Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2215/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1042/2020 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 1992ci il tarixdə N saylı hərbi hissədən tərxis olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ərizəçi tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, 1992-ci ilin mart ayının 12-də N nömrəli hərbi hissənin tərkibinə erməni işğalçılarına qarşı gedən döyüşlərə cəlb edilmiş, 1992-ci ilin mart ayının 12-dən 1992-ci ilin sentyabr ayının 22-dək Ağdam və Laçın rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin döyüşlərdə iştirak etməsini döyüş yoldaşları da təsdiq edə bilərlər. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsindən ona ünvanlanmış məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək 1992-ci ilin mart ayının 12-dən 1992-ci ilin sentyabr ayının 22-dək Ağdam və Laçın rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hüquqi əməliyyatlı faktın müəyyən edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(051)- 2462/2018 saylı qətnaməsi ilə 1992-ci ilin mart ayının 12-dən 1992-ci ilin sentyabr ayının 22-dək Ağdam və Laçın rayonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış hərbi əməliyyatlarda iştirak etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Bundan sonra məhkəmə qətnaməsini, hərbi biletini və digər sənədlərini Müdafiə Nazirliyinə təqdim edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini məhkəmədən xahiş etmişdir. Lakin hazırkı vaxtadək müraciəti cavablandırılmamışdır. Ona görə də xx xxxxxxxx 1992-ci ildə N saylı hərbi hissədən tərxis olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 1992-ci ildən Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə Ərizəçi ilə birlikdə vuruşmuşdur. O, xx.xx.1992-ci ildə N saylı hərbi hissədən tərxis olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid X2 da oxşar məzmunlu izahat verərək şahid X3 izahatındakı xüsusatları təsdiq etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1042/2020 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktının müəyyən edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1042/2020 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində hüquqi əhəmiyyəti olan faktların tanınması üçün müəyyən olunmuş tələblərin pozulması ilə çıxarılmışdır. Belə ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan Mərkəzi Arxivin 17.05.216-cı il tarixli arayışında N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün araşdırma aparılmasının mümkün olmadığı bildirilmişdir. Eyni zamanda, təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxxx 2019-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum qərarının 1.2-ci bəndinə əsasən “hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Beləliklə də, Plenum qərarının yuxarıda qeyd olunan mövqeyinə görə iddiaçının hərbi hissədən ehtiyata buraxılması hərbi bilet, nizami hissə üzrə əmrlər, iddiaçının xidmətini təsdiq edən digər sənədlərlə təsdiq edilməli olduğundan məhkəmə tərəfindən xususi icraat qaydasında müəyyən edilə bilməz. Hesab edirlər ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1042/2020 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Ərizəçi və maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət edilsələr də, onlardan məhkəmə iclasına gələn olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, maraqlı tərəfin apellyasiya şikayəti əsaslıdır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Mülki Prosessuаl Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Mülki Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Ərizəçi məxsus hərbi biletin surətindən görünür ki, o, xx xxxx 1992-ci il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(051)- 2462/2018 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ilin mart ayının 12dən 1992-ci ilin sentyabr ayının 22-dək olan müddət ərzində Ağdam və Laçın rayonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış hərbi əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsi qət edilmişdir. İşdən göründüyü kimi, Ərizəçi, maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 1992-ci il tarixdə N saylı hərbi hissədən tərxis olunması barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsində həmin ərizəyə xüsusi icraat qaydasında baxılmış, Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1042/2020 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi (onun nümayəndəsi Namiq Əsədov)apellyasiya şikаyəti verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1042/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi ərizəçinin tələbinə etirazını və birinci instansiya məhkəməsinin həmin tələbi təmin edən qətnaməsindən şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini iddia etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında aşkar edilməmişdir. Ona görə də məhkəmədən əvvəl Müdafiə Nazirliyinə müraciət etmiş ərizəçiyə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Digər tərəfdən, ərizəçinin məhkəməyə müraciəti üzrə tərəflər (ərizəçi ilə maraqlı tərəf) arasında hüquq haqqında mübahisə olduğundan onun ərizəsinə xüsüsi icraat qaydasında baxıla bilməzdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, MPM-in Azərbaycan 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İş materiallarından göründüyü kimi, hazırkı işdə ərizəçi ilə maraqlı tərəf arasında hüquq haqqında mübahisə vardır. Ona görə də Ərizəçi ərizəsinə xüsusi icraat qaydasında, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi şəklində baxıla bilməzdi. Birinci instansiya məhkəməsi isə ərizəçinin tələbinə xüsusi icraat qaydasında baxıb ərizəni təmin edən qətnamə qəbul etməklə prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Halbuki, ərizəçinin müraciəti mülki məhkəmə icraatı qaydasında məhkəmə baxışının predmeti ola bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) qaydasında baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Hazırkı işin hallarından göründüyü kimi, ərizəçinin hüquqi marağı ona Müdafiə Nazirliyi tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarətdir. Ərizəçi bununla əlaqədar məhkəmədən əvvəl Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona müraciətinin təmin olunmasından imtina edilmişdir. Belə olduğu halda tərəflər arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə əlaqədardır və bu cür mübahisələrə inzibati məhkəmə icraatı qaydasında (inzibati məhkəmə tərəfindən) baxıla bilər. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsiqətnаməni tаmаmilə və yа qismən ləğv edə bilər, iş üzrə icrааtа xitаm verə və yаxud ərizəni bаxılmаmış sаxlаyа bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1042/2020 nömrəli qətnaməsi ləğv edilməli, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 391, 400, 402-404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1042/2020 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izаh edilir ki, o, ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməsinə səbəb olаn halları аrаdаn qаldırmaqla ümumi qаydаdа iddia ərizəsi ilə aidiyyəti məhkəməyə yenidən mürаciət edə bilər. Qərаrdаddаn surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2215/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2215/2020
18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver