Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2271/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-641/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-641/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilərək idiaçı İddiaçı ünvan 1ində yerləşən, mərhum həyat yoldaşı X5 məxsus 0,169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kv.m., yardımçı sahəsi 49,85 kv.m., yaşayış sahəsi 77,1 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən, mərhum həyat yoldaşı X5 məxsus 0,1832 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kv.m, yardımçı sahəsi 49,85 kv.m, yaşayış sahəsi 77,1 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının ünvan 1ində yerləşən, mərhum həyat yoldaşı X5 məxsus 0,169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kv.m, yardımçı sahəsi 49,85 kv.m, yaşayış sahəsi 77,1 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, X5 xx xxxx 2014-cü il tarixdə rəsmi nikahla ərə köçmüşdür. Əri xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. O, mərhumun ikinci arvadıdır. Mərhumun birinci həyat yoldaşından 3 övladı olmuşdur. Mərhum həyat yoldaşının mülkiyyətində Zilban kəndində 0,1832 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kv.m, yardımçı sahəsi 49,85 kv.m, yaşayış sahəsi 77,1 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin mərhum ərinin mülkiyyətində olduğuna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış vardır. Mərhum əri rəhmətə gedəndən sonra cavabdeh onu evdən çıxararaq onu həmin evdə yaşamağa qoymur. Lakin onun başqa yaşayış yeri yoxdur. O, hal-hazırda müvəqqəti olaraq atası evində yaşayır. O, mərhum Mollaramazan Serovun vərəsəsidir, həmin evdə onun da mülkiyyət hüququ vardır. Cavabdeh onu həmin evdə yaşamağa qoymadığına görə o mülkiyyət hüququ əldə edə bilmir. Lakin evdə yaşamaq və evdən istifadə etmək mülkiyyət hüququnun tərkib hissəsidir. Hesab edir ki, ünvan 1ində yerləşən 0,169 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən onun istifadə etməsinə, o cümlədən, həmin fərdi yaşayış evinə köçürülməsinə Cavabdeh yaratdığı hər hansı maneə qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərmişdir ki, iddiaçı X2 ilə xx xxxx 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə X7 vəfat etmiş və onun mülkiyyətində olan ünvan 1ində 0,169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kv.m, yardımçı sahəsi 49,85 kv.m, yaşayış sahəsi 77,1 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən ölənin arvadı (əri) birinci növbəli vərəsə hesab edilir. Hazırda İddiaçı cavabdeh tərəfindən faktiki mülkiyyətçisi hesab edilə biləcəyi əmlakdan 2020-ci ilin may ayında qanunsuz çıxarılmışdır. O, müvəqqəti olaraq atası evinə sığınmışdır və onun başqa yaşayış yeri yoxdur. İddiaçının cavabdehə qarşı olan qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair digər iddiası Zaqatala Rayon Məhkəməsinin icraatındadır. Odur ki, hüquqlarını müdafiə etdiyi iddiaçının cavabdehə qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. X2 onun atasıdır və sonuncudan ünvan 1ində 0,169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kv.m, yardımçı sahəsi 49,85 kv.m, yaşayış sahəsi 77,1 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. X1 vəfatından sonra 2020-ci ilin may ayında könüllü olaraq çıxıb atası evinə getmişdir. X2 vəfat edənədək həmin evdə o, iddiaçı və atası birlikdə yaşamışlar. İddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili X8 çıxış edərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh X2nun oğludur və onun birinci növbəli vərəsəsidir. X3 ünvan 1ində 0,169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kv.m, yardımçı sahəsi 49,85 kv.m, yaşayış sahəsi 77,1 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Molaramazan Serov vəfat edənədək həmin əmlakda onlar cavabdehlə birgə yaşamışlar. Mollaramazan Serov xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş və 2020-ci ilin may ayında iddiaçı könüllü olaraq özünə məxsus olan əşyaları götürməklə həmin fərdi yaşayış evindən çıxmış və yaşamaq üçün atası evinə getmişdir. Odur ki, bütün qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-641/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-641/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, iddiaçının mərhum atası X5 məxsus olan və ünvan 1ində yerləşən fərdi yaşayış evinə daxil olmasına heç vaxt maneçilik törətməmişdir. Əksinə, iddiaçı aralarında olan razılaşmaya əsasən ev əşyalarının və həyətdəki mal-qaranın əvəzində atasından miras qalmış əmlaklardan ona çatacaq paydan imtina etmiş və bütün əşyaları və həmin heyvanları götürərək evdən çıxmışdır. Hazırda mərhum atası X5 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış Şəki İnzibati Məhkəməsində mübahisələndirilir. Bu səbəbdən də ədalətli qərar vermək üçün həmin işin nəticəsinin gözlənilməsi zəruridir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)- 641/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 060202 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü ünvan 1ində kəndində yerləşən X5 Zaqatala Rayon Aqrar İslahatı Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmiş 1832,02 kv.m. həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********54-10301 olan, X4 adına qeydiyyata alınmış ünvan 1ində 0,1832 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 2 mərtəbəli, 3 otaqlı olmaqla, 126,95 kv.m ümumi sahə, 77,1 kv.m. yaşayış sahəsi, 49,85 kv.m. yardımçı sahədən ibarətdir. xx xxxxxxx 2011-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ƏMDK-in yanında DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, 1585 nömrəli arayışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci ildə verilən arayış əsasında ünvan 1i ünvanında yerləşən 1985-ci ildə tikilmiş, yaşayış sahəsi 77,1 kv.m., yardımçı sahəsi 49,85 kv.m., ümumi sahəsi 126,95 kv.m. olan 2 mərtəbəli 3 otaqlı evin hüquq müəyyən edici sənəd üzrə 0,1832 ha, faktiki 0,187 ha torpaq sahəsindən satıcı X7 142,0 kv.m. torpaq sahəsini alıcı X6 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********84-10301 olan ünvan 1ində 0,169 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 126,95 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, X7 və Osiyeva Mövlüdə İbadullah qızı arasında nikah bağlanmış və bu barədə xx xxxx 2014-cü il tarixdə nikah haqqında akt qeydləri kitabında 05 nömrəli qeyd edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 nömrəli qeyd edilmişdir. Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyi tərəindən xx xxxx 2020-ci il tarixdə verilmiş 217 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixədək ünvan 1ində yaşamış X2nun vərəsələri arvadı-İddiaçı və oğlu-Cavabdehdur. İddiaçı Zaqatala rayonu 2 saylı notariat ofisinə ünvanladığı xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş əri X4 vərəsəsi olduğundan ünvan 1i ünvanında yerləşən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayonu 2 saylı notariat ofisinin İddiaçı ünvanladığı 603 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, o, Zaqatala rayonu 2 saylı notariat ofisinə müraciət edərək mərhum əri X3 miras qalmış ünvan 1ində yerləşən evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda mərhumun digər vərəsələri ilə arasında mübahisə olduğunu bildirmişdir. Notariat haqqında Qanunun 40-cı maddəsinə əsasən, vərəsələr arasında mübahisə olduqda, iş məhkəmə tərəfindən həll edilməlidir. Odur ki, mübahisəli işin notariat qaydada həll olunması mümkün olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “Cavabdeh İddiaçı ünvan 1ində yerləşən X2nun adına qeydiyyata alınmış ümumi sahəsi 126,95 kv.m. olan fərdi yaşayı evindən qanunsuz olaraq çıxarmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ünvan 1ində yerləşən, mərhum həyat yoldaşı X5 məxsus 0,169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,95 kvm, yardımçı sahəsi 49,85 kv.m., yaşayış sahəsi 77,1 kv.m. olan fərdi yaşayış evinə köçürülməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən X4 adına ünvan 1ində 0,1832 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 2 mərtəbəli, 3 otaqlı olmaqla, 126,95 kv.m ümumi sahəsi, 77,1 kv.m. yaşayış sahəsi, 49,85 kv.m. yardımçı sahə qeydiyyata alınmaqla mülkiyyətinə verilmişdir. Mollaramazan Serov həmin torpaq sahəsinin 142 kv.m. hissəsini xx xxxxxxx 2011-ci tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır. Mollaramazan Serov ilə iddiaçı xx xxxx 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, evləndikdən sonra ünvan 1ində cavabdehə məxsus ümumi sahəsi 126,95 kv.m olan fərdi yaşayış evində birgə yaşamışlar. Mollaramazan Serov xx xxxxxx 2020-ci ildə vəfat etmiş və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Mollaramazan Serovun adına olan ünvan 1ində 0,169 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 126,95 kv.m ümumi sahə, 77,1 kv.m. yaşayış sahəsi, 49,85 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh iddiaçının mərhum əri Mollaramazan Serovun ilk nikahdan doğulan oğludur və o, iddiaçı və mərhum atası ilə birgə həmin fərdi yaşayış evində yaşamışdır. 2020-ci ilin may ayında iddiaçı ünvan 1ində cavabdehə məxsus ümumi sahəsi 126,95 kv.m. olan fərdi yaşayış evindən çıxarılmış və onun hazırda həmin evdə yaşamasına və istifadə etməsinə cavabdeh icazə vermir. İddiaçı mübahisələndirilən torpaq sahəsini və evi miras kimi qəbul etdiyini, mərhumun vərəsəsi olduğunu, bununla bağlı notariat ofisinə müraciət etdiyini, ona görə də hazırda mərhum ərinin mülkiyyətində olmuş həmin fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir, iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Göründüyü kimi, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. 1134.1-ci maddəsinə əsasən, üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. 1151.1-ci maddəsinin tələbinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən, vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1157-ci maddəsində müəyyən edilmişdir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1157-1.1-ci maddəsinə görə, miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X2nun arvadı, cavabdeh isə X2nun övladıdır. xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş Mollaramazan Serovdan sözügedən fərdi yaşayış evi miras qalmışdır. Həm iddiaçı, həm də cavabdeh birinci növbə vərəsələr sayılmaqla Mollaramazan Serovun qanun üzrə vərəsələrdir. Miras qoyan Mollaramazan Serov miras əmlakı heç kimə vəsiyyət etməmişdir. İddiaçı mərhum Mollaramazan Serovun xx.xx.2020-cı il tarixdə ölümü ilə açılmış mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Miras əmlak vərəsələr arasında bölünməmişdir. Göründüyü kimi, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Qanunun tələbinə uyğun olaraq, qəbul edilmiş miras əmlak onun açıldığı gündən vərəsələrin ümumi mülkiyyəti sayılır. İşdən görünür ki, cavabdeh iddiaçını barəsində mübahisə gedən fərdi yaşayış evindən qanunsuz olaraq çıxarmışdır və həmin evdən istifadə etməyə qoymur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilməlidir ki, İddiaçı rəsmi olaraq xx xxxx 2014-cü il tarixdə Mollaramazan Serov ilə rəsmi nikaha daxil olmuş və onun mülkiyyətində olan fərdi yaşayış evində gəlin gəlmiş, mərhum əri, mərhum ərinin birinci ailəsindən olan oğlu, yəni hazırkı iş üzrə cavabdeh ilə birgə həmin fərdi yaşayış evində birlikdə ümumi təsərrüfatı aparmaqla orada yaşamışdır. Mollaramazan Serov ilə nikahından iddiaçının övladı olmamışdır. İddiaçı qeydiyyatda olduğu və daimi yaşadığı ünvan sözügedən ev olduğundan o, həmin evdə yaşamaq hüququ əldə etmişdir. Məhkəmə kollediyası cavabdehin apellyasiya şikayətində qeyd edilən “iddiaçı aralarında olana razılşamaya əsasən ev əşyalarının və həyətdəki mal-qaranın əvəzində atasından miras qalmış əmlaklardan ona çatacaq paydan imtina etmiş və bütün əşyaları və həmin heyvanları götürərək evdən çıxmışdır” dəlilinə münasibət bildiriərək qeyd edir ki, cavabdeh qeyd edilənlərlə bağlı nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X14 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-641/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-641/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2271/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2271/2020
26.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver