Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2283/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsindən cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəb tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Şəki şəhəri 17 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X5 Mərkəzinə (bundan sonra cavabdeh və ya Şəki şəhəri 17 nömrəli tam orta məktəb, 4 saylı X5 Mərkəzi) qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilərək cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli 181 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə müddətsiz əsasla ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının 4 saylı X5 Mərkəzindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli 181 nömrəli əmrin ləğv edərək, əvvəlki iş yeri olan cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbə müddətsiz olaraq ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edib, məcburi iş buraxma müddəti üçün xx xxxx 2020ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqısının 4 saylı X5 Mərkəzindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X5 Mərkəzi iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2016cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin xx xxxxxxxx 2016-cı il tarixli 45 nömrəli əmrinə əsasən İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində ikinci iş yeri kimi dərs deməsinə icazə verilmiş, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin xx xxxx 2017-ci il tarixli 606 nömrəli əmrinə əsasən xx xxxx 2017-ci il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbi iddiaçının əsas iş yeri, Şəki şəhər 18 nöməli tam orta məktəbi isə onun ikinci iş yeri hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş xx xxxx 2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2019-cu il il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin məktəbdə işlədiyi müddətdə öz işinin öhdəsindən lazımınca gəlmişdir. Lakin, buna baxmayaraq, hər hansı bir qanuni əsas olmadan və ona xəbərdarlıq edilmədən əsassız olaraq xx xxxx 2020-ci il tarixli əmrlə xx xxxx 2020-ci il tarixdən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə iddiaçı işdən azad edilmişdir. Halbuki, iddiaçı işdən çıxarılması ilə bağlı heç bir qanun pozuntusuna yol verməmiş, iddiaçı ilə cavabdeh məktəbin arasındakı əmək münasibətinin xx xxxx 2020-ci il tarixdə başa çatmasını təsdiq edə biləcək heç bir sənəd də mövcud deyildir. Bir sözlə Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin İddiaçı işdən azad edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixdə verdiyi əmri tam qanunsuz və əsassızdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktoru Nümayəndə1 verdiyi izahatında göstərmişdir ki, o, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorudur. Həmin vəzifəyə xx xxxxxx 2020-ci il tarixdə təyin edilmişdir. İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdən həmin məktəbdə ikinci iş yeri kimi riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Həmin vaxt iddiaçı ilə müddətsiz əsaslarla müqavilə bağlanılmış, lakin, sonradan, yəni 2019-cu ilin oktyabr ayında iddiaçı ilə müddətli əsaslarla əmək müqaviləsi bağlanılmışdır. İddiaçı onun xx xxxx 2020-ci il tarixli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə xx xxxx 2020-ci il tarixdən vəzifəsindən azad etmişdir. Bununla bağlı əmr iddiaçıya elan edilmiş və iddiaçıya son haqq-hesabı da verilmildir. İddiaçı işlədiyi müddətdə öz işinin öhdəsindən layiqincə gəlmişdir. Qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən 4 saylı X5 Mərkəzinin nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi işləsə də, onun həmin məktəbdə müddətsiz əsaslarla işləməsi barədə hər hansı bir əmr verilməmişdir. Təhsil Şöbəsinin isə məktəbə müəllim təyin etmə səlahiyyəti yoxdur. Əmri məktəb direktoru verməlidir. İddiaçı həmin məktəbdə müddətli əsaslarla müəllim işləmiş və əmək müqaviləsinin müddəti başa çatdığına görə işdən azad edilmişdir. Buna görə də iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şəki şəhəri 17 nömrəli tam orta məktəbi iddiaçının ikinci iş yeri olduğuna görə o, bütün yay dövründə əmək haqlarını almamışdır. Çünki, iddiaçı həmin məktəbə müvəqqəti olaraq müəllim təyin edilmişdir. İddiaçının əsas iş yeri Şəki şəhəri 18 nömrəli tam orta məktəbidir. Əmək kitabçasında ikinci iş yeri göstərilməmişdir. Habelə, həmin məktəbdə müəllim sıxlığı vardır. Göstərilənlərə əsasən iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Şəki şəhəri 17 saylı tam orta məktəb apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Şəki şəhəri 17 saylı tam orta məktəb apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı əsas iş yeri Şəki şəhər 18 nömrəli tam orta məktəbdir. O, həmin məktəbin riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində Cavabdeh1 riyaziyyat müəlliminə ehtiyac olduğu üçün İddiaçı ikinci iş yeri kimi şəhər 18 №-li tam orta məktəbdən müddətli müqavilə ilə dəvət olunmuşdur. Həmin tədris ili başa çatdıqdan sonra xx xxxx 2017-ci ildə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Bundan sonra mütəmadi olaraq hər il sentyabr ayının 15-dən iyun ayının 15-dək müqavilə bağlanılmışdır. Görüldüyü kimi, hər il iyun ayında iddiaçı ilə bağlanılmış müqaviləyə xitam verilmişdir. İddiaçı 2016-cı il tarixli, 45 №-li əmrdən şikayətçi olduğunu göstərmişdir. Həmin əmrlə İddiaçı xx xxxx 2017-ci il tarixdə işdən azad edilmişdir. İddiaçının əmrdən 3 il müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi qanunauyğun hesab olunmur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki şəhəri 17 saylı tam orta məktəbin direktoru Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının əsas iş yeri Şəki şəhər 18 nömrəli tam orta məktəbdir. İddiaçı ilə 2016-cı ildən mütəmadi olaraq hər il sentyabr ayının 15-dən iyun ayının 15-dək müddətli müqavilə bağlanılmış və ona əmək haqqı ödənilmişdir. Lakin iddiaçıya müqavilənin müddəti bitdikdən sonra yay müddəti üçün əmək haqqı (məzuniyyət) pulu verilməmiş və iddiaçıda bunu tələb etməmişdir. Həmin məbləği iddiaçının tələb etməməsi onu göstərir ki, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlandığını bilib və ona görə də həmin məbləği tələb etməyib. Çünki müddətli müqavilə ilə işləyənlərə müqavilənin müdddəti bitdikdən sonra xitam verilir və ona məzuniyyət pulu verilmir. Sonuncu dəfə xx xxxxxxxx 2019-cu il tarixdə xx xxxx 2020-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx xxxxxxx 2019-cu il tarixdə sistemə daxil edilmişdir. Sonuncu əmək müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixdə bitdiyindən həmin vaxtdan əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə əmək münasibətlərinin davam etdirilməməsinin səbəbi məktəbdə hazırkı vaxtda müəllim sıxlığının olması, ikinci iş yeri kimi işləyən müəllimlərə olan ehtiyacın artıq aradan qalxmasıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, 4 saylı X5 Mərkəzi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki şəhəri Təhsil şöbəsi müdirinin xx xxxxxxxx 2016-cı il tarixli 45 nömrəli əmrindən görünür ki, Şəki şəhəri 18 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində ikinci iş yeri kimi dərs deməsinə icazə verilmişdir. Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli əmək müqaviləsinin təsdiq edilməmiş surətindən (kserokopiya) görünür ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə xx xxxxxxxx 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Şəki şəhəri 17 nöməli tam orta məktəbinin xx xxxxxxxx 2019-cu il tarixli 128 nömrəli əmrinin surətindən görünür ki, həmin əmrə əsasən məktəbdə açılan riyaziyyat fənni üzrə vakant 10 saatlıq dərs yükü 7-ci “A” 5 saat, 7-ci “B” 5 saat dərs yükü və eləcə də 7-ci “A”da sinif rəhbərliyi xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixinə qədər müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. xx xxxxxxx 2019-cu il il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək Şəki şəhəri 17 nöməli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin xx xxxx 2020-ci il tarixli 181 nömrəli əmrindən görünür ki, həmin əmrə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilməsi və son haqhesabının ödənilməsi qərara alınmışdır. xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Şəki şəhəri 17 nömrəli tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Həmin əmr xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmır. İşin həqiqi hallarından görünür ki, iddiaçı Şəki şəhəri 18 nömrəli tam orta məktəbində xx xxxxxxxx 2012-ci il tarixdən müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləyir. Bu, iddiaçıya məxsus olan xx.xx.2007-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasından da görünür. Şəki şəhəri Təhsil şöbəsi müdirinin xx xxxxxxxx 2016-cı il tarixli 45 nömrəli əmri ilə Şəki şəhəri 18 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi İddiaçı ehtiyac yarandığından xx xxxxxxxx 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində ikinci iş yeri kimi dərs deməsinə icazə verilmişdir. Bundan sonra hər il iddiaçı ilə Şəki şəhər 18 nömrəli tam orta məktəbi onun əsas iş yeri olmaqla, 17 nömrəli tam orta məktəbində müddətli (bir il müddətə) əmək müqaviləsi bağlanmışdır. Sonuncu dəfə xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində müddətli riyaziyyat müəllimi vəzifəsində işləməsi ilə bağlı xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsi bağlanmış, həmin tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx xxxxxxx 2019-cu il il tarixdə sistemə daxil edilmişdir. Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorunun xx xxxx 2020-ci il tarixli 181 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə İddiaçı ilə Şəki şəhəri 17 nömrəli tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı əsassız olaraq işdən azad edildiyini göstərərək hazırkı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı onunla müddətli əmək müqaviləsinin bağlanmadığını iddia edir və həmin müqavilənin mövcud olmadığını bildirir. Kollegiya hesab edir ki, iddiaçının həmin tələbi əsassızdır. Belə ki, işdən göründüyü kimi (iddiaçı özü də bunu inkar etmir) İddiaçı əsas iş yeri Şəki şəhəri 18 nömrəli tam orta məktəbdir. O, həmin məktəbdə müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləyir. Şəki şəhəri 17 nömrəli tam orta məktəb isə onun ikinci iş yeridir. İddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli əmək müqaviləsinin təsdiq edilməmiş surətindən (kserokopiya) görünür ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə xx xxxxxxxx 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Lakin qeyd edildiyi kimi, həmin əmək müqaviləsi təsdiq edilməmiş surət, kserokopiyadır, təklif edilməsinə baxmayaraq iddiaçı həmin sənədin əslini və ya təsdiq edilməmiş surətini təqdim edə bilmədi. Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəb isə belə bir müqavilənin məktəbdə mövcud olmadığını bildirdi. Bununla yanaşı, iddia tələbi işin digər gerçək halları ilə də təkzib olunur. Belə ki, Şəki şəhəri 17 saylı tam orta məktəbin direktoru Nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahatında bildirdi ki, iddiaçının əsas iş yeri Şəki şəhər 18 nömrəli tam orta məktəbdir. İddiaçı ilə 2016-cı ildən mütəmadi olaraq hər il sentyabr ayının 15-dən iyun ayının 15-dək müddətli müqavilə bağlanılmış və ona əmək haqqı ödənilmişdir. Lakin iddiaçıya müqavilənin müddəti bitdikdən sonra yay müddəti üçün əmək haqqı (məzuniyyət) pulu verilməmiş və iddiaçı da bunu tələb etməmişdir. Həmin məbləği iddiaçının tələb etməməsi onu göstərir ki, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlandığını bilib və ona görə də həmin məbləği tələb etməyib. Çünki müddətli əmək müqaviləsi ilə işləyənlərə müqavilənin müdddəti bitdikdən sonra xitam verilir və ona məzuniyyət pulu verilmir. Kollegiya cavabdehin nümayəndəsinin izahatında göstərilən dəlilləri əsaslı və ağlabatan hesab edir. İddiaçının nümayəndəsi isə həmin dəlilləri təkzib edən hər hansı arqument göstərə bilmədi. Bundan əlavə, işdə olan xx.xx.2020-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı əlavə iş yeri kimi xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək Şəki şəhəri 17 nöməli tam orta məktəbində müddətli riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, əmək müqaviləsi təqdim olunmasa belə, əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişi vardır. Həmin bildirişin olması iddiaçı ilə müddətli bağlanmış müqavilənin mövcudluğunu sübut edir. İşdən görünür ki, iddiaçının işdən azad olunmasına əsas əmək müqaviləsinin müddətinin başa çatması olmuşdur. Bununla bağlı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorunun xx xxxx 2020-ci il tarixli 181 nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Kollegiya hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli 181 nömrəli əmri qanuni və əsaslı olmuşdur. Belə ki, təhsil sistemində formalaşmış qaydaya əsasən əsas iş yeri ilə bağlanmış müqavilənin müddətsiz olması mümkün və adi hal olduğu halda, ikinci iş yeri ilə bağlanan müqavilə müddətsiz ola bilməz. Müddətli bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqdan sonra həmin əmək müqaviləsinə xitam verilməsi isə tərəfin hüququdur. İşin halından da göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində müddətli riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Kollegiya hesab edir ki, müqavilənin müddəti bitdiyindən cavabdehin həmin müqaviləyə xitam verməsi qanuni olmuşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin ikinci hissəsinin b bəndinə görə, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X6 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” X6 Məhkəməsi “X3” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X6 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı Şəki şəhəri 17 saylı tam orta məktəbə və 4 saylı X1rşı “işə bərpa” barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Şəki şəhəri 17 saylı tam orta məktəb tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Şəki şəhəri 17 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1rşı Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli 181 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan Şəki şəhəri 17 nömrəli tam orta məktəbə müddətsiz olaraq ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün xx xxxx 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının onun xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2283/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2283/2020
26.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver