Məhkəmə qərarları › İş №2(107)-2170/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2170/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2170/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(046)-1128/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(046)-1128/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) İddiaçı Yaşar qızının Cavabdeh qarşı Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Yaşar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Cavabdeh məxsus Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı Yaşar qızı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 08.01.2016-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan 31.10.2016-cü il tarixdə X6 və 21.02.2019-cu il tarixdə X4 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-136/2021 saylı 12.02.2021 -ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş azyaşlı uşaqlarının saxlanması üçün aliment tutulur. Hazırda valideyinlərimin evində yaşayır. Eşqinlə evlilik dövründə Göyçay rayonu Bəydövül kəndində yerləşən torpaq sahəsində 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Hesab edir ki, azyaşlı uşaqları ilə həmin evə köçüb yaşamaq hüququ vardır.Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırki iş üzrə Cavabdeh ilə 08.01.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 31.10.2016-cı il tarixində X7 və 21.02.2019- cu il tarixində X4 anadan olmuşdur. Toyları olduqdan sonra Göyçay rayonu, Bəydövül kəndində qaynatası X5 məxsus fərdi yaşayış evinə köçmüşdür. Daha sonra qaynatası onlara ayrı ev inşa etmək üçün öz həyətində torpaq sahəsindən 0,19 ha torpaq sahəsi ayırmışdır və həmin ərazidə onlar özlərinə 1 otaqlı fərdi yaşayış evi inşa etmişlər və 2018-ci ilin dekabr ayının 23-də həmin ev tam hazır olandan sonra sözügedən evə köçmüşlər. Fərdi yaşayış evinə köçdükdən sonra onun tərəfindən orada təmizlik və bərpa işləri aparılmışdır. 2-ci övladı X4 məhz həmin evdə doğulmuşdur. Təxminən iki ilə yaxın həmin evdə birlikdə yaşayaraq təsərrüfat aparmışlar. Lakin münasibətləri pisləşdikdən sonra 2020-ci il avqust ayında onu məcburi olaraq həmin fərdi yaşayış evindən çıxardılar və məcburiyyət qarşısında qalaraq valideynlərinin evinə qayıtdı. Həmin fərdi yaşayış evi məhz nikahları dövründə inşa edilib və inşa edildikdən sonra iki ildən çox müddət ərizəndə həmin evdə yaşamışdır. Təəsüf ki, həmin ev qanunsuz tikili olduğu üçün ev müvafiq dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin, buna baxmayaraq, hesab edir ki, həmin fərdi yaşayış evi məhz birgə nikah dövründə inşa edildiyi üçün ondan istifadə etmək hüququ vardır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(046)- 1128/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(046)-1128/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh məxsus Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası yenidən rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli 2(046)-136/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Yaşar qızı ilə Cavabdeh arasında 31.10.2016-cı il tarixdə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş iki uşaqları İddiaçı Yaşar qızının yanında qalmışdır. Məhkəməyə təqdim edilmiş X1 surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 31.10.2016-cü il tarixdə X6 və 21.02.2019-cu il tarixdə X4 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Bəydövül kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli arayışdan görünür ki, Göyçay rayon Bəydövül kənd sakini Cavabdeh adına Bəydövül kəndində fərdi yaşayış evi yoxdur. Həmin ünvanda cavabdehin atası X5 məxsus ümumi sahəsi və yaşayış sahəsi 20 kvm olan fərdi yaşayış evi vardır. (i/v 38) Mülki işin 22-25-ci vərəqlərində olan torpaq sahəsinin 14 may 2005-ci ildə X8 kitabında 43 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X5 Göyçay rayon AİK-nin 6 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Göyçay rayon Bəydövül kəndində 3588.52 kvm həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələb üzrə əsassız olduğundan təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Yaşar qızı Cavabdeh ilə 08.01.2016-cı il tarixdə nikah bağlamışlar, Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, hal-hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı Göyçay rayon Bəydövül kəndində yerləşən Cavabdeh ilə birgə nikah dövründə bir otaqlı fərdi yaşayış evinin inşa etdirdiklərini iddia edir və həmin fərdi yaşayış evinə azyaşlı uşaqları ilə köçürülüməsini tələb edir. Lakin Göyçay rayonu Bəydövül kəndində yerləşən onlar tərəfindən birgə nikah dövründə bir otaqlı fərdi yaşayış evi inşa etdiklərinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən heç bir maddi hüquq normasına istinad etmədiyi üçün Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(046)-1128/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı mаddəsinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərin xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi, İddiaçı Cavabdeh ilə 08.01-2016-cı ildə ailə qurub sonuncunun atası X5 məxsus Göyçay rayon Bəydövül kəndindəki evə gəlin köçmüşdür. Onların arasındakı nikah 05.08.2020-ci ildə pozulmuşdur. Ona görə də, bu iş üzrə mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İddiaçı ilə mübahisəli evin mülkiyyətçisi olmasa da, gözlənilən mülkiyyət hüququ olan şəxsin oğlu ilə aralarında yaranmış mənzil hüquq münasibətlərini tənzimləyən konkret hüquq normaları kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mövcuddur. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68-ci maddəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə mənzil hüquq münasibətlərini tənzimləyir və bu müddəaların iddianın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə hər hansı təsir dairəsi yoxdur. İddiaçının mübahisəli evlə bağlı hər hansı bir şəxslə hər hansı bir formada müqaviləsi olmamışdır. Göründüyü kimi, iddiaçının köçmək istədiyi özbaşına tikili olan ev cavabdehə deyil, iddiaçının keçmiş qaynatası olmuş, cavabdehin atasına məxsus torpaq sahəsində tikilmişdir. Həmin evə dair mülkiyyət hüququnu torpağın mülkiyyətçisi olan cavabdehin atası X2 əldə etməsi mümkündür. Cavabdeh iddiaçının uşaqları ilə birlikdə həmin evə köçməsinə maneə olmayacağı təqdirdə belə, iddiaçının yuxarıda göstərilən maddələrin tələbi baxımından həmin evə köçməyi tələb etməyə subyektiv hüququ yoxdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(046)-1128/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh məxsus Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(046)-1128/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh məxsus Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar