Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2178/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-674/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Cavabdeh2 xx.xx.2020-ci il tarixli 16/1 saylı əmrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli K-150 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmağa və bülletendə olduğu dövrlər üçün ödənilməmiş əmək haqqının verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr Təhsil Nazirliyi tərəfindən verilmiş və nazirlik bu işdə əsl cavabdeh qismində olmalıdır. Eyni zamanda Təhsil şöbələrinin təhsil müəssisələrinin direktorlarının vəzifəyə təyin etmə və vəzifədən azad etmə qanunvericilikdə nəzərdə tutulmamışdır, bu səlahiyyət bilavasitə təhsil nazirinin səlahiyyətinə aid edilmişdir. Odur ki, mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-674/2020 saylı qərardadına əsasən vəsatət təmin edilməmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət vermişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(016)-674/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-674/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı barəsində Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli 16/1 saylı əmr, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən isə xx.xx.2020-ci il tarixli K-150 saylı əmr verilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı konkret olaraq Cavabdeh2nə qarşı da tələb irəli sürmüşdür. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Bu o deməkdir ki, İddiaçı, Cavabdeh2nə, həm də Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələb irəli sürdüyündən, məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olubolmadığı konteksində müvafiq qərar verməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlərdən biri - Cavabdeh2 ünvanı Ağsu şəhəri, S.Vurğun küçəsi, inzibati bina, İİ mərtəbədir. Cavabdehlərdən biri Ağsu rayonu ərazisində qeydiyyatda olduğundan, məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu yer üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-674/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(016)-674/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2178/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2178/2020
05.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver