Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2193/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsində payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-17/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X5 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-17/2020 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsinin həmin küçədən əsas giriş hissəsindən, qətnaməyə əlavə edilmiş bölgü planına uyğun olaraq, eni 14,48 metr, uzunluğu, yaşayış evinin son nöqtəsinə olan, planda qeyd edilmiş 8,10 və 8,20 metr, cəmi 16,30 metr, ümumi sahəsi 236 m2 naturada ayrılaraq Cavabdeh 2/3 və X3 1/3 hissədə paylı mülkiyyətinə verilməsi, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada torpaq sahəsinin 36 m2 sahəsinin əvəzi olaraq 720 (yeddi yüz iyirmi) manat kompensasiya tutularaq İddiaçı ödənilməsi, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsinin yuxarıda qeyd edilən sahədən artıq qalan 164 m2 sahəsinin naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün xərcin-60 (altmış) manatın cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh və Vaqif Mustafayevə qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə paylı mülkiyyətində, yəni Yevlax şəhəri, Əfəndiyev küçəsi, 11 ünvanda yerləşən torpaq sahəsində olan 2/4 payının naturada bölünərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, o, cavabdehlərlə birlikdə ünvan 3 saylı ünvanda yaşayır. Cavabdehlərlə yaranmış ailə mübahisəsi zəminində o, həmin evdən çıxarılmış və Yevlax Rayon Məhkəməsində həmin ünvanda istifadə hüququnun tanınmaqla paylı mülkiyyət evə köçürülməyi barədə iddia qaldırmışdır. Cavabdehlərlə paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünərək ayrılmasında razılığa gələ bilmirlər. Ailə münasibətləri tamamilə pisləşmişdir. Mülkiyyətçi olaraq ünvan 3 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin 2/4 hissəsi ona məxsus olmasına baxmayaraq naturada payı bəlli olmadığından öz mülkiyyətindən sərbəst və maneəsiz olaraq istifadə etmək hüququnu həyata keçirə bilmir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin iki hissəyə bölünməsi zamanı ona düşəcək hissənin bir qisminin yaşayış evinin atına düşdüyü təqdirdə, bu hissənin dəyərinin ödənilməsinə etirazı yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdeh Vaqif Mustafayev iddianı qəbul etməyərək bildirmişdir ki, onun və anası olan digər Cavabdeh tərəfindən iddiaçının həmin torpaq sahəsindən istifadə edilməsinə hər hansı maneə törədilmir, lakin onunla bir həyətdə və bir evdə yaşamaq da mümkün deyildir. Onlara məxsus olan evlərinin üzərində yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin hansı əsasla iddiaçının adına qeyd edilməsi ona məlum deyil. İddiaçıya qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin müqabilində hər hansı məbləğ ödəməyə maddi imkanı yoxdur. Özlərinə məxsus torpaq sahəsini də pul müqabilində iddiaçıya verməyə razı deyil. Aralarında olan münasibətlər pozulduqdan sonra iddiaçıya Bakı şəhərində olan evini bağışlamışdır. Bu səbəbdən iddiaçının torpaq tələbinin hər hansı hüquqi əsası yoxdur. Torpaq sahəsinin iki hissəyə bölünməsi bir mülkiyyətçi olaraq onun və anasının hüquqlarını pozur, evlərinin yerləşdiyi sahədən hüquqlarını məhdudlaşdırır. Anası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı var, lakin xəstə olduğundan iclasa gələ bilmir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Silyan Abbasov məhkəmə iclası zamanı bildirmişdir ki, qeyd edilən torpaq sahəsində ölçü işləri aparmışdır. Belə ki, iki hissəyə bölünəcəyi təqdirdə 46 m2 metr hissə yaşayış evinin altına düşdüyündən bir tərəfə o qədər əskik torpaq sahəsi düşür İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh və X5 apelyasiya şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh və X5 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq iiçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqlarım əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə tərəfindən çıxarılan qərar qəbul edilmə baxımından düzgün müəyyən edilməmişdir. Məhkəmə tələbdən kənara çıxmışdır. Bununla da Mülki Qanunvericiliyin tələbini pozmuşdur. Digər məsələ ekspert və mütəxəssis rəyləri torpağın bölünməsinin mümkünsüzlüyünü müəyyən etdiyi halda, məhkəmə, baxış sferası ilə bölgünü müəyyən edib. Digər tərəfdən isə bölünmənin münkünsüzülüyü bilə-bilə, üzərlərinə bölünə bilinməyən hissənin əvəzi olaraq 700 manat kompensasiya yazması ilə tamamlanıb. Halbuki, iddiaçı iddia tələbində heç bir halda bölünməyən hissənin pulla kompensasiyasını istəməmişdir. Eyni ilə tərəflərindən bu barədə heç bir razılıq olmamışdır. Belə olan halda məhkəmə mümkün olmayan qətnaməni qəbul edib. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində torpağın bölünməsinin mümkünsüzlüyü, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyində torpağın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə isə real olan bu hallara ön plana qoyaraq, torpağı müəyyən etdiyi en və uzunluq çərçivəsində bölərək, bölünməyən torpağı yüksək qiymətləndirib 164 kv-m sahəyə 720 manat pul müəyyən edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-17/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı, cavabdehlər Cavabdeh və X5 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh X5 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq anası Cavabdeh səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq sağlamlığında yaranmış problemlə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxıb qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-17/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Seriya RX ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 11 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh, 0,04 ha həyətyanı torpaq sahəsi isə 3/6 hissədə İddiaçı, 1/6 hissədə X4, 2/6 hissə də isə Cavabdeh məxsusdur. Həmin fərdi yaşayış evinin cizgi planına torpaq sahəsinin də cizgi planı əlavə edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax şəhəri, İ. Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı, cavabdehlər X3 və Cavabdeh ümumi birgə mülkiyyətlərində olan 0.04 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin yerləşən yaşayış evindən kənarda real bölünməsi mümkün deyildir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 25142 nömrəli rəyində qeyd edilir ki, Yevlax şəhəri, İ. Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən, paylı mülkiyyətdə olan torpaq sahəsinin 3/6 hissəsinin həmin ünvanda yerləşən yaşayış evindən kənarda naturada ayrılması Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin 1-ci variantında bir tərəfindən 83 kv.m., 2-ci variantında digər tərəfdən 36 kv.m. sahə ayrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşdüyü müəyyən olunur. İşdə olan “Əmlakın Qiymətləndirilməsi MMC-nin xx xxxx 2020-ci il tarixli rəyində qeyd olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 7 ünvanında yerləşən, 0.04 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixə real bazar dəyəri 8,000 manat, 1 sotunun orta bazar qiyməti 2,000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 220.1, 220.3, 220.4, 220.5 və 220.6-cı maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh, 0,04 ha həyətyanı torpaq sahəsi isə 3/6 hissədə İddiaçı, 1/6 hissədə X4, 2/6 hissə də isə Cavabdeh məxsusdur. Birinci instansiya məhkəməsi, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddiaçı özünə məxsus olan hissədə torpağının real ayrılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə əldə edilmiş mütəxəssis rəyində, habelə ekspertiza rəyində mübahisə predmeti olan torpaq sahəsinin, onun üzərində yerləşən yaşayış evindən kənarda real bölünməsi mümkün olmadığı qeyd edilsə də, bu hal, hazırkı iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bu zaman yaşayış evinin altında yerləşən və həyətyanı torpaq sahəsinin gələcəkdə üçüncü şəxsə satılacağı təqdirdə də müəyyən çətinliklər yaradacağı da nəzərə alınmalıdır. Belə ki, ekspert rəyinə görə yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin 1-ci variantında bir tərəfindən 83 kv.m., 2-ci variantında digər tərəfdən 36 kv.m. sahə ayrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşdüyü müəyyən olunur ki, Mülki Məcəllənin 220.4 maddəsinin tələblərinə müvafiq olaraq ayrılması mümkün olmayan sahənin dəyərinin ödənilməsi yolu ilə bölgü aparıması məqsədə müvafiqdir. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı bunun mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsindən həmin küçədə yerləşən 11 nömrəli evə əsas giriş var, torpaq sahəsinin arxa hissəsində isə başqa küçəyə qapı mövcuddur. Ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, habelə torpaq sahəsinin planından müəyyən olunur ki, sənəd üzrə torpaq sahəsi 0,04 ha, faktiki isə 0,0445 ha təşkil edir ki, bölgü sənəddə qeyd edilən ölçülər üzrə aparılmalıdır. Bu halda Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi tərəfdən torpaq sahəsinə giriş hissəsində Cavabdeh məxsus yaşayış evinin daha çox hissəsi yerləşməsi nəzərə alınmalı və həmin hissə cavabdehlərə verilməlidir. Bu zaman bu hissəyə giriş hissəsinin eni 14,48 metr, uzunluğu, yaşayış evinin son nöqtəsinə olan, planda qeyd edilmiş 8,10 və 8,20 metr, cəmi 16,30 metr, ümumi sahəsi 236 m2 daxil olur ki, cavabdehlərə 36 m2 paylarından artıq düşür. Bu səbəbdən cavabdehlərə artıq qalan sahənin dəyəri, iş üzrə tərəflər bu barədə başqa mötəbər sübut təqdim etmədiyindən hazırkı iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilən qiymətə mütənasib hesablanmaqla 720 manat (100 m2 dəyəri 2,000 manat olduqda 1 m2 20 manat hesabı ilə) cavabdehlərdən müştərək qadada iddiaçının xeyrinə tutulmalıdır. Belə olan təqdirdə iddiaçıya torpaq sahəsinin qalan 164 m2 hissəsi aid edilməli və torpaq sahəsinin 36 m2 hissəsinə onun mülkiyyət hüququna xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi mübahisəni həll etmək üçün kifayət qədər araşdırma apararaq mübahisəli torpaq sahəsinin qanuni əsaslarla bölünməsinin mümkün olan optimal qaydada həllinə nail olduğundan, onun digər şəxslərə-cavabdehlərə aid olacaq torpaq sahəsinin ölçülərini müəyyən etməsi, həmçinin ayrıla bilməyən torpaq sahəsinin əvəzində iddiaçıya cavabdehlər tərəfindən pulun ödənilməsini qət etməsi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından yolveriləndir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)- 17/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(039)-17/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdehlər Cavabdeh və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2193/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2193/2020
25.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver