Məhkəmə qərarları › İş №2(107)-2222/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2222/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2222/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Cəmil qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması haqqında Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(051)-1852/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Cəmil qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(051)-1852/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Cəmil qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malik olduğunun izah edilməsi qərara alınmışdır. İddiaçı 18.10.2021-ci il tarixdə şikayət ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2021-cı il tarixli, 2(051)- 1852/2021 saylı qərardadının ləğv edilməsi və onun Cavabdeh Cəmil qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(051)-1852/2021 nömrəli qərardadı ilə İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2021-cı il tarixli 2(051)-1852/2021 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(051)-1852/2021 nömrəli qərardadı tam, Mingəçevir Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(051)-1852/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 151.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddia ərizəsinin mümkünülyünün yoxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Həmin maddənin tələbinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını qərara alarkən iddia ərizəsində cavabdehin ünvanının ünvan 1iyası hesab edir ki, cavabdeh ünvanının hara olması məsələsi araşdırılmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ünvanını Tərtər rayonu olaraq yazsa da, bu hal işin materialları ilə təsdiqlənmir. İşin materiallarında cavabdehin ünvanını təsdiq edəcək heç bir sənədə rast gəlinmir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(051)-1852/2021 nömrəli qərardadı tam, 19 oktyabr 2021-ci il tarixli, 2(051)-1852/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh Cəmil qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 151.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddia ərizəsinin mümkünülyünün yoxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar