Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2178/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılma, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tаrixli, 2(051)-1187/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv eilməsi, çıxarışın etibarsız edilməsi, mənzildən çıxarılma və mənzilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə onun arasında bağlanmış Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin, 10 saylı mənzilinə dair alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Mingəçevir şəhəri İddiaçı prospekti 50 sayl evin, 10 saylı mənzilindən çıxarılması və həmin mənzilin geri qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddianın həcminin artırılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28500 manat məbləğində pulun və evin alqı-satqısı zamanı qalan 5000 ABŞ dollarının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiası ərizəsini belə əsaslandırmışdır ki, 23 sentyabr 2012-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh Mingəçevir şəhəri H. Əliyev prospekti 50, mənzil 10-da olan 3 otaqlı mənzili 25000 ABŞ dolları, (19 500 AZN) qiymətinə satılıb. 20.09.2012-ci il tarixdə 20000 ABŞ dolları nəğd şəkildə ona verilmişdir. Yerdə qalan 5000 ABŞ dolları isə 18 ay müddətinə ona ödənilməli idi. 20.09.2014-cü il tarixə qədər əgər həmin borc ödənilməzsə, onda hər keçən ay üçün 250 manat, kirayə haqqı olaraq, 4.500 manat, cəmi 5.800 manat hesablanaraq verilmiş haqdan çıxılaraq, qalan 14200 ABŞ dolları ona qaytarılmalı və ev həmin borc müqaviləsinə əsasən ev satanın yəni, onun mülkiyyətinə geri qatarılmalıdır. Müqavilə tərəflər arasında bağlanmış və imzalanmışdır. 23.09.2014-cü il tarixli borc müqaviləsi hələ bu günədək yerinə yetirilməmiş və mənzilin dəyəri tamamilə ödənilməmişdir. Cavabdehlə aralarında olan müqavilənin 4-cü bəndinə əsasən dəyəri tam ödənilmədiyinə görə ünvan 1 ünvanında olan 3 otaqlı mənzil cavabdeh tərəfindən boşaldılmalı və onun mülkiyyətimə qaytarılmalıdır. Borcun qatarılması üçün cavabdehə müvafiq xəbərdarlıq məktubu göndərilmişdir. Lakin nəticəsi olmamışdır. Ona görə də o, 25.11.2014-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən də dəfələrlə çağırılmasına baxmayaraq, cavabdeh heç bir məhkəmə iclasına gəlməmişdir. Nəticədə o, işə qiyabi icraat qaydasında baxılması ilə bağlı məhkəməyə ərizə vermişdir. Onun ərizəsində sonra işə qiyabi icraat qaydasında baxılımış və Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(051)-176/2015 saylı qiyabi qətnaməsi ilə onun iddiası təmin edilərək, surətindən görünür ki, idiaçı İddiaçı 14.200 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə Cavabdeh xeyrinə tutulmaqla, Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Mingəçevir şəhəri, İddiaçı prospekti 50 saylı evin 10 aylı mənzilinə dair alqı-satqı müqaviləsi ləğv edilməsi qət edilmişdir. Sonradan o, 14.200 ABŞ dolları məbləğində pulu ödəmədiyinə görə icra sənədi icra edilmədən geri qaytarılmışdır. Hazırda isə cavabdeh uzun müddət keçməsinə baxmayaraq, qiyabi qətnaməni ləğv etdirib işə yenidən baxılmasına nail olmuşdur. Hesab edir ki, cavabdeh hazırkı vaxta qədər ona məsus əmlakdan qanunsuz istifadə edərək gəlir götürmüşdür. Belə ki, cavabdeh özü həmin mənzildə yaşamasa da, hər ay 250 manat haqqı almaqla kirayə vermişdir. Bu müddət ərzində cavabdeh 28500 manat məbləğində əsasız gəlir əldə etmişdir. Cavabdeh vicdanlı olmadığına görə həmin gəliri ona qaytarmalıdır. Çünki onların arasında bağlanmış sadə yazılı müqavilədə həmin razılaşma öz əksini tapmışdır. Odur ki, məhkəmədən Cavabdeh ilə bağlanmış Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin 10 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin 10 saylı mənzilindən çıxarılması və həmin mənzilin ona geri qaytarılması, həmçinin Cavabdeh 28500 manat məbləğində pulun və evin alqı-satqısı zamanı qalan 5000 ABŞ dollarının da alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tаrixli, 2(051)-1187/2021 saylı qətnaməsi (hakim N.Paşayev) ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə onun arasında bağlanmış Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin, 10 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Mingəçevir şəhəri İddiaçı prospekti 50 saylı evin, 10 saylı mənzilindən çıxarılması və həmin mənzilin geri qaytarılması, həmçinin Cavabdeh 28500 manat məbləğində pulun və evin alqı-satqısı zamanı qalan 5000 ABŞ dollarının alınıb ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 sentyabr 2012-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçı xüsusi mülkiyyətdə olan, Mingəçevir şəhəri, İddiaçı prospekti 50, mənzil 10 ünvanında yerləşən 3 otaqlı mənzilini 25000 ABŞ dolları 19500 manat məbləğində pula cavabdehə satmağı, cavabdeh isə həmin gün 20.000 ABŞ dollarını (15.600 manatı) nağd şəkildə, qalan 5.000 ABŞ dolları olan borc məbləğini isə 18 ay müddətə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, tərəflər 20 sentyabr 2014-cü il tarixədək 5.000 ABŞ dolları olan borc ödənilmədiyi halda, hər keçən ay üçün 250 manat kirayə haqqı, cəmi 4.500 manat (5.800 ABŞ dolları) hesablanaraq verilmiş puldan çıxılması və qalan 14.200 ABŞ dollarının cavabdehə, mənzilin isə iddiaçıya eyni vaxta qaytarılması barədə razılığa gəlmişlər. Həmin borc müqaviləsindən 2 gün sonra, yəni 25.09.2012-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında Mingəçevir şəhəri 2 saylı xüsusi notariusda mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tam mülkiyyət hüququ ilə özünəməxsus olan, Mingəçevir şəhəri, İddiaçı prospekti ev 50 ünvanda yerləşən 10 saylı mənzili cavabdehə nağd şəkildə ödənilməklə 16 000 (on altı min) manata satmışdır. Müqavilənin mətnində heç bir qeyd şərt göstərilməmişdir. Tərəflər müqavilənin mühüm şərtləri ilə bağlı razılığa gəlmişlər. Ondan sonra cavabdehin mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada cavabdehə satmaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış hər bir tərəf müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə öz imzası ilə təsdiq etmişdir. Cavabdeh daşınmaz əmlakın müqavilədə nəzərdə tutulmuş dəyərini notariusun depozit hesabına köçürmüş, iddiaçı isə həmin məbləği şəxsən almışdır. Tərəflər müqaviləni icra etmiş, yəni iddiaçı daşınmaz əmlakı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəmişdir. Hazırda iddiaçı sadə yazılı formada bağlanmış borc müqaviləsinə istinad edərək, notariusda təsdiq edilmiş alqısatqı müqaviləsinin ləğvini tələb edir. Mübahisəl daşınmaz əmlak isə cavabdehin qanuni sahibliyində və istifadəsindədir. Eyni zamanda şahid qismində dindirilmiş X1 ifadəsində hər iki tərəfi şəhər sakini kimi tanıdığını bildirmişdir. O, əvvəllər Mingəçevir şəhərində ev alqı-satqısı ilə məşğul olmuşdur. İddiaçı da ona mübahisəli mənzili 25.000 ABŞ dollarına satmaq üçün müştəri tapmasını xahiş etmişdir. Həmin ərəfədə cavabdehin mərhum əri Polad ona mənzil almaq istədiyini bildirmişdir. Ona görə də o, iddiaçıya məxsus mənzili cavabdehin ərinə təklif etmişdir. Ondan sonra tərəflər özləri qiymət məsələsində danışıb barışmışlar. Bir neçə gündən sonra tərəflər razılığa gələ bilmədikləri üçün ona müraciət etmişlər. Belə ki, iddiaçı mənzili 25.000 ABŞ dollarına satırdı, iddiaçının isə cəmi 20.000 ABŞ dolları məbləğində pulu vardı. Ona görə də razılaşa bilmirdilər. Sonra iddiaçı 20.000 ABŞ dollarının nağd, 5.000 ABŞ dollarının isə nisyə verilməsini təklif etdi. Cavabdeh tərəf əvvəlcə mənzilin 25.000 ABŞ dollarına satılması və həmin məbləğin 20.000 ABŞ dollarının nağd qalan 5.000 ABŞ dollarının isə 1 il 6 ay ərzində hissə-hissə ödənilməsi ilə bağlı tərəflər arasında sadə yazılı formada müqavilə bağlanmış, cavabdeh tərəf həmin vaxt 500 ABŞ dolları beh vermişdir. O da həmin müqaviləni şahid kimi imzalamışdır. Lakin həmin günün axşamı, qarşı tərəf zəng edib 25.000 ABŞ dollarının çardaq ev üçün baha olduğunu, həmçinin mənzilin onun adına 1 il 6 aydan sonra keçməyinə də razı olmadığını bildirmişdir. Ona görə də iddiaçı tərəf mənzilin 20.000 ABŞ dollarına, yəni həmin vaxt olan məzənnə ilə 16.000 manata satılmasına razılıq vermişdir. Ondan sonra tərəflər notariusda alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh 16.000 manat məbləğində pulu ödəmiş, iddiaçı isə həmin məbləği qəbul edərək mənzili cavabdehin mülkiyyətinə vermişdir. Onadan sonra borca görə mübahisənin olması ilə bağlı ona heç bir tərəf müraciət etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə cavabdeh arasında 23 sentyabr 2012-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçı xüsusi mülkiyyətdə olan, Mingəçevir şəhəri, İddiaçı prospekti 50, mənzil 10 ünvanında yerləşən 3 otaqlı mənzilini 25000 ABŞ dolları 19500 manat məbləğində pula cavabdehə satmağı, cavabdeh isə həmin gün 20.000 ABŞ dollarını (15.600 manatı) nağd şəkildə, qalan 5.000 ABŞ dolları olan borc məbləğini isə 18 ay müddətə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, tərəflər 20 sentyabr 2014-cü il tarixədək 5.000 ABŞ dolları olan borc ödənilmədiyi halda, hər keçən ay üçün 250 manat kirayə haqqı, cəmi 4.500 manat (5.800 ABŞ dolları) hesablanaraq verilmiş puldan çıxılması və qalan 14.200 ABŞ dollarının cavabdehə, mənzilin isə iddiaçıya eyni vaxta qaytarılması barədə razılığa gəlmişlər. Həmin borc müqaviləsindən 2 gün sonra, yəni 25.09.2012-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında Mingəçevir şəhəri 2 saylı xüsusi notariusda mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tam mülkiyyət hüququ ilə özünəməxsus olan, Mingəçevir şəhəri, İddiaçı prospekti ev 50 ünvanda yerləşən 10 saylı mənzili cavabdehə nağd şəkildə ödənilməklə 16 000 (on altı min) manata satmışdır. Müqavilənin mətnində heç bir qeyd şərt göstərilməmişdir. Tərəflər müqavilənin mühüm şərtləri ilə bağlı razılığa gəlmişlər. Ondan sonra cavabdehin mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh arasında, 23.09.2012-ci il tarixdə bağlanmış müqavilə “borc” müqaviləsi adlansa da, əslində mübahisəli mənzilin alqı-satqısı ilə bağlı olmuşdur. Mülki qanunvericilikdə isə daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə müqavilələrin notariat qaydada təsdiq edilməsi imperativ qaydada göstərilmişdir. Həmin qaydadaya əməl edildikdən sonra müqavilə qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında 23.09.2012-ci il tarixdə “borc”müqaviləsi adı ilə bağlanmış müqavilə notariat qaydada təsdiq edilmədiyindən, qüvvəyə minməmiş və bağlandığı andan əhəmiyyətsiz olmuşdur. Belə ki, tərəflərin həmin ilkin müqaviləni bağlamaqda məqsədi mübahisəli mənzilin alqı-satqısı ilə bağlı olmuş, lakin sonradan, 25.09.2012-ci il tarixdə tərəflər notariusda qanunda nəzərdə tutulmuş qaydada heç bir qeyd şərt irəli sürmədən alqı-satqı müqaviləsi bağlamaqla öz məqsədlərinə nail olmuşlar. Bununla da həmin sadə yazılı formada bağlanmış ilkin müqavilədə göstərilən şərtlər öz əhəmiyyətini itirmişdir. Məhkəmə, hesab etmişdir ki, iddiaçının 25.09.2012–ci il tarixdə Mingəçevir şəhəri 2 saylı xüsusi notariat kontorunda 4Ə/02-1076 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hesab etmişdir ki, iddiaçının istinad etdiyi 23.09.2012-ci il tarixdə bağlanmış “borc” müqaviləsi hüquqi qüvvəsi olmadığından, notariusda təsdiq edilmiş mübahisəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və tərəflər arasında müqavilədən irəli gələn hər hansı bir öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas ola bilməz. Belə ki, həmin “borc” müqaviləsi tərəflər arasında mənzilin alqı-satqısı məsədi ilə ilkin müqavilə kimi bağlansa da, notariusda təsdiq edilməmişdir. Halbuki, ilkin müqavilə əsas müqavilənin bağlandığı formada, daşınmaz əmlaka dair müqavilələr isə notarial qaydada bağlanmalı olduğundan tərəflər arasında mənzilin alqı-satqısına dair “borc” müqaviləsi adlı razılaşma əhəmiyyətsiz olmuşdur. Ona görə də tərəflər sonradan notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaqla öz iradələrini sərbəst ifadə edib arzu olunan hüquqi nəticələrə nail olmuşlar. Bununla da iddiaçının istinad etdiyi “borc” müqaviləsi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini yaratmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab etmişdir ki, iddiaçının 5000 ABŞ dolları borcun və 28.500 manat əldən çıxmış faydanın alınıb ona verilməsi tələbi də əsaslı deyildir. Məhkəmə, həmçinin iddianın 28.500 manat əldən çıxmış fayda tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olmuş mübahisəli mənzil qanunda nəzərdə tutulmuş qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmiş və onun həmin mənzil üzərində mülkiyyət hüququ 29.09.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda cavabdeh qanuni sahibliyində olan daşınmaz əmlakdan istifadə etməkdə vicdanlı olmuşdur. Ona görə də mübahisəli mənzildən təyinatına uyğun istifadə edib bəhər götürdüyünə görə cavabdehdən əldə çıxmış fayda tələb etməkdə iddiaçı subyektiv hüquqa malik olmamışdır. İddiaçı iddianın 28.500 manat əldən çıxmış faydanın cavabdehdən alınması tələbi ilə bağlı iddia irəli sürərkən də subyektiv hüquqa malik olmamışdır. Ona görə də idda tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən 5000 ABŞ dolları pulu tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi həmin hissədə də əsaslı deyildir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının alqı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız edilməsi, mənzildən çıxarılma və mənzilin geri qaytarılması, həmçinin pul tələbinə dair iddiaları subyektiv hüquqa malik olmadığına görə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkənməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə Azərbayjan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci, 217.4-cü, 218.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci, 340.2-ci, 394-cü, 402.1-ci, 402.2-ci, 407.2– ci,421.1–ci, 421.2–ci, 423.1–ci, 423.2–ci, 647-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədən Cavabdeh qarşı alqısatqı müviləsinin ləğv edilməsi olmuşdur. Bunuda onunla əsaslandırmışdır ki, Cavabdeh sözü gedən mənzildən 114 ay ərzində kirayəçi sxalyıb 28500 manat məbləğində pul qazanmış və evin alqı-satqısından isə ona 5000 ABŞ dolları borcları qalmışdır. Məhkəmə iclasında məhkəməyə sədrlik edən hakim cavabdelə aralarında olan alqı-satqı müqaviləsinin etibarsız olmasını təmin etmək mümkün olmayacağını bildirərək ərizəsini konkretləşdirib 28500 manatın və 5000 ABŞ dollarının cavabdehdən alınıb ona verilməsi üçün iddianın həcminin artırılması ilə bağlı ərizə verməyini xahiş etmiş, o da bununla razılaşmışdır. Lakin məhkəmə qətnamə çıxararkən onun niyətinin əsassız varlanmaqdan ibarət olduğunu və Mülki qanunvericilikdə isə pul tələbinə dair iddialar üzrə 3 illik iddia müddəti müəyyən edildiyini əsas tutub tələbinin təmin olunmaması ilə bağlı qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən ərizəsinin konkretləşdirilib pul tələbinə yönləndirilməsi məqsədli şəkildə olmuş, bundan sonra iddia müddətinin keçdiyini və cavabdehin söylədiyi əsassız sözlərini əsas gətirərək onun iddiası təmin edilməmişdir. Onun niyəti isə əsassız varlanmaq olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və əsassızdır. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qətnamə çıxarmışdır. Cavabdeh tərəfin hec bir fakta, sübuta söykənmədən söylədikləri şifahi sözlər qətnamədə "mötəbər" sübutlar kimi qiymətləndirilmişdir. Onun ifadələrinin və digər sübutlarının qiymətləndirilmədiyi və ya mötəbər nesab edilmədiyi, amma digər tərəfin (cavabdehin) yalnız şifahi izahatları əsas götürüldüyü və mötəbər hesab edildiyini hesab etmişdir. Qeyd edilənləri nəzərə alaraq o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1187/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Cavabdeh ilə bağlanmış Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı, evin 10 saylı mənzilinə dair alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Mingəçevir Şəhəri H. Əliyev Prospekti 50 saylı evin 10 saylı mənzilindən çıxarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1187/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə İddiaçı tərəfindən məhkəməyə teleqram göndərilmişdir. Ancaq məhkəmə iclasının təxirə salınmasının üzrlü səbəblərinə dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcələnin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1187/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 sentyabr 2012-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçı xüsusi mülkiyyətdə olan, Mingəçevir şəhəri, İddiaçı prospekti 50, mənzil 10 ünvanında yerləşən 3 otaqlı mənzilini 25000 ABŞ dolları 19500 manat məbləğində pula cavabdehə satmağı, cavabdeh isə həmin gün 20.000 ABŞ dollarını (15.600 manatı) nağd şəkildə, qalan 5.000 ABŞ dolları olan borc məbləğini isə 18 ay müddətə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, tərəflər 20 sentyabr 2014-cü il tarixədək 5.000 ABŞ dolları olan borc ödənilmədiyi halda, hər keçən ay üçün 250 manat kirayə haqqı, cəmi 4.500 manat (5.800 ABŞ dolları) hesablanaraq verilmiş puldan çıxılması və qalan 14.200 ABŞ dollarının cavabdehə, mənzilin isə iddiaçıya eyni vaxta qaytarılması barədə razılığa gəlmişlər. Həmin borc müqaviləsindən 2 gün sonra, yəni 25.09.2012-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında Mingəçevir şəhəri 2 saylı xüsusi notariusda mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tam mülkiyyət hüququ ilə özünəməxsus olan, Mingəçevir şəhəri, İddiaçı prospekti ev 50 ünvanda yerləşən 10 saylı mənzili cavabdehə nağd şəkildə ödənilməklə 16 000 (on altı min) manata satmışdır. Müqavilənin mətnində heç bir qeyd şərt göstərilməmişdir. Tərəflər müqavilənin mühüm şərtləri ilə bağlı razılığa gəlmişlər. Ondan sonra cavabdehin mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada cavabdehə satmaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış hər bir tərəf müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə öz imzası ilə təsdiq etmişdir. Cavabdeh daşınmaz əmlakın müqavilədə nəzərdə tutulmuş dəyərini notariusun depozit hesabına köçürmüş, iddiaçı isə həmin məbləği şəxsən almışdır. Tərəflər müqaviləni icra etmiş, yəni iddiaçı daşınmaz əmlakı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəmişdir. Hazırda iddiaçı sadə yazılı formada bağlanmış borc müqaviləsinə istinad edərək, notariusda təsdiq edilmiş alqısatqı müqaviləsinin ləğvini tələb edir. Mübahisəli daşınmaz əmlak isə cavabdehin qanuni sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin ləğv edilməsi üçün əsas olan halların dairəsinə daxil deyildir. Belə ki, mübahisəli daşınmaz əmlaka dair bağlanmış alqı–satqı müqaviləsinin mühüm şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmamış, həmçinin iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmamışdır. Ona görə də iddiaçının istinad etdiyi dəlillər, yəni sadə yazılı formada bağlanmış borc müqaviləsində göstərilən 5.000 ABŞ dolları pulun ödənilməməsi həmin müqavilənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında 23.09.2012-ci il tarixdə bağlanmış müqavilə “borc” müqaviləsi adlansa da, əslində mübahisəli mənzilin alqı-satqısı ilə bağlı olmuşdur. Mülki qanunvericilikdə isə daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə müqavilələrin notarat qaydada təsdiq edilməsi imperativ qaydada göstərilmişdir. Həmin qaydaya əməl edildikdən sonra müqavilə qüvvəyə minir. Tərəflər arasında 23.09.2012-ci il tarixdə “borc”müqaviləsi adı ilə bağlanmış müqavilə notariat qaydada təsdiq edilmədiyindən, qüvvəyə minməmiş və bağlandığı andan əhəmiyyətsiz olmuşdur. Tərəflərin həmin ilkin müqaviləni bağlamaqda məqsədi mübahisəli mənzilin alqı-satqısı ilə bağlı olmuş, lakin sonradan, 25.09.2012-ci il tarixdə tərəflər notariusda qanunda nəzərdə tutulmuş qaydada heç bir qeyd şərt irəli sürmədən alqı-satqı müqaviləsi bağlamaqla öz iradələrini ifadə etmişlər. Bununla da həmin sadə yazılı formada bağlanmış ilkin müqavilədə göstərilən şərtlər öz əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25.09.2012–ci il tarixdə Mingəçevir şəhəri 2 saylı xüsusi notariat kontorunda 4Ə/02-1076 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, cavabdehin sahibliyi qanunidir. Ona görə də cavabdehin mübahisəli mənzildən çıxarılması ilə bağlı iddia tələbi də əsaslı deyildir. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının istinad etdiyi 23.09.2012-ci il tarixdə bağlanmış “borc” müqaviləsi hüquqi qüvvəsi olmadığından, notariusda təsdiq edilmiş mübahisəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və tərəflər arasında müqavilədən irəli gələn hər hansı bir öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas ola bilməz. Belə ki, həmin “borc” müqaviləsi tərəflər arasında mənzilin alqı-satqısı məsədi ilə ilkin müqavilə kimi bağlansa da, notariusda təsdiq edilməmişdir. Halbuki, ilkin müqavilə əsas müqavilənin bağlandığı formada, daşınmaz əmlaka dair müqavilələr isə notarial qaydada bağlanmalı olduğundan tərəflər arasında mənzilin alqı-satqısına dair “borc” müqaviləsi adlı razılaşma əhəmiyyətsiz olmuşdur. Ona görə də tərəflər sonradan notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaqla öz iradələrini sərbəst ifadə edib arzu olunan hüquqi nəticələrə nail olmuşlar. Bununla da iddiaçının istinad etdiyi “borc” müqaviləsi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini yaratmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq hesab edir ki, iddiaçının 5000 ABŞ dolları borcun və 28.500 manat əldən çıxmış faydanın alınıb ona verilməsi tələbi də əsaslı deyildir. Eyni zamanda qeyd edilməlidir ki, alqı-satqı müqaviləsində iddiaçı heç bir qeyd şərt irəli sürmədən mübahisəli mənzili 16.000 manata nağd şəkildə cavabdehə satmışdır. Ondan sonra tərəflər qeyd olunan alqı-satqı müqaviləsində üzərlərinə götürdükləri öhdəlikləri icra etmişlər. Bu da onu deməyə əsas verir ki, mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsində tərəflər arzu etdikləri hüquqi nəticəyə nail olmuşlar. Belə olan halda cavabdehin iddiaçıya mənzilin alqı-satqısı zamanı borclu qalması işin həqiqi hallarına uyğun deyildir. Ona görə də “borc” müqaviləsi adı ilə bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi üçün arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmamışdır. Yekunda şikayətin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən üzərinə düşən vəzifəni icra edərək iddiaçıya prosessual hüquqlarının həyata keçirməsinə yardım etmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi cavabdehin şifahi izahatına yox, apelyator tərəfindən məhkəməyə təqdim edilmiş yazılı sübutlara istinad etmişdir. Ona görə də şikayətin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1187/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1187/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2178/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2178/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver