Məhkəmə qərarları › İş №2(107)-2279/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2279/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2279/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, tələbkar İddiaçı2 iştirakı ilə İddiaçılar X5 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və X3 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(014)-368/2019 nömrəli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş ərizəyə Şəki Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 aprel 2019-cu il tarixli, 2(014)-368/2019 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(014)-368/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və X6 ilə birlikdə Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9 ev 18 mənzil 10-da yerləşən yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 09 aprel 2019-cu il tarixli, 2(014)-368/2019 saylı qətnaməsi üzrə iddiası təmin edilsə də, anası həmin evdə yaşamağa icazə vermir və bu günədək də həmin qətnamə icra olunmamışdır. Hazırda həmin qətnamənin icra olunmasını xahiş edir Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(014)-368/2019 saylı qərardadına əsasən Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(014)- 368/2019 saylı qətnaməsinin icra olunması üçün yenidən icraya yönəldilməsi qərara alınmışdır. Sözügedən qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, tələbkar ərizəsində onların qovulduğunu bildirsə də, tələbkarın onunla yaşadığı dövrdə ona qarşı heç bir hərəkəti olmamışdır. Tələbkar onunla razılaşaraq evi özü tərk etmiş və hər ay ondan 150 manat və kommunal xərcləri almışdır. Tələbkar İddiaçı2 ərizə verməsinin əsas səbəbi onu incitməkdir. Buna görə də məhkəmədən şikayətinin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(014)-368/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “ Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun; 1-1. maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru, tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. 73.2-ci maddəsinə əsasən borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 73.3-cü maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.4-cü maddəsinə əsasən tələbkarın mənzildən (binadan) maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 05.06.2020-ci il tarixli aktdan müəyyən edilir ki, qətnamənin icrası ilə əlaqədar olaraq borclular Cavabdeh2 və X2 qeydiyyatda və yaşadığı ünvanda ünvan 1uşlar. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tələbkar İddiaçı2 qətnamədə göstərilən Ağdaş şəhəri, H.Əliyev Prospekti dalan 9 ev 18 mənzil 10-da yerləşən yaşayış evinə köçürülmüşdür. Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli 1/83342 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan məlum olur ki, Ağdaş rayon məhkəməsinin 2(014)-368/2019 saylı 09 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 05.06.2020-ci il tarixli aktdan məlum olur ki, qətnamənin icrası ilə əlaqədar olaraq borclular Cavabdeh2 və X2 qeydiyyatda və yaşadığı ünvanda ünvan 1uşlar. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tələbkar İddiaçı2 qətnamədə göstərilən Ağdaş şəhəri, H.Əliyev Prospekti dalan 9 ev 18 mənzil 10-da yerləşən yaşayış evinə köçürülmüşdür. Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli 1/83342 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan məlum olur ki, Ağdaş rayon məhkəməsinin 2(014)-368/2019 saylı 09 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(014)-368/2019 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və X6 ilə birlikdə Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9 ev 18 mənzil 10-da yerləşən yaşayış evinə köçürülməlidir. Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(014)-368/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq icra hərəkətləri həyata keçirilərkən tələbkar İddiaçı2 arvadı X5 ilə faktiki olaraq ailə münasibətləri pozulduğundan ayrı yaşamış, həmin dövrdə X1 şəhərində valideynlərinin himayəsində olmuşdur. Tərəflərindən İddiaçı2 Ağdaş şəhəri, H.Əliyev prospekti dalan 9 ev 18 mənzil 10-da yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evinə köçürülmüş, 05.06.2020-ci il tarixli akt tərtib olunmuş və Ağdaş rayon Məhkəməsinin 2(014)-368/2019 saylı 09 aprel 2019-cu il tarixli icra vərəqəsinin icraatına xitam verilməsinə dair qərar qəbul olunmuşdur. Göründüyü kimi icra vərəqəsi üzrə tələbkarın köçürüldüyü evdən təkrar çıxarılması icrası başa çatdırılmış icra sənədinin faktiki olaraq icra olunmaması (formal icra) vəziyyətinə gətirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(014)-368/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İcra sənədi üzrə borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(014)-368/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. . Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar