Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-219/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı və onun vəkili Vəkil1 Vahiq oğlunun, Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-791/2020 saylı qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyаsiyа şikаyətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair ilk iddiası və təmin edilməsin. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumu xərcinin İddiaçı alınaraq onlara verilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər siyahısından Cavabdeh3 çıxarılması, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı evdə əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizəsi icraata qəbul edilmiş və Cavabdeh3 cavabdehlər siyahısından çıxarılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh1 dəymiş maddi ziyana görə 86500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumu xərcinin İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizələrində ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumu xərcinin İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizələri icraata qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, DƏDRXnin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında 0,0598 hektar torpaq sahəsində yerləşən və sahəsi 246,3 kvadrat metr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 3/4 hissə onun, 1/4 hissə isə X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, həmin mənzili alqı-satqı yolu ilə X18 24000 manata almışdır. Həmin evi alarkən iş üzrə cavabdehlər həmin evdə qeydiyyatda olmamışlar. O, həmin evi alarkən həmin evdə yaşayan Cavabdeh3 da borcunu X25 ondan tələb etmişdir. O, da Cavabdeh3 borcu ilə əlaqədar X22 1000 manat pul vermişdir. Həmin evi almamışdan əvvəl o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyırdı. Qeyd edilən evlə bağlı alqı-satqı müqaviləsi onunla X25 arasında bağlansa da, o, 25000 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir. O, həmin pulu hissə-hissə ödəmişdir. Belə ki, aralarıdakı razılaşmaya əsasən o, 10000 manat, 5000 manat və digər hissələrlə ödənişdir. O, aldığı evin pulunu tam şəkildə Cavabdeh1 ödəmişdir. Cavabdeh2 özünə çatacaq pulu Cavabdeh1 almalıdır. Hətta evin alınması üçün razılaşdırılmış 25000 manatdan əlavə olaraq o, cavabdehlərə 3000 manat da ödəniş etmişdir. Qeyd edilən evin 3/4 hissəsi onun paylı mülkiyyətində olsa da, həmin evin bölgü sxemi yoxdur. Lakin, həmin ev faktiki olaraq ayrılmışdır. Həmin evin paylı mülkiyyətçisi olan X10 vəfat etmişdir. Cavabdehlərin həmin evdə yaşamaqla onun mənzilindən mülkiyyət hüquqlarından istifadə etməsinə maneələr yaradırlar. Artıq cavabdehlərin həmin mənzillə bağlı hər hansı bir hüquqları qalmamışdır. Cavabdehlər ona məxsus evdə yaşamaqla onun mülkiyyətində olan öz mənzilindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradırlar. Nəticədə isə onun qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. O, evin paylı mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır.Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun iddia ərizəsi əsaslı, cavabdehlərin qarşılıqlı iddia ərizəsi isə əsaslı deyildir. Odur ki, onun iddia ərizəsinin təmin edilməsi, cavabdehlərin qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun, Cavabdeh3 və Cavabdeh2 və digər şəxslərin birgə mülkiyyətlərində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 38 saylı evlərini 45000 ABŞ dollarına satmışlar. Həmin evi 1/2 hissəsi onun, 1/2 hissəsi isə Cavabdeh3, Cavabdeh2 və digər iki nəfər şəxsin paylı mülkiyyətində olmuşdur. Həmçinin, o, Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə X22 məxsus olan və Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı yaşayış evini 2009-cu ilin fevral ayında 45000 ABŞ dollarına X18 almışlar və evi aldıqdan sonra orada yaşamağa başlamışlar. Onlar Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evlərinin satışından əldə edilən 45000 ABŞ dolları pulun 40000 ABŞ dollarını X22 əvvəlcədən vermişlər və ev adlarına sənədləşdirildikdən sonra qalan 5000 ABŞ dollarını ödəməyə söz vermişlər. Həmin 5000 ABŞ dollarının 4000 ABŞ dollarını o, 1000 ABŞ dollarını isə Cavabdeh3 X22 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 onun qardaşının arvadıdır. Röyal da Cavabdeh3 yeznəsidir. O, öz payına düşən 4000 ABŞ dollarını sənədləşmə aparılmamışdan Tahirə ödəmişdir. Lakin, Cavabdeh3 1000 ABŞ dollarını ödəmədiyinə görə sənədləşdirilmə aparılmamışdır. Onlar həmin evə xx xxx 2009-cu ildə köçmüşlər. 2013-cü ildə Cavabdeh3 həmin evdən öz payına düşən hissəsini Röyala bağışlamışdır. O, 2018-ci ildə həmin evdən özünə düşən hissəni Röyala satmış, Cavabdeh3 da öz payını Röyala bağışlamışdır. Röyal ona cəmi 23000 manat pul vermişdir. Hazırda Röyalın ona borcu olmasa da, Röyalın Minayəyə borcu vardır. Bundan başqa o, hazırda yaşadıqları həmin evin mətbəxinə xərc çəkmişdir. Buna görə də hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, onların qarşılıqlı iddia ərizələri əsaslı, İddiaçı iddia ərizəsi isə əsaslı deyildir. Odur ki, onların qarşılıqlı iddia ərizələrinin təmin edilməsi, İddiaçı ilk iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun, Cavabdeh3 və Cavabdeh1 və digər şəxslərin birgə mülkiyyətlərində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 38 saylı evlərini 45000 ABŞ dollarına satmışlar. Həmin evi 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi isə onun, Cavabdeh2 və digər iki nəfər şəxsin paylı mülkiyyətində olmuşdur. Həmçinin, o, Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə X22 məxsus olan və Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı yaşayış evini 45000 ABŞ dollarına X18 almışlar. Onlar Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evlərinin satışından əldə edilən 45000 ABŞ dolları pulun 40000 ABŞ dollarını X22 əvvəlcədən vermişlər və ev adlarına sənədləşdirildikdən sonra qalan 5000 ABŞ dollarını ödəməyə söz vermişlər. Həmin 5000 ABŞ dollarının 4000 ABŞ dollarını Cavabdeh1, 1000 ABŞ dollarını isə Cavabdeh3 X22 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 onun anasıdır. Röyal da onların yeznəsidir. Cavabdeh1 öz payına düşən 4000 ABŞ dollarını ödəmişdir. Lakin, anası Cavabdeh3 1000 ABŞ dollarını ödəmədiyinə görə sənədləşdirilmə aparılmamışdır. Onlar həmin evə xx xxx 2009-cu ildə köçmüşlər. 2013-cü ildə Cavabdeh3 həmin evdən öz payına düşən hissəsini Röyala bağışlamışdır. 2018-ci ildə həmin evdən özünə düşən hissəni Röyala satmış, Cavabdeh3 da öz payını Röyala bağışlamışdır. Röyal Məhəbbətə cəmi 23000 manat pul vermişdir. Hazırda Röyalın ona 4400 ABŞ dolları borcu vardır. Buna görə də hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, onların qarşılıqlı iddia ərizələri əsaslı, İddiaçı iddia ərizəsi isə əsaslı deyildir. Odur ki, onların qarşılıqlı iddia ərizələrinin təmin edilməsi, İddiaçı ilk iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyаsiyа şikаyətləri verilmişlər. Apellyаsiyа şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin təmin edilməməsi hissəsində qanunsuz və əsassız hesab edir. Belə ki, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinə dair bölgü sxemi işlənilib hazırlanmışdır. Həmin bölgü sxemi ilə onun və X9 vərəsəsi olan oğlu X20 heç bir şikayət, etiraz və əlavəsi olmamasını bildirmiş və bölgü sxemi tərəfindən imzalanmışdır. Artıq bölgü sxemi üzrə hərənin öz payı tam müəyyən edilmişdir. Onun Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı fərdi yaşayış evindəki ¾ payının mübahisə predmeti olan əmlakın hansı hissəsində yerləşməsi sənəd üzrə, yəni bölgü sxemi ilə tam müəyyən edilmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini qarşılıqlı iddia tələbində göstərdikləri dəlillərlə əsaslandırmışlar və əlavə olaraq qeyd etmişlər ki, xx.xx.2018-ci il tarixdə yazılmış və notarial təsdiqlənmiş ərizədə qeyd edilir ki, “yuxarıda göstərilən yaşayış mənzilini xx.xx.2018-ci ildə İddiaçı satdım. 25000 manata razılaşma yolu ilə satdım və həmin məbləğdən 10 000 manat beh aldım. Qalan 15000 manat razılaşma yolu ilə ödəniləcək”. xx.xx.2019-cu il tarixdə yazılmış və notarial təsdiqlənmiş iltizamda qeyd edilir ki, “Bağbanlar küçəsi ev 35a-da yaşayan mənzilini xx.xx.2018-ci ildə İddiaçı 25 000 manata satdım. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan qalan 6000 manatı aldım. 2020-ci ilin mart ayının axırında 31 rayon Bağbanlar küçəsi ev 35a ünvanında yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəmə götürürəm”. Göründüyü kimi xx.xx.2018-ci il tarixli ərizə ilə xx.xx.2019-cu il tarixli iltizam ziddiyyət təşkil edir. Belə ki, əvvəla, xx.xx.2018-ci il tarixdə yazılmış ərizə alqı-satqı müqaviləsi deyil, sadəcə ərizədir. Alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilməlidir. Bundan başqa xx.xx.2018-ci il tarixli ərizədən göründüyü İddiaçı 25 000 manat pulu ona verməli idi. Həmin vaxt ərzində 25 000 manat pulun içində Cavabdeh2 payının olduğu qeyd edilməmişdir. Necə ola bilər ki, xx.xx.2018-ci il tarixli ərizədə İddiaçı tərəfindən ödəniləcək 25000 manat pulun 5000 manatı Cavabdeh2 düşən payın olması yazılmadığı halda, xx.xx.2019-cu il tarixli ərizədə 25 000 manat pul məbləğinin 5000 manatı Cavabdeh2 düşən payın olması qeyd edilir? Bundan başqa əgər belə olsaydı, həm ərizəyə, həm də iltizama Cavabdeh2 da imza atardı. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 Vahiq oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermiş olduqları apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-791/2020 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş MH seriyalı ******* nömrəli, **********66-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 177 nömrəli, 6 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 64.12 kv.m ümumi, 43.15 kv.m yaşayış evindən ibarət 3 otaqlı 38 saylı mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 ½ hissə, X4, X1, X5 Cavabdeh3, X2 ½ hissəsi ümumi birgə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 182 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli, **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsi mülkiyyətində olan 0,05986 hektar torpaq sahəsində yerləşən 1 mətəbəli, 5 otaqlı, 111,6 kvadrat metr yaşayış, 134,7 kvadrat metr köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X21 3/4 hissə, X8 1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X25 ilə İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış və Şəki şəhəri 2 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2018-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X25 mülkiyyətində olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli, **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəliçıxarışa əsasən paylı mülkiyyətində olan Şəki şəhəri, Bağbanlar küçəsi mülkiyyətində olan 0,05986 hektar torpaq sahəsində yerləşən 1 mətəbəli, 5 otaqlı, 111,6 kvadrat metr yaşayış, 134,7 kvadrat metr köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin özünə məxsus olan 3/4 hissəsini 24000 manata İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2019cu il tarixdə verilmiş **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəliçıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0598 hektar torpaq sahəsində yerləşən və sahəsi 246,3 kvadrat metr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 3/4 hissə, X8 1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli ərizədən görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsi ev 35 küçəsində yerləşən yaşayış evini İddiaçı iyirmi beş min (25000) manata razılaşma yolu ilə satdım və həmin məbləğdən on min (10000) manat beh aldım. Yerdə qalan on beş min (15000) manat razılaşma yolu ilə ödəniləcək. Həmin ərizənin arxa hissəsində göstərilmişdir ki, Cavabdeh1 xx xxxx 2019-cu il ildə İddiaçı şahidlərin iştirakı ilə 10000 (on min) manat aldığını özimzasıyla təsdiq etmişdir. Cavabdeh1 xx xxxxx 2019-cu ildə İddiaçı 2000 (iki min) manat pul aldığını öz imzasıyla təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixdə yazdığı notarial qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, Bağbanlar küçəsi ev 35A-da olan yaşayış mənzilini xx xxxxxx 2018-ci ildə İddiaçı 25000 manata satmış, həmin məbləğin 5000 manatı Cavabdeh2 Məhəbbət qızına düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan qalan 6000 manatı almış, 2020-ci ilin mart ayının axırında 31-ci rayon, Bağbanlar küçəsi ev 35A-da yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 79 nömrəli məktubda göstərilmişdir ki, Şəki şəhər sakinləri Cavabdeh1, onun qardaşının həyat yoldaşı Cavabdeh3 və qardaşı qızı Cabbarova X6 35 ünvanında qeydiyyatdadır və halhazırda da həmin ünvanda yaşayırlar. İş materiallarına əlavə edilmiş Şəki şəhər İBH-nin Şərbablar məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 249 nömrəli arayışda göstərilmişdir ki, Şəki şəhəri, Bağbanlar küçəsi 35 saylı evdə yaşayan Cavabdeh1 ailə üzvləri kimi qardaşı qızı Cavabdeh2 vardır. Həqiqətən də həmin ünvanda 2010-cu il tarixdən pasport qeydiyyatındadırlar və yaşayırlar. 2009-cu il tarixdə həmin evi rəsmi qaydada almışlar və 2010-cu il tarixdən həmin ünvana qeydiyyata düşmüşlər və yaşayırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 177 ünvanda 6 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 64.12 kv.m ümumi, 43.15 kv.m yaşayış evindən ibarət 3 otaqlı 38 saylı mənzil paylı mülkiyyətdə olmuşdur. Həmin mənzilin ½ hissəsi Cavabdeh1 mülkiyyətində, ½ hissəsi isə X4, Cabbarova (İbrahimxəlilova) Minayə Məhəmməd qızının, X5 Cavabdeh3, X2 ümumi birgə mülkiyyətlərində olmuşdur. Ümumi birgə mülkiyyətçilərdən X3rdaşı arvadı, digərləri isə qardaşı uşaqlarıdır. Paylı mülkiyyətçilər həmin mənzili 2009-cu ildə 45000 ABŞ dollarına satmış və bunun əvəzində X22 məxsus olan və Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı ünvanda yerləşən yaşayış evini 2009-cu ilin fevral ayında 45000 ABŞ dollarına sonuncudan almışlar. xx xxxx 2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli, **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 0,05986 hektar torpaq sahəsində yerləşən 1 mətəbəli, 5 otaqlı, 111,6 kvadrat metr yaşayış, 134,7 kvadrat metr köməkçi sahədən ibarət 35 nömrəli həmin fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X21 3/4 hissə, X8 1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. Evi aldıqdan sonra orada yaşamağa başlamışlar. Onlar Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evlərinin satışından əldə edilən 45000 ABŞ dolları pulun 40000 ABŞ dollarını X22 əvvəlcədən vermişlər və ev adlarına sənədləşdirildikdən sonra qalan 5000 ABŞ dollarını ödəməyə söz vermişlər. Yerdə qalan həmin 5000 ABŞ dollarının 4000 ABŞ dollarını Cavabdeh1, 1000 ABŞ dollarını isə Cavabdeh3 X22 ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh1 öz payına düşən 4000 ABŞ dollarını sənədləşmə aparılmamışdan qabaq Tahir Azaqova ödəmiş, Lakin, Cavabdeh3 1000 ABŞ dollarını ödəmədiyinə görə sənədləşdirilmə aparılmamışdır. Paylı mülkiyyətçilər həmin evə xx xxx 2009-cu ildə köçmüşlər. 2013-cü ildə Cavabdeh3 həmin evdən öz payına düşən hissəsini kürəkəni (qızının əri) İddiaçı qeyri-rəsmi bağışlamışdır. Cavabdeh3 həmin hərəkətinə digər uşaqlarının heç bir etirazı olmamışdır. Cavabdeh1 da 2018-ci ildə həmin evdən özünə düşən hissəni Röyala verməyi (satmağı) qərara almış, bunun müqabilində Röyal ona cəmi 28000 manat pul vermişdir. Bundan sonra Röyal həmin evi alqı satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. Belə ki, X11 rayon 2 saylı Dövlət X19 Röyal Haqqı oğlu ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin öz payına düşən ¾ hissəsini 24000 manata İddiaçı satmışdır. DƏDRX-nin 12 sayı Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx xxxx 2019-cu il tarixdə **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özünün mülkiyyətində olan Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılmalarını tələb etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da qarşılıqlı iddia verərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun İddiaçı alınaraq onlara verilməsini tələb etmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, qətnamədən narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsi ilk iddia tələblərinin təmin etməyərək belə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılmalarını tələb etdiyi Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi onunla X8 paylı mülkiyyətindədir. Qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Lakin, İddiaçı həmin evdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılmalarını tələb etsə də, bununla bağlı evin digər paylı mülkiyyətçisi olan X9 razılığına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə iclası zamanı İddiaçı digər paylı mülkiyyətçi X9 vəfat etdiyini bildirmişdir. X14 vəfat etmişdirsə belə, onun vərəsələrinin dairəsi müəyyən edilməmiş, mübahisə predmeti olan əmlak naturada bölünməmiş və İddiaçı mübahisə predmeti olan əmlakdakı ¾ payının məhz əmlakın hansı hissədə yerləşməsi sənəd üzrə müəyyən edilməmişdir. İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinin bütünlükdə deyil, ¾ hissəsinin mülkiyyətçisi olduğundan, onun Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı fərdi yaşayış evindəki ¾ payının mübahisə predmeti olan əmlakın hansı hissəsində yerləşməsi sənəd üzrə müəyyən edilmədiyindən məhkəmə İddiaçı iddia tələbini əsaslı saymır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5, 220 və 221-ci maddələrinin tələblərini rəhbər tutmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı saymır. Belə ki, məhkəmə kollegiyası tərəflərin iştirakı ilə yerində baxış keçirərkən müəyyən etmişdir ki, Şəki şəhərinin Bаğbаnlаr küçəsində yerləşən 35 sаylı predmetini təşkil edən paylı mülkiyyətdə olduğu iddia edilən evin ¾ hissəsi İddiaçınа məxsus оlmаqlа оnа hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən Çıxаrış verilmişdir. Evin ¾ hissəsi isə mülkiyyət hüququ əsаsındа hаzırki mübаhisəyə аid оlmаyаn Məmmədоv Qurbаn Аbduləvvəl оğlu аdlı şəxsə məxsusdur. Həmin ünvаndа yerləşən bir mərtəbəli ev hüquq müəyyənedici sənədlərə əsаsən pаylı mülkiyyət kimi qeydiyyаtа аlınsа dа, həmin evin ¾ hissəsi ilə ¾ hissəsi bir-birindən tаm təcrid оlunmаqlа evlərin bir-birinə heç bir аidiyyəti yоxdur. Hər iki evin giriş qаpısı аyrı-аyrı оlmаqlа evlərin kоmmunаl təchizаtlаrı dа аyrı-аyrıdır. Cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 iddiаçıyа məxsus evdə, yəni evin 3/4 hissəsində yаşаyırlаr. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan yaşayış evi hüquq müəyyənedici sənədlərdə evin ¾ hissəsi kimi göstərilsə də, əslində həmin ev vahid tamdır. Eyni ilə də hazırkı mübahisəyə heç bir aidiyyəti olmayan mərhum X9 mülkiyyətində olan ¾ hissə də yaşayış evi kimi vahid tamdır. İş materiallarına əlavə edilmiş Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinə dair bölgü sxemi də qeyd olunanları təsdiq edir. Odur ki, birinci instansiya məhkəməsinin guya mübahisə predmeti olan evin paylı mülkiyyətdə olan evin bir hissəsi olması və mübahisə predmeti olan əmlakın naturada bölünməməsi və İddiaçı mübahisə predmeti olan əmlakdakı ¾ payının məhz əmlakın hansı hissədə yerləşməsinin sənəd üzrə müəyyən edilməməsi barədə gəldiyi nəticə səhvdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunan qanun normalarının tələblərinə görə, iddiaçı öz mülkiyyətində olan yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmalarına dair iddia qaldırmaqda haqlıdır. Ona görə də, ilk iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İddiaçının vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia ərizəsi iddiaçıdan Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun alınıb verilməsi barədədir. Cavabdehlər qarşılıqlı iddialarını belə əsaslandırmışlar ki, iddiaçı vədinə əməl etməmiş, aldığı yaşayış evindən onlara düşən payın pulunu tam ödəməmiş və bununla da onlara ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qarşılıqlı iddia tələbləri ilə əlaqədar qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələrində Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun İddiaçı alınaraq onlara verilməsini tələb etsələr də, onlar iddia tələblərinin əsaslı olmasını, yəni, İddiaçı onlara hər hansı bir məbləğdə borcunun olması və ya onlara hər hansı bir məbləğdə maddi ziyan vurmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər, məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarını əsaslı hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini tam əsaslı saymır. Həm birinci instansiya məhkəməsinin iclasında, həm məhkəmə kolegiyasının iclasında Cavabdeh1 göstərmişdir ki, iddiаçı ona 17000 mаnаt və sоnrа isə 6000 mаnаt olmaqla cəmi 23000 mаnаt pul vermiş, iddiaçıdan götürdüyü pullаrа dаir yаzılаn ərizələrə imzа etmişdir. İddiаçı cavabdeh (bаldızı) Minаyə Cаbbаrоvаyа pul verməmişdir. Hаzırdа onun iddiаçıdаn heç bir аlаcаğı və tələbi yоxdur, yəni iddiаçının ona bоrcu qаlmаyıb, lаkin Minаyə Cаbbаrоvаyа 4400 АBŞ dоllаrı bоrcu qаlmışdır. Yəni Cavabdeh1 iddiaçının ona heç bir borcu olmadığını etiraf edir. Onun bu etirafı notarial qaydada verdiyi ərizəsində də göstərilmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, 2020-ci ilin mart ayının axırında 31-ci rayon, Bağbanlar küçəsi ev 35A-da yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia Cavabdeh1 aid hissədə əsassız olduğundan təmin edilə bilməz. Qarşılıqlı iddianın iddiaçıdan Cavabdeh2 xeyrinə 4400 ABŞ dollarının alınmasına dair hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin qarşılıqlı münasibətlərindən də göründüyü kimi onlar yaxın qohumluq münasibətlərində olduğundan mübahisəli evlə bağlı qüvvədə olan mülki və mənzil qanunvericiliyinin tələblərinə tam riayət etməsələr də, yuxarıda şərh olunan qaydada razılığa gəlmişlər. Əvvəlcə həmin razılıq hər iki tərəfi qane etsə də, lakin sonradan müəyyən səbəblər üzündən onların qohumluq münasibətləri korlandığından hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, əvvəlki mənzilin ½ hissəsi Cavabdeh2 və onun ailə üzvlərinin (cəmi 5 nəfər) birgə mülkiyyətində olduğuğundan, həmin ½ hissənin 1/5 hissəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Həmin mənzil satıldıqdan sonra alınmış (əğər alqı-satqı lazımi qaydada rəsmiləşdirilmiş olsaydı) hazırkı mübahisə predmeti olan yaşayış evinin də ½ hissəsi Cavabdeh1, ½ hissəsi isə Cavabdeh2 və onun ailə üzvlərinin (cəmi 5 nəfər) birgə mülkiyyətində olmalı idi. Yəni Cavabdeh2 mülkiyyətində ½ hissənin 1/5 hissəsi olmalı idi.. Həmin evin dəyərinin 23000 ABŞ dollarını Cavabdeh1, 22000 dollarını (təxminən bərabər şəkildə) isə Cavabdeh2 anası (əvvəlki mənzilin ümumi birgə mülkiyyətçilərdən biri) ödəmişdir. Cavabdeh3 evin ½ hissəsini Royal Çələbiyevə könüllü şəkildə (qeyri-rəsmi) verərkən həmin hissədə digər şəxslərin, o cümlədən Cavabdeh2 payının olmasını nəzərə almamışdır. Aralarındakı münasibət normal olduğu zaman Cavabdeh2 bununla razılaşsa da, hal hazırda buna etiraz edərək yaşayış evinin yarısının onun və ailə üzvlərinin mülkiyyətində olduğu təqdirdə ümumi məbləğdən 22000 ABŞ dollarından özünə düşməli olan məbləği (22000 ABŞ dolları:5=4400 ABŞ dolları) tələb edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 2009-cu ildən (evin faktiki alındığı vaxtdan) mübahisəli evdə yaşayır və həmin vaxtdan orada rəsmi qeydiyyatdadır. Bu baxımdan yanaşıldıqda İddiaçı yüklü evə mülkiyyət hüququ əldə etmişdir. Mülki Məcəllənin 158.3-ci maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 cəmi 28000 manat pul vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə yazılmış və notarial təsdiqlənmiş ərizədə qeyd edilir ki, “yuxarıda göstərilən yaşayış mənzilini xx.xx.2018-ci ildə İddiaçı satdım. 25000 manata razılaşma yolu ilə satdım və həmin məbləğdən 10 000 manat beh aldım. Qalan 15000 manat razılaşma yolu ilə ödəniləcək”. Həmin ərizənin arxa hissəsinə isə Cavabdeh1 İddiaçı 2018 –ci il tarixdə 10 000 manat və 2018-ci il tarixdə 2000 manat aldığı özlərinin və şahidlərin, o cümlədən ilə Cavabdeh2 imzaları ilə təsdiq olunur. xx.xx.2019-cu il tarixdə yazılmış və notarial təsdiqlənmiş iltizamda qeyd edilir ki, “Bağbanlar küçəsi ev 35a-da yaşayan mənzilini xx.xx.2018-ci ildə İddiaçı 25000 manata satdım. Həmin məbləğin 5000 manatı Cavabdeh2 düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan qalan 6000 manatı aldım. 2020-ci ilin mart ayının axırında 31 rayon Bağbanlar küçəsi ev 35a ünvanında yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öhdəmə götürürəm”. Mülki Məcəllənin 404.1-ci maddəsində göstərilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.3-cü maddəsinə görə, əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Cavabdeh1 yazdığı ərizə və iltizamların məzmunundan İddiaçı ona razılaşdıqlarından artıq məbləğ ödədiyi məlum olur. xx.xx.2019-cu il tarixli ərizədə 25000 manat pul məbləğinin 5000 manatı Cavabdeh2 düşən payın olması qeyd edilsə də, həmin məbləğ Minayəyə deyil, Məhəbbətə ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, göstərilən məbləğ Minayəyə verilməmişdir, sonuncu iddia tələbində haqlıdır. İddiaçı isə gələcəkdə Cavabdeh1 artıq ödədiyi məbləği tələb etmək hüququnu özündə saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətdə olmuş mənzilin ½ hissəsinin 1/5 hissəsi Cavabdeh2 mülkiyyətdə olduğundan, həmin mülkiyyətçilərin yeni almalı olduqları yaşayış evində də sonuncunun payı ½ hissənin 1/5-nə bərabərdir və bu evin dəyərinə nisbətdə də belə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı evdən əşyaları ilə birlikdə çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı 4400 ABŞ dolları məbləğində pul, ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-791/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri Bağbanlar küçəsi ev 117) evdən əşyaları ilə birlikdə çıxarılsınlar. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 4400 ABŞ dolları məbləğində pul, ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-219/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-219/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver