Məhkəmə qərarları › İş №2(107)-220/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-220/2022

08.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-220/2022 08.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və digərlərinə qarşı bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, yuxarı instansiya məhkəməsinin qanuni göstərişi ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması, X8 miras qalmış əmlaklara həyat yoldaşı X5 Ağsu şəhəri 20 Yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş xx.xx.2008-ci il tarixdə 2V/01- 47 reyestr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixili 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnamələrinin verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklar mərhum valideynlərinə məxsus olmuşdur. Ataları - X15 xx.xx.2005-ci ildə, anaları - X9 xx.xx.2020-ci ildə ölmüşdür. Valideynlərinin ölümündən sonra qanun əsasında bərabər hüquqlu vərəsələr olaraq miras əmlakların (ev, həyətyanı torpaq sahəsi və əlavə torpaq sahəsi) faktiki istifadəçisi olmuşlar. X1 ölümündən az sonra miras əmlaklarının sağ olan birinci növbəli vərəsələr arasında bölünməsi məqsədi ilə Ağsu Rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni alıb Azərbaycan Respublikası MM-nin 1159-cu və 1321-ci maddələrini əsas tutaraq (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahələrinin qanun üzrə vərəsələri (beş vərəsə) arasında bölünməklə paylarının müəyən edilməsi və “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin verilməsini Ağsu Rayon Dövlət Notariatından xahiş etmişlər. Belə ki, ataları xx.xx.2005-ci ildə rəhmətə getməyinə baxmayaraq, anaları böyük olduğu üçün övladlar arasında belə mövqe olmuşdur ki, bu əmlaklar analarından sonrakı dövrdə qanun üzrə bölünsə daha məqsədə və adətənənəyə uyğun olar. xx.xx.2020-ci il tarixdə Ağsu rayon Notariat ofisinə müraciətlərinə 29 aprel 2020-ci il tarixdə verilmiş cavabda bildirilir ki, AR MM-in 1246-cı maddəsinə əsasən 6 ay keçdikdən sonra mçirasın qəbuluna yol verilmir, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Notariusun cavabından sonra sözügedən fərdi ev və torpaqlara dair 2017-ci ildə mərhum analarının adına şəhadətnamələr verilmiş, 2018-ci ildə mərhum anası bütün əmlakı (miras əmlakı) cavabdeh bacıları - Cavabdeh1 adına bağışlama müqavilələri əsasında onun adına rəsmiləşdirilməsini bilmişlər. Sözügedən əmlakların Cavabdeh1 bağışlanması barədə hüquqi hərəkətlərdən məlumatları olmayıb.Bu proses vərəsələrdən xəbərsiz və gizli, iradələrinə zidd, vərəsəlik hüquqları pozulmaqla həyata keçirilmişdir. İddiaçılar qeyd edilən əmlakların vərəsələr arasında bərabər paylara bölünməsinə şifahi razılaşmışlar. Məhz ona görə də notariusa müraciət etmişlər.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Lakin, bu o halda notarial qaydada həyata keçirilir ki, ailə üzvlərinin yazılı razılğı olur. Eyni zamanda hədiyyə verənin ölməsi halı üçün bağışlanma müqaviləsi vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilməlidir (bağışlanma müqaviləsinin surəti əlavə edilir). X9 ilə X15 arasında aparılmış xx.xx.2017-ci ildə vərəsəlik işində İddiaçı1, İddiaçı3 Rusiyada Notarial qaydada verilmiş ərizələri vardır. Həmin ərizələr rus dilindəolmaqla surətdir və Azərbaycan dilinə tərcümə edilmədən, təqdim edilməsi bəlli olmayan sənəd olduğundan araşdırılmalıdır. Bu ərizələrin məzmununda atadan qalmış əmlakların İddiaçı3 tərəfdən mərhum Abhəyatın adına keçirilməsi, digər iki ərizədə isə 6 aylıq rəsmiləşmə müddəti keçdiyinə görə özlərinə düşən payların rəsmiləşdirilməsinin arzu olunmadığı ifadə edilir. Həmçinin bu ərzələrin təsdiq edilmə tarixi iyul 2008-ci ildə baş vermişdir. Eyni zamanda bu vərəsəlik işinə əlavə edilmiş Ağsu şəhər ərazi dairəsi icra nümayəndəsi vərəsələrin dairəsini müəyyən edən arayışda övldlarından ikisini göstərməmişdir.Bundan başqa notariat Rusyada yaşayan vərəsələrin vərəsəliyə çağrılması barədə bildiriş göndərmədiyi üçün həmin vərəsəlik işi hüquq pozuntuları ilə aparılmışdır.Notariat işlərinin aparılması haqqında əsasnamədə əmlakların taleyi həll ediləndə, bağışlananda, satılanda evdə qeydiyytda olan, yetkinlik yaşına çatan ailə üzvlərinin yazılı razılığı tələb olunur. Fərdi yaşayış evi X9 ilə Cavabdeh1 arasında bağışlanma müqaviləsi bağlananda evdə qeydiyyatda olan İddiaçı3 həyat yoldaşı Quliyeva Akifənin razılığı alınmamışdır. Eyni zamanda vərəsələr Quliyeva Abhəyata münasibətdə əmlaka pay hüququ olduğundan həmin əmlakın vərəsəliklə məhdudlaşdırılması nəzərə alınmalı idi. Bu hüquqi hallar nəzərə alınmadığı üçün vərəsələrin hüquqları cavabdehlər tərəfindən pozulmuşdur.Bağışlanma müqaviləsi o halda notarial qaydada həyata keçirilir ki, Daşınmaz əmlakın bağışlanılması müqaviləsi yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzilistismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin yazılı razılığı əsasında təsdiq edilsin. X21 Notoriusu qeyd edilən sənədlər olmadan məhrumX9 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsini təsdiq etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, məhrum X9 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsi vərəsəlik hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, X7 qarşı iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması, X8 miras qalmış əmlaklara həyat yoldaşı X5 Ağsu şəhəri 20 yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş xx.xx.2008-ci il tarixli, 2V/01-47 reystr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnamələrinin verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-441/2021 saylı 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 saylı qətnaməsinin qismən-iddia tələbinin təmin edilməmiş miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində ləğv edilməsi. həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu Rayon Notariat Ofisinə, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə, 3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X7 qarşı bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində qismən təmin edilməsi, X3 mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953), Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payının 1/10 müəyyən edilməsi və Cavabdeh1 tərəfindən həmin hissədə tamamlanmanın (ödəmə) təmin edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-441/2021 saylı 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5018/2021 saylı qərarı ilə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-441/2021 saylı işi üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsinin «miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində qismən təmin edilməsi, X3 mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953), Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payı 1/10 müəyyən edilməsi və Cavabdeh1 tərəfindən həmin hissədə tamamlanmanın (ödəmə) təmin edilməsi» hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, X7 qarşı iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması, X8 miras qalmış əmlaklara həyat yoldaşı X5 Ağsu şəhəri 20 yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş xx.xx.2008-ci il tarixli, 2V/01-47 reystr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnamələrinin verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda, 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi və Ağsu şəhəri, 20 Yanvar küçəsi, 3-cü dalanda, 0,1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi və Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsi iddiaçıların və Cavabdeh1 atası, mərhum Abhəyat Quliyevanın əri X10 mülkiyyətində olmuş və onun xx.xx.2005-ci ildə ölümündən sonra miras qalmışdır. Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda, 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsi isə xx.xx.2017-ci il tarixdə 2V-70 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmışdır. Sonuncu xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 0.1763 ha torpaq sahəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evini, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Ağsu şəhəri ünvanında yerləşən 0.485 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Ağsu şəhəri ünvanında yerləşən 0.5969 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi, eləcədə Ağsu şəhərində yerləşən 0.5969 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam nülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli çıxarışlar verilmişdir. Abhəyat Quliyeva xx.xx.2020-ci ildə ölmüşdür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qanunda göstərilən müddət ərzində hərəkətləri etməmiş iddiaçılar mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişlər. İddiaçılar mirası qəbul etməmələrini anaları böyük olduğu üçün bu əmlakların analarından sonrakı dövrdə övladlar arasında qanun üzrə bölünməsini daha məqsədə və adət-ənənəyə uyğun hesab etmələri ilə əsaslandırmışlar. Məhkəmə, iddiaçıların həmin dəlillərinə tənqidi yanaşmış və bu halın mirasın qəbul edilməməsinin hüquqi nəticələri barədə qanununun tətbiq edilməməsinə əsas olmadığı nəticəsinə gəlmişdir. Əqdin etibarsız sayılmasını tələb etmək üçün maraqlı şəxsə hüquq tanısada, əqdlərin o cümlədən vərəsəlik haqqında şəhəadətnamələrin və əmlak üzərində sərəncam vermə barədə müqavilələrin ləğv etmək hüququnu həmin əqdin iştirakçılarına aid etmişdir. Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlaklar üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan onun notariat qaydasında təsdiq olunmuş mübahisəli bağışlama müqavilələrini bağlaması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Eyni zamanda iddiaçılar mübahisəli bağışlama müqavilələrinin predmeti olan fərdi yaşayış evinin və torpaq sahələrinin mülkiyyətçisi olmadıqlarından, həmin əmlaklara dair mübahisəli əqdlər onların hüquqlarına toxunmamış və onların hazırkı iddia ilə müraciət etmək hüquqları yaranmamışdır. İddiaçıların istənilən halda iştirakçısı olmadıqları şəhadətnamələrin ləğvini tələb etmək hüquqları yoxdur. Eyni zamanda iddiaçılar qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə X8 qalan mirasa subyektiv vərəsəlik hüquqlarını itirdiklərindən xx.xx.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrəsi ilə və xx.xx.2017-ci il tarixdə 2V-70 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş iddiaçılar üçün hüquqi nəticələrə səbəb olmur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçılar bağışlama müqavilələrini mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyillər. İddiaçıların subyektiv vərəsəlik hüquqlarını itirmələri, eləcədə bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaları iddianın təmin edilməsini istisna etdiyindən, mübahisəli şəhadətnamələrin və əqdlərin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərə uyğunluğunun araşdırılması zəruriliyini də aradan qaldırır. İddiaçılar mərhum X8 qalan mirasa dair şəhadətnamələri, eləcədə mərhum Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlakların sağlığında bağışlanmasına dair bağlanmış müqavilələrini və verilmiş çıxarışları mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadıqlarından, eləcədə həmin şəhadətnamələrin və müqavilələrin ləğvini tələb etmək hüququ onların iştirakçılarına aid olduğundan iddiaçıların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini, vərəsəlik hüquqlarının tanınmasını, miras əmlakların vərəsələr arasında bölünməsini tələb etmək hüquqları da yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 152.1, 421.1, 666.1, 668.1.1, 1246-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarı, Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasını 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni əsassız və qanunsuz hesab edirlər. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaklar mərhum ata və analarına məxsus olmuşdur. Belə ki, iddia ərizəsində bildirdikləri kimi mülkiyyətçilər X15 2006-cı ildə həyat yoldaşı X9 xx.xx.2020-ci ildə vəfat etmişlər. Hər iki valideynin ölümündən qabaq və ölümündən sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ata-analarına məxsus evdən istifadəçi olmuş və Rusiyada yaşamalarına baxmayaraq ata və analarının sağlığında bütün qayğılarını çəkmişlər. Mübahisələndirilən əmlakların mülkiyyətçilərindən biri olmuş, X10 ölümündən sonra İddiaçı1, İddiaçı2, İddiaçı3 və digər vərəsələrin notarial qaydada iş materiallarında olan Rusiya Federasiyasında Rostov-Don şəhərində təsdiqlənmiş ərizədə fərdi tərcümə əsasında müəyyən edilən mətndə atanın ölümündən keçən altı aylıq müddətində vərəsəliyin İddiaçı1 tərəfindən qəbul edilmədiyi və ona həmin vərəsəlik payının, ataya aid olan vərəsəlik payının özünə rəsmiləşdirilməsini iddia etmədiyni bildirir. Bu mətn digər İddiaçı2 adından da eyni məzmunlu ərizədə ifadə edilmişdir ki, “atamın ölümündən keçən altı aylıq müddətində vərəsəlik payı onun tərəfindən qəbul ediləmdiyi və harada yerləşməsindən asılı olmayaraq onun bu payı özü üçün rəsmiləşdirilməsinə iddia etmir”. Hərfi mənada bu ərizələrdə qanuni vərərsələr olan şəxslərin atanın ölümündən sonrakı vərəsəlik paylarından imtinası kimi deyil, olduğu vəziyyətdə rəsmiləşdirməmək arzusunu ifadə etmişdir. Lakin məhkəmə qətnamə çıxararkən həmin mənanı nəzərə almamış bu ərizələrin mətnini ümumiyyətlə vərəsəlik payından imtina kimi hüquqi qiymət vermişdir. Hesab edirlər ki, bu şərh həm qanuni vərəsələrin iradəsini ifadə etmir, həm də ki, həmin ərizələrin Azərbaycan dilinə tərcüməsində sadəcə olaraq ərizələr təsdiq olunduğu 2008-ci il tarixdə qeyd etdikləri iddiaçılar sadəcə olaraq anaları sağ olduğu üçün həmin atanın miras qalmış payına münasibətdə rəsmiləşdirməni istəməmişlər. Bu imtina deyil, sadəcə olaraq həmin vaxt rəsmləşdirməni arzu etməməklə bağlıdır. Əsl həqiqətdə iddiaçılar evdə sağ ana olduğu üçün hələlik ümumiyyətlə bu rəsmiləşdirməni istəməmişlər. Hesab edirlər ki, məhkəmə bu ərizələrə qiymət verərkən həmin onun mətninin yuxarıda qeyd etdikləri şərhə uyğun qəbul etməli və imtinanın əsası kimi qiymətləndirməmli idi. Belə ki, Rusiyada yaşamağına baxmayaraq qanun üzrə birinci növbəli vərəsələr olan üç oğlan övladın həmin əmlaklarda məhz ailə üzvü kimi vərəsəlik payının olması və bu vərəsəlik paylarının digər tək vərəsəyə bağışlanması zamanı digərlərinin razılığının alınmaması qanunla hüquq pozuntusu hesab olunduğu üçün mübahisələndirdikləri qətnamə qanuni və əsaslı sayıla bilməz. Ağsu Rayon Məhkəməsi bu məsələyə baxarkən AR MPM-nin 217-218-ci maddəsində qətnamənin qanuniliyini və əsaslığını müəyyən edən tələbləri nəzərə almamışdır. Hesab edirlər ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini göstərən AR MPM-nin 385-386-cı maddələrində sadalanan əsaslar mövcuddur. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(016)-558/2020 saylı qətnaməsini ləğv edib, iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, X12 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, İddiaçı3 öldüyündən onun oğlu X16 onun hüquqi varisi kimi cəlb edilmişdir. X16 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, hazırda Rusiya Federasiyasında olduğundan məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirərək qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.http://eqanun.az/framework/46944 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4.-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5.-ci maddəsinə əsasən övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyatorlar apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tаrixli, 2(016)-558/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5018/2021 saylı qərarı ilə, digər hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsdığından, hazırkı halda apelyasiya baxışının həddini iddia tələbinin «miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində X3 mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953), Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payın müəyyən edilməsi» hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi «miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində X3 mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953), Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payının müəyyən edilməsi» hissəsində mübahisəni həll edərkən iddia tələbinin düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tаrixli, 2(016)-558/2020 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda, 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi və Ağsu şəhəri, 20 Yanvar küçəsi, 3-cü dalanda, 0,1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi və Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsi iddiaçıların və Cavabdeh1 atası, mərhum Abhəyat Quliyevanın əri X10 mülkiyyətində olmuş və onun xx.xx.2005-ci ildə ölümündən sonra miras qalmışdır. Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda, 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi xx.xx.2008ci il tarixdə 2V/01-47 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsi isə xx.xx.2017-ci il tarixdə 2V-70 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmışdır. Sonuncu xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 0.1763 ha torpaq sahəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evini, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Ağsu şəhəri ünvanında yerləşən 0.485 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Ağsu şəhəri ünvanında yerləşən 0.5969 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi, eləcədə Ağsu şəhərində yerləşən 0.5969 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam nülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli çıxarışlar verilmişdir. Abhəyat Quliyeva xx.xx.2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçılar Mülki Məcəllədə göstərilən müddət ərzində hərəkətləri etməmiş iddiaçılar mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişlər. İddiaçılar mirası qəbul etməmələrini anaları böyük olduğu üçün bu əmlakların analarından sonrakı dövrdə övladlar arasında qanun üzrə bölünməsini daha məqsədə və adət-ənənəyə uyğun hesab etmələri ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların həmin dəlillərinə tənqidi yanaşmış və bu halın mirasın qəbul edilməməsinin hüquqi nəticələri barədə qanununun tətbiq edilməməsinə əsas olmadığı nəticəsinə gəlmişdir. Əqdin etibarsız sayılmasını tələb etmək üçün maraqlı şəxsə hüquq tanısa da, əqdlərin o cümlədən vərəsəlik haqqında şəhəadətnamələrin və əmlak üzərində sərəncam vermə barədə müqavilələrin ləğv etmək hüququnu həmin əqdin iştirakçılarına aid etmişdir. Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlaklar üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan onun notariat qaydasında təsdiq olunmuş mübahisəli bağışlama müqavilələrini bağlaması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Eyni zamanda iddiaçılar mübahisəli bağışlama müqavilələrinin predmeti olan fərdi yaşayış evinin və torpaq sahələrinin mülkiyyətçisi olmadıqlarından, həmin əmlaklara dair mübahisəli əqdlər onların hüquqlarına toxunmamış və onların hazırkı iddia ilə müraciət etmək hüquqları yaranmamışdır. İddiaçıların istənilən halda iştirakçısı olmadıqları şəhadətnamələrin ləğvini tələb etmək hüquqları yoxdur. Eyni zamanda iddiaçılar qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə X8 qalan mirasa subyektiv vərəsəlik hüquqlarını itirdiklərindən xx.xx.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrəsi ilə və xx.xx.2017-ci il tarixdə 2V-70 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş iddiaçılar üçün hüquqi nəticələrə səbəb olmur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar bağışlama müqavilələrini mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyillər. İddiaçıların subyektiv vərəsəlik hüquqlarını itirmələri, eləcədə bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaları iddianın təmin edilməsini istisna etdiyindən, mübahisəli şəhadətnamələrin və əqdlərin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərə uyğunluğunun araşdırılması zəruriliyini də aradan qaldırır. İddiaçılar mərhum X8 qalan mirasa dair şəhadətnamələri, eləcədə mərhum Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlakların sağlığında bağışlanmasına dair bağlanmış müqavilələrini və verilmiş çıxarışları mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadıqlarından, eləcədə həmin şəhadətnamələrin və müqavilələrin ləğvini tələb etmək hüququ onların iştirakçılarına aid olduğundan iddiaçıların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini, vərəsəlik hüquqlarının tanınmasını, miras əmlakların vərəsələr arasında bölünməsini tələb etmək hüquqları da yoxdur. Bundan başqa kollegiya Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında qoyulan göstərişə uyğun olaraq müəyyən etmişdir ki, iddiaçılar tələblərində vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bağışlama müqaviləsinin ləğvini tələb etmişlər. Daha sonra kollegiya qeyd edir ki, həyat yoldaşından miras qalmış əmlak Abhəyat Quliyeva tərəfindən digər vərəsələrin miras əmlakdan imtina etmələri (o cümlədən baxılan iş üzrə iddiaçılar) səbəbindən ilkin olaraq fərdi yaşayış evi, bundan sonra isə torpaq sahəsi qəbul edilmişdir. Nə qədər ki, iddiaçılar atalarından miras qalmış əmlakı qəbul etməkdən notariat qaydasında imtina etmişlər və mirasın qəbul edilməsindən imtinanın geri götürülməsi yolverilməz olduğundan iddiaçıların atalarından miras qalmış əmlakın anaları tərəfindən qanuni əsaslar olmadan qəbul edilməsi ilə bağlı dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, hesab edir ki, Mirasdan imtina birtərəfli iradə ifadəsi hesab edildiyindən bu imtina formalaşdırıcı haqqa daha yaxın münasibət halına gəlmiş olur. Belə ki, Formalaşdırıcı haqlar birtərəfli iradə ifadəsi ilə həyata keçirilir; Formalaşdırıcı haqlar istifadə olunan kimi aradan qalxır/xitam olur. Bunun səbəbi odur ki, formalaşdırıcı haqlar istifadə olunduqda məqsəd əldə edilmiş olur. Yəni birtərəfli iradə ifadəsilə hüquqi münasibət arzu olunan hala gəlir; Formalaşdırıcı haqlar müəyyən edilən qaydada istifadə olunduqdan sonra onları geri bərpa etmək mümkün olmur. Belə ki, formalaşdırıcı haqqın istifadə olunması ilə birlikdə məqsəd əmələ gəldiyinə və mənafe də təmin olunmuş hesab olunduğuna görə formalaşdırıcı haqq da xitam olur. Məsələn, hazırki halda da iddiaçı mirasdan imtina etmişdir. Mülki qanunvericiliyə əsasən vərəsə mirasdan imtina etdikdən sonra bu imtinanı geri götürə bilməz. Formalaşdırıcı haqlar yuxarıda qeyd olunduğu kimi öz sahiblərinə birtərəfli istifadə olunmaqla başqalarının hüquqi vəziyyətini dəyişdirmək nəticəsini əmələ gətirən haqlardır. Belə olan halda hüquqi durumları formalaşdırıcı haqların istifadə olunması ilə birlikdə iradələri xaricində dəyişən mülki hüquq subyektlərinin öz hüquqi vəziyyətlərinin nə vaxt və hansı mahiyyətdə dəyişməsi barəsində aydın və konkret məlumata malik olması lazımdır. Formalaşdırıcı haqların istifadə olunmasından imtina edilməsi həm onlar (hüquqi vəziyyəti dəyişəcək olanlar) baxımından, həm də hüquq sistemi baxımından müəyyənliyi aradan qaldırar. Çünki mülki hüquqda şərt, hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsas götürülən, ancaq baş verib-verməyəcəyi məlum olmayan hal və ya hadisədir. Formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulan müddətlər kəsici müddətlər olur. Çünki formalaşdırıcı haqlar istifadə olunub əlaqədar tərəfə çatmaqla öz hüquqi təsirini əmələ gətirir. Əlaqədar tərəfin iradəsinin bunun qarşısını almaq baxımından bir təsir və rolu olmur: formalaşdırıcı haqlar birtərəfli qaydada hüquqa uyğun bir şəkildə haqq sahibi tərəfindən istifadə olunmaqla avtomatik olaraq istiqamətləndiyi hüquqi nəticəni əmələ gətirir. Belə bir haqqın istifadəsi hüquqi müstəvidə dərhal dəyişikliyə səbəb olduğuna görə, hüquqi müəyyənliyin təmin olunması ehtiyacı, bu cür haqlar üçün nəzərdə tutulan müddətlərin kəsici olmasını zəruri edir. Yəni formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulmuş olan müddətin ötürülməsi/keçməsi, avtomatik olaraq formalaşdıran haqqın öz-özlüyündən xitam olmasına səbəb olur. Hazırki halda da iddiaçı mirasdan imtinaya dair qanunvericiliyin ona tanımış olduğu haqdan istifadə etməklə miras paydan imtina etmişdir. Miras paydan imtina edilməsi barədə ərizənin geri götürülməsini qanunverici qadağan etmişdir. Yəni artıq iddiaçı imtina barədə ərizənin ləğv edilməsini tələb etmək hüququndan məhrum olmuşdur. İndiki halda bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Halbuki məhkəmələrin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM.m.217.1). Buna görə də, məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Nəticə olaraq daha sonra qeyd edir ki, (fərdi yaşayış evi və torpaq sahəsinin) cavabdehin mülkiyyətində olduğuna və onun adına aparılmış qeydin prezumpsiyasının qüvvədə olduğuna görə iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)-558/2020 saylı qətnaməsi mübahisələndirilən iddia tələbinin «miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində X3 mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953), Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payın müəyyən edilməsi» hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar