Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2259/2021 19.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(037)-307/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 (bundan sonra cavabdeh) 11866.30 manat əsas borc, əldən çıxmış fayda 12.000 manat, borc aldığı 1089 manat, müxtəlif şəxslərin adına yazdığı 139.20 manat və 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 25124.90 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 04 oktyabr 2021-ci il tarixli, 2(037)-307/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X5 11866.30 manat əsas borc, 1089 manat şəxsi məqsədlər üçün aldığı borc, 139.20 manat müxtəlif şəxslərin adına borc olaraq yazıb mənimsədiyi borc və 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13124.90 manat (on üç min bir yüz iyirmi dörd manat doxsan qəpik) pul alınaraq İddiaçı verilməsi, məhkəmə xəttşünaslıq ekspertizası tədqiqatının dəyəri 126 manat və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat olmaqla, ümumilikdə 226 (iki yüz iyirmi altı) manat məbləğində pulun cavabdehdən tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və cavabdeh X1 Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(037)-307/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Kollegiya apellyatorların iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən poçt zərfindən (i/m səh. 171) müəyyən olundu ki, iddiaçı sözügedən qətnamədən apellyasiya şikayətini 01 noyabr 2021-ci il tarixdə poçt şöbəsinə, cavabdeh isə 15 noyabr 2021-ci il tarixdə (əsas İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli daxil olma möhrü) məhkəməyə təqdim etmişdir . Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. İsmayıllı Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə həmçinin münasibət bildirərək qeyd edir ki, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilsə də, həmin rüsüm apellyasiya məhkəməsi üçün deyil, təyinatı birinci instansiya məhkəmələri üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən də kollegiya ödənilmiş dövlət rüsümunu apellyasiya şikayəti ilə bağlı əlaqələndirə bilmir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara, apellyasiya şikayətinin MPM-in 10- 1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə, həmçinin cavabdeh tərəfindən dövlət rüsumunun lazımi qaydada ödənilməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpelyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdirsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apellyasiya şikayəti qaytarılır. 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(037)-307/2021 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyrimümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün İsmayıllı Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov Hakimlər Ələddin Məcidov Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2259/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2259/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver