Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2175/2020 10.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-658/2020 saylı qətnaməsindən iddiaçı Aslan (Məmətiyeva) Şəlalə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir regional “ASAN” xidmət mərkəzində onunla cavabdeh X9 arasındakı xx xxxx 2019-cu il tarixdə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-658/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, X3 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı Aslan (Məmətiyeva) Şəlalə Məmməd qızı tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, Türkiyə vətəndaşı X5 ilə nikahlarını xx xxxxxxx 2006-cı ildə 3182 nömrəli qeydlə Bakı nikah evində (Səadət sarayı) rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxx 2008ci ildə X11 adında uşaqları olmuşdur. X6 ilə nikahları uzun sürməmiş və ayrılmışlar. X4 Ailə Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli 2007/476 saylı qərarı ilə xx xxxxxxx 2006-cı ildə 3182 sayla Bakı nikah evində (Səadət sarayı) rəsmiləşdirdikləri nikahları pozulmuşdur. 2020-ci ilin martın əvvəllərində ona məlum olmuşdur ki, onun tanımadığı bir şəxslə nikahı vardır. Bununla bağlı o, hüquqi yardım almaq üçün vəkilə müraciət etmişdir. Vəkili Balakən rayon Qeydiyyat şöbəsində sorğu göndərmiş, Balakən rayon Qeydiyyat şöbəsi xx xxxx 2020-ci il tarixli məktubla sorğuya cavab göndərmişdir. Məktubda aşağıdakılar qeyd edilir: Balakən rayon qeydiyyat şöbəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş X2 hal-hazırda rəsmi nikahının olub-olmaması, kiminlə, nə vaxt, harada nikahlarının qeydə alınması ilə bağlı xx.xx.2020-ci il tarixli 02 saylı müraciətlərinə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X2 nikahı yoxlanılarkən xx.xx.1983-cü il tarixdə Balakən rayonunun Qullar kəndində anadan olmuş X2 xx.xx.1969-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş X10 ilə xx.xx.2006-cı il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində 110 nömrə ilə qeyd alınmış nikahı barədə akt qeydi aşkar edilmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdə də Bakı nikah evində (Səadət Sarayında) xx.xx.1980-ci il təvəllüdlü Türkiyə vətəndaşı X14 ilə bağlanmış 3182 nömrəli nikah akt qeydi aşkar edilmişdir. Ağdaş rayon sakini X7 tanımır və onunla heç bir nikahları yoxdur və onunla heç vaxt Ağdaş rayon Qeydiyyat şöbəsinə gedərək nikahlarını rəsmiləşdirməmişlər. Bundan əlavə birinci instansiya məhkəməsində məhkəmə iclasları lazımsız yerə dəfələrlə təxirə salınmış, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmiş, həmçinin yekun məhkəmə aktının surəti ona 1 ay 5 gündən sonra göndərilmişdir. Bundan əlavə cavabdehin hansı səbəblə iddiaçı qadının soyadını götürməsini də məhkəmə araşdırmamışdır. Bundan əlavə onun məhkəmə iclasındakı ifadəsi də təhrif edilmişdir. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-658/2020 saylı qətnаməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq iddiaçının vəkili Vəkil xəstəsanada olduğunu buna görə də məhkəmə iclasının 2221-ci ilə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası həmin teleqrama münasibət bildirərək qeyd edir ki, iddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iştirak edərək öz tələb və xahişini bildirmişdir. İddiaçının vəkilinin iştirakı olmadan işə baxılmasını mümkünsüz edən hal mövcud deyildir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-658/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının rəsmi nikahda olması barədə iki akt qeydi - xx xxxx 2006-ci il tarixdə Ağdaş Rayon Qeydiyyat şöbəsində tərtib edilmiş X10 ilə nikahını təsdiq edən 110 nömrəli və xx.xx.2006cı il tarixdə də Bakı nikah evində (Səadət Sarayında) xx.xx.1980-ci il təvəllüdlü Türkiyə vətəndaşı X14 ilə bağlanmış 3182 nömrəli nikah akt qeydi mövcuddur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Ailə Məcəlləsi: 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işin hallarından müəyyən olunur ki, sözügedən nikah könüllü olaraq bağlanmış, həmçinin tərəflər nikah bağlanan zaman qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışlar. Bundan əlavə Qeydiyyat şöbəsi də həmin inzibati icraatı qanunvericiliyin tələblərinə uyğun şəkildə aparmışdır. Bunun əksini təsdiq edən hər hansı bir dəlil də məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Tərəflərin ifadələrindən də görünür ki, nikah bağlanan zaman tərəflərin ailə qurmaq niyyəti olmuşdur. Nikah bağlandıqdan sonra isə tərəflərin ailə qurmaq niyyətlərindən imtina etməsi həmin nikahın etibarsız hesab edilməsinə səbəb ola bilməz. Bundan əlavə apelyator cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilmədiyini bildirsə də, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsinin bütün iclaslarında iştirak üçün iddia ərizəsində qeyd edilən cavabdehə məxsus ünvana məhkəmə bildirişi göndərilmişdir. Bundan əlavə apelyator birinci instansiya məhkəməsi tərəfindən onun ifadələrinin təhrif edildiyini bildirsə də, bununla bağlı məhkəmə iclas protokoluna qeydlərin edilməsini tələb etməmişdir. Bundan əlavə apelyator cavabdehin iddiaçının soyadını götürməsini nikahın etibarsızlığına dəlalət edirmiş kimi ifadə etsə də, Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-658/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Aslan (Məmətiyeva) Şəlalə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(014)-658/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2175/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2175/2020
10.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver