Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2180/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürmə tələbinə dair iddia ərizəsi üzrə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(019)-207/2020 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs3 verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(019)-207/2020 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları həddi-buluğa çatanadək yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Balakən şəhəri S.Vurğun küçəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evindən onun və uşaqları X2, X5 və X1 istifadə hüququnun tanınması və onun üç uşaqla birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı və uşaqları; 29.01.2005-ci il təvəllüdlü X2, 13.03.2006-cı il təvəllüdlü X5 və 15.09.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; X2, X5 və X3 ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli, 2 (107)-1307/2020 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qətnaməsindən bu dəfə Maraqlı şəxs3 apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(019)-207/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürmə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (019)- 207/2020 nömrəli qətnaməsindən Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs3 şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(019)-207/2020 nömrəli qərardadı ilə Maraqlı şəxs3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X9 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi qərarını əsaslandıraraq göstərmişdir ki, Maraqlı şəxs3 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün hazırkı mülki işin onun maraqlarına toxunması, onun işə cavabdeh qismində cəlb edilməli olması, onun mülkiyyət hüquqlarının pozulması barədə qeyd etdiklərini qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs3 həmin mülki iş üzrə tərəf deyildir. Maraqlı şəxs3 şikayətin verilməsi üçün istinad etdiyi hallar tamamilə əsassızdır, iş materialları ilə təsdiq olunmur və qəbul olunmur. Həmçinin Maraqlı şəxs3 sözügedən məhkəmə qətnaməsinin onun hansı maraqlarına və hüquq və vəzifələrinə toxunmasını və onun iş üzrə cavabdeh qismində cəlb olunmalı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından görünür ki, evin mülkiyyətçisi Cavabdehdır və iddia da həmin evdən istifadə hüquqlarının müəyyən olunması və evə köçürmə ilə bağlı olmuşdur. Sözügedən qətnamədə iddiaçı tərəfin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqları və istifadə qaydaları müəyyən edilməmiş, evin yerləşdiyi torpaq sahəsinin hüquqi rejiminə toxunan hər hansı məsələ qeyd edilən mülki iş üzrə məhkəmə araşdırmasının və hüquqi qiymətləndirməsinin predmeti olmamışdır. Belə olan halda Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsinin Maraqlı şəxs3 hansı maraqlarına və hüquq və vəzifələrinə toxunması aydın deyildir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Azərbaycan Respublikası MPM-nin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;…363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə… Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Maraqlı şəxs3 Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxsdir və bu apellyasiya şikayəti ona hüquqi olmayan şəxs tərəfindən imzalanmışdır. Həmçinin sözügedən qətnamədən apellyasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(019)-207/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 158, 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Maraqlı şəxs3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(019)-207/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2180/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2180/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver