Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2237/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-563/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxx 2020-ci il tarixli 2(016)- 563/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) 3200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsümu olmaqla, cəmi 3230 manat məbləğin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN-0026, kod 40910048 saylı, xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağsu rayonu Cəlayır kəndi ərazisində yerləşən 4,67 hektar torpaq sahəsini həmkəndlisi Cavabdeh öz adından xx xxxxxxxx 2014-cü il tarixli, reyestrdə 7E-2799 nömrədə qeydə alınmış etibarnamə ilə 89 il 10 ay 24 gün müddətə ona etibar etmişdir. Həmin vaxt 4,67 hektar torpaq sahəsinə görə Cavabdeh 3200 manat pul ödəyib faktiki olaraq almışdır. Əvvəlcədən bilmişdir ki, Cavabdeh həmin torpaq sahəsini X1 etibarnamə əsasında almışdır. 3-4 il həmin sahədə arpa-buğda əkib becərmiş, lakin gəlir əldə edə bilməmişdir. 2016-cı ilin mart ayında X4 vəfat etmişdir. Həmin torpaq sahəsini alqı-satqı ilə öz adına rəsmiləşdirmək istəmiş və bu fikrini mərhumun ailə üzvlərinə bildirmişdir. Sonra Cavabdeh ona verdiyi etibarnamə əsasında mərhumun oğlu Hüseynov Zaurun adına xx.xx.2017-cı il tarixli ******* №li RX seriyalı çıxarış almış, çıxarışın alınması ilə əlaqədar bütün xərcləri özü ödəmişdir. Bundan sonra X6 torpağın onun adına rəsmiləşdirilməsindən imtina etmiş və torpağı əkib-becərməyə başlamışdır. Onun torpaqdan istifadə etməyinə etirazını bildirdikdə, Zaur Hüseynov ona torpağa görə verdiyi 3200 manat pulu Cavabdehdan tələb etməsini bildirmişdir. Məsələnin nə yerdə olduğunu Cavabdeh izah edərək, ona ödədiyi 3200 manat pulu qaytarmasını tələb etmişdir. Bu barədə dəfələrlə cavabdehə bildirmişdir. Lakin Cavabdeh ona verdiyi 3200 manat pulu qaytarmaqqan qətiyyətlə imtina edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini 3200 manat pul müqabilində İddiaçı satmışdır. Hazırda həmin məbləği ona borcludur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-563/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddiaçının pul tələbinə dair iddiasına iddia müddəti tətbiq edilməklə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iclasında o, iddianı qəbul etmədiyini bildirmişdir. Lakin məhkəmə qətnamədə onun guya iddianı tam qəbul etdiyini göstərmişdir. Halbuki, o, iddianın rədd olunmasını xahiş etmiş və məhkəmə iclasının protokoluna məhkəmə iclasının katibi tərəfindən qeydiyyat aparılmışdır. İş materialları ilə şifahi tanış olmuş və onun göstərdikləri iclas protokoluna yazılmışdır. Məhkəmə isə iddiaçının yalan və böhtan dolu iddiasına iddiaçının mənafelərinə uyğun inanaraq iddianın təmin eidlməsi barədə xx xxxx 2020-ci il tarixli qətnamə çıxarmışdır. Hazırda qətnamə ilə razılaşmır və Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını tələb edir. Habelə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, lakin məhkəmə onun ərizəsini nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-563/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2014-cü ildə verilmiş, reyestrdə 7E-2799 nömrə ilə qeyd edilmiş etibarnamənin surətindən görünür ki, X4, X7, X5, X2 adından verdikləri etibarnamə əsasında hərəkət edən nümayəndə Cavabdeh AR Dövlət və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN-00xx xxx 40910048 saylı xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağsu rayonu Cəlayir kənd ərazisində yerləşən 4.67 ha torpaq sahəsindən onlara çatan hissə üzərində sərəncam verməyi və digər hərəkətləri etməyi İddiaçı Qürbətəli oğluna etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Ağsu rayonu Cəlayir kəndində yerləşən 4.673 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə ölmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. İşin gerçək halları ilə müəyyən olunur ki, Ağsu rayonu Cəlayir kənd sakinləri X4 və qeyriləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN-0026, kod 40910048 saylı, xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Ağsu rayonu Cəlayır kəndi ərazisində yerləşən 4,67 hektar torpaq sahəsini Ağsu rayonu Cəlayir kənd sakini Cavabdeh xx xxxxxx 2014-cü il tarixli etibarnamə ilə etibar etmişlər. Ağsu rayonu Cəlayir kənd sakini Cavabdeh isə həmin etibarnamə əsasında sözügedən 4,67 hektar torpaq sahəsini öz adından həmkəndlisi İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli, reyestrdə 7E-2799 nömrədə qeydə alınmış etibarnamə ilə 89 il 10 ay 24 gün müddətə etibar etmişdir. İddiaçı həmin vaxt 4,67 hektar torpaq sahəsinə görə Cavabdeh 3200 manat pul ödəyərək faktiki olaraq satın almışdır. İddiaçı həmin torpaq sahəsini öz mülkiyyəti hesab edərək 3-4 il ərzində həmin torpaq sahəsini əkib-becərmişdir. Bu müddətdə onun torpaq sahəsindən istifadə etməsinə kimsə etiraz etməmişdir. 2016-cı ilin mart ayında əsl mülkiyyətçi X4 vəfat etmişdir. Həmin torpaq sahəsini alqı-satqı ilə öz adına rəsmiləşdirmək istəmiş və bu fikrini mərhumun ailə üzvlərinə bildirmişdir. Sonra mərhumun oğlu Hüseynov Zaurun adına xx.xx.2017-cı il tarixli, ******* №li RX seriyalı çıxarış tərtib edilmiş, iddiaçının deməsinə görə çıxarışın alınması ilə əlaqədar bütün xərcləri özü ödəmişdir. Bundan sonra X6 torpağın onun adına rəsmiləşdirilməsindən imtina etmiş və torpağı əkib-becərməyə başlamışdır. İddiaçı Zaurun torpaqdan istifadə etməyinə etirazını bildirdikdə sonuncu ona torpağa görə ödədiyi 3200 manat məbləğində pulu Cavabdehdan tələb etməsini bildirmişdir. Cavabdeh ona ödədiyi 3200 manat pulu qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh ona verdiyi 3200 manat pulu qaytarmaqan qətiyyətlə imtina etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilərək, 3200 manat məbləğində pul vəsaiti Suliddin Qarayevdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə edir və həyаtа keçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçıdan 3200 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi iddiaçı cavabdehin borclu olduğu 3200 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə kollegiya qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsinin iclasında sözügedən torpaq sahəsinə görə İddiaçı 3200 (üç min iki yüz) manat məbləğində pul almasını etiraf etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “məhkəmə qətnamədə onun guya iddianı tam qəbul etdiyini göstərmişdir. Halbuki, o, iddianın rədd olunmasını xahiş etmiş və məhkəmə iclasının protokoluna məhkəmə iclasının katibi tərəfindən qeydiyyat aparılmışdır. İş materialları ilə şifahi tanış olmuş və onun göstərdikləri iclas protokoluna yazılmışdır” dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli iclas protokolunda cavabdehin qeyd etdikləri öz əksini tapmamışdır. Tərəflər MPM-in 273-cü maddəsinə uyğun olaraq protokola qeyd vermək hüququna malkikdirlər ki, Cavabdeh tərəfindən də belə qeyd verilməmişdir. Bununla da, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olması təsdiq olunur. Kollegiya hesab edir ki, Cavabdeh İddiaçı 3200 (üç min iki yüz) manat məbləğində pul almadığını bildirsə də, bu barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasına görə iddiaçının tələbi iş materiallarında olan sübutlarla təsdiq olunduğuna görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X12 Məhkəməsi “X3” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X12 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-563/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-563/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2237/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2237/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver