həmin torpaq sahəsində istixana tikilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 1.17 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi və torpaq sahəsində istixana tikməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiası təmin edilməli, Göyçay rayonu Mırtı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan 1.17 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş istixana cavabdehin vəsaiti hesabına sökülməli və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin 0,27 ha hissəsinin onun deyil, mərhum qardaşı Şirvanın oğulları X2 və X1 istifadəsində olması, lakin iddiaçıların onun 1,17 ha torpaq sahəsindən çıxarılmağını tələb etmələri, halbuki onun istifadəsində 0,90 ha torpaq sahəsinin olması və 2020-ci ilin aprel ayında İddiaçı1 onu 0,90 ha torpaq sahəsinin yonca əkdiyi hissəsindən çıxarması, hazırda onun istifadəsində istixananın yerləşdiyi təxminən 0,05 ha torpaq sahəsinin olması, mübahisəli torpaq sahəsinə mütəxəssisin baxış keçirəcəyi təqdirdə, onun 1,17 ha deyil, təxminən 0,05 ha torpaq sahəsindən istifadə etdiyinin müəyyən ediləcəyi, lakin iş üzrə ekspertiza təyin edilməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh boşaldılması edilən torpaq sahəsinin onun istifadəsində olmasını və orada istixana tikməsini birinci instansiya məhkəməsində etiraf etdiyindən və iddiaçının da həmin etiraf həcmində tələb irəli sürdüyündən yuxarıda göstərilən digər halların əlavə araşdırılmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Cavabdeh apellyasiya şikayətində iddiaçının hazırki iddianı irəli sürməkdə subyektiv hüququ olması məsələsini mübahisələndirməsə də, iddiaçı yuxarıda göstərilən maddənin tələbi baxımından hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-682/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)-682/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Məlikov Vəzirxan Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar