Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-226/2020 13.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarəttərkibdə, Salmanov ƏliSabiroğlununməhkəmə iclaskatibiyi, İddiaçı Cavabdeh Ağsu Regional X8 nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh Ağsu X1rşı müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa tələbinə dаir mülki iş üzrə çıxarılmış Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh Ağsu X14 İdarəsi tərəfindənverilmiş apelyasiya şikayətinə ŞəkiApelyasiyaMəhkəməsinininzibatibinasında аçıqməhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: X9 Abbasov Cavabdeh Ağsu X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa edilməsi barədə qətnamə çəxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli (hakim E.Hümbətov) qətnaməsi ilə Cavabdeh Ağsu Regional X12 xx xxxxxx 2019-cu il tarixli 16/k saylı əmrinin ləğv edilməsi, Cavabdeh Ağsu X14 İdarəsi ilə X9 Abbasov arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla iddiaçı X22 X3 rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işinə bərpa olunması və əmək münasibətlərinin davam etdirilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh Ağsu X14 İdarəsi аpelyаsiyа şikаyəti verərək Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2010-cu ildə Azərbaycan Dövlət X15 üzrə Qaz X3 Qaz İstismar Sahəsinin 01/k saylı əmri ilə sayğacların qəbulu və istismarı xidmətinə ölçü cihazları və avtomatika üzrə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. Sonrakı illərdə işlədiyi təşkilat Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərməklə müxtəlif adlarla adlandırılmış, lakin fəaliyyət təyinatı və mülkiyyətçi “ARDNŞ” adı dəyişdirilməmişdir. Yalnız idarəçilik forması bu və ya digər formada dəyişdirilmişdir. Beləliklə də, xx xxxx 2010-cu ildən xx xxxxxx 2019-cu il tarixədək fasiləsiz olaraq X13 çalışmışdır. 2015-ci ilin əvvəllərində Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərməklə Cavabdeh Ağsu X14 İdarəsi yaradılaraq X16 Sahəsi həmin təşkilatın tabeçiliyinə keçmişdir. Bununla əlaqədar olaraq X16 Sahəsinin rəisinin xx xxxxxx 2015-ci il tarixli əmri ilə formal olaraq işdən azad olunmuş və 3 gündən sonra xx xxxxxx 2015-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh Ağsu Regional X8 237k nömrəli əmri ilə Ağsu Regional X8 “İsmayıllı rayonu üzrə təbii qazın qəbulu və satışı xidməti” adlandırılan keçmiş X16 Sahəsində 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. Beləliklə də, xx xxxx 2010cu ildən xx xxxxxx 2019-cu il tarixə kimi fasiləsiz olaraq Azərbaycan Dövlət X7 X17 eyni bir vəzifəni icra edir. Lakin Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh Ağsu X14 İdarəsi tərəfindən qanunsuz olaraq onunla qısa müddətli, yəni bir illik əmək müqavilələri bağlanaraq dörd il ardıcıl işləmişdir. Lakin cavabdeh təşkilat tabeçiliyində olan işçilərin asılı, köməksiz vəziyyətindən istifadə edərək heç bir əsas olmadan, yəni Azərbaycan Respublikası əmək Məcəlləsinin 47-ci maddəsində müvəqqəti əmək müqaviləsinin bağlanması üçün əsas olan halların olmadığı halda digər işçilərlə yanaşı onunla da bir illik əmək müqavilələri bağlanmaqla və hər il həmin müqavilələri heç bir lüzum olmadan təzələməklə qanundan sui-istifadə edərək onları asılı vəziyyətdə saxlamışdır. Son nəticədə Cavabdeh Ağsu Regional X12 xx xxxxxx 2019-cu il tarixli müddətinin bitməsi ilə bağlı əmək müqaviləsinə əsassız və qərəzli olaraq xitam verilmişdir. Qeyd edir ki, xx xxxx 2010-cu ildən eyni bir sahədə və eyni əmək funksiyasını yerinə yetirməklə həm yüksək əmək təcrübəsi qazanmış, uzun illər nöqsansız işləmiş, üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirmişdir. Heç bir ixtisar olmadığı, işlədiyi sahə üzrə yerinə yetirdiyi əmək funksiyasına ehtiyac olmaqla həmin sahənin fəaliyyətdə olmasına baxmayaraq 9 illik iş təcrübəsinə malik, orta-ixtisas təhsilli, himayəsində iki azyaşlı uşağı, ağır əməliyyat olunmuş və heç bir əmək qabiliyyəti olmayan həyat yoldaşı, xəstə bacısı, ahıl, yaşlı, yəni 70 yaşdan yuxarı valideynləri olan bir şəxsi formal olaraq əmək müqaviləsinin müddətinin başa çatması bəhanəsi ilə işdən azad edirlər. Bütün bunlar heç bir xəbərdarlıq olmadan, başqa iş tapmaq şansı verilmədən bir günün ərzində həyata keçirilir. İcra etdiyi əmək funksiyası hazırda boşdur və idarənin daxili əmri ilə vakansiya kimi siyahıda yer tutur. Odur ki, Cavabdeh Ağsu Regional X12 xx xxxxxx 2019-cu il tarixli 16/k saylı əmrinin ləğv edilməsi, onunla cavabdeh təşkilat arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla işinə bərpa olunması və əmək münasibətlərinin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı iddianın verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu Regional X8 xx.xx.2019-cu il tarixli 16/k nömrəli əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyini, həmin gün xəstə olmaqla əmək qabiliyyətinin olmaması vərəqəsinin yazıldığını, bununla yanaşı cavabdeh təşkilat əmək müqaviləsinə xitam verilmiş şəxslərin yenidən işə qəbul olunacağı barədə şifahi bildirildiyindən gözləmə mövqeyində qalaraq vaxtında iddia verə bilmədiyini, odur ki, qeyd olunan əmrdən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Ağsu X14 İdarəsi iddia tələbində qeyd etdikləri ilə yanaşı apelyasıya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, X22 İstismar İdarəsi ARDNŞ-nin Cavabdeh” İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Ucar, Qəbələ, Qobustan, Göyçay və Ağdaş qaz istismarı sahələrinin müddi-texniki bazasında ARDNŞ-nin xx xxxxxx 2014-cü il tarixli, ARDNŞ/14-1000/01SM-04-000118 nömrəli əmrinə əsasən yaradılmış və müvafiq olaraq ARDNŞ tərəfindən əsasnaməsi təsdiq edilmişdir. İddiaçı ilə Ağsu RQİİ arasında bir il müddətinə xx.xx.2015-ci il tarixdə 237 saylı əmək müqaviləsi bağlanaraq Ağsu RQİİ-nin eynitarixli əmri ilə İsmayıllı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin 05-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində dəfələrlə nöqsanlara yol vermişdir. Bundan əlavə iddiaçı tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş iddia müddəti də buraxılmışdır. İddiaçı ilə X22 İstismar İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixli, 16 k saylı əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr və əmək kitabçası iddiaçının ünvanına rəsmi şəkildə poçtla xx.xx.2019-cu ildə göndərilmiş və xx.xx.2019-cu il tarixdə qəbul etmişdir. Lakin iddiaçı tərəfindən Ağsu rayon Məhkəməsində 6 aydan sonra iddia qaldırmışdır. Həmçinin İddiaçı tərəfindən xx xxxxx 2019-cu il tarixdə İsmayıllı rayon Məşğulluq Mərkəzinin 123 nömrəli göndərişi əsasında X22 X3 XS-nə xidmət müqaviləsi əsasında işə qəbul edilmişdir. Məlum olduğu kimi məşğulluq mərkəzləri tərəfindən göndərişlər qeydiyyata alınmış və işləməyən vətəndaşlara təqdim edilir. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Ağsu Regional X8 nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, idddiaçı eyni uzun illər işi icra etməsinə baxmayaraq, struktur dəyişikliyi ilə əlaqədar hazırki təşkilatın adı bir neçə dəfə dəyişmişdir. Sonuncu dəyişiklik də 2015-cil tarixdə olmuş, bundan sonra iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Sonuncu müqavilənin də müddəti xx.xx.2019cu ilı tarixdə bitdiyindən iddiaçı müddətin bitməsi səbəbindən işdən azad olmuşdur. Düzdür, iddiaçı ilə sonradan xidməti müqavilə bağlanaraq fərdi sahibkar kimi işə cəlb olunmuşdur. Əlavə olaraq bildirir ki, iddiaçı barəsində intizam tədbiri görülməsə də, nöqsanlı bir işçi olmuşdur. Bundan əlavə iddaçı məhkəməyə müraciət etmək üçün müddəti də ötürmüşdür. Hesab edir ki, apelyasiya şikayəti tam əsaslıdır, ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o 9 ildən çoxdur ki, fasiləsiz olaraq həmin idarədə işləmiş, daim öz işinə nizam-intizamla yanaşmışdır. İşlədiyi müddət ərzində barəsində heç vaxt intizam tənbehi tətbiq edilməmişdir. İşlədiyi bu doqquz il ərzində təşkilatın adı bir neçə dəfə dəyişməsinə baxmayaraq, o həmişə eyni işi icra etmişdir. Lakin sonuncu dəyişiklikdən sonra cavabdeh təşkilat onunla müddətli müqavilə bağlamış, sonuncu müqavilənin müddəti bitəndən sonra da onu işdən azad etmişdir. O, dəfələrlə cavabdeh təşkilata müraciət etmiş və sonda onunla xidməti müqavilə adlanan müqavilə bağlanmışdır. O, xidməti müqavilə bağlanmamışdan əvvəl idarəyə müraciət etmiş, lakin ondan şikayətinin olmaması və işlə təmin olunması barədə ərizə almışlar. Sonra, yəni mart bayramları qurtardıqdan sonra aprel ayında onunla xidməti müqavilə bağlanmışdır. O, sonradan başa düşmüşdür ki, cavabdeh tərəf ona yalan vədlər verməklə müddətin keçməsinə çalışmışdır. İddiaçı sonda Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasıya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasıya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasıya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasıya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasıya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasıya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasıya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasıya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla birlikdə araşdırıb, işdə iştirak edən şəxslərin izahat və ifadələrini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasıya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 237 nömrəli Əmək müqaviləsinin təsdiq olunmuş surəti ilə müəyyən edilir ki, İddiaçı X22 X2 rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsi xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək bir il müddətinə bağlanmışdır. 042267 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən göründüyü kimi, İddiaçı xx.xx.2010-cu il tarixli, 01/k saylı əmrlə ARDNŞ Regionlar üzrə Qaz X3 Qaz İstismar Sahəsi Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə təyin edilmişdir. Cavabdeh Ağsu RQİİ-nin xx.xx.2019-cu il tarixli, 16/K saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə müəyyən olunur ki, X22 X2 rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər İddiaçıla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmişdir. Sifarişçi Cavabdeh İB Ağsu Regional X12 rəisi X6 ilə AR Vergilər Nazirliyi 10 saylı X18 tərəfindən xx.xx.2007-ci il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) əsasında fəaliyyət göstərən fərdi sahibkar – icraçı İddiaçı arasında xx xxxxx 2019-cu il tarixli, 319 saylı xidmət müqaviləsi bağlanmışdır. “Xidmət müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubla, X22 istismar idarəsi tərəfindən həmin xidməti müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verildiyi, buna əsas kimi xidməti müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi, iki həftə və ondan çox müddətdə üzürsüz səbəbdən işə çıxmayaraq işə davamiyyət kitabında qeydiyyatdan keçməməsi qeyd edilmişdir. Beləliklə məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsassız olmaqla qətnamənin ləğvi və iddianın rədd olunması üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəllənin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 4-ci hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından göründüyü kimi əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri(sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri(sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı(istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin xx.xx.2010-cü il tarixli, 1/k saylı əmriilə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. Sonuncu dəfə tərəflər arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanmış, müddət bitdikdən sonra tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə dəfələrlə uzadılmışdır. Cavadehin xx.xx.2019-cu il tarixli, 16/K saylı əmri ilə isə tərəflər arasındakı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, lakin tərəflər arasında xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi bağlanmış və iddiaçı əvvəlki peşəsini bu müqavilə əsasında icra etməyə davam etmişdir. İddiaçı tələbini işinin həm daimi xarakterə malik olması və əmək müqaviləsinə xəstələnməsi səbəbindən iş yerində olmadığı dövrdə xitam verilməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və bu hal cavabdehə qabaqcadan bəlli olduğu halda, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müqavilə əvvəl müəyyən olunmuş müddətə dəfələrlə uzadılmışdır. İddiaçı ilə eyni işi icra etməsi üçün xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin bağlanması da, iddiaçının tutduğu vəzifənin daimi xarakterə malik olduğunu təsdiq qedir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər qeyrimüəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh iddiaya etirazını həmçinin, apelyasiya şikayətində iddiaçını nöqsanlı işçi kimi qeyd etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, dəfələrlə nöqsanlara yol vermiş şəxslə əmək münasibətinə xitam verildikdən sonra eyni işi icra etməsi üçün xidmət müqavilənin bağlanması heç də ağlabatan və inandırıcı görünmür. İkincisi, cavabdeh tərəfin iddia müddətini mübahisələndirməsinə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, iddiaçı işdən azad edildikdən sonra cavabdeh təşkilata müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçıdan ərizə alınmaqla onunla sonradan xidməti müqavilə bağlanılaraq onun işlə təmin olunması görüntüsü yaradılmışdır ki, bu da iddiaçıda müəyyən arxayınlıq və cavabdehə güvənlik yaratmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, iddia müddətinin üzrsüz səbəbdən buraxılması işçinin pozulmuş hüquqlarının bərpası üçün müraciət etmək hüququndan məhrum etmir. Sadəcə bu halda müddətin buraxılması səbəbinə xüsusi diqqət yetirilməlidir. Hazırki işin faktiki halından da göründüyü kimi tərəflər arasındakı müqaviləyə xitam verildikdən sonra iddiaçı heç də susmamış, cavabdeh təşkilata müraciət etməklə öz hüququnun bərpasına çalışmış, qarşı tərəf də iddiaçı ilə xidməti müqavilə bağlamaqla iddiaçıda əminlik yaratmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin iddiaçı ilə xidmət müqaviləsi bağlamaqla onu faktiki işlə təmin etməsini, bununla da iddiaçı ilə münasibətlərini davam etdirmək niyyətində olduğunu nümayiş etdirdiyini nəzərə alaraq, ona yenidən işə qəbul olunacağını şifahi bildirildiyinə dair iddiaçının dəlillərini inandırıcı sayır və iddia müddətinin ötürülməsi səbəbini üzürlü–iddiaçının cavabdehə inanması səbəbindən olduğu üçün iddiaçının pozulmuş hüququnun müdafiə edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasıya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ağsu Regional X8 apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsi verilmiş apelyasıya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-226/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-226/2020
13.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver