Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2219/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Qənbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızının- “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(016)-679/2021 nömrəli qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Qənbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızı (maraqlı şəxslər Ağsu rayonu Çaparlı Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsigöstərilməklə) – Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsi üzərində ərizəçilərin mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək faktının müəyyən edilməsibarədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ağsu Rayon Məhkəməsinin (hakim E.Hümbətov) 16 iyul 2021-ci il tarixli, 2(016)- 679/2021 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsi üzərində ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi7, Ərizəçi5, Ərizəçi8, X1, Ərizəçi2 və Ərizəçi9 mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək faktı müəyyən edilmişdir Qətnamədən narazı qalan maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Təqdim olunmuş mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin adından baş mühəndisi vəzifəsini icra edən Fəxri Məlikov (apellyator) tərəfindən Ağsu Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(016)-679/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilsə də, qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətini və xidməti vəzifəsini təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin adından baş mühəndis vəzifəsini icra edən Fəxri Məlikov tərəfindən apellyasiya şikayəti verilərkən prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməmiş və qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətini və ya xidməti vəziyyətini təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ağsu Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(016)-679/2021 nömrəli qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2219/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2219/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver