Məhkəmə qərarları › İş №2(107)-2153/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2153/2020

30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2153/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinə qarşı “əmək stajının olması faktının müəyyən edilməsinə” dair mülki iş üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-712/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon Şöbəsinə qarşı «əmək stajının olması faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-1977-ci il və 1980-1990-cı ilin aprel ayınadək Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1955-ci ildə Şuşa rayonun Xanallar kəndində doğulmuş və 1992-ci ilədək orada yaşamışdır. 1972-1977 və 1980-1990-cı ilin aprel ayınadək Şuşa “Sovet Azərbaycanı” kolxozunda kolxozçu (sürücü) işləmişdir. 1990-cı ilin aprel ayından 1991-ci ilin oktyabr ayınadək özü müdafıə könüllülər dəstəsinə qoşularaq müxtəlif döyüşlərdə iştirak etmişdir. Dəstə dağıldığından o, yenidən kolxoza işinə qayıtdı. 1993-cü ildə erməni təcavüzü nəticəsində Şuşa rayonu işğal olunduğundan o, məcburi köçkün kimi Yevlax rayonuna məskunlaşdı. Sonra isə 1998-ci ilin son aylarında ünvan 1 mənzil 12 ünvanında yaşamağa başladı. Məcburi köçkünlüyü ilə əlaqədar özündən asılı olmayan səbəbdən iş yerindən məhrum olmuşdur. Ona aid olan, 1972-1977 və 1980-1990-cı illərə aid əmək fəaliyyətinə dair sənədləri erməni silahlı dəstələrinin rayona təcavüzü nəticəsində qaçqın düşdüyündən itib batmışdır. Ailəsinə məxsus olan digər sənədləri çox çətinliklə, qaçqın olmağını nəzərə alaraq onlara Səlahiyyətli Orqanlar sənədlərini düzəldilməsində köməklik göstərmişlər. Bu gün o, yuxarıda qeyd etdiyi dövrə aid iş stajı sənədlərini bərpa edə bilmir. Qeyd olunan dövrə aid iş stajı sənədlərini DSMF Yevlax rayon şöbəsinə təqdim edə bilmədiyi üçün ona pensiya təyin olunmasından imtina olunmuşdur. Halbuki, həmin illərə dair iş stajı sənədləri olub və hazırda məlum səbəblərə görə məhv edilib. Qeyd olunan faktı təsdiq edə biləcək şahidləri də vardır. Əmək kitabçasının bərpası adi qaydada mümkün deyildir. Ona görə də Şuşa rayonunun “Sovet Azərbaycanı kolxozunda kolxozçu işləməyi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənləri nəzərə alaraq onun 1972-1977-ci il və 1980-1990-cı ilin aprel ayınadək Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon Şöbəsinə birinci instansiya məhkəməsinin iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-712/2020 nömrəli qətnaməsi (hakim E.İsayev) ilə ərizə təmin edilmiş, Ərizəçi 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü kimi işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir və hüquqi faktın müəyyən olunması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanlar n qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyə: barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməlıyyatar milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənır qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-Cı tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənəaiənnın saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edi.məs uçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.Normaiı w sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən ed məsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (xx xxxxx 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə məhkəməyə şahid qismində dəvət olunmuş 2 nəfər şəxsin verdiyi ifadə heç bir mötəbər sənədə və sübuta əsaslanmamış, bu da qanunvericiliyin tələblərinin birbaşa pozulması ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajımn yarısından artıq ola bilməz.xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinə əsasən, kişilər 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda onların yaşa görə pensiya hüququ yaranır. Ərizəçi 1972-1977 və 1980- 1990-cı illər üzrə əmək stajının təsdiq edilməsini tələb edir. Bu normanın şərtini nəzərə alsaq, iddiaçının şahid ifadələri ilə həmin illərin təsdiqlənməsi üçün müraciət etməsi qanuna ziddir. Məhkəmə isə bu normanın tələbini pozaraq ərizəçinin tələb etdiyi 1972- 1977 və 1980-1990-cı illərdə əmək stajını heç bir sənədi olmayan, mülahizəyə əsaslanan iki şahidin ifadəsinə təsdiq etmişdir.Belə ki. ərizəçi iddia edir ki (həmçinin əmək kitabçasından da məlum olur), əmək kitabçası xx.xx.1980-ci il tarixdə açılmışdır. Diqqət yetirsək görərik ki, həmin əmək kitabçasında ərizəçinin işə başladığı müəssisə onun ərizəsində mübahisələndirdiyi “Sovet Azərbaycan” kolxozudur. Ərizəçi sözügedən müəssisədə 1972- 1977-cü il və 1980-1990-cu ilin aprel ayınadək işlədiyi təqdirdə həmin müəssisə ərizəçinin əmək kitabçasında is illəri ilə bağlı qeydləri 1980-cı ildən etibarən aparmağa başlamışdır. Hansı ki, həmin illər heç bir təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə, işğal faktı və digər fövqəladə hallarla bağlı olmamışdır. Bu hal ona əsas verir ki, ərizəçinin mübahisələndirdiyi illər ərzində onun iş fəaliyyəti olmamış yaxud rəsmi olmamışdır. Qeyd edilənlərə əsasən Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi' barədə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(025)- 712/2020 saylı qətnaməsinin ləğv olunması və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin nümayəndəsi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(025)- 712/2020 saylı qətnaməsinin ləğv olunması və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apelaysiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(025)- 712/2020 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 712/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon Şöbəsinə qarşı «əmək stajının olması faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-1977-ci il və 1980-1990-cı ilin aprel ayınadək Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifa-yətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Mülki işə baxan birinci instansiya məhkəməsi isə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun olaraq işdə olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmaq, qətnamədə müzakirə etdiyi dəlillərlə əsaslandırmaq əvəzinə yalnız şahid ifadəsini sadalamaqla kifayətlənmiş və ərizəçinin ərizəsinin əsaslı olması qənaətinə gəlmişdir. İşdə olan, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Şuşa rayon Şöbəsi tərəfindən verilmiş 83/**********44 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinə ərizəçi tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, şahid ifadələri əsasında Ərizəçi əmək stajının bərpası müvafiq qanunvericiliyə əsasən şöbənin səlahiyyətində deyildir. Bu barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş 55 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Yevlax filialına ərizəçi tərəfindən təqdim edilən sorğuya cavab olaraq bildirilmişdir ki, Şuşa rayonu, Sovet Azərbaycanı kolxozunun əmək haqqı sənədləri Yevlax Dövlət Arxivinə natamam verildiyi üçün Ərizəçi qazandığı əmək haqqını tam şəkildə müəyyən etmək qanunvericiliklə mümkün olmamışdır. İşdə olan, ИТ-İ № ******* saylı xx xxxxxx 1980-ci il tarixli Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda çilingər təyin edilmiş, xx.xx.1980-ci ildə isə “Sovet Azərbaycan” kolxozunun direktoru M.Eyvazovun 452 saylı əmrinə əsasən həmin kolxozda QAZ-69 markalı maşına sürücü təyin edilmişdir. İşdə olan Səyyar ASAN 10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE№ ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 2680 saylı arayışdan görünür ki Ərizəçi həqiqətən məcburi köçkün olmaqla, ünvan 4 mənzil 12 ünvanında qeydiyyatdadır və yaşayır. Birinci instansiya məhkəməsi «X3» Azərbaycan Respublikası Qanununa 2.5-ci bəndinə, Azərbaycan Respublikası MPM-in 307-ci və 308-ci maddələrinə istinad edərək nəticəyə gəlmişdir ki, Ərizəçi 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü kimi işləmişdir. 1991-ci il tarixdə yaşayış yerini məcburi tərk edərkən ailəsi ilə birlikdə Yevlax rayonunda daha sonra isə Qəbələ rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Ərizəçi 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü kimi olan iş stajı ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Lakin məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayarq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarının 13.4.-cü bəndinə əsasən Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, 1971-ci ildən 1992-ci ilə kimi Şuşa şəhərində müxtəlif vəzifələrdə işləmişdir. Ərizəçi ilə əvvəlcədən də tanışlıqları var idi, Şuşa şəhərində birlikdə işləyiblər. Ərizəçi 1972-ci ildən “Sovet Azərbaycan” kolxozunda sürücü işləmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşu olublar, Şuşa şəhərində də müharibə dövründə və ondan əvvəl birlikdə işləyiblər. O, 1971-ci ildən Şuşada qeyd olunan kolxozda Məhəmmədlə birlikdə işləmişdir. Həmin dövrdə Ərizəçi da 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü işləmişdir. 1977-ci il tarixdən 1980ci il tarixə kimi isə Məhəmməd hərbi xidmətdə olmuşdur. Göründüyü kimi ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edən sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.11-ci maddələrinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi Ərizəçi 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü kimi işləməsi heç bir mötəbər sübut olmadan, yalnız şahid X2 və şahid X4 ifadələri ilə müəyyən edilmişdir. Halbuki, Mülki Prossesual Məcəllənin 106.1-ci maddəsinə əasasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə isə başqa sübut və ya hər hansı bir dəlil yoxdur. Ona görə də kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəllənin 217.4-cü mаddəsinin tələbinə görə, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-712/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon Şöbəsinə qarşı «əmək stajının olması faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-1977-ci il və 1980-1990-cı ilin aprel ayınadək Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-712/2020 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon Şöbəsinə qarşı «əmək stajının olması faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-1977-ci il və 1980-1990-cı ilin aprel ayınadək Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar