Məhkəmə qərarları › İş №2(107)-217/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-217/2024

31.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-217/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsindən və torpaq sahəsində inşa olunmuş evdən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, evdən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsindən və torpaq sahəsində inşa olunmuş evdən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(051)-993/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh1 27 aprel 2017-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı satqısı müqaviləsi ilə Mingəçevir şəhəri, Samux küçəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Cavabdehlərdən Cavabdeh2 notarial qaydada təsdiq olunmuş 20 mart 2015-ci il tarixli ərizəsi ilə buna razılıq vermişdir. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi, **********52 reyestr nömrəsi olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Mingəçevir şəhəri, Samux küçəsində, 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehlərin həmin torpaq sahəsi və üzərində yerləşən evdən çıxarılmalarını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və torpaq sahəsində inşa olunmuş evdən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsi İddiaçı məxsusdur. Sözügedən 0.06 ha, yaşayış məntəqələri torpaqları kateqoriyasına məxsus olan torpaq sahəsinin mülkiyyət sənədləri vardır. Bununla əlaqədar DƏDRX-dən RX ******* nömrəli çıxarış alınmış və sözügedən torpaq sahəsi tam olaraq İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı torpaqdan istifadə edə bilmir. Belə ki, cavabdehlər torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən istifadə etməyə imkan vermirlər. Bununla da iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. Cavabdehlərin sözügedən torpaq sahəsi ilə əlaqədar heç bir hüquqları yoxdur. Onlar bu və ya digər formada maneələr yaratmaqla torpaqdan və mülkiyyətindən lazımi qaydada istifadə etməyə imkan vermirlər. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə verərək Cavabdeh1 ölməsi səbəbindən onun zavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, Samux küçəsində, 0,06 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına mülkiyyət hüququ qeydə alınmışdır. Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsi İddiaçı məxsusdur. Hazırda cavabdehlər torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evindən qanunsuz sahiblik etməklə iddiaçıya istifadə etməyə maneələr yaratmaqla torpaqdan və mükkiyyətindən lazımi qaydada istifadə etməyə imkan vermirlər. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırır ki, İddiaçı onun etibarından istifadə edərək mübahisəli torpaq sahəsi ilə bağlı onlara bəzi sənədlərə qol çəkdirmiş və onun mülkiyyət hüququnun əsasları yoxdur. Məhkəmə cavabdehin etirazına tənqidi yanaşaraq qeyd edir ki, cavabdehin etirazında göstərdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarına əlavə edlmiş alqı-satqı müqaviləsinin və Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, cavabdeh əri Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən evin satılmasına etiraz etməmişdir. Onun iradə ifadəsi notariat orqanı tərəfindən yoxlanılmış və təsdiq edilmişdir.

6. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən çıxarılmalıdırlar.

7. Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(051)- 993/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh2 İddiaçı məxsus Mingəçevir şəhəri Samux küçəsində yerləşən torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. (10 oktyabr 2023-cü il tarixdə yanlışlığın düzəldilməsi barədə qərardad qəbul edilmişdir.)

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi, **********52 reyestr nömrəsi olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış daşınmaz əmlakın 27 aprel 2017-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi Cavabdeh2 notarial qaydada təsdiq olunmuş 20 mart 2015-ci il tarixli ərizəsi

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Əbülxalıq qızı ilə oğlu X9 arasında olan pul borcuna görə mərhum həyat yoldaşı - Cavabdeh1 ilə o 2015-ci il tarixdə borc müqaviləsi bağlamaq qərarına gəlmişlər. Bu səbəblə də, iddiaçı ilə notarial qaydada müqavilə bağlamışlar. Sözügedən müqaviləni iddiaçıya olan etibarlarından oxumadan imzalamışlar. Sonradan isə bu iddianı qaldırdıqda onlara məlum olmuşdur ki, həmin müqavilə borc deyil, alqı-satqı müqaviləsi imiş. Onlar isə övladlarının borcunu iddiaçıya tam şəkildə qaytarmışlar.

12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(051)-993/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(051)-993/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 15.Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(051)- 993/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. İşin hallarından görünür ki, mübahisəli torpaq sahəsi hazırki iş üzrə cavabdehin mərhum əri Cavabdeh1 adından etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imza edilməklə hazırki iş üzrə iddiaçıya xx.xx.2017-ci ildə satılmış, lakin bu günə qədər iddiaçıya təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarından görünür ki, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 4-7-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri cavabdehin birinci instansiya məhməsində icraat zamanı verdiyi iddiaya etirazının dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin etiraza da yuxarıda qeyd edilən bəndlərdə münasibət bildirilmişdir. Kollegiya o cümlədən bildirir ki, mülki işin 34-cü vərəqində olan 30 mart 2015-ci il tarixli aktda imza edənlər Cavabdeh1, Cavabdeh2, İddiaçı, X7 və X4 imzaları ilə təsdiq etmişlər ki, X9 İddiaçı 39.600 dollar borc almışdır. X5 atası Cavabdeh1 İddiaçı 5 ay müddətində pulun tam qaytarılmasına vaxt istəyir, əks halda, torpağının və sahəsində yerləşən yaşayış evinin adına keçirilməsinə razılıq vermişdir. Mülki işin 33-cü vərəqində olan notarial qaydada təsdiq olunmuş 20 mart 2015-ci il tarixli ərizədə Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Mingəçevir şəhərində yerləşən istənilən bağ torpaq sahəsinin və üzərində yerləşən evin satılmasına, bağışlanmasına və ya dəyişdirilməsinə etiraz etmədiyini göstərmişdir. Göründüyü kimi, borcun qaytarılmayacağı halda mübahisəli torpaq sahəsinin və üzərindəki evin iddiaçıya satılması öncədən razılaşdırılmış və həm cavabdeh, həm də mərhum əri Cavabdeh1 digər şahidlərin iştirakı ilə həmin aktı imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Ona görə də, iddiaçı hazırki iddiası ilə cavabdehin mübahisəli torpaq sahəsi, həmçinin üzərindəki evdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh övladlarının borcunu tam olaraq ödədiklərini göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırkı işdə, mübahisəli torpağa dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını nəzərdə tutan sözügedən dörd qrup şərtdən hər hansı biri mövcud deyil. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

23. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(051)-993/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(051)- 993/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar