Məhkəmə qərarları › İş №2(107)-215/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-215/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-215/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-7872022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci ildə Göyçay şəhərində anadan olmuşdur, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatdadır. 2005-ci ildə ailə qurmuş, arvadı X4 şəxsi və cehiz əmlakı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçərək orada birgə yaşamışlar. Birgə nikahlarında iki uşaqları anadan olmuşdur. Bir neçə ay bundan öncəyədək cavabdehlərlə birgə mübahisəli fərdi yaşayış evində mehriban yaşasalar da, sonradan cavabdehlərin ona və ailə üzvlərinə qarşı münasibəti dəyişmiş aralarında mübahisələr baş vermişdir. Bu mübahisədən sonra qardaşı Cavabdeh2 və bacısı Cavabdeh3 onu və ailə üzvlərini qeyd edilən evdən çıxarmışlar. Həmin gündən sonra daimi yaşayış yeri olmamışdır. Qeyd edir ki, mübahisəli fərdi yaşayış evini mərhum atası inşa etmiş, həmin evdə doğulduğu vaxtdan cavabdehlərin onu evdən çıxardığı vaxtadək yaşamışdır. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən həmin fərdi yaşayış evi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin təsərrüfatbaşına kitabında qeydiyyatda olsa da, xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır. Ailə üzvləri olan arvadı X4, oğlu X8 və oğlu X6 da mübahisəli fərdi yaşayış evində qeydiyyatdadılar. Dəfələrlə ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə köçmək istəsə də cavabdehlər buna imkan verməmiş, nəticədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 31 avqust 2022-ci il tarixli, 2(046)- 7872022 saylı qətnaməsi ilə, iddiа tələbi təmin edilmiş, İddiaçı ailə üzvləri olan xx.xx.2006cı il təvvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X14 Cavabdeh1 birgə nikahından İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınsa da, lakin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı anadan olduğu vaxtdan, ailə üzvləri isə 2005-ci il tarixdən mübahisəli fərdi yaşayış evində cavabdehlərlə aralarında yaşanmış mübahisəyədək, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi günədək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmçinin İddiaçı, ailə üzvləri – arvadı X4, oğlu - X8 və qızı - X2 rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; X14 Cavabdeh1 birgə nikahından İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınsa da, lakin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı anadan olduğu vaxtdan, ailə üzvləri isə 2005-ci il tarixdən mübahisəli fərdi yaşayış evində cavabdehlərlə aralarında yaşanmış mübahisəyədək, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi günədək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmçinin İddiaçı, ailə üzvləri – arvadı X4, oğlu - X8 və qızı - X2 rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İddia tələbindən görünür ki, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçmək istəyir. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında hüquq münasibətləri 1965-ci ildə yaranmışdır. Məhkəmə hesab edir ki, həmin dövrdə hazırki mənzil mübahisəsini nizama salan normativ hüquqi akt olmadığından, yaranmış mübahisə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüququ pozulduğu günədək yaşamış, sonuncuların qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilmişdir. İddiaçının yaşayış hüququnun pozulması aşkardır, bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, «R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsi, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1, 80, 81, 119.1 və 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, iş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, X14 Cavabdeh1 birgə nikahından İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınsa da, lakin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlə reyestrində qeydiyyata alınmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, İddiaçı və ailə üzvləri Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatında olsalarda, onlar uzun müddətdir (15 ildən artıq) daimi olaraq (özlərinə məxsus mənzilə) başqa ünvana köçüb yaşayırlar. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göyçay Rayon Məhkəməsinin 2(046)- 787/2022-nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Məhkəmə iclasında müəyyən edildi ki, X14 Cavabdeh1 birgə nikahından İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınsa da, lakin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı anadan olduğu vaxtdan, ailə üzvləri isə 2005-ci il tarixdən mübahisəli fərdi yaşayış evində onlarla aralarında yaşanmış mübahisəyədək, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi günədək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmçinin İddiaçı, ailə üzvləri – arvadı X4, oğlu - X8 və qızı - X2 rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İddia tələbindən görünür ki, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçmək istəyir. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında hüquq münasibətləri 1965-ci ildə yaranmışdır. Məhkəmə hesab edir ki, həmin dövrdə hazırki mənzil mübahisəsini nizama salan normativ hüquqi akt olmadığından, yaranmış mübahisə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)-7872022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini və iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 oğlu apellyasiya şikayətinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin 2(046)-7872022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 2(046)-7872022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ilədək qüvvədə olan) Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsi: 123-cü mаddəsinə görə yаşаyış evi mülkiyyətçisinin özünə məxsus olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. «A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2008-ci il tarixli Qərarı; «A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ....Bu normaların düzgün tətbiq edilməsi üçün nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin mənasına görə mülkiyyətçi qeydşərt göstərmədən ailə üzvlərini özünə məxsus evə köçürdükdə, onlar bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olurlar. Lakin ailə üzvlərinə bərabər tutulan şəxs bu hüququ o halda əldə edə bilər ki, evə mülkiyyətçinin hətta şifahi razılığı ilə köçürülsün və bundan sonra onunla ümumi təsərrüfat aparmış olsun. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Mənzil hüququ; İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnugerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Göyçay Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(046)-7872022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(046)-7872022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “R.Şirinovun” şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı, eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İlk növbədə kollegiya qeyd etməyi lazım bilir ki, hazırda formalaşmış məhkəmə təcrübəsinə görə 2000-ci ilə qədər olan mübahisəli hüquq münasibətləri ilə bağlı, fərdi yaşayış evinə dair təsrrüfatbaşı kitabı mövcuddursa həmin işlərə Mənzil Məcəlləsinin 123-cü mаddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, X14 Cavabdeh1 birgə nikahından İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınmışdır. Lakin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı anadan olduğu vaxtdan, ailə üzvləri isə 2005-ci il tarixdən mübahisəli fərdi yaşayış evində cavabdehlərlə aralarında yaşanmış mübahisəyədək, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi günədək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmçinin İddiaçı, ailə üzvləri – arvadı X4, oğlu - X8 və qızı - X2 rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Şikayətin dəlili ondan ibarətdir ki, İddiaçı və ailə üzvləri Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatında olsalarda, onlar uzun müddətdir (15 ildən artıq) daimi olaraq (özlərinə məxsus mənzilə) başqa ünvana köçüb yaşayırlar. Hesab edir ki, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Məhkəmə Kollegiyası şikayətin qətnamənin ləğv edilməsi ilə bağlı hissəsində razılaşsa da iddianın rədd edilməsi dəlili ilə razılaşmır. Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüququ pozulduğu günədək yaşamış, birgə təsərrüfat aparmış, sonuncuların qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cavabdeh X1 iclasında, eyni zamanda yerli baxış zamanı iddiaçının ailə üzvləri ilə birlikdə təsrrüfatbaşı kitabla ona məxsus fərdi yaşayış evinə köçüb yaşamasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda kollegiya mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirərkən müəyyən etmişdir ki, hazırkı iş üzrə apelyator Cavabdeh2 həmin fərdi yaşayış evində deyil, eyni torpaq sahəsində inşa edilmiş özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Kollegiya qeyd etməyi lazım bilir ki, apelyator həmin mübahisəli fərdi yaşayış evində yaşamırsa, hazırkı iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli evə köçməsi onun hər hansı bir hüququnu pozmur. Digər tərədən Mənzil Məcəlləsinin 123-cü mаddəsinə görə yаşаyış evi mülkiyyətçisinin özünə məxsus olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. Həmin maddənin tələbinə görə yаşаyış evi mülkiyyətçisinin özünə məxsus olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. İddiaçı mübahisəli fərdi yaşayış evində doğulduğundan, eyni zamanda birgə təsərrüfat apardığından, Cavabdeh1 buna etiraz etmədiyindən kollegiya hesab edir ki, iddia tələbi əsalıdır. Daha sonra kollegiya iddiaçının başqa fərdi yaşayış evinin olması barədə şikayətin dəlili ilə də razılaşmır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi şikayətin bu dəlili də əsassızıdır. Apelyator bu barədə hər hansı bir sübut növü təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(046)-7872022 saylı saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(046)-7872022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar