Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2192/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və ƏMDK yanında DƏDRX-nin 12 saylı X48rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnаməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuşdur. 1991-ci il tarixdə X27 ilə ailə quraraq həmin evə gəlin gətirmişdir. Birgə nikahlarından olan uşaqları xx xxx 1992-cü il təvəllüdlü X34, xx xxxxxxxx 1996-cı il təvəllüdlü X40 və xx xxxxx 2005-ci il təvəllüdlü X41 həmin evdə anadan olub boya başa çatmışlar. Onlar hal-hazıradək həmin evdə yaşayırlar və evin bir otağı və şüşəbəndi onların istifadələrindərir. Həmin qeyd edilən otaqlarda onların əşyaları vardır. Həmin yerə verilən elektrik sayğacı və su sayğacı da onun adınadır. Bu illər ərzində evin vergisini də özləri ödəmişlər. Onlar hal-hazıradək də mübahisəli evdə pasport qeydiyyatındadırlar. Evin 1/2 hissəsi mərhum nənəsinin atası Əhməd Nurməmməd oğluna məxsus olmuş, sonradan cavabdeh saxta sənədlər əsasında xx xxxxxx 2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasport və çıxarış almışdır. Belə ki, həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi 1962-ci ildə ayrı iki evdən ibarət olmuş və hər iki evin ayrı texniki pasportu və ev dəftəri (domovoy) olmuşdur. Onlara məxsus hissə Əhməd Nurməmməd oğlunun adına olmuş və ona 1962-ci il tarixdə texniki pasport verilmişdir. Evinin ona aid hissəsinin ayrıca ev dəftəri olmuş və həmin dəftərdə iddiaçı və onun qohumlarından heç birinin qeydiyyatı olmamışdır. 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportdan da həmin evin həmin vaxt bölüməsi və hər iki evin müstəqil ev olması evin küçə nömrəsindən də aydın görünür. Belə ki, Əhməd Nurməmmədova məxsus hissə Nuxa şəhəri Kirov küçəsi 15a, X14 aid hissəsnin isə 1962-ci il tarixli inventar nömrəsi 841 elan texniki pasportunda ünvanın Nuxa rayonu, Kirov küçəsi 15 olması müəyyən olunur. Bundan sonra X17 ərizə ilə Kommunal Təsərrüfat Bölməsinə müraciət edərək Mustafa, Rəsul, Yaqub, Ceyhun, Humay, Kətayum Mahmud uşaqları, Əhməd və İdris Nurməmməd oğlunun adlarına qeydiyyata alınmasını xahiş etmişdir. Bundan sonra x xxxx 1966-cı il tarixli vəsiqə ilə X17, Mustafa Mahmud oğlu, Rəsul Mahmud oğlu, Ceyhun Mahmud qızı, Humay Mahmud qızı, Kətayum Mahmud qızı, Əhməd Nurməmməd oğlu, İdris Nurməmməd oğlunun bərabər hüquqlarının olması qeyd edilmişdir. Həmin vəsiqəyə nəzər saldıqda həmin vəsiqənin verildiyi evin KB.54, YY 75 nömrəli ev olması qeyd edilmişdir. X10 adına .erilmiş 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasporta nəzər saldıqda da görürük ki X14 aid texniki pasportdakı evin də kvartal və sahəsi KB.54. YY 75 kimi qeyd edilmişdir. Əhməd Nurməmməd oğluna verilmiş 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportda isə evin kvartal və sahəsinin KB.54. YY 75a kimi qeyd edilmişdir. Buradan da aydın şəkildə görünür ki, xx.xx.2017-ci il tarixli inventar nömrəsi 841-842 nomrəli texniki pasportda hər iki evin bir texniki pasportda bir ev kimi görünməsi tam qanunsuz, əsassızdır. Həmçinin ƏMDK yanında DƏDRX-nin 12 saylı X51 mövcud 1980-cı il tarixli və 1981-ci il tarixli aktlardan da göründüyü kimi hər iki evin mülkiyyətçiləri arasında mübahisə olmuş və hər iki evin 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportu və 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasportlardakı mövcud vəziyyətə uyğun sərhədləri müəyyən edilmiş və sxemlərlə sərhədlər müəyyən edilmişdir. Lakin sonra məlum olmayan səbəblərdən iddiaçı saxta sənədlər əsasında həmin evin vahid ev kimi qeydə alınmasına nail olmuşdur. xx xxxxxxxx 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Şəki şəhəri, Kirov küçəsi 17-də yerləşən 600 kvadrat metr torpaq sahəsinin üstündə olan 134.8 kvadrat metr ümumi sahəsi, 90 kvadrat metr yaşayış sahəsi, 7,7 kvadrat metr qeyri-yaşayış sahəsi, 12.8 kvadrat metr köməkçi sahəsi olan evə vərəsəlik almışdır. Lakin hazırda iddiaçıya verilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasportda mübahisəli fərdi yaşayış evinin ümumi sahəsinin 194,8 kvadrat metr, yaşayış sahəsinin 110.5 kvadrat metr, köməkşi sahəsinin isə 84.3 kvadrat metr olması qeyd edilmişdir. Buradan aydın şəkildə görünür 1990-cı ildən sonra həmin evdə yaşayan şəxslər tərəfindən bir sıra tikililər əlavə edilmiş və həm yaşayış sahəsi, istərsə də köməkçi sahələr artmışdır. Lakin 2017-ci il tarixdə DƏDRX-nin 2 saylı X66 tərəfindən həmin xüsusatlar nəzərə alınmadan əlavə edilmiş həmin sahələr də iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Texniki pasportda 13 nömrə ilə qeydə alınmış 16.4 kvadrat metr sahəsi olan şüşəbənd birgə nikah zamanı onun tərəfindən inşa edilmişdir. Lakin hazırki qətnamə ilə həmin şüşəbənd paylı mülkiyyətdə olan evin tərkib hissəsi kimi qəbul edilmişdir. Lakin həmin şüşəbənd evin mülkiyyətçilərinin heç birinə məxsus olmamış, onun tərəfindən inşa edilmişdir. xx.xx.2017-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasportda da həmin yerdə şüşəbəndin olmaması açıq-aydın görünür. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X cməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/8 hissəsi Cavabdeh1 mülkiyyətində olsa da, həmin evin 4/8 hissəsini tam qanunsuz olaraq və saxta sənədlər əsasında mülkiyyətinə keçirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət leydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/8 hissədə Cavabdeh1, 1 / 8 hissədə X15, 1/8 hissədə X18, 1/8 hissədə X28, 1/8 hissədə X12, 1/8 hissədə Əhməd Nurməmməd oğlu, 1/8 hissədə İdris Nurməmməd oğlu, 1/8 hissədə X6 paylı mülkiyyətlərində olmuşdur. Bundan sonra Cavabdeh1 Şəki rayon 2 saylı notariat kontoruna müraciət edərək 2 2.02.2007-ci il tarixdə ölmüş X7, xx.xx.1944-cü il tarixdə ölmüş X11, xx.xx.2007ci il tarixdə ölmüş X3 və xx.xx.1998-ci il tarixdə ölmüş X16 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və Şəki rayonu 2 saylı notariat kontoru tərəfindən verilmiş x xxxxxx 2017-ci il tarixli, reyestrdə 2V-542 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci il tarixdə ölmüş X7, xx.xx.1994-cü il tarixdə ölmüş X11, xx.xx.2007-ci il tarixdə ölmüş X4 və xx.xx.1998-ci il tarixdə ölmüş X19 vərəsəsi qismində Cavabdeh1 tanınmışdır. X1 ölüm haqqında şəhadətnaməsindən görünür ki, X18 xx.xx.1944-cü il tarixdə ölmüşdür. Lakin yuxarıda qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.1994-cü il tarixdə ölmüş X11 vərəsəliyinin qəbul edilməsi qeyd edilmişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da iddiaçı Cavabdeh1 qeyd edilən fərdi yaşayış evinə RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmçinin Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu Şamil Yusufov iddiaçı Cavabdeh1 xx.xx.2007-ci il tarixdə ölmüş X7, xx.xx.1994-cü il tarixdə ölmüş X11, xx.xx.2007-ci il tarixdə eimüş X4 və xx.xx.1998-ci il tarixdə ölmüş X19 vərəsəsi qismində tanımaqla haqlı olmamış və saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin də tələbindən göründüyü kimi mirasın qəbul edilmiş hesab olunması üçün miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başlamalı və ya mirasa yiyələnməlidir. Lakin onun babası İsmayıl Hacıyevin digər vərəsələri Şahid Hacıyev, Vahid Hacıyev, Məmmədəli Hacıyev və Firəngiz Hacıyevə babası İsmayıl Hacıyevdən miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət əmlakı faktiki idarə etməyə başlamamışlar və ya mirasa yiyələnməmişlər. Yalnız onun atası X29 mirasa yiyələnərək faktiki idarə etməyə başlamış və 2011-ci ilə qədər həmin əmlakı idarə etmişdir. 2011-ci il tarixdə atası Vaqif Hacıyev vəfat etmiş və o, atasının vərəsəsi kimi ondan miras qalmış əmlakı faktiki qəbul edərək idarə etməyə başlamışdır. Şəki rayonu 2 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, reyestrdə 2V-542 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında alınmış RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuzdur. Belə ki, iddiaçı Cavabdeh1 qanunvericilikdə göstərilmiş müddətləri ötürdükdən sonra mirasın qəbulu üçün notariusa müraciət etmiş, mirasın qəbulu faktının təsdiq edilməsi və ya ötürülmüş müddətin bərpa edilməsi barədə hər hansı bir məhkəmə qətnaməsi olmamasına baxmayaraq notarius qanunsuz və əsassız olaraq Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Fərdi yaşayış evinin 1 / 2 hissəsi onun mərhum ulu babası Əhməd Nurməmməd oğluna məxsus olmuş, ondan sonra da vərəsəliyi sırası ilə SüleymanovaMinayə Əhməd qızı, ondan sonra onun oğlu yəni atası X42, onun vəfatından sonra da o, qəbul edərək hal-hazıradək faktiki idarə edir. Cavabdeh1 onun ulu babası X2 qardaşı nəvəsidir. Onun ulu babası Əhməd nənəsi Minayənin atasıdır. Sarıtorpaq küçəsindəki ev 1966-cı ildə 15 və 17 nömrəli iki yerə, yəni Əhməd Nurməmmədov və Mahmud Nurməmmədov arasında bölünmüşdür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyası iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evi 1/8 hissədə Cavabdeh1, 1/8 hissədə X7, 1/8 hissədə X11, 1/8 hissədə X19, 1/8 hissədə X5, 1/8 hissədə Əhməd Nurməmməd oğlunun, 1/8 hissədə İdris Nurməmməd oğlunun, 1/8 hissədə X8 xüsusi mülkiyyətində olmuşdur. Həmin evin paylı mülkiyyətçilərindən Kətayum Süleymanova xx.xx.2007-ci il tarixdə, Humay Babayeva xx xxxxxxx 1998-ci il tarixdə, Rəsul Nurməmmədov isə xx.xx.1944-cü il tarixdə vəfat etmişlər. Kətayum Süleymanovanın vərəsələri kimi oğulları X9, X19 vərəsələri kimi oğulları X43, X44, qızı X20, X15 vəfat etmiş və onun vərəsələri kimi X22, X30, X35, qızları X31, X36, X18 vəfat etmiş və onun vərəsələri kimi oğlu İdris Nurməmməd oğlu qalmışlar. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən etibarsız sayılan əqd, bağlandığı vaxtdan etibarsız hesab olunur. Lakin, əqdin məzmunundan, onun ancaq gələcək vaxtda xitam edilə biləcəyi məlum olarsa, əqdin qüvvəsi gələcək vaxtda xitam edilmiş sayılır. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı apellyasiya şikayətində mülki iş üzrə birinci instansiya məhkəməsinin ləğv edilməsini bildirsə də, öz dəlillərini əsaslandırmamış, o bu barədə mötəbər dəlilləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixdə ölmüş X7, xx xxxxx 1944-cü il tarixdə ölmüş X18, xx xxx 2007-ci il tarixdə ölmüş X13 və xx xxxxxxx 1998-ci il tarixdə ölmüş X16 qalmış, ünvan 1 ünvanında yerləşən 0,1525 hektar torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 194,8 kvadrat metr olan fərdi yaşayış evindən ibarət mirasdan mərhumların vərəsəsi kimi tam hissədə pay almış və bununla bağlı Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən notariat kontoruna mərhumların ölüm haqqında şəhadətnamələri, onların vərəslərinə dair arayışlar və sağ vərəsələrinin mirasdan imtinalarına dair ərizələr, yəni qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün zəruri olan sənədlər təqdim edilmişdir. Həmçinin Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərəkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Beləliklə Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-650/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2192/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2192/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver