Məhkəmə qərarları › İş №2(107)-229/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-229/2020

15.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-229/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər Nuriyev Adıgözəl Nuru oğlunun, X9, X14, X15 və X10 iştirakları ilə, Ərizəçi maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizəsinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-683/2019 nömrəli qətnaməsindən iş üzrə Ərizəçi nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-683/2019 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) Ərizəçi X2ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin İsmayıllı rayon Notariat Ofisinin üzərinə qoyulmasına dair tələbi rədd edilmişdir. İşin halları Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X2ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin İsmayıllı rayon Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(037)-683 və xx xxxxxxxx 2019-cu il tarixli 2(037)-683 nömrəli qərardadları ilə mülki iş üzrə İsmayıllı rayon Ağbulaq kənd sakinləri Nuriyev Adgözəl Nuru oğlu, X25, X26, X20, X22 və X1 rayon Notariat Ofisinin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Ərizəçi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, nümayəndəsi Vəkil məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ərizəçinin nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ərizəçi İsmayıllı rayonun Ağbulaq kəndində anadan olmuşdur. X6 vətəndaşı olmaqla Yaroslavl şəhərində yaşayır və orada işləyir. Ailədə dörd bacı və üç qardaş olmuşlar. Ərizəçinin atası X12 xx xxxxxx 1985-ci ildə, X2 xx xxxx 2018-ci ildə vəfat etmişlər. Atası vəfat etdikdən sonra anası X24 kəndində qardaşı Adgözəl Nuriyevlə birlikdə yaşamışdır. Anaları vəfat etdikdən sonra övladları el qaydası ilə mərhumun yas mərasimini keçirmişlər. Anasından onlara İsmayıllı rayonu Ağbulaq kəndində həyətyanı və pay torpaq sahələri, fərdi yaşayış evi qalmışdır. Anasınin vəfat etdiyi gün ərizəçi dəfn mərasimində iştirak etmiş, işilə əlaqədar olaraq xx xxxx 2018-ci il tarixdə yaşadığı ölkəyə geri qayıtmışdır. xx xxxxxx 2018-ci il tarixdə anasının qırx məraisiminə gəlmiş və xx xxxxxx 2018-ci il tarixdə geri qayıtmışdır. Əmək məzuniyyətinə çıxdıqdan sonra xx xxxx 2019-cu il tarixdə Azərbaycana gəlmiş, anasının il mərasimində iştirak etmişdir. xx xxxx 2019-cu il tarixdə anasından qalan miras əmlaklardan ona düşən hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş və İsmayıllı rayon Notariat Ofisi miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət keçdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, ərizəçiyə mirasın qəbul edilməsi müddətinin uzadılması üçün məhkəməyə müraciət edə bilmək hüququ izah olunmuşdur. Qardaşı Nuriyev Adgözəl Nuru oğlu miras əmlakı qəbul etmiş, ərizəçidən başqa digər vərəsələr miras əmlaka iddia etməmişlər. Anası vəfat etdikdən sonra ərizəçi heç vaxt miras əmlakdan imtina etməmişdir. Ərizəçi daimi olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. Yaşadığı Yaroslavl şəhərində iki yerdə işləyir. Əmək müqavilələri üzrə öhdəliklər daşıyır. Xroniki ürək xəstəliyindən (stenokardiya) əziyyət çəkir, daimi həkim nəzarətində olur. Bu üç səbəbdən də o, vaxtında Azərbaycan Respublikasına gələrək miras əmlakla bağlı Notariat Ofisinə müraciət edə bilməmişdir. Miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzürlü səbəbdən buraxmışdır. Ərizəçinin qardaşı Adgözəl Nuriyev tərəfindən köhnə evi sökərək yerində yenisini tikməsi bütün miras əmlakın onun tərəfindən əldə edilməsi kimi qiymətləndirilə bilməz. Ərizəçi heç kimin mübahisəli evdən çıxarılmasını istəmir. Yalnız valideynlərindən miras qalan əmlakdan qanunamüvafiq qaydada ona çatan payı tələb edir. Ərizəçi anasından qalan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin İsmayıllı rayon Notariat Ofisinin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Kontoru birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. İİİ şəxs X22 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında İİİ şəxs Nuriyev Adgözəl Nuru oğlu izahat verərək göstərdi ki, onlar ailədə dörd bacı üç qardaşdırlar. Ərizəçi uzun illərdir Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. X2 xx xxxx 2018-ci ildə vəfat etmişdir. Ərizəçi anası rəhmətə gedən günü gəlmiş, dəfn mərasimində iştirak etmiş, sonradan Rusiya Federasiyasına qayıtmışdır. Qırx və il mərasimlərinə gəlsə də yalnız anasının məzarı üstünə getmiş, ata evinə gəlməmişdir. Anasının hüzur məclisinin bütün xərclərini o, çəkmişdir. Zenfira hüzur məclisinə heç bir maddi yardım etməmişdir. Valideynlərindən miras qalmış ev köhnə və uçqun vəziyyətdə olduğundan 1995-ci ildə tamamilə sökərək bünövrədən yeni ev inşa etdirmişdir. Evin tikintisinin bütün xərclərini özü çəkmiş, işləyən usta və fəhlələrə ailəsi tərəfindən qulluq göstərilmişdir. Zenfira da daxil olmaqla digər bacıqardaşları evin tikintisinə heç bir maddi köməklik göstərməmişlər. Lakin Zenfiradan başqa digər bacı və qardaşları evin tikintisində öz fərdi əməkləri ilə iştirak etmişlər. Həmin bacıqardaşlar onun xeyrinə mirasdan imtina etmişlər. Zenfira evin tikintisinə və tikinti materiallarının alınmasına heç bir vəsait xərcləməmişdir. Evdə ərizəçinin heç bir əmlakı yoxdur. Buna baxmayaraq bacı kimi istədiyi vaxt gəlib həmin evdə yaşaya bilər. Onun gəlib həmin evdə qalmasına maneçilik yoxdur. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İİİ şəxs X25 izahat verərək göstərdi ki, ərizəçi olan bacısı Zenfira uzun illərdir Rusiya Federasiyasında yaşayır və ata evinə gəlib getmir. Onunla heç bir əlaqəsi yoxdur. Yalnız anasının dəfn mərasimi günü 15 dəqiqə orada görmüş, ondan sonrakı hüzur məclislərində onu görməmişdir. Eşitdiyinə görə ərizəçi anasının qırx və il mərasimlərində yalnız qəbirstanlığa getmiş, hüzur məclislərində iştirak etməmişdir. Valideynlərindən qalan ev köhnə və uçqun vəziyyətdə olduğundan qardaşı Adgözəl evi sökərək bünövrədən kubik daşından yeni ev tikmişdir. O, evin tikintisinə heç bir maddi köməklik etməmişdir. Onun valideynlərindən qalan mirasdan heç bir iddiası yoxdur və mirasın tam şəkildə qardaşı Adgözəl tərəfindən qəbul edilməsinə etiraz etməmişdir. Bacıları Gülnardan başqa Zenfira ilə heç birinin normal münasibəti yoxdur. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İİİ şəxslər X26 və X20 İİİ şəxs X25 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İİİ şəxs X16 izahat verərək göstərmişdir ki, valideynlərindən miras qalmış evdə qardaşı Adgözəl öz ailəsi ilə birlikdə yaşayır. Ev köhnə və uçqun vəziyyətdə olduğundan 1995-ci ildə qardaşı Adgözəl evi sökərək bünövrəsindən yeni ev inşa etmişdir. Evin tikintisinin bütün xərclərini qardaşı Adgözəl çəkmiş, evdə işləyən usta və fəhlələrə onun ailəsi xidmət etmişdir. O, da hərdən evdə işləyən ustalara yemək hazırlayıb verilməsində iştirak etmişdir. X2 xx xxxx 2018-ci ildə vəfat etmişdir. Anası vəfat etdiyi gün bacısı Zenfira dəfn mərasimində iştirak edərək onun İsmayıllı şəhərində yaşadığı evinə gəlmiş, iki gündən sonra yaşadığı Yaroslavl şəhərinə qayıtmışdır. Anasının qırx və il mərasimlərində Zenfira yalnız anasının məzarı üstünə getmiş, hüzur məclislərində iştirak etməmişdir. Anasının il mərasiminə gələrkən 10 gündən artıq ona məxsus evdə qalmış, ata evinə getməmişdir. Adgözəl onlar üçün ata əvəzidir. Onların toy mərasimlərini qardaşı Adgözəl təşkil etmiş, çətin vaxtlarında maddi köməklik göstərmişdir. Valideynlərindən qalan miras əmlaklara dair heç bir iddiası yoxdur və miras əmlakların qardaşı Adgözəl tərəfindən qəbul olunmasına etiraz etməmişdir. Zenfiranın valideynlərindən qalan mirasa heç bir hüquq yoxdur. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, Nazilə Əkbərova ilə qonşuluqda yaşayır. 1995-ci ildə Nazilə Ağbulaq kəndində yaşayan qardaşının ev tikmək istədiyini bildirmişdir. O, da bir neçə fəhlə ilə birlikdə bünövrədən başlayaraq 1996-cı ildə evi tikib təhvil vermişdir. Evin tikintisi üçün lazım olan materialların, usta və fəhlələrin pullarını Adgözəl ödəmişdir. Onlara Adgözəlin ailəsi xidmət göstərmişdir. Adgözəl üçün ev tikdiyi müddətdə Zenfira adlı şəxsi orada görməmişdir. Həmin həyətdə işlədiyi müddətdə Adgözəlin Abbas adlı qardaşını, Gülnar və Nazilə adlı bacılarını orada görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X18 ifadə verərək göstərmişdir ki, Adgözələ məxsus evin tikintisində o, fəhlə kimi işləmişdir. Onun zəhmət haqqı Adgözəl tərəfindən ödənilmişdir. Onların xidmətində Adgözəlin ailəsi dayanmışdır. Zenfira adlı bacını həmin həyətdə görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid qismində dindirilmiş X28 ifadə verərək göstərmişdir ki, bir kənddə yaşadıqlarından ərizəçini və cavabdehləri yaxından tanıyır. Adgözəl üçün ev tikəndə fəhlə kimi işləmişdir. İşlədiyi işə görə zəhmət haqqını Adgözəl ödəmişdir. Zenfiradan başqa digər bacı qardaşları orada görmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Ərizəçi nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Ərizədə göstərilmiş faktlar birinci instansiya məhkəməsi tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş, ərizəçinin təqdim etdiyi sənədlərin ötürülmüş müddətin üzürlü hesab olunması üçün əsas olmadığını qiymətləndirmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-683/2019 nömrəli qətnaməsinin ləğv olunmasını, Ərizəçi X2ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin İsmayıllı rayon Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər Nuriyev Adıgözəl Nuru oğlu, X20, X25, X26 və X21 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)- 683/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-683/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli AZ-İ 965954 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 1985-ci il tarxdə vəfat etmişdir. İşdə olan xx xxxx 2018-ci il tarixli AZ-İ 888073 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 2018-ci il tarxdə vəfat etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Ağbulaq kəndi ərazisində 0,1301 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Ağbulaq kəndi ərazisində 0,8359 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İşdə olan JN-079F Kod 40715028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonun Ağbulaq kəndi ərazisində 0,14 hektar torpaq sahəsi X5 mükiyyətinə verilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 miras qalmış Ağbulaq kəndində yerləşən 108,7 kv.metr olan fərdi yaşayış evindən, həmin kənddə yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsindən, 0,8359 hektar və 0,1301 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 1/1 hissə olmaqla Nuriyev Adgözəl Nuru oğlu pay almışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Ağbulaq kəndi ərazisində 0,8359 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Nuriyev Adgözəl Nuru oğlunun mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Ağbulaq kəndi ərazisində 0,1301 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Nuriyev Adgözəl Nuru oğlunun mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Ağbulaq kəndi ərazisində 0,14 hektar həyətyanı torpaq sahəsi Nuriyev Adgözəl Nuru oğlunun mülkiyyətindədir. İşdə olan xx xxxx 2019-cu il tarixli 407-1528/11 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonun Ağbulaq kəndində 0,14 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 196 kv.metr olan fərdi yaşayış evi **********45-10301 reyestr nömrəsi ilə Nuriyev Adgözəl Nuru oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı rayon İHB-nın Qoşakənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 285 / 1 nömrəli arayışdan görünür ki, X7 məxsus 1966-cı ildə inşa edilmiş divarları çay daşından olan ev fiziki köhnəlməyə uğrayaraq 1996cı ildə dağılmışdır. Həmin evin yerində X11 ilə birlikdə yaşayan oğlu Nuriyev Adgözəl Nuru oğlu tərəfindən həmin ildə öz vəsaiti hesabına divarları mişar daşından ibarət olan yeni ev inşa edərək yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Nuriyev Adgözəl Nuru oğlu halhazırda beş nəfər ailə üzvü ilə birlikdə həmin evdə yaşayır. İşdə olan İsmayıllı rayon İHB-nın Qoşakənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 313 nömrəli arayışdan görünür ki, X11 vəfat etdiyi günə qədər oğlu Nuriyev Adgözəl Nuru oğlunun himayəsində Ağbulaq kəndində bir evdə yaşamışlar. Vəfat edən zaman Zinyət Nuriyevanın bütün dəfn xərcini oğlu Nuriyev Adgözəl Nuru oğlu çəkmişdir. İşdə olan xx xxxxxx 1962-ci il tarixli A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Nuru qızının valideynləri X19 və X8r. İşdə olan xx xxxx 2019-cu il tarixli 011 nömrəli arayışdan görünür ki, ərizəçi X4 rayonunda Tunoşna pansionatında xx xxxxxx 2019-cu il tarixdən tibb bacısı vəzifəsində işləyir. Həmin tarixli arayışdan görünür ki, ərizəçi xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019cu il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. İşdə olan AT-İX ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, ərizəçi xx xxxx 2003-cü il tarixdən X4 şəhər 1 nömrəli Kliniki Xəstəxanasında tibb işçisi kimi fəaliyyətə başlamış və hal-hazırda da orada işləyir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, ərizəçi 2018-ci ilin iyun ayından etibarən kardioloq və terapevtin müşahidəsi altındadır və 2019-cu ilin yanvar ayınadək yaşadığı ərazidə qalması tövsiyyə olunmuşdur Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İsmayıllı rayonun Ağbulaq kəndində anadan olmuşdur. X6 vətəndaşı olmaqla Yaroslavl şəhərində yaşayır və orada işləyir. Ailədə dörd bacı və üç qardaş olmuşlar. Ərizəçinin atası X12 xx xxxxxx 1985-ci ildə, X2 xx xxxx 2018-ci ildə vəfat etmişlər. Ərizəçi anasının hüzür mərasimində iştirak etsə də ondan qalan mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində Notariat Ofisinə müraciət etməmişdir. Analarının vəfatından sonra ərizəçinin qardaşı Nuriyev Adgözəl Nuru oğlu İsmayıllı rayon Dövlət Notariat Ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq miras əmlakları öz adına rəsmiləşdirmiş və çıxarışlar almışdır. Ərizəçi İsmayıllı rayon Notariat Ofisinə miras əmlakların ona düşən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş və Notariat Ofisi miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət keçdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, ərizəçiyə mirasın qəbul edilməsi müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəçi əcnəbi vətəndaş olduğuna görə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığını, yaşadığı Yaroslavl şəhərində iki yerdə işlədiyini, xroniki ürək xəstəliyindən əziyyət çəkdiyini əsas gətirərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən olunmuş müddət ərzində müraciət edə bilmədiyini göstərmişdir. Məhkəmənin qərardadları ilə mülki iş üzrə İsmayıllı rayon Ağbulaq kənd sakinləri Nuriyev Adgözəl Nuru oğlu, X25, X26, X20, X22 və X1 rayon Notariat Ofisinin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Adgözəl Nuriyev qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, Ərizəçi başqa digər vərəsələrin miras əmlaklara dair heç bir iddiaları yoxdur və miras əmlaklardan Adgözəl Nuriyevin xeyrinə imtina etdiklərini bildirirlər. Adgözəl Nuriyev valideynlərindən miras qalmış ev köhnə və uçqun vəziyyətdə olduğundan sökərək öz vəsaiti hesabına yenisini inşa etdirmiş və beş nəfərdən ibarət ailə üzvü ilə həmin evdə yaşayırlar. Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Üçüncü şəxslər iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Nuriyev Adgözəl Nuru oğlu anasının vəfatından sonra ondan miras qalan əmlakları qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən adına rəsmiləşdirmişdir. Ərizəçi miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş 6 (altı) ay müddəti ötürmüşdür. Lakin onun təqdim etdiyi sənədlər ötürülmüş müddətin üzürlü hesab olunması üçün əsas deyildir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan ərizəçinin nümayəndəsi (vəkili) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından Ərizəçi nümayəndəsi və vəkili Vəkilnin apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-683/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-683/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar