Məhkəmə qərarları › İş №2(107)-219/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-219/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-219/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(075)-1638/2021 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 atasının xalası, onun iki övladı X10 və X6 atasının xalası övladları olması və onların subay olub heç bir övladının olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tаrixli, 2(075)-1638/2021 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) Ərizəçi ərizəsinin «X4 onun atasının xalası, onun iki övladı X10 və X6 atasının xalası övladları olmaları faktının müəyyən edilməsi» hissəsində təmin edilməməsi, tələbin «X10 və X1 olub heç bir övladının olmaması faktının müəyyən edilməsi» hissəsinə xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadının nəzərə alınması, ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tаrixli, 2(075)-1638/2021 saylı qərardadı ilə Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin “X10 və X2 olub heç bir övladlarının olmaması faktının müəyyən edilməsi” hissəsində xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tаrixli, 2(075)-1638/2021 saylı qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(075)- 1638/2021 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxstariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi “məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1-ci bəndində məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsi qeyd olunur. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarında olan Şəki Rayon Məhkəməsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış 05.03.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçi X3 “Ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi 05 may 1980-ci il tarixdə Şəki Rayon Məhkəməsinin icraatına daxil olmuş, mülki işə 28 may 1980-ci il tarixdə baxılaraq ərizə təmin edilmişdir. Həmin mülki işdən Kassasiya şikayəti verilmiş, mülki işə kassasiya qaydasında baxılması üçün 10 noyabr 1980-ci il tarixdə Ali Məhkəməyə göndərilmiş, 15 may 1981-ci il tarixdə işə kassasiya qaydasında baxılaraq qətnamə ləğv edilmiş və iş Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Ərizəçi X5 15 may 1981-ci il tarixdə “Ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə yenidən Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işə 16 iyun 1981-ci il tarixdə Şəki Rayon Məhkəməsində baxılaraq ərizə təmin edilmişdir. Eyni zamanda, statistik qeydiyyat kartoçkasından həmin mülki iş üzrə çıxarılmış qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilməsi görünmür. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2-138a-1981 saylı qətnaməsindən görünür ki, X5 (ərizəçinin atası) xalası oğlanları X7 və X6 ölüm faktının müəyyən edilməsini xahiş etmiş, onun ərizəsi təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə yuxarıda qeyd edilmiş iş materiallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi ərizəsində təsdiq edilməsini xahiş etdiyi X4 atasının xalası, onun iki övladı X10 və X6 atasının xalası övladları olmasına dair hüquqi faktlar artıq yuxarıda qeyd edilmiş məhkəmə qətnaməsi ilə araşdırılmışdır. Belə ki, Şəki Rayon Məhkəməsinin 2-138a-1981 saylı qətnaməsinə əsasən hazırki ərizə üzrə Ərizəçi atası, xalası oğlanları X7 və X6 ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə müraciət etmiş və onun ərizəsi təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, X4 ərizəçinin atasının xalası, onun iki övladı X10 və X6 atasının xalası övladları olması faktlarının yenidən araşdırılaraq qətnamə qəbul edilməsinə lüzum yoxdur. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, Şəki Rayon Məhkəməsinin 2-138a- 1981 saylı qətnaməsindən görünür ki, ərizəçi X5 (ərizəçinin atası) həmin faktın müəyyən edilməsini xahiş edərkən, həmin faktın müəyyən edilməsi vərəsəlik işinin aparılması üçün lazım olduğunu ərizəsində qeyd etmişdir. Lakin vərəsəlik işini tamamlamadan ölmüşdür. İndiki ərizəçi də qeyd edilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini vərəsəlik işinin tamamlanması üçün lazım olduğunu qeyd etmişdir. Yəni hazırki halda kollegiya qeyd etməyi lazım bilir ki, iş üzrə icraata xitam verilməsi ərizəçinin vərəsəlik işinin aparılmasını məhdudlaşdırmır. Əksinə həmin fakt artıq digər qətnamə ilə müəyyən edildiyindən həmin faktın yenidən müəyyən edilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tаrixli, 2(075)-1638/2021 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tаrixli, 2(075)-1638/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar