Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-215/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakda paylarının tanınması” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “miras əmlakda payının müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: miras paylarının müəyyən edilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə Göyçay Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(046)-1591/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdikləri apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən X15 çatmalı olan ½ hissədə və Ucar rayonu Qazyan kəndində yerləşən 0,29 ha torpaq sahəsi üzərində İddiaçı1 1/2 və İddiaçı2 1/2 hissədə paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək mərhum atası X10 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin və Ucar rayonu Qazyan kəndində yerləşən, həyətyanı və pay torpağının miras şərikləri kimi onların arasında qanunamüvafıq qaydada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh qarşılıqlı iddia predmetinin dəqiqləşdirilməsinə dair ərizə verərək mərhum atası X10 miras qalan ünvan 4 ünvanında yerləşən mənzildən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çatmalı olan 1/2 hissədə və Ucar rayonu Qazyan kəndində yerləşən 0,29 ha torpaq sahəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çatmalı olan 1/2 hissədə payının müəyyən edilməsi və həmin vərəsəlik payı üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən mənzil tam, Ucar rayonu Qazyan kəndində yerləşən torpaq sahəsi isə X12 paylı mülkiyyətindədir. (X5 Vəsilə Hüseyn qızının əri, İddiaçı2 isə atasıdır). X20 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X20 vəfat etməmişdən əvvəl də, sonra da, İddiaçı1 ünvan 6 ünvanında (mərhumla mənzili birgə nikah dövründə almışlar), İddiaçı2 isə Ucar rayonu Qazyan kəndində yerləşən qeyd edilən torpaq sahəsində yerləşən evdə yaşamışlar, həmin əmlaklara yiyələnmişlər, kommunal xərclərini və vergilərini ödəmişlər. X12 mülkiyyətində başqa əmlakı olmamışdır. Yəni, ondan qalmış miras əmlakı faktiki olaraq İddiaçı1 və İddiaçı2 qəbul etmişlər. Buna görə də faktiki qəbulu rəsmiləşdirmək üçün İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Göyçay rayon Notariat Ofisinə müraciət etsələr də notariusun xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavabları ilə cavabdehlə aralarında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Halbuki, cavabdeh miras əmlakı faktiki olaraq qəbul etməmişdir.
4. Cavabdeh qarşılıqlı iddia tələbini onla əsaslandırmışdır ki, İddiaçı1 mərhum atasının ikinci arvadıdır və iddia etdiyi ünvan 4 ünvanında yerləşən mənzil birgə nikah dövründə deyil ondan xeyli əvvəl alınmışdır. Eyni zamanda Ucar rayonu Qazyan kəndində yerləşən mərhum atasından miras qalan fərdi yaşayış evi, pay torpağı və həyətyanı torpaq sahəsinin İddiaçı1 heç bir aidiyyatı yoxdur. Qeyd etdiyi Göyçay şəhərində yerləşən mənzil sahəsi və Qazyan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi birinci növbəti vərəsələr kimi onların arasında bərabər qaydada bölünməli olduğu halda qarşılıqlı iddia üzrə cavabdehlər bundan imtina edərək onları miras payından məhrum etmək fikrindədirlər. Mərhum atası X1 ona müəyyən vaxtlarda qulluq edilməsi və dəfn olunması ilə bağlı, bütün xərcləri o, böyük qardaşı yerinə yetirmişdir. Cavabdehlərin bununla bağlı heç bir xidmətləri olmamışdır. Atasının və böyük qardaşının dəfn mərasimi onun həyətində olmuşdur. O cümlədən böyük qardaşının dəfn mərasiminin xərclərini 80% o yerinə yetirmişdir. ünvan 4 ünvanında yerləşən mənzilin mənzil – kommunal xidməti üçün mədaxil Qəbzinin bir qismi onun tərəfindən yerinə yetirilmişdir. Mərhum atasının pensiyasının üç ay müddətində İddiaçı1 alması üçün bütün sənədlərin atasının əmək haqqı kitabçasından başlayaraq, digər sənədlərin hazırlanması və Göyçay Dövlət Sosial Müdafiə fonduna, fondun bölmə rəisi Əliyev Bayrama təqdim edilməsi onun tərəfindən yerinə yetirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X10 ünvan 1 və Ucar rayonunun Qazyan kəndində yerləşən 0,29 ha torpaq sahəsi miras qalmışdır. Ərinin vəfatından sonra ondan qalmış miras əmlakı notariat ofisinə ərizə verməklə qəbul etmişdir. Cavabdeh isə mirası qəbul etməmişdir. Qanun üzrə birinci növbə vərəsələrdən Cavabdeh ilə aralarında mirasa dair ixtilaf olduğu üçün Göyçay rayon Notariat Ofisinin notariusu ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.
6. İddiaçı2 nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməmiş, İddiaçı1 izahatına oxşar izahat verərək iddianın təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh İddiaçı1 mərhum atasının ikinci arvadıdır və iddia etdiyi ünvan 4 ünvanında yerləşən mənzil birgə nikah dövründə deyil ondan xeyli əvvəl alınmışdır. Eyni zamanda Ucar rayonu Qazyan kəndində yerləşən mərhum atasından miras qalan fərdi yaşayış evi, pay torpağı və həyətyanı torpaq sahəsinin İddiaçı1 heç bir aidiyyatı yoxdur. Qeyd etdiyi Göyçay şəhərində yerləşən mənzil sahəsi və Qazyan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi birinci növbəti vərəsələr kimi onların arasında bərabər qaydada bölünməli olduğu halda iddiaçılar bundan imtina edərək miras payından məhrum etmək fikrindədirlər. Mərhum atası X1 ona müəyyən vaxtlarda qulluq edilməsi və dəfn olunması ilə bağlı, bütün xərcləri o, böyük qardaşı yerinə yetirmişdir. Cavabdehlərin bununla bağlı heç bir xidmətləri olmamışdır. Atasının və böyük qardaşının dəfn mərasimi onun həyətində olmuşdur. O cümlədən böyük qardaşının dəfn mərasiminin xərclərini 80% özü yerinə yetirmişdir. ünvan 4 ünvanında yerləşən mənzilin kommunal xərclərinin bir hissəsi onun tərəfindən ödənilmişdir. Mərhum atasının pensiyasının üç ay müddətində İddiaçı1 alması üçün bütün sənədlərin atasının əmək haqqı kitabçasından başlayaraq, digər sənədlərin hazırlanması və Göyçay Dövlət Sosial Müdafiə fonduna təqdim edilməsi onun tərəfindən yerinə yetirilmişdir. İddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
8. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
9. Göyçay Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(046)-1591/2023 saylı qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 miras qoyan X10 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində hər birinin 1/3 paylarının müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh miras qoyan X10 miras qalmış ünvan 1-un 1/2 hissəsindən və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsindən 1/3 payının müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi İddiaçı1 miras açıldıqdan sonra ünvan 1-a yaşaması, digər İddiaçı2 Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha torpaq sahəsindən istifadə etməsi və vergiləri ödəməsi, Cavabdeh tərəfindən isə ünvan 1-a dair xx.xx.2020-ci, xx.xx.2020-ci il,xx.xx.2020-ci tarixli kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərin təqdim edilməsi ilə miras əmlaka vərəsələr İddiaçı1,İddiaçı2 və Cavabdeh tərəfindən sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlaması, bununla da mirası qəbul etmək niyyətlərini açıq-aşkar nümayiş etdirmələrini müəyyən etmişdir. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlardan müəyyən etmişdir ki, miras qoyan X20 İddiaçı1 ilə 06 mart 1999-cu ildə nikaha daxil olduğundan, birgə nikah dövründə xx.xx.2003-cü ildə ünvan 1-u əvəzli surətdə alqı-satqı yolu ilə əldə etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ünvan 1 miras qoyan X20 ilə İddiaçı1 ümumi əmlakı olduğuna görə həmin əmlakda İddiaçı1 bərabər payı müəyyən olunmuş hesab olunmalıdır.
12. Məhkəmə qeyd etmişdir ki, Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha həyətyanı torpaq sahəsi də ümumi birgə mülkiyyətdə olduğundan,həmin əmlakda 7 nəfərin ümumi mülkiyyətçilərin bərabər payları müəyyən olunmaqla, miras qoyan X12 1/7 payının olması nəzərə alınmalıdır.
13. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab etmişdir ki, miras əmlaka X16 məxsus ünvan 1-un 1/2 hissəsi və Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsi daxildir. Miras qoyan X13 17 iyul 2020-ci il tarixdə vəfat etməsi gün mirasın açıldığı vaxt sayılmalıdır.Miras açıldığı zamanı miras qoyan X13 qanun üzrə vərəsəlik zamanı 5 vərəsəsi olmuşdur:1)arvadı İddiaçı1, 2) oğlu X21 3) oğlu İddiaçı2 Əlövsət oğlu, 4) oğlu Cavabdeh və 5) oğlu X11r.X3 və X17 notariat qaydasında təsdiq edilmiş ərizə verərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. X21 və X6 xeyrinə imtina etdiyini bildirmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəllənin 1262-ci maddəsinin tələblərinə uyğun olaraq onları payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməlidir. X4 və X8 mirasdan imtina etmələrini nəzərə alıb, məhkəmə hesab edir ki, miras əmlakın qalan 3 vərəsə arasında bölüşdürülməsinin mümkünlüyü yoxlanılmalıdır.
14. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir.
15. Belə olan halda məhkəmə hesab etmişdir ki, miras əmlak iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh arasında bölüşdürülməlidir.
16. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1159.1, 1160, 1243.2, 1243.3, 1246, 1255, 1262-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı, “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər.
18. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən” çıxarışlardan göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil tam, Ucar rayonunun Qazyan kəndində yerləşən torpaq sahəsi isə paylı X12 mülkiyyətindədir.
19. X20 onun əri olmuşdur. Lakin o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməmişən əvvəl də, sonra da, hal-hazırda da o, ünvan 1 ünvanında (mənzil onların birgə nikahları dövründə alınmışdır) yaşamış, digər ilkin İddiaçı2 Əlövsət oğlu isə Ucar rayonunun Qazyan kəndində yerləşən qeyd edilən torpaq sahəsində yerləşən evdə yaşamışdır. X12 mülkiyyətində başqa əmlakı olmamışdır. Yəni, ondan qalmış miras əmlakı faktiki olaraq oğlu - İddiaçı2 Əlövsət oğlu və o, qəbul etmişdir.
20. Buna görə də faktiki qəbulu rəsmiləşdirmək üçün onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Göyçay rayon Notariat Ofisinə müraciət etsələr də notariusun xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavabları ilə Cavabdeh ilə aralarında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Halbuki, Cavabdeh miras əmlakı qəbul etməmişdir.
21. Buna baxmayaraq, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-1591/2023 nömrəli qətnaməsi ilə İddiaçı2 Əlövsət oğlu ilə onun iddiaları qismən təmin edilmiş, onların miras qoyan X10 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində hər birinin 1/3 payları müəyyən edilmiş, iddiaları qalan hissədə təmin edilməmiş, Cavabdeh qarşılıqlı iddiası da qismən təmin edilmiş, onun da miras qoyan X10 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində 1/3 payı müəyyən edilmişdir.
22. Onlar- hər iki iddiaçı mirası faktiki olaraq qəbul etmişlər. Onların miras qalmış əmlaklara sahiblik etməyə və onları idarə etməyə faktik başlamaları iş materialları ilə tam sübuta yetirilir. Belə ki, əri vəfat etməmişən əvvəl də, sonra da, hal-hazırda da o, ünvan 1 ünvanında yaşamış, İddiaçı2 Əlövsə toğlu isə Ucar rayonunun Qazyan kəndində yerləşən qeyd edilən torpaq sahəsində yerləşən evdə yaşamışdır. Bu işin mübahisəsiz halıdır. Lakin Cavabdeh ərindən miras qalmış əmlakı onun ölümündən keçən 6 ay müddət ərzində qəbul etməmişdir. Buna baxmayaraq, məhkəmə onun iddiasını qismən təmin etmiş və onun ərindən miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində 1/3 payını müəyyən etmişdir. Bu isə göstərilən maddi hüquq normalarına ziddir.
23. Məhkəmə Cavabdeh qarşılıqlı iddia ərizəsinin qismən təmin etməsini onun tərəfindən ünvan 1-a dair xx.xx.2020-ci, xx.xx.2020-ci il, xx.xx.2020-ci tarixli kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərin təqdim edilməsi ilə əsaslandırmağa çalışmışdır.
24. Lakin hesab edir ki, kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərin Cavabdeh tərəfindən təqdim edilməsi onun ərindən miras qalmış əmlakı qəbul etməsini təsdiqləyə bilməz. Beləki, həmin qəbzlərdə Cavabdeh deyil, mərhum ərinin adı qeyd olunmuşdur. Qəbzlərdə kommunal xidmətlərin dəyərinin məhz Cavabdeh tərəfindən ödənildiyini göstərən heç bir məlumat yoxdur. Həmin kommunal xərcləri də o, ödəmişdir. Ödəniş qəbzlərinin Cavabdeh əlinə necə keçməsi ona məlum deyil.
25. Məhkəmə qəbzlərdə kommunal xidmətlərin dəyərinin məhz Cavabdeh tərəfindən ödənildiyini göstərən heç bir məlumatın olmamasına baxmayaraq, yalnız həmin qəbzlərin Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsini əsas gətirərək onun iddiasını qismən təmin etmişdir. Yəni məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və nəticədə qeyd edilən prossesual hüquq normasının tələblərini pozmuşdur.
26. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)- 1591/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia ərizəsinin tam təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən” çıxarışlardan göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil tam, Ucar rayonunun Qazyan kəndində yerləşən torpaq sahəsi isə paylı X12 mülkiyyətindədir.
28. X20 onun atası olmuşdur. Lakin o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməmişən əvvəl də, sonra da, hal-hazırda da mərhum atasının arvadı İddiaçı1 ünvan 1 ünvanında (mənzil onların birgə nikahları dövründə alınmışdır) yaşamış, o, isə Ucar rayonunun Qazyan kəndində yerləşən qeyd edilən torpaq sahəsində yerləşən evdə yaşamışdır. X12 mülkiyyətində başqa əmlakı olmamışdır. Yəni, ondan qalmış miras əmlakı faktiki olaraq arvadı İddiaçı1 ilə o, qəbul etmişdir.
29. Buna görə də faktiki qəbulu rəsmiləşdirmək üçün onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Göyçay rayon Notariat Ofisinə müraciət etsələr də notariusun xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavabları ilə qardaşı Cavabdeh ilə aralarında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Halbuki, Cavabdeh miras əmlakı qəbul etməmişdir.
30. Buna baxmayaraq, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-1591/2023 nömrəli qətnaməsi ilə İddiaçı1 ilə onun iddiaları qismən təmin edilmiş, onların miras qoyan X10 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində hər birinin 1/3 payları müəyyən edilmiş, iddiaları qalan hissədə təmin edilməmiş, Cavabdeh qarşılıqlı iddiası da qismən təmin edilmiş, onun da miras qoyan X10 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində 1/3 payı müəyyən edilmişdir.
31. Onlar-hər iki iddiaçı mirası faktiki olaraq qəbul etmişlər. Onların miras qalmış əmlaklara sahiblik etməyə və onları idarə etməyə faktik başlamaları iş materialları ilə tam sübuta yetirilir. Belə ki, əri vəfat etməmişən əvvəl də, sonra da, hal-hazırda da o, ünvan 1 ünvanında yaşamış, İddiaçı2 Əlövsət oğlu isə Ucar rayonunun Qazyan kəndində yerləşən qeyd edilən torpaq sahəsində yerləşən evdə yaşamışdır. Bu işin mübahisəsiz halıdır. Lakin Cavabdeh ərindən miras qalmış əmlakı onun ölümündən keçən 6 ay müddət ərzində qəbul etməmişdir. Buna baxmayaraq, məhkəmə onun iddiasını qismən təmin etmiş və onun ərindən miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində 1/3 payını müəyyən etmişdir. Bu isə göstərilən maddi hüquq normalarına ziddir.
32. Məhkəmə Cavabdeh qarşılıqlı iddia ərizəsinin qismən təmin etməsini onun tərəfindən ünvan 1-a dair xx.xx.2020-ci,xx.xx.2020-ci il, xx.xx.2020-ci tarixli kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərin təqdim edilməsi ilə əsaslandırmağa çalışmışdır.
33. Lakin hesab edir ki, kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərin Cavabdeh tərəfindən təqdim edilməsi onun atasından miras qalmış əmlakı qəbul etməsini təsdiqləyə bilməz. Beləki, həmin qəbzlərdə Cavabdeh deyil, mərhum atasının adı qeyd olunmuşdur. Qəbzlərdə kommunal xidmətlərin dəyərinin məhz Cavabdeh tərəfindən ödənildiyini göstərən heçbir məlumat yoxdur.
34. Bununla bağlı digər iddiaçı da bildirir ki, həmin kommunal xərcləri də o, ödəmişdir. Ödəniş qəbzlərinin Cavabdeh əlinə necə keçməsi ona aydın deyil. Cavabdeh iddia ərizəsində və ifadəsində göstərmişdir: “mərhum atasının pensiyasının üç ay müddətində İddiaçı1 alması üçün bütün sənədlərin atasının əmək haqqı kitabçasından başlayaraq, digər sənədlərin hazırlanması və Göyçay Dövlət Sosial Müdafiə fonduna, fondun bölmə rəisi Əliyev Bayrama təqdimedilməsi onun tərəfindən yerinə yetirilmişdir”. Ola bilsin ki, cavabdeh həmin qəbzləri də həmin vaxt sənədlərin arasından götürmüşdür.
35. Məhkəmə qəbzlərdə kommunal xidmətlərin dəyərinin məhz Cavabdeh tərəfindən ödənildiyini göstərən heç bir məlumatın olmamasına baxmayaraq, yalnız həmin qəbzlərin Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsini əsas gətirərək onun iddiasını qismən təmin etmişdir. Yəni, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və nəticədə qeyd edilən prossesual hüquq normasının tələblərini pozmuşdur.
36. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)- 1591/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia ərizəsinin tam təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh-iddiaçı Cavabdeh Əlövsəd oğlu apellyasiya şikayətlərinə yazılı etiraz verərək Göyçay Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(046)- 1591/2Q23 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrıayrılıqda verdikləri apellyasiya şikayətinə etiraz etmiş və apellyasiya məhkəməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2 (046)-1591/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Kollegiyanın iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh Əlövsəd oğlu apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(046)-1591/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçının nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
44. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Cavabdehlər apellyasiya şikayətlərində Göyçay Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(046)-1591/2023 nömrəli qətnaməsinin ləğvi tələbini irəli sürsələr də, növbəti fikirlərində ilkin iddia ərizəsinin tam təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin apellyatorlar ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışlar. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ilk iddianın rədd edilmiş, qarşılıqlı iddianın isə təmin edilmiş hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələri üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, mübahisələndirilən hissələrdə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mirasqoyan X20 17 iyul 2020-ci il tarixdə Göyçay şəhərində ölmüşdür. X12 06 mart 1999-cu ildə nikaha daxil olmuş arvadı İddiaçı1, oğlanları İddiaçı2, Cavabdeh, X21, X7 ibarət birinci növbəli vərəsələri vardır. X12 vəfatından sonra Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin və Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 29 ünvanında yerləşən 39 nömrəli mənzilin mərhuma aid hissələri ondan miras qalmışdır. X3 və X17 19 sentyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələri ilə 17 iyul 2020-ci il tarixdə ölmüş ataları X10 qalmış mirasın qəbulundan imtina etmişlər. Lakin onlar ərizələrində mirasdan kimin xeyrinə imtina etmələri barədə heç bir fikir ifadə etməmişlər. Digər vərəsələr isə X10 qalmış mirasdan paylarının müəyyən edilməsini xahiş etmişlər.
51. İşin hallarından görünür ki, mirasdan imtina etməmiş vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.
52. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
53. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların apellyasiya şikayətlərinin məzmunu və dəlilləri eynilik təşkil edir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətlərinin dəlilləri üzrə birgə dəyərləndirilmə aparılmasını doğru hesab edir.
55. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətlərinin əsas dəlilləri olan Cavabdeh miras əmlakı qəbul etməməsi, Cavabdeh X10 miras qalmış əmlakı onun ölümündən keçən 6 ay müddət ərzində qəbul etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
56. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
57. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
58. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərin Cavabdeh tərəfindən təqdim edilməsi, onun X10 miras qalmış əmlakı qəbul etməsini təsdiqləyə bilməməsi, qəbzlərdə kommunal xidmətlərin dəyərinin məhz Cavabdeh tərəfindən ödənildiyini göstərən heç bir məlumatın olmaması, həmin kommunal xərclərin İddiaçı1 tərəfindən ödənilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, həmin qəbzlər birinci instansiya məhkəməsinə Cavabdeh tərəfindən təqdim edilməklə qəbzlərdəki ödənişin məhz İddiaçı1 tərəfindən həyata keçirilməsinə, qəbzlərin iddiaçılardan götürüldükdən sonra cavabdeh tərəfdən birinci instansiya məhkəməsinə təqdim edilməsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməklə yanaşı, göstərilənlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarının tələbi baxından mirasın vərəsə tərəfindən qəbul edilməsini istisna edən hallar deyildirlər.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.
63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(046)-1591/2023 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(046)-1591/2023 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.