Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2239/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiası və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)- 83/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) ilkin iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56-dan, xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmaları, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçınə qarşı xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10 (on) manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respubliasının Dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 ödədiyi 10 (on) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra - Zaqatala RİH) xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56-dan xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı balansında olan ünvan 4-da yerləşən yaşayış evi xidməti yaşayış sahəsi kimi İddiaçı Başçısının 5 iyul 2003-cü il tarixli 154 saylı sərəncamı ilə 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərmiş Zaqatala rayon Hərbi Komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 xidməti yaşayış sahəsi kimi verilmişdir, X5 uzun illər bundan əvvəl Zaqatala rayon Hərbi Komissarlığından işdən çıxıb getmişdir və eyni zamanda evdən də çıxmışdır. Lakin Cavabdeh1 heç bir sərəncam olmadan həmin ünvanda yerləşən Xİdməti mənzilə girərək bu günədək həmin mənzildə ailəsi ilə yaşamağa davam edir, Elburus Nəcəfov isə 05 yanvar 2014-cü il tarixdə Hərbi Komissarlıqdan işdən azad edilmişdir. Lakin buna baxmayaraq mənzili boşaltmamışdır. Dəfələrlə ondan mənzili boşaltması tələb olunsa da o, bu tələbə heç bir müsbit münasiət bildirməmişdir. Ona görə də, hazırki tələb ilə məhkəməyə müraciət etməli olmuşlar. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir Cavabdeh1 iddia ərizəsinə etiraz edərək ərizəsində bildirmişdir ki, iş üzrə İddiaçı Cavabdeh1 və digər ailə üzvlərimə qarşı "xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə müraciət etmiş və iş hazırda 2 (033)- 1113/2019 nömrəsi ilə məhkəmənin icraatındadır. O, 11.09.2003-cü il tarixdən hərbi xidmətini davam etdirmək üçün Zaqatala Rayon Hərbi Komissarlığına gəlmiş. Hərbi komissar polkovnik-leytenant Kamil Qurbanovun şifahi göstərişinə əsasən mart 2004-cü il tarixdə ailəsi ilə birlikdə hərbi komissarlığın sərəncamında olan xidməti mənzildə Sülh küçəsi 11, mənzil 55-ə köçmüşdür. O hərbi qulluqçudur. Ona görə də, Azərbaycan Respublikası Silahlı X1 İ fəslinin 3-cü maddəsinə əsasən komandirin şifahi və ya yazılı göstərişi əmrdir və sözsüz yerinə yetirilməlidir. Həmin vaxt polkovnik-leytenant Kamil Qurbanov bildirdi ki, İcra Hakimiyyəti bilir sərəncam verəcək. O on altı ildir ki, yaşayır. Həmin mənzildə yaşamağı qanunauyğundur, belə ki, bu müddət ərzində müxtəlif dövrlərdə üç nəfər rayon icra başçısı olub və heç kəs də onun bu mənzildə qanunsuz yaşadığını ona bildirməyib. Zaqatala şəhər Mənzil İstismar İdarəsinin rəisi də onun həmin mənzildə yaşadığını bilib. Belə ki, o dəfələrlə yaşayış yeri ilə bağlı oradan arayış almışdır. İddiaçı öz ərizəsində onun 2004-cü il tarixdən həmin mənzildə yaşadığını təsdiq edir. Eyni zamanda bildirir ki, iddiaçı ərizəsində onun həmin mənzildə qanunsuz yaşadığını göstərir. Onda necə ola bilər ki, o və onun ailə üzvlərinin adına 3 dəfə Prezident seçkilərinə, bir dəfə Konstitusiya dəyişiklikləri ilə əlaqədar referenduma, 3 dəfə bələdiyyə seçkiləri ilə bağlı onun yaşadığı ünvana bildirişlər göndərilib. O və onun ailə üzvləri bu səsvermələrdə fəal iştirak etmişlər. Bunu həmin mənzildə yaşayan qonşular da təsdiq edə bilər. 2004-cü ildən hal-hazıradək bütün kommunal xərclərini ödəyir. Belə ki, işıq, qaz, su təsərrüfatları ilə dövlət müqavilələri var və vaxtında ödəmələr etmişdir. Sübutları təqdim edə bilər. Belə olan halda iddiaçıya sual oluna bilər. Onun ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri bildiyi halda nəyə görə sərəncam verilməyib. Əgər verilməyibsə, deməli onlar tərəfindən qanun pozuntusu olunub və ya səhlənkarlıq olunub. Ona görə də bu işdə məsul şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi tövsif olunmalıdır. Odur ki, order və ya sərəncamın verilməməsində o yox, səlahiyyətli şəxs günahkardır. İddiaçı Cavabdeh1 və digərlərinə qarşı "xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılma tələbinə dair” iddia ərizəsinini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı balansında olan xidməti mənzildə ailəsi ilə birlikdə yaşamağının düzgünlüyü barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 4- da yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin tələb üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 hüquqi mövqelərini onunla əsaslandırmışdırlar ki, Cavabdeh1 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2003-cü ilin sentyabr ayında xidməti vəzifəsi ilə əlaqədar Müdafiə Nazirinin müvafiq əmri ilə Zaqatala rayon hərbi kommisarının müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin mart ayına qədər Zaqatala şəhərində ailəsi ilə birlikdə kirayədə yaşamışlar. 2005-ci ilin mart ayında Zaqatala rayon hərbi komissarı Polkovnik leytenant X17 şəhəri Sülh küç. 11, mən. 55 ünvanında yerləşən xidməti evin boş olduğunu və onların həmin mənzilə ailəliklə köçməsini bildirmişdir. Cavabdeh1 öz növbəsində ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Daha sonra Kamil Qurbanov Rayon İcra Hakimiyyətinə müraciət etdiyini və ona order veriləcəyini bildirmişdir. Sonrakı illərdə, yəni 2006-2007-ci illərdə rayon hərbi komissarı olmuş mayor İlqar Atayevə, 2007-2010-cu illərdə Polkovnik leytenant Əli Qəniyevə də şifahi olaraq eyni müraciətləri etmişdir. Lakin onlar da eyni sözü deyiblər ki, İcra Hakimiyyəti bilir, order veriləcək. Onlar 14 ildir ki, bu mənzildə yaşayırlar. Cavabdeh1 ehtiyatda olan mayor rütbəsini daşıyır. Azərbaycan Silahlı Qüvvələrində 30 il xidmət etmişdir. Cavabdeh4 hərbi qulluqçudur. X7 3-cü kursunda təhsil alır. Cavabdeh1 xidməti vəzifələrimi yerinə yetirərkən İİ qrup əlillik almışdır. Cavabdeh1 və ailəsinin daimi və ya müvəqqəti yaşayış yerləri yoxdur. Lakin İddiaçı bütün bunlara baxmayaraq onu xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarmaq istəyir. İddiaçı Başçısı Aparatının nümayəndəsi X10 qarşılıqlı iddia ərizəsinə etiraz edərək, Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2019-cu il 23 sentyabr tarixli, İş № 2(033)- 1113//2019 nömrəli mülki iş üzrə, cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Cavabdeh4 Çingiz oğlunun qarşılıqlı iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdehlər X12, Cavabdeh3, Cavabdeh4 Çingiz oğlu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia ərizəsinə öz münasibətini bildirərək izahatında göstərdi ki, İddiaçı balansında olan Zaqatala şəhəri, Sülh küçəsi ev 11 nömrəli mənzil, RlHB-nın 5 iyul 2003- cü il tarixli, 154 saylı sərəncamı ilə Zaqatala rayon Hərbi Komisarlığının çağırış bölməsinin rəisi vəzifəsində işləmiş X3 xidməti yaşayış sahəsi kimi verilmişdir. X5 xidmətdən tərxis olunmuş və xidməti mənzili boşaltmışdır. Boşalmış həmin mənzilə Komisarlığın işçisi Cavabdeh1 mənzil üzərində hüquqmüəyyənedici sənədləri olmadan köçmüş, lakin xidmətdən tərxis olunsa da mənzili təhvil verməmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Cavabdeh4 Çingiz oğlunun qarşılıqlı iddiası qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Cavabdeh1, etiraz ərizəsinin və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı tərəfindən verilmiş ilkin iddia ərizəsinin rədd edilməsini və İddiaçı balansında olan xidməti mənzildə ailəsi ilə birlikdə yaşamağının düzgünlüyü barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs Mənzil İstismar İdarəsinin rəisi X4 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs SHXDÇDX-nin Zaqatala rayon şöbəsinin nümayəndəsi kapitan X6 da ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli 2(107)- 1204/2020 nömrəli qətnaməsi ilə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)-83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2020-ci il tarixli 2(102)-5329/2020 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)- 1204/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli 2(107)- 683/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiasının təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiasının təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri Sülh küçəsi, 11 nömrəli evin 56 nömrəli mənzilindən istifadə hüquqlarının tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2021-ci il tarixli 2(102)-4725/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(107)- 683/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin İddiaçı mülkiyyətində olubolmamasını araşdırmamışdır. Bundan başqa, onlar həmin mənzildən 2004-cü ilin mart ayından istifadə edərək mənzilin bütün kommunal xərclərini ödəmiş və vaxtaşırı təmir etdirmişlər. Mənzildən istifadə ilə bağlı onların heç bir orqanla və ya şəxslə mübahisələri olmamışdır. Həmin mənzilə orderin verilməsi isə İddiaçı vəzifəsidir. Bundan başqa, evin boşaldılmasına dair onlara heç bir xəbərdarlıq edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 2-ci abzasına əsasən, bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 5-ci abzasına əsasən, hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. O, 30 ilə yaxın xidmət etmiş, ehtiyatda olan zabitdir. Xidməti vəzifəsini yerinə yetirərkən İİ qrup əlil olmuşdur. İddiaçı ona və ailə üzvlərinə növbədənkənar mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi vermək əvəzinə, heç bir yaşayış sahəsi verilmədən hal-hazırda yaşadığı evdən onun və ailə üzvlərinin çıxarılmasını tələb etməsi həm qanuna, həm də insanlığa ziddir. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin İddiaçı onlara qarşı yaşadıqları Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56 ünvanındakı yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmasına dair iddia tələbinin təmin edilməməsi və onların İddiaçınə qarşı Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddialarının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər . Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Cavabdeh1 izahatını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2021-ci il tarixli 2(102)-4725/2021 nömrəli qərarındakı göstərişlərini təmin edərək, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Surəti iş materiallarında olan İddiaçı Başçısının aparatı yanında Mənzil komissiyasının 3/1 nömrəli 04 iyul 2003-cü il tarixli qərarından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı 56 saylı mənzil 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayan rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X2 istifadəsinə verilməsi qərara alınmışdır. Surəti iş materiallarında olan İddiaçı Başçısının 154 nömrəli 05 iyul 2003-cü il tarixli sərancamından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı 56 saylı mənzil 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayan rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X2 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Mənzil İstismar İdarəsinin 30 oktyabr 2019-cu il tarixli 80 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binaları Dövlət mənzil fonduna aiddir. Həmin binalarda 8 və 56 nömrəli mənzillər xidməti mənzil fonduna aiddir. İş materiallarında olan Mənzil İstismar Sahəsi tərəfindən 02 sentyabr 2019-cu il tarixdə verilmiş 814 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında Cavabdeh1 öz ailə üzvləri olan həyat yoldaşıCavabdeh2, oğlu- Cavabdeh3, oğlu- Cavabdeh4 ilə birgə yaşayırlar. Surəti iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 05 oktyabr 2019-cu il tarixli 8/1614/N-16/2 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi 2019-cu il 21 avqust tarixli, 737 nömrəli məktubla RİH-ə müraciət edərək, RİH-in balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala Rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 6 ünvanlarında yerləşən mənzillərə şöbənin yeni əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Buna görə də Rayon İcra Hakimiyyəti həmin mənzillərdə yaşayan, Hərbi Komissarlıqda işləmiş, hazırda tərxis olunmuş şəxslərin ailələrinin xidməti mənzillərdən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Surəti iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin İddiaçı Başçısına ünvanlandığı 21 avqust 2019-cu il tarixli 737 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin hərbi qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. İddiaçı balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 6 ünvanda yerləşən mənzillərdə hal hazırda şöbəmizin keçmiş əməkdaşları müvəqqəti yaşayırlar. Həmin yaşayış sahələrinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hazırda xidmət edən əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsinə dair sistem çıxarışından görünür ki, 20.07.1965-ci il tarixdə anadan olmuş Cavabdeh1 ikinci dərəcəli əlili olması müəyyən olunmuşdur. Surəti iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası 03 nömrəli 26 aprel 2018-ci il tarixli qərarından görünür ki, Zaqatala RHK tərəfindən 03.02.2012-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş 1965-ci il təvəllüdlü Cavabdeh1 hərbi xidmətdə olduğu zaman aldığı və Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində 15.02.2013-cü ildən 12.03.2013-cü ilədək müayinə və müalicə olunduğu travma - diaqnoz: ’’Müştərək kəlləbeyin travması, baş beyin əzilməsi. Qabırğaların çoxsaylı sınığı. Sağ körpücüyünün, sağ qasıq və oturaq sümüyünün sınığı. Sol saidin çıxığı. Alt çənə sümüyünün sınığı” “hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” (SHXÇDX-nin Kadrlar və kadr hazırlığı idarəsinin 05.04.2018-ci tarixli 39 №-li məktubuna əsasən Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinin Ambulator, X16 Kartası 1157 №-li xəstəlik tarixindən çıxarış və SHXÇDX-nin Zaqatala Rayon Şöbəsinin 16.04.2018- ci il tarixli 77 nömrəli arayış SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasının həkim mütəxəssislərinin rəyi ilə təsdiq edilir). Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən 15 oktyabr 2019-cu il tarixdə verilmiş 376 nömrəli arayışdan görünür ki, Cavabdeh1 28.10.1992-ci il tarixdən 02.09.2003-cü il tarixədək keçmiş Dəvəçi rayon Hərbi komissarlığında, 02.09.2003-cü il tarixdən 07.05.2012-ci il tarixədək keçmiş Zaqatala rayon Hərbi Komissarlığında, 08.05.2012-ci il tarixdən 03.01.2014-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmiş və 03.01 2014-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X8”-nin Məhdud Məsuliyyətli Cəmiyyətinin Zaqatala rayon filialı tərəfindən verilmiş 60 nömrəli 16 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 29 May 2015-ci il tarixdən 17 Oktyabr 2016-cı il tarixədək HV və MHM MMC-nin Zaqatala rayon filialında metodist vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8.2, 152.1 və 152.5-ci maddələrinə, 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 100, 101.2, 103.2, 103.3, 104-cü maddəsinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli və “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli qərarlarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 101-ci maddəsinin İİ hissəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. Mənzil Məcəlləsinin 103-cü maddəsinin İİ hissəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Mənzil Məcəlləsinin 103-cü maddəsinin İİİ hissəsinə əsasən qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan Zaqatala şəhəri Sülh küçəsi 11 nömrəli evdə yerləşən 56 nömrəli, yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı mənzilin İddiaçı Başçısının aparatı yanında Mənzil komissiyasının 3/1 nömrəli 04 iyul 2003-cü il tarixli qərarı ilə 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayan rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X2 istifadəsinə verilməsi qərara alınmış və Zaqatala RİHB-in 154 nömrəli 05 iyul 2003-cü il tarixli sərəncamı ilə həmin mənzil Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X2 istifadəsinə verilmişdir. Həmin mənzildə hazırda 08.05.2012-ci il tarixdən 03.01 2014-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmiş və 03.01.2014-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi qeydiyyatda olan illik iddia üzrə Cavabdeh1 öz ailə üzvləri olan ilkin iddia üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə 2004-cü il mart ayından bu günədək yaşayır və mənzildən istifadə edirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin İddiaçı Başçısına müraciət edərək İddiaçı balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş Zaqatala şəhəri Sülh küçəsi bina 11/56 ünvanda yerləşən mənzildə hal hazırda şöbənin keçmiş əməkdaşları müvəqqəti yaşadıqlarını bildirmiş və həmin yaşayış sahələrinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hazırda xidmət edən əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişlər. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin müraciətinə əsasən hüquqi əsas olmadan Zaqatala şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56-dan xidməti yaşayış sahəsindən istifadə edən ilkin iddia ərizəsi üzrə cavabdehlərin digər yaşayış sahəsi verilmədən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 uzun illər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsini, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində xidmət keçdiyi müddət ərzində həmin xidməti mənzillə təmin olunmasını, xidməti mənzillə təmin olunması ilə bağlı dəfələrlə İddiaçınə və müxtəlif vaxtlarda İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin hərbi komissarına şifahi müraciətlərini, İİ qrup əlil olmasını nəzərə alaraq hazırda ailəsinin daimi və ya müvəqqəti yaşayış yerlərinin olmamasını bildirərək, ilkin iddia ərizəsinin rədd edilməsini və İddiaçı balansında olan ünvan 4-da yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda tərəflər arasında hüquq münasibətləri 2004-cü il yaranmışdır. Ona görə də məhkəmə yaranmış hüquq münasibətlərini 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Мənzil Məcəlləsinin (bundan sonraМənzil Məcəlləsi) tələbləri və normaları baxımından tənzimlənməsini məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Tədqiq edilən hüquq normalarından aydın olduğu kimi, xidməti yaşayış sahəsi xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti tərəfindən qəbul edilən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar əsasında verilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Halbuki, hazırki iş üzrə Cavabdeh1 yaşayış sahəsində istifadə üçün order verilməmişdir. Xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan Zaqatala şəhəri Sülh küçəsində yerləşən 11 nömrəli evin 56 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni əsaslar olmadan istifadə etmişlər. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Ona görə ki, qanunvericiliyin tələbinə əsasən xidməti yaşayış sahəsi müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bu əsasla da, cavabdehlərin həmin mənzil üzərində istifadə hüquqları tanına bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar barəsində mübahisə gedən mənzildə yaşamalarının və ya istifadə etmələrinin hüquqi əsasını təşkil edən hər hansı bir sübutu təqdim edə bilməmiş və bu hal məhkəmə araşdırılmasında da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nəcəfov X11 şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56-dan xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İddia ərizəsi təmin edildiyinə və qarşılıqlı iddia ərizəsi rədd edildiyinə görə dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Zaqatala şəhəri, Sülh küçəsi, 11 saylı evin 56 saylı mənzili xidməti mənzil fonduna aid olmaqla Zaqatala rayon Hərbi Komissarlığının (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin) əməkdaşlarının istifadəsi üçün təhkim edilib. İddiaçı Mənzil Komissiyasının 04 iyul 2003-cü il tarixli, 3/1 saylı Qərarına və Zaqatala rayon İHB-nın 05 iyul 2003-cü il tarixli, 154 saylı sərəncamına əsasən həmin mənzil 5 nəfər ailə üzvləri ilə birlikdə rayonun Hərbi Komissarlığının əməkdaşı Akif Cəbrayılovun istifadəsinə verilib. Hazırda iddiaçı, Akif Cəbrayılovun uzun illər bundan əvvəl Zaqatala Rayon Hərbi Komissarlığından işdən çıxdığını və mənzili boşaltdığını, heç bir hüquqi əsası olmadan cavabdehin xidməti mənzilə köçərək ailə üzvləri ilə birlikdə orada yaşadığını, 05 yanvar 2014-cü il tarixdən onun Hərbi Komissarlıqdan işdən azad edilməsinə baxmayaraq mənzili boşaldıb təhvil vermədiyini göstərib, cavabdehin və ailə üzvlərinin mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmalarını iddia edir. Cavabdehlər isə Cavabdeh1 1992-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyini, 2003-cü ilin sentyabr ayından xidməti vəzifəsi ilə əlaqədar Müdafiə Nazirliyinin əmri ilə Zaqatala Rayon Hərbi Komissarlığına müavin təyin edildiyini, 2005-ci ilin mart ayında Zaqatala Rayon Hərbi Komissarının razılığı ilə ailə üzvləri ilə birlikdə xidməti mənzilə köçdüyünü, ona İddiaçı tərəfindən xidməti orderin veriləcəyinin bildirildiyini, lakin xidməti orderin verilmədiyini və son 14 il müddət ərzində ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığını, Azərbaycan Silahlı Qüvvələrində 30 il müddətində xidmət etdiyini, hərbi qulluqçu kimi vəzifələrini yerinə yetirərkən İİ qrup əlil olduğunu, oğlu Cavabdeh4 isə hərbi qulluqçu olmaqla X9 təhsil aldığını göstərib, xidməti mənzildən istifadə hüquqlarının tanınmasını iddia edirlər. Cavabdeh qarşılıqlı iddia ərizəsində sözügedən xidməti mənzilə ailə üzvləri ilə birlikdə 2005-ci ilin mart ayında Zaqatala Rayon Hərbi Komissarının razılığı ilə köçdüyünü və sonradan onun adına İddiaçı tərəfindən order veriləcəyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir yazılı sübut təqdim etməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçı, iddia edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə xidməti mənzildən heç bir hüquqmüəyyənedici sənədləri olmadan istifadə edirlər və mənzilin onların istifadəsinə verilməsi haqqında İddiaçı tərəfindən hər hansı qərar qəbul edilməyib. Hazırda cavabdehin mübahisəli xidməti mənzildə deyil, 55 saylı mənzildə qeydiyyatda olması da bir daha qeyd olunanları təsdiq edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xidməti mənzilə görə kirayə haqqının və kommunal xərclərin ödənilməsi, mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün əsas ola bilməz. Ona görə də cavabdehin ailə üzvləri ilə birlikdə qanuni əsas olmadan 2005-ci ilin mart ayından fasiləsiz və etirazsız olaraq mübahisəli xidməti mənzildə yaşamaları, onların digər yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmamaları üçün əsas hesab edilə bilməz. Qeyd olunan hallar əslində cavabdehin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməsi üçün əsas ola bilər. Belə ki, həmin maddədə göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2239/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2239/2021
01.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver