Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-228/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı “xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsızlığı, əqdin bəyənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 qızının katibliyi ilə İddiaçılar İddiaçı4 və İddiaçı1, İddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı “xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Qaysa kəndində yaşayırlar. Balakən rayonu Qaysa kəndində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.85 ha torpaq sahəsinə JN 671 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Uzun müddətdir ki, JN 671 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini Cavabdeh1 istifadə etmək məqsədi ilə vermişdirlər. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacları var. Torpaq sahəsinin onların istifadəsinə qaytarılması ilə bağlı Cavabdeh1 dəfələrlə şifahi müraciətlər etmişlər. Cavabdeh isə 1.85 ha kənd təsərrüfatlı torpaq sahəsindən çıxmaq istəmir. 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin onların mülkiyyətlərinə qaytarılması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət etmişlər. Lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də torpaqdan çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Lakin məhkəmə iclasında Cavabdeh1 mübahisələndirilən torpaq sahəsini onlardan alqı-satqı müqaviləsinə əsasən aldığını, həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən öz adına çıxarış aldığını qeyd etmişdir. Cavabdeh1 alqı-satqı müqaviləsinin surətini təqdim etmədiyinə görə onlar də məcbur olub məhkəmədən iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra vəkil sorğusu əsasında X22 xidmət mərkəzində Notariat Ofisinə müraciət edərək Balakən rayon Dövlət Notariat Ofisində 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin surətinin onlara təqdim edilməsini xahiş etmişlər. Hazırda həmin müqavilənin kserosurətini iddia ərizəsinə əlavə edirlər. Qeyd etmək istəyirlər ki, onlar mübahisələndirilən Balakən rayon Dövlət Notariat Ofisində 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsini imzalamamışlar, həmin müqavilədəki imzalar onların adlarından saxtalaşdırılmışdır. Həmin müqavilədəki daha bir uyğunsuzluq isə X5, X3, İddiaçı4 və İddiaçı1 adından Balakən rayon Şambul kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 06, 07 və 08 nömrəli etibarnamələrə əsasən İddiaçı3 imza etmək səlahiyyətlərinin verilməsi ilə bağlı olmuşdur. Qeyd edilməlidir ki, Balakən rayon Şambul kənd İcra Nümayəndəliyinin torpaq sahəsinin alqı-satqısı üçün etibarnamə vermək səlahiyyəti olmamışdır. Bundan əlavə alqı-satqı zamanı digər mülkiyyətçilər iştirak etməmiş və onların mülkiyyət hüquqları da pozulmuşdur. xx.xx.2021-ci ildə Cavabdeh1 saxta sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hesab edirlər ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda, ondan yaranan bütün hüquqi nəticələr də etibarsız hesab edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkrarən heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyindən Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qərardadı ilə mülki iş ona aid hissədə baxılmamış saxlanmışdır.
5. Cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinin və X22 Xidmət mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddianı etiraf etməyərək göstərmişdir ki, iddiaçıların mülkiyyətində olan, Balakən rayonu Qaysa kəndində 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini 18 aprel 2007-ci il tarixdə Balakən rayon Dövlət Notariat Ofisində rəsmi alqı-satqı müqaviləsi bağlamaqla almışdır. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 14 noyabr 2022-ci il tarixli, e- 2(019)-557/2022 nömrəli qətnaməsi ilə, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddialarının təmin edilməməsi, 100 manat dövlət rüsumu xərcinin iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 özlərinə aid edilməsi, 125 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı X2 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qaysa kəndi ərazisindən 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisində 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi 2000 manata Cavabdeh1 satılmış,sonuncu həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə aldırmış, ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir.On beş ildən artıq vaxt keçdikdən sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda əqdin etibarsızlığının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsızlıği, Mülki Məcəllənin 339- cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçılar X21, X10,X9,X6, İddiaçı4, X7, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 18 aprel 2007-ci il tarixli torpaq alqı- satqı müqaviləsi İddiaçı3 tərəfindən imzalansa da, digər birgə mülkiyyətçilər,hazırkı iş üzrə iddiaçılar- İddiaçı4, X7 və İddiaçı1 tərəfindən imzalanmamış, onların əvəzindən digər şəxs müqaviləni səlahiyyəti olmadığı halda imzalamışdır, yəni müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır.
11. Bununla yanaşı qeyd edilmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı3 18 aprel 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsi bağlanarkən iştirak etmiş, alqı-satqı müqaviləsini imzalamış və torpaq sahəsini Cavabdeh1 sahibliyinə və istifadəsinə vermişdir. Digər iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 həmin vaxt yetkinlik yaşında olmuşlar, alqı-satqı müqaviləsinə imza etməsələr də, ataları tərəfindən torpaq sahəsinin satılmasından, torpaq sahəsinin Cavabdeh1 sahibliyinə və istifadəsinə verməsindən məlumatları olmuş, buna baxmayaraq alqı-satqı müqaviləsinin bağlandığı gündən on beş ildən artıq vaxt keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
13. Məhkəmə işin qeyd edilən hallarını, iddiaçıların müqavilənin bağlanmasını bildikləri gündən on beş ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmələrini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsasız olduğundan təmin edilməmildir.
14. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab etmişdir ki, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiaları təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 324.6, 334.1, 334.2, 337.1, 339, 340, 341, 342, 343, 344, 345, 346, 347, 349, 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 119.1-ci maddələrinə, T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair iş üzrə 02 aprel 2021-ci il tarixli tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 apellyasiya şikayəti vermişlər.
17. Apellyatorlar şikayətlərini onunla əsaslandırmışlar ki, Balakən rayon məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. Qətnamədə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun olmamamışdır. Qeyd etmək istəyirlər ki, onlar Balakən rayonu Qaysa kəndində yaşayırlar. Balakən rayonu Qaysa kəndində aparılan torpaq islahatı nəticəsindəailə üzvlərinə Balakən rayonu Aqrar İslahat komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.85 ha torpaq sahəsinə JN 671 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Uzun müddətdir ki, JN 671 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında göstərilən 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini Cavabdeh1 istifadə etmək məqsədi ilə vermişdlər. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacları var. Torpaq sahəsinin onların istifadələrinə qaytarılması ilə bağlı Cavabdeh1 dəfələrlə şifahi müraciətlər etmişlər. Cavabdeh isə 1.85 ha kənd təsərrüfatlı torpaq sahəsindən çıxmaq istəmir. 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin onların mülkiyyətinə qaytarılması barədə cavabdehə müraciət etslər də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də torpaqdan çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hesab edirlər ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda, ondan yaranan bütün hüquqi nəticələr də etibarsız hesab edilməlidir.
18. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 218, 222, 334, 337, 339, 345, 377, 567-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş materiallarından görünür ki, İddiaçı3 18 aprel 2007-ci il tarixli torpaqalqı-satqı müqaviləsi bağlanarkən iştirak etmiş, alqı-satqı müqaviləsini imzalamış və torpaq sahəsini Cavabdeh1 sahibliyinə və istifadəsinə vermişdir. Digər iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 həmin vaxt yetkinlik yaşında olmuşlar, alqı-satqı müqaviləsinə imza etməsələr də, ataları tərəfindən torpaq sahəsinin satılmasından, torpaq sahəsinin Cavabdeh1 sahibliyinə və istifadəsinə verməsindən məlumatları olmuş, buna baxmayaraq alqı-satqı müqaviləsinin bağlandığı gündən on beş ildən artıq vaxt keçdikdən sonra hazırkı iddiailə məhkəməyə müraciət etmişlər.
19. Lakin iddia ərizəsindən və tərəflərin izahatlarından o da məlum olur ki, məhkəmə iclasında Cavabdeh1 mübahisələndirilən torpaq sahəsini iddiaçılardan alqı-satqı müqaviləsinə əsasən aldığını, həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən öz adına çıxarış aldığını qeyd etmişdir. Cavabdeh1 alqı-satqı müqaviləsinin surətini təqdim etmədiyinə görə onlar da məcbur olub məhkəmədən iddia ərizəsini və ona əlavə edilmiş sərədlərin qaytarılmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra vəkil sorğusu əsasında X22 xidmət mərkəzində Notariat Ofisinə müraciət edərək Balakən rayon Dövlət Notariat Ofisində 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin surətinin onlara təqdim edilməsini xahiş etmişlər. Qeyd etmək istəyirlər ki, onlar mübahisələndirilən Balakən rayon Dövlət Notariat Ofisində 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqaviləsini imzalamamışlar, həmin müqavilədəki imzalar onların adından saxtalaşdırılmışdır. Həmin müqavilədəki daha bir uyğunsuzluq isə X5, X3, İddiaçı4 və İddiaçı1 qızının adından Balakən rayon Şambul kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 06, 07 və 08 nömrəli etibarnamələrə əsasən İddiaçı3 imza etmək səlahiyyətlərinin verilməsi ilə bağlı olmuşdur. Lakin qeyd edilməlidir ki, Balakən rayon Şambul kənd İcra Nümayəndəliyinin torpaq sahəsinin alqı-satqısı üçün etibarnamə vermək səlahiyyəti olmamışdır. Bundan əlavə alqı-satqı zamanı digər mülkiyyətçilər iştirak etməmiş və onların mülkiyyət hüquqları da pozulmuşdur. xx.xx.2021-ci ildə Cavabdeh1 saxta sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Qeyd edilməlidir ki, iddiaçıların mübahisələndirilən əmlaka olan mülkiyyət hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdehlər hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddiaçıların iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də hesab edirik ki iddiaçılar tərəfindən iddia müddəti ötürülməmişdir.
20. Eyni zamanda bildirirlər ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmış, Mülki Məcəllənin 215.5-ci maddəsinin tələbləri pozulmaqla paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilməli olduğu halda, həmin normanın tələbləri pozulduğundan bağlanmış əqd də etibarsız hesab edilməlidir.
21. Buna görə də hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması, tətbiq edilməli olan hüquq normamasını tətbiq etməməsi və sübutlara düzgün hüquqi qiymət verməməsi nəticəsində bu pozuntu düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir.
22. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir.
23. Odur ki, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)- 557/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbləbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh1 apellyasiya şikayətinə etirazında iddiaçıların apellyasiya şikayətlərinin təmin olunmamasını, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)- 557/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılamsını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatına əlavə olaraq, mübahisəli torpaq sahəsinin 2007-ci ildən Cavabdeh1 istifadəsində olduğunu, ötən müddət ərzində həmin torpaq sahəsinin vergilərinin bələdiyyəyə onun tərəfindən ödənilmədiyini, torpaq vergisinin bələdiyyəyə Cavabdeh1 tərəfindən ödənildiyini, həmin torpaq sahəsinə dair onun tərəfindən subsidiya alınmadığını göstərmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X13 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatına əlavə olaraq, mübahisəli torpaq sahəsinin 2007-ci ildən Cavabdeh1 istifadəsində olduğunu, ötən müddət ərzində həmin torpaq sahəsinin vergilərinin bələdiyyəyə onun tərəfindən ödənilmədiyini, torpaq vergisinin bələdiyyəyə Cavabdeh1 tərəfindən ödənildiyini, həmin torpaq sahəsinə dair onun tərəfindən subsidiya alınmadığını göstərmişdir.
28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı2, cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi məhkəmə kollegiyasına göndərdiyi məktubunda məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etsə də, digər proses tərəfləri gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarı:
31. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarı:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, onun tamamilə ləğv edilməsi, iddia tələbləbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
34. Kollegiya Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)- 557/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətinə Balakən rayonu Qaysa kəndi ərazisindən 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Balakən rayon Dövlət Notariat Kontorunda 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi 2000 manata Cavabdeh1 satılmış, sonuncu həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə aldırmış, ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İddiaçılardan İddiaçı3 iddia tələbi Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qərardadı ilə baxılmamış saxlanılmış, digər mülkiyyətçilər X6, X10 və X9 isə müqavilənin etibarsızlığına dair iddia tələbi irəli sürməmişlər. İddiaçıların alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi həmin müqavilənin bağlanamsından on beş ildən artıq müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
39. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.
40. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
41. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibariığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
42. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
43. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iddiaya kəsici müddət tətbiq etməklə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə almamış, beləliklə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin uzun müddətdir ki, JN 671 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında göstərilən 1.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini Cavabdeh1 istifadə etmək məqsədi ilə vermələrinə, alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmasına, Balakən rayon Dövlət Notariat Ofisində 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsini imzalamamalarına, alqı-satqı zamanı digər mülkiyyətçilərin iştirak etməmələrinə və onların mülkiyyət hüquqlarının pozulmasına dair dəlilləri ilə razılaşmır.
45. Belə ki, işdə olan 18 aprel 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X21, X10, X9, X6, İddiaçı4, X7, Ömərov X11 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 09 saylı qərarı əsasında, JN 671 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara verilmiş Balakən Rayon Qaysa kəndində yerləşən 1.85 ha torpaq sahəsini Cavabdeh1 2000 manata satmışlar.
46. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi 7 nəfərin birgə mülkiyyətində olmasına baxmayaraq, onlardan yalnız 4 nəfəri hazırkı iddia tələbi ilə çıxış etmiş, iddiaçılardan X14 aid hissədə isə iddia tələbi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən isə Azərbaycan Respublikası ərazisində yaşayan X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bir sözlə iddia tələblərinə hüquqi qiymət verilmiş və məhkəmə aktından apellyasiya şikayəti vermiş, digər mülkiyyətçiləri təmsil etmək üçün onlara səlahiyyət verilməmiş İddiaçı4, İddiaçı1 və İddiaçı2 ilə yanaşı Torpağa Mülkiyyət hüququna dair JN 671 nömrəli Dövlət Aktında adları qeyd olunan qalan mülkiyyətçilərin, o cümlədən alqı-satqı zamanı iştirak etməmiş mülkiyyətçilərin də mülkiyyət hüquqlarının müdafiəsi məqsədi ilə hər hansı bir iddia qaldırmaq hüquqları istisna edilmir.
47. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2023-ci il tarixli 4/1193 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4Ə-119 nömrəli notariat işinin 2-ci vərəqində olan 18 apre! 2007-ci il tarixli Torpaq Alqı-Satqı müqaviləsində “İmzalar” qrafasından aşağıda “1.", “2”, “3”, “5”, “6” rəqəmləri qarşısındakı imzalar və “Omarov” əlyazmaları; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə-1 reyestrinin 46-cı vərəqində 119-cu sırada “İddiaçı3 Muhu o” və “X16.” əlyazmaları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzalar - İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4Ə-119 nömrəli notariat işinin 2-ci vərəqində olan 18 aprel 2007-ci il tarixli Torpaq Alqı-Satqı müqaviləsində “İmzalar” qrafasından aşağıda “7” rəqəmi qarşısındakı imza və “Omərova” əlyazması; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə-1 reyestrinin 46-cı vərəqində 119-cu sırada “X19.” əlyazmaları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - AXTAYEVA (ÖMƏROVA) RƏSMİYYƏ ZAHİD qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4Ə-119 nömrəli notariat işinin 2-ci vərəqində olan 18 aprel 2007-ci il tarixli Torpaq Alqı-Satqı müqaviləsində “İmzalar” qrafasından aşağıda “4” rəqəmi qarşısındakı imza və “Omərova” əlyazması; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə-1 reyestrinin 46-cı vərəqində 119-cu sırada “X20” əlyazmaları qarşısında Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları qrafasındakı imza-X8 tərəfindən icra olunmuşdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
49. Ekspertiza tədqiqatı ilə iddiaçılardan İddiaçı2 aid hissədə alqı-satqı müqaviləsinin onun özü tərəfindən imzalanması təsdiqini tapmaqla İddiaçı2 torpaq sahəsini Cavabdeh1 istifadə etmək məqsədi ilə verməsinə, Balakən rayon Dövlət Notariat Kontorunda 18 aprel 2007-ci il tarixdə 4Ə-119 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsini imzalamamasına, alqı-satqı zamanı iştirak etməməsinə, onun mülkiyyət hüququnun pozulmasına dair dəlillərinin özü-özlüyündə əsassız olması müəyyən edilmişdir.
50. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçılar ailə üzvləridirlər və mübahisəli torpaq sahəsinin yerləşdiyi Balakən rayon sakinləridirlər. X21, X6 və Ömərova (Axtayeva) Rəsmiyyə Zahid qızı özlərinin və digər iddiaçıların mülkiyyətinə verilmiş torpağın satılmasına dair 2007-ci ildə notarial qaydada müqavilə bağlamış və torpaq sahəsi Cavabdeh1 satılmışdır. Həmin ildən torpaq sahəsi cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir.
51. Məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında da iddiaçılar İddiaçı4 və İddiaçı1 mübahisəli torpaq sahəsinin 2007-ci ildən cavabdehin istifadəsində olduğunu, ötən müddət ərzində həmin torpaq sahəsinin vergilərinin cavabdeh tərəfindən ödənildiyini təsdiq etmişlər.
52. Qeyd olunanlara qiymət verən məhkəmə kollegiyası bildirir ki, ailə üzvləri olan iddiaçılar İddiaçı4 və İddiaçı1 birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları inandırıcı və ağlabatan deyil. Göstərilənlər onların keçən 15 il ərzində torpaq sahəsinin qaytarılması ilə bağlı hər hansı addım atmamaları ilə təsdiq olunur.
53. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olan iddiaçılardan İddiaçı4 və İddiaçı1 bu əqddən xəbərdar olmaları və bəyəndikləri işin araşdırılmış halları ilə müəyyən olunur.
54. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
55. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
56. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
57. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
58. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
59. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
60. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
61. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
62. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.
63. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
64. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
65. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarına əsasən Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
66. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
67. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
68. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
69. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
70. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsaslanan Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti vermiş iddiaçıların hazırkı iddia tələbi üzrə müraciətləri Mülki Məcəlləinin 5.3-cü və 16.1-ci maddələrində təsbit edilmiş mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd olmaqla həmin Məcəllənin 560.3.4cü maddəsinə əsasən hüquqdan sui-istifadə halını yaradır.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Balakən rayon Şambul kənd İcra Nümayəndəliyinin torpaq sahəsinin alqı-satqısı üçün etibarnamə vermək səlahiyyətinin olmamasına dair dəlili ilə razılaşsa da, qeyd edir ki, yuxarıda sadalanan hallar alqı-satqı müqaviləsinin etibarsızlığına dair apellyasiya şikayəti verən iddiaçıların iddia tələblərinin təmin edilməsini istisna edir.
72. Şərh edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası apellyatorların iddia tələbinin müqavilənin etibarsızlığına dair hissəsini əsaslı hesab etmir.
73. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin Cavabdeh1 xx.xx.2021-ci ildə saxta sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasına dair dəlili özü-özlüyündə əsassızdır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorların iddia tələbinin müqavilənin etibarsızlığına dair hissəsi əsaslı olmadığından cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılmasına dair iddia tələbi əsaslı hesab edilə bilməz.
75. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçılar tərəfindən iddia müddətinin ötürülməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən onların iddia tələblərinə iddia müddəti tətbiq edilməmişdir.
77. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
78. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır . Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxanda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
79. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi’’ anlayışının özünə kökündən ziddir.
80. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsada qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq kəsici müddəti tətbiq etməklə rədd etmişdir.
81. Buna görə də iddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e- 2(019)-557/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən JN 671 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.85 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması tələbinə dair iddiaları təmin edilməməlidir.
82. İddia rədd edildiyindən iddiaçıların dövlət büdcəsinə ödədikləri 100 manat dövlət rüsumu onların özlərinə aid edilməli, birinci instansiya məhkəməsində məhkəmə araşdırması dövründə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının dəyəri olan 125 manat, məhkəmə kollegiyasının araşdırması dövründə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının dəyəri olan 138 manat, cəmi 263 manat ekspertiza xərci iddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2(019)-557/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X22 Xidmət mərkəzində Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr nömrəsi **********47 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Balakən rayonu Qaysa kəndində yerləşən JN 671 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.85 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Məhkəmə xəttşünaslıq ekspertizasının dəyəri olan cəmi 263 manat ekspertiza xərci iddiaçılar İddiaçı4, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.