Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-225/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh2 qarşı “Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evinin ½ hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasdan imtina, ləyaqətsiz vərəsə, prosessual hüquqi varis) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X11 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh2 qarşı “Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evinin ½ hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli 2(063)-242/2009 saylı qətnaməsindən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 adına ünvan 2 (indiki Heydər Əliyev küçəsi 9) evin ½ hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, həmin fərdi yaşayış evinin 1/4 hissəsinə miras qoyan Daşdəmirov Vəli Sədrəddin oğlunun yeganə oğlu və qanuni varisi İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m, köməkçi sahəsi 51,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/4 hissəsinin mülkiyyətçisi Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir. Kamran onun yeganə oğludur, həmin ünvanda doğulmuşdur. Kamranın anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə göstərilən ünvanda yaşamışlar. xx.xx.2003-cü ildə VCavabdeh3 vəfat etdikten sonra onun qardaşı Cavabdeh3 Kamranın qanuni nümayəndəsi olan anası Cavabdeh2 təzyiq edərək, atasından qalmış miras əmlakı onun maraqlarına və mənafeyinə uyğun olmayan şəkildə xx.xx.2004-cü ildə Ucar rayon Notariat kontorunda öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Ucar rayon Notariat kontoru qeyd edilən miras əmlakı rəsmiləşdirərkən yerli icra hakimiyətinin qəyyumluq və himayə orqanlarına məlumat verməli olduğu halda bunu etməyib. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh3 adına ünvan 2 (indiki Heydər Əliyev küçəsi 9) evin ¼ hissəsinə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin fərdi yaşayış evinin 1/4 hissəsinə miras qoyan Daşdəmirov Vəli Sədrəddin oğlunun yeganə oğlu və qanuni varisi İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ünvan 2 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m, köməkçi sahəsi 51,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/4 hissəsinin mülkiyyətçisi Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir. Kamran onun yeganə oğludur, həmin ünvanda doğulmuşdur. Kamranın anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə göstərilən ünvanda yaşamışlar. xx.xx.2003-cü ildə VCavabdeh3 vəfat etdikten sonra onun qardaşı Cavabdeh3 Kamranın qanuni nümayəndəsi olan anası Cavabdeh2 Kamranın atasından qalmış miras əmlak görə Cavabdeh3 500 ABŞ dolları alaraq miras paydan imtina etmişdir. Cavabdeh3 xx.xx.2004cü ildə Ucar rayon Notariat kontorunda öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ünvan 2 ünvanda (indiki Heydər Əliyev küçəsi 9) ümumi sahəsi 119,8 kv.m, yaşayış sahəsi 68 kv.m, köməkçi sahəsi 51,8 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 1/4 hissəsinin mülkiyyətçisi Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir. Kamran onun yeganə oğludur, həmin ünvanda doğulmuşdur. Kamranın anası Cavabdeh2 VCavabdeh3la aralarındakı nikah pozulana qədər birlikdə göstərilən ünvanda yaşamışlar. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh3 miras qoyan VCavabdeh3 xəstə olduğu vaxtlarda onun müalicəsinə kömək etmiş, o, vəfat etdikdən sonra dəfn mərasiminin xərclərini ödəmiş, mərhum qardaşından qalmış miras əmlakı olan fərdi yaşayış evinə köçmüş və həmin evə faktiki olaraq sahiblik etməyə başlamışdır. Mirası qanunvericilikdə müəyyən edilmiş müddət ərzində faktiki qəbul etmişdir. Miras qoyanın oğlu 1992-ci ildə anadan olmuş İddiaçı qanuni nümayəndəsi olan anası Cavabdeh2 2004-cü ilin may ayında Ucar rayon Notariat kontoruna ərizə verərək miras əmlakı oğlu İddiaçı adından qəbul etmədiyini göstərmiş, müddətin bərpası barədə iddia verməyəcəyini və fərdi yaşayış evinin Cavabdeh3 adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 ləyaqətsiz vərəsə olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 5 saylı qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1243.2, 1244, 1246, 1247, 1255, 1272 və 375.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərdən qaçıraraq olduqca yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan notariat işinin 14-cü səhifəsində isə Daşdəmirov Vəli Sədrəddin oğlunun verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00-da verilmişdir. Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X21 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tamamilə yalandır. Onların şəxsiyyətlərinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. Mülki Məcəllənin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və eynən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. İş materiallarından şahidlərin və vəsiyyəti imzalayan şəxslərin kimlikləri müəyyən olunmur. Bu da qanunvericiliyin tələblərinin vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. İş materiallarından görünür ki, şahidlərin yaşayış yerinə dair məlumatları və şəxsiyyətini idendifıkasiya edəcək hər hansı məlumatlar vəsiyyətnamədə və vərəsəlik işində öz əksini tapmamışdır. İş materiallarından görünür ki, vəsiyyət qoyan VCavabdeh3 “ŞİZOFRENİYA” diaqnozu qoyulmuşdur. Şizofreniya anlaqlığı istisna edən xəstəliklərin siyahısına daxildir. Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Habelə qanunvericiliyin məzmununa görə fəaliyyət qabiliyyətli sayılıbsayılmamasından aslı olmayaraq şəxs vəsiyyət edərkən anlaqsız vəziyyətdə ola bilər. Mülki Məcəllənin 346.1-ci maddəsində fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə əlavə edilən 2V-26 saylı Ucar Rayon Notariat Ofisinin notariat işindən görünür ki, həmin notariat işi ilə əlaqədar icraat notarius tərəfindən tamamilə qanunsuz və əsassız olaraq aparılmışdır. Belə ki, notariat işinin 2-ci səhifəsində qeyd olunmuşdur ki, Daşdəmirov Vəli Sədrəddin oğlu xx.xx.2003-cü il tarixdə bədən səthinin 1/3 hissəsinin termiki yanığı səbəbilə vəfat etmişdir. Həmin notariat işinin 14-cü səhifəsində isə Daşdəmirov Vəli Sədrəddin oğlunun verdiyi vəsiyyətnamə öz əksini tapmışdır. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00-da verilmişdir. (Yəni ölümündən 3 gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X21 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyatnaməni imzalasın. Bu tamamilə yalandır. X7 iddiaçının atası tərəfindən verilmiş vəsiyyətnamə tamamilə saxtalaşdırılmışdır. Birincisi iddiaçının atasının tək əlləri deyil, bədəninin 1/3 hissəsi yanmışdır. Tibb elminə görə termiki yanıq yanıqların ən ağır növünə aiddir. İddiaçının atası belə ağır vəziyyətdə vəsiyyətnamə verə bilməzdi. Üstəlik atası ekstrasens deyildi ki, o bilsin ki, o, 3 gün sonra vəfat edəcək. Bundan başqa iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X3 Vəli Sədrəddin oğluna dair Ambulator Kitabçasından çıxarışdan və digər sənədlərdən görünür ki, onun atası VCavabdeh3 “şizofreniya” diaqnozu qoyulmuşdur. Yəni o vəsiyyət verə bilməzdi. Onun verdiyi vəsiyyətnamə onsuz da bağlandığı andan etibarsızdır. Digər tərəfdən atası yananda affekt vəziyyətində olub. O heç danışa da bilmirdi. Çünki ona güclü ağrıkəsicilər vurulurdu ki, ağrını hiss etməsin. Bildiririk ki, atası VCavabdeh3 anlaqsızlığı tərəfindən mötəbər dəlillərlə tam olaraq sübuta yetirilmişdir. Ucar Rayon Məhkəməsi ümumiyyətlə onun atası VCavabdeh3 vəsiyyatnamə verdiyi anda “şizofreniya” xəstəliyinin olmasını və bədənin 1/3 hissəsinin termiki yanıqlarından dolayı affekt vəziyyətində olması faktını hüquqi qiymət verməmiş, necə deyərlər bu faktı görməzdən gələrək sanki yoxmuş kimi bu faktdan “yan keçmişdir”. İş materiallarından görünür ki, şizofreniya xəstəsi olan VCavabdeh3 öz əmlakını ölməmişdən 3 gün əvvəl öz doğma övladına deyil, yaşlı və ölüm ayağında olan Qətibə Daşdəmirovaya vəsiyyət etmişdir. Sizcə bu halın özü də şübhəli deyilmi ? Hansı ata öz mirasını 12 yaşlı övladına deyil, yaşlı və ölüm ayağında olan birinə bağışlayar ? İş materiallarından açıqaydın şəkildə görünür ki, VCavabdeh3 qardaşı Cavabdeh3 notariusun da yardımı ilə “iz itirməklə” öz qardaşının övladına çatası payı dolayı yollarla mənimsəmişdir. Bu nəinki qanuna zidd, həmçinin vicdansızlıqdır. Göründüyü kimi birinci intansiya məhkəməsi qeyd etdiyi bu hala da hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, 1 il 3 ay sonra Cavabdeh2 iddiaçının adından qəbul etməmə barədə ərizə yazmışdır. Halbuki qanunvericilik deyir ki, mirasdan 3 ay ərzində imtina oluna bilərdi. Yəni 1 il 3 aydan sonraiddiaçının anasını qucağında 11 yaşlı uşaqla məcburən qaçdığı Bakı şəhərindən Ucar Notariat Kontoruna çağırılıb ona məcburi yazdırılan ərizənin heç bir hüquqi qüvvəsi ola bilməz. Bu cür ərizə yazıldığı andan etibarsızdır. 1 il 3 ay sonra yazılmış ərizə artıq müddət bitdikdən sonra verildiyi üçün hüquq münasibətlərini dəyişdirmək və ləğv etmək iqtidarında deyildi. 1 il 3 ay sonra yazılan ərizənin qanunvericilik baxımından əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi işin bu hallarına hüquqi qiymət verməyərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Göründüyü kimi, məhkəmə işin halları və tətbiq etməli olduğu maddi hüquq normaları ilə bağlı səhv nəticəyə gəlmişdir. Bildirir ki, onun atası öləndə (xx.xx.2003-cü il) və miras açılarkən onun cəmi 11 yaşı olmuşdur. İş materiallarından görünür ki, 11 yaşlı uşağın köməksiz vəziyyətindən istifadə edərək ona məxsus əmlakı əmisi Cavabdeh3 ələ keçirmişdir. Nəyə görə ölənin İ dərəcəli vərəsəsi olaola ona münasibətdə İİ dərəcə vərəsə olan əmisi saxtakarlıq edərək əmlaka sahib çıxmalıdır? İş materiallarına əlavə etdiyi sənədlərdən görünür ki, açıq-aydın formada 11 yaşlı azyaşlı uşağın köməksiz vəziyyətdən olmasından və onun anasının hüquqi savadsızlığından sui-istifadə olunmuşdur. Hazırki evdə nəyə görə hazırda haqqı olan insan da yox, tək onun əmisinin oğlu və həyat yoldaşı yaşamalıdır ? O, 2016-cı il aprel döyüşlərinin, daha sonra 2020-ci il 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. İddia ərizəsinə əlavə edilən Azərbaycan Resublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinasının xx.xx.2021, xx.xx.2021 və xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı dağınıq ocaqlı nevroloji nişanələr, solda konverqensiya çatışmazlığı (nervus abducens) eksert diaqnozu ilə şəhadələndirilmişdir. (Kəllə beyin travması, baş beynin silkələnməsi və sol uzaqlaşdırıcı sinirin zədələnməsi). Bir gözü proyeksiyadan-yerindən qaçmışdır. Miras qoyan VCavabdeh3 yeganə İ növbədə olan vərəsəsi odur. İş materialları ilə açıq-aydın şəkildə müəyyən olunur ki, 2003-2004-cü illərdə o məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Belə ki, onun cəmi 11 yaşı olmuşdur. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. İş materiallarından göründüyü kimi, onun anası Cavabdeh2 mirasın qəbul edilməsindən imtina etmişdir. Lakin bu məhkəmənin icazəsi olmadan mümkün deyildi. Çünki həmin vaxt o azyaşlı idi və məhdud fəaliyyət qabiliyyətli idi. İş materiallarında olan notariat işinin 8-ci vərəqindən görünür ki, iddiaçı Cavabdeh2 mirasdan imtina barədə ərizəsini öz əli ilə yazmamışdır. Bunu məhkəməyə ünvanladığı ərizəsində özü də etiraf etmişdir. Beləki ərizə latın qrafikası ilə yazılsa da, kirilcə “Cavabdeh2” sözləri yazılmış və imza edilmişdir. Bildiririk ki, həmin ərizəni onun anası imzalasa da Ucar notariusi Elman Cəlalov ona saxta yollarla ona yardım adı ilə aldadaraq ərizəyə imza atdırmışdır. 2(063)-242/2009 saylı, 22 oktyabr 2009-cu il tarixli Ucar Rayon Məhkəməsinin qətnaməsində də onun anasının 500 dollar müqabilində ərizəyə imza etməsi faktı öz əksini tapır. Belə ki, Cavabdeh3 məhkəmədə öz dili ilə etiraf etmişdir ki, fərdi yaşayış evinin 1/4 hissəsindən ibarət miras əmlakın onun adına qeydə alınmasına etiraz etməməsi üçün ondan 500 ABŞ Dolları pul almışdır. Bunun özü bir etirafdır ki, 11 yaşlı uşağa məxsus mirası cavabdeh pul qarşılığında mənimsəmişdir. Bundan başqa həmin vaxt anası latın qrafikasını bilmirdi. Bunu özü də məhkəmədə təsdiq etmiş və bu barədə yazılı ərizə vermişdir. Ərizədən görünür ki, ərizə latınca yazılmış, lakin kirilcə imzalanmışdır. Ucar Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh1 notariusu X22 iddianı qəbul etməyərək bildirmişdir ki, onun tərəfindən Cavabdeh3 verilmiş Ucar şəhəri, Nərimanov (indiki Heydər Əliyev küçəsi 9) küçəsi 9 saylı evin 1/2 hissəsinə xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslarla verilmişdir. Bildirik ki, notariusun 2009-cu ildə məhkəməyə verdiyi izahat tamamilə yalan və absurddur. Vərəsəlik hüququ haqqında şəhadətnamə necə qanuni əsasla verilə bilərdi ki, məhdud fəaliyyət qabiliyyətli 1 növbəli vərəsə olan uşağa çatası miras əmlak İİ növbəli vərəsəyə verilərkən qəyyumluq və himayə orqanına müraciət edilməmiş və məhkəmənin icazəsi alınmamışdır ? İş materiallarına əlavə olunan Ucar Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışlardan görünür ki, Daşdəmirov Vəli Sədrəddin oğlu ilə Cavabdeh2 xx.xx.1991-ci ildə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikah xx.xx.1995-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi onun anası Cavabdeh2 boşandığına görə və üstündən 3 ildən çox müddət keçdiyinə görə onun atasına qarşı hər hansı əmlak tələbi ola bilməzdi və atasından ona çatası miras payına münasibətdə xx.xx.2004-cü ildə onun ziyanına və mənafelərinə zidd olan sərəncam verə bilməzdi. Bu halda işə qəyyumluq və himayəçilik orqanı cəlb olunmalı və məhkəməyə müraciət olunmalı idi. Bütün bu hallara da Ucar Rayon Notariat Kontoru nəzarət etməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir- birindən sonra vərəsə ola bilməzlər. Hətta Həmin Məcəllənin 1164-ci maddəsində qeyd olunmuşdur ki, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan maddəni də işə düzgün tətbiq etməmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək çoxsaylı səhvlərə yol vermişdir. İş materiallarından görünür ki, Qətibə Daşdəmirovanın ölümündən cəmi 2 ay keçdikdən sonra Cavabdeh3 vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələbinə görə altı (6 ay) aydan sonra verilə bilərdi. Notariat icraatının birinci səhifəsindən görünür ki, notarius Elman Cəlilov və Daşdəmirov Vəli Sədrəddin oğlu bilərəkdən-qəsdən Daşdəmirov Vəli Sədrəddin oğlunun övladları qismində ondan savayı X2 miras qoyanın oğlu və X5 isə miras qoyanın qızı kimi göstərilmişdir. Halbuki, iş materiallarından görünür ki, X1 Daşdəmirovun qardaşı, X9 isə VCavabdeh3 bacısıdır. Bundan əlavə, Daşdəmirov Vəli Sədrəddin oğlunun payını vəsiyyət etdiyi Qətibə Daşdəmirovanın adı vərəsəlik işinin birinci səhifəsində qeyd olunan həmin 17 saylı ərizədə göstərilməmişdir. Bundan əlavə, Daşdəmirov Vəli Sədrəddin oğlunun həyatı boyu cəmi bir vərəsəsi olmuşdur. O, da onun öldüyü gün 11 yaşı olan oğludur. Ucar rayon məhkəməsi mülki işə baxarkən konstitusion və konvension hüquqlarımı pozaraq aşağıdakıları nəzərdən qaçırmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Məsələn, onun atası VCavabdeh3 vəsiyyətnamə qoyarkən “şizofreniya” xəstəsi olması, onun vəsiyyətnaməni şəxsən tərtib etməməsi, vəsiyyətnaməni tərtib edərkən ölüm ayağında olması, ölüm səbəbinin bədən səthinin 1/3 hissəsinin termiki yanığı olması, vəsiyyətnamə qoyulan zamanı şahidlərin və vəsiyyətnaməni imzalayan şəxslərin şəxsiyyətinin müəyyən olunmaması, onun anası Cavabdeh2 ilə atası VCavabdeh3 1995-ci ildə rəsmi qaydada boşanmaları və bir-birinin vərəsəsi ola bilməməsi, onun anasının 3 ay ərzində deyil, 1 il 3 ay sonra hüquqi qüvvəsi olmayan mirası qəbul etməmə barədə ərizə yazması, onun vəsiyyətnamə qoyularkən 12 yaşında olması, köməksiz vəziyyətdə olması, çoxsaylı digər üzürlü səbəblərin olması və sair. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən onun xeyrinə mülki işdəki çoxsaylı faktiki hallar aydınlaşdırılmamış və qətnamədə həmin hallara istinad olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilmiş və istinad edilmiş halların heç biri sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin isin hallarına uyğun gəlməməmişdir. Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)242/2009 saylı qətnaməsi rəsmi qaydada təqdim olunmamış, yalnız Məhkəmə Hüquq Şurasına müraciət edəndən sonra rəsmi qaydada ona verilmişdir. Bildirir ki, həmin qətnamə qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli 2(063)-242/2009 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli 2(063)- 242/2009 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh3 hüquqi varisləri X18 və X24 məhkəməyə teleqram göndərərək məhkəmə iclasını onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-cı maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Maddə 1263. Yeganə vərəsənin mirasdan imtina etməsi; Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli 2(063)-242/2009 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli 2(063)-242/2009 saylı qətnaməsini apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il trarixli, 2(063)-242/2009 saylı qətnaməsi mübahisləndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Daşdəmirov Vəli Sədrəddin oğlunun verdiyi Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə, saat 17:00 da verilmişdir (yəni ölümündən üç gün əvvəl). Həmin vəsiyyətnaməni mərhumun özü deyil, X21 imzalamışdır. Əsas da o olmuşdur ki, bütün barmaqlar yandığına görə mərhum guya tapşırıq vermişdir ki, Söhrab Əskərov vəsiyyətnaməni imzalasın. Bu tamamilə yalandır. Vəsiyyətnaməni VCavabdeh3 əvəzindən imzalayan Söhrab Əskərovun, şahidlər X16 və X8 (şəxsi məlumatları) bilinmir. Onların şəxsiyyətinə dair notariat işində heç bir məlumat öz əksini tapmamışdır. İş materiallarından görünür ki, vəsiyyət qoyan “şizofreniya” xəstəsi olmuşdur. Ona görə də həmin vəsiyyətnamə etibarlı sayıla bilməz. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. İddiaçı Daşdəmirov X25 Rayon Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus ½ hissəsinə dair X6 verdiyi 07 fevral 2003-cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi;
2. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.1, 36.2, 157.1, 337.1, 337.3, 1268.2-ci maddələrini rəhbər tutmaqla 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 may 2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ½ hissədə Cavabdeh3 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması;
3. 10 sentyabr 2020-ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə X13 və X20 Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi;
4. Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması;
5. Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən miras əmlakın ½ hissəsi üzərində iddiaçının payının müəyyən olunması;
6. İddiaçının 10 fevral 2003-cü il tarixdə vəfat etmiş mərhum atası Daşdəmirov Vəli Sədrəddin oğlunun vərəsəsi kimi tanınması; 7.Ucar rayon dövlət notariat ofisinin notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün aidiyyəti prokurorluq orqanına göndərilməsi;
8. Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon notariat ofisinin üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Daşdəmirov X25 Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməmisi, Ucar Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(063)-400/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1977/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(107)-1942/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi apelyatorun vəsiyyətnamənin saxta olmaqla etibarsız olması barədə dəlilləri əsassızıdır. Çünki həmin dəlil qüvvədə olan qətnamə ilə təkzib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə iddiaçının şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə şəhadətnaməni mövcud və etibarlı hesab etmişdir. Qeyd edilməlidir ki, eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə şəhadətnamənin etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin şəhadətnamənin hüquqi nəticə əmələ gətirən etibarlı bir sənəd olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin şəhadətnamənin etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan şəhadətnamənin etibarlı olubolmaması baxımından heç bir əhəmiyyət kəsb etmir. Şikayətin digər dəlilləri ondan ibarətdir ki, Cavabdeh2 iddiaçının adından mirası qəbul etməmə barədə ərizəni miras açıldıqdan 1 il 3 ay sonra imtina etmişdir. Halbuki qanunvericilik deyir ki, mirasdan 3 ay ərzində imtina oluna bilərdi. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Məhdud fəaliyyət qabiliyyətli 1 növbəli vərəsə olan uşağa çatası miras əmlak İİ növbəli vərəsəyə verilərkən qəyyumluq və himayə orqanına müraciət edilməmiş və məhkəmənin icazəsi alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızıdır. Mülki Məcəllə; Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. (maddə 36.2) Ailə Məcəlləsi; Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. (maddə 55.4) İlk olaraq kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçının mirasda olan payından anası tərəfindən imtina edilməsi üçün qəyyumluq və himayə orqanına müraciət etməyə lüzum olmamışdır. Belə ki, qəyyumluq və himayə orqanına o vaxt müraciət etmək olardı ki, iddiaçı ya qəyyumluqda olsun yada himayə altında olsun. Halbuki həmin vaxt onun anası qanuni nümayəndə olaraq iddiaçını təmsil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli qərarında aşağıdakılar qeyd edilir; Müraciətdə qaldırılan fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2ci maddəsi). Mülki Məcəllənin 33-cü maddəsinə uyğun olaraq, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında da söhbət qəyyumluq və himayəçiliyin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edildiyini qeyd etməklə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin pozulmasının qarşısının alınmasından, onları üçüncü şəxslərin sui-istifadəsindən qorunması üçün təyin edildiyini, mirasdan imtinanın yalnız məhkəmə qaydasında mümkünlüyünü bildirir. Yəni Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mirasdan imtina o vaxt məhkəmə qaydasında həyata keçirilməlidir ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər qəyyumluq və himayə altında olmuş olsunlar. Hazırkı işdə iddiaçının mirasda olan payından qanuni nümayəndə olaraq anası tərəfindən imtina edilməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. İmtinanın 3 ay ərzində reallaşdırılmamasına dair şikayətin dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, şikayətin bu dəlili də qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə əsas ola bilməz. Yəni imtinanın 3 ay ərzində reallaşdırılmaması yuxarıda qeyd edilən şəhadətnamənin etibarsızlığına əsas olsada ləğvi üçün əsas deyildir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvini tələb etmişdir. Yuxarıda qeyd edilən qətnamədən görünür ki, iddiaçının Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması tələbi təmin edilməmiş qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il trarixli, 2(063)-242/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il trarixli, 2(063)-242/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.