Məhkəmə qərarları › İş №2(107)-2294/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2294/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2294/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-45/2019 nömrəli qətnaməsindən iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Emin Əliyev və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxxx 2018-ci il tarixli 2(075)- 45/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 15R000005761 saylı kredit razılaşması üzrə 15954,19 ABŞ dolları məbləğində əsas borc, 6097,14 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulub iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ƏMDK yanında DƏDRX-in seriya MH ******* nömrəli nömrəli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və Şəki şəhəri İsmibəy Nakam küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv.m. yaşayış, 51.7 kv.m. köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiyməti 69500 (altmış doqquz min beş yüz) manata açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı «xxxx» QSC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya «xxxx» QSC) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4) müştərək qaydada «xxxx» QSC-nin xeyrinə 15R000005761 saylı kredit razılaşması üzrə 16283.88 ABŞ dolları kredit borcu, 7284.09 ABŞ dolları faiz borcu və 12672.51 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 36240 (otuz altı min iki yüz qırx) ABŞ dolları 48 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evinə 0.06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında «xxxx» QSC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15L000003002 saylı X2nə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X2 üzrə Cavabdeh1 ilə «xxxx» QSC-nin bağladığı xx.xx.2014-cü il tarixli15R000005761 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015ci il tarixli 15R000005761S saylı, xx.xx.2016-cı il tarixli 15R000005761SA saylı, xx.xx.2016-cı il tarixli 15R000005761SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 23716.12 ABŞ dolları ödəmiş, onun 16283.88 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 639 gün üçün hesablanmış faiz borcu 7284.09 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 639 gün üçün hesablanmış cərimə 12672.51 ABŞ dolları təşkil edir. X2 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka qoyan Cavabdeh2 “xxxx” QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15M000000668 saylı ipoteka müqaviləsi (Şəki rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 12 №-li reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış və RX 04243776 nömrəli çıxarışla Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə “xxxx” QSC qarşısında ipoteka müqaviləsi üzrə yüklü edilərkən həmin fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ipoteka müqaviləsinin bağlandığı notariat kontoruna ərizə təqdim edərək fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu qeyd şərtsiz tərk etmək barədə öhdəlik götürmüşlər. Məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-45/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən «xxxx» QSC apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evinə 0.06 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 apellyasiya şikayəti verərək iddianın təmin edilmiş cərimə, faiz və ipoteka predmetinin 69500 manat məbləğində qiymətləndirilməsi hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-260/2020 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-45/2019 nömrəli qətnaməsi Cavabdeh5 münasibətdə iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair iddiası Cavabdeh5 oğluna aid hissədə təmin edilməmiş, «xxxx» QSC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-45/2019 nömrəli qətnaməsi qismən - yəni, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməmiş hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi 34 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-260/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(102)-3226/2020 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-260/2020 nömrəli qətnaməsi qismən borcun Cavabdeh2 da zamin qismində tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə kassatorun mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi cəriməni azaltsa da, 1000 manata yaxın cərimə məbləği saxlamış, faizi isə ümumiyyətlə azaltmamışdır. İpoteka predmeti olan evin dəyəri isə 100000 manatdan çoxdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 və Cavabdeh2 izahatlarında qanunauyğun qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, «xxxx» QSC isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsini qismən ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin borcun Cavabdeh2 da zamin qismində tutulmasına aid hissəsi istisna olmaqla, digər hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, əsas borclu Cavabdeh1 bankdan qeyd olunan məbləğdə kredit borcu almış, Cavabdeh2 şəxsi zaminliyi ilə və özünə məxsus daşınmaz əşyasını ipoteka qoyaraq öhdəliyin icrasına təminat vermişdir. Buna baxmayaraq Cavabdeh1, götürdüyü kredit borcunu vaxtında – razılışadırılmış ödəniş qrafiklərinə uyğun şəkildə geri qaytarmadığı üçün öhdəliyini pozmuşdur. Belə olan halda, bankın borcun tutulması və ipoteka predmetinə yönəldilməsi haqqında tələbləri, bu qərarın 23-cü bəndində göstərilən hüquq normalarına əsasən haqlıdır. Kollegiya onu da nəzərə alır ki, hazırkı işə baxan məhkəmələr mübahisənin düzgün hüquqi həlli üçün tələblərin əsasında dayanan müqavilələrin etibarlılığını xidməti vəzifəsinə görə onsuz da yoxlayır. Bu səbəbdən işin dayandırılmalı olmasına dair kassatorun mövqeyi əsassızıdr. Odur ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hissələrdə iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası kassatorun Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən tutmanın ipoteka predmetinə yönəldilməsinin əsassız olması barədə mövqeyi ilə razılaşmır. Ona görə ki, əvvəla, bankla bağlanmış kredit xətti və ipoteka müqavilələrində kredit borcunun faizi göstərilməsə də, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planı, habelə həmin plana dəyişikliklik edilməsi haqında xx.xx.2015-ci il tarixli qrafik Cavabdeh2 imzalatdırılmışdır. Bu faktlar ona dəlalət edir ki, Cavabdeh2 öz daşınmaz əşyası ilə təminat verdiyi borc öhdəliyinin həcmi faizlərlə birlikdə ona məlum olmuşdur. Onun tanış olaraq imzası ilə təsdiqlədiyi xx.xx.2015-ci il tarixli qrafikdə aylıq ödənişlər üzrə sonuncu ödənişin aparılmalı olduğu xx.xx.2017-ci ilədək ümumi məbləğin 26.860 ABŞ dolları olduğu açıqca qeyd edilmişdir. Odur ki, kredit xətti və ipoteka müqavilələrində kredit borcunun faizi göstərilməsə də, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli qrafiklərin Cavabdeh2lə razılaşdırılması ipoteka müqaviləsinin etibarlı şəkildə qurulmasına və hüquqi nəticəyə səbəb olmasına dəlalət edir. Sözügedən kredit razılaşması üzrə ödəniş qrafikinin sonradan 29 yanvar və xx xxxxx 2016-cı il tarixlərə dəyişdirilməsi və bu dəyişikliklərin Cavabdeh2lə razılaşdırılmaması ipotekanı aradan qaldırmır. Çünki, Cavabdeh2 ipoteka qoyan kimi öz əşyası ilə bank qarşısında ən azı təminat verdiyi 26.860 ABŞ dolları həcmində məsuliyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, X2nin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda X2 üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Hazırkı işdə tutulan və ipoteka predmetinə yönəldilən ümumi borc məbləği 26.860 ABŞ dollarından artıq olmadığına görə kassatorun şikayəti ipoteka predmetinə aid hissədə əsassızdır və təmin edilməməlidir. Bununla belə, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, borcun həm də zamin kimi Cavabdeh2 tutulması hissəsində hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı, Cavabdeh2 borcun tutulması tələbini onun zamin olması barədə xx.xx.2014-cü il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, borclunun X2ndən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Göründüyü kimi, bankla Cavabdeh2 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilədə və X2ndə borcun illik faiz dərəcəsi göstərilməsə də, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planını, habelə xx.xx.2015-ci il tarixli qrafiki imzalamış, bununla da həm də şəxsi təminat verdiyi borc öhdəliyinin həcmi ona məlum olmuşdur. Bu səbəbdən adları çəkilən tərəflər arasında etibarlı bir zaminlik münasibəti qurulmuşdur. Bununla belə, iş materiallarından görünür ki, əsas borclu Cavabdeh1lə bank arasında qeyd edilən ödəniş qrafikləri 29 yanvar və xx xxxxx 2016-cı il tarixlərdə yenidən dəyişdirilmiş və bu dəyişikliklər zamin Cavabdeh2lə razılaşdırılmamışdır. Belə olan halda, Cavabdeh2 zamin kimi məsuliyyətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2019-cu il tarixli qərarında öhdəliyin həcminin sonradan dəyişdirilməsi halında ipoteka qoyanın məsuliyyətinə yuxarıda qeyd edilən qaydada şərh verdiyi halda, zaminin məsuliyyətinə fərqli yanaşmışdır. Həmin qərarın 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə zamin Cavabdeh2 razılıq verdiyi ödəniş qrafiklərindən sonra edilmiş və ona imzalatdırılmamış dəyişikliklərin zaminin məsuliyyətini ağırlaşdırıb-ağırlaşdırmadığı yoxlanılmalı və nəticəsindən asılı olaraq Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Ona görə də, kassasiya şikayəti qismən - borcun Cavabdeh2 da zamin qismində tutulması hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Ali Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni borcun Cavabdeh2 da zamin qismində tutulması hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərildiyindən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi bu hissələrdə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəri qismən təmin edilməklə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-45/2019 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 15L000003002 saylı X2ndən görünür ki, əsasən, Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 15R000005761 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit götürmüşdür. «xxxx» QSC-in Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15S000005506 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 15L000003002 saylı X2nə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti üzrə verilmiş kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat vermiş və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşıması haqqında öhdəlik götürmüşdür. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 15R000005761SA nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2014-cü il tarixli 15L000003002 saylı X2 üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 15R000005761 Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2016cı il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli Ödəniş Planından görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi qrafik üzrə ödəniş etməklə 16330.35 manat əsas, 2415.96 manat faiz 1936.52 manat komissiya haqqı ödəyəcəyini öz öhdəsinə götürmüşdür. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 15R000005761SB nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2014-cü il tarixli 15L000003002 saylı X2 üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 15R000005761 Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kredititin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxx 2016cı il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli Ödəniş Planından görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi qrafik üzrə ödəniş etməklə 16330.35 manat əsas, 2598.39 manat faiz 3306.94 manat ödənilməmiş faiz/cəriməni ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İpoteka müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Şəki şəhəri İsmibəy Nakam küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv m yaşayış, 51.7 kv m köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. İpotekanın predmeti 39999,30 manat məbləğində qiymətləndirilmişdir. Seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri İsmibəy Nakam küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv m yaşayış, 51.7 kv m köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.2 kv m yaşayış, 51.7 kv m köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi «xxxx» QSC tərəfindən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Şəki şəhər 1 saylı Notariat Kontorunda yazılmış ərizələrdən görünür ki, onlar Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin «xxxx» QSC-nə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda öhdələrinə götürmüşlər ki, onu qeyd-şərtsiz tərk edəcəklər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 6299 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 «xxxx» QSC -yə xx.xx.2018-ci il tarixə 15954,19 ABŞ dolları məbləğində əsas borc, 6097,14 ABŞ dolları faiz borcu vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına kreditin ümumi məbləğinin, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, habelə kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Nəticədə bu məsələ ilə bağlı qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası X2ndə nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15L000003002 saylı X2nə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh5 bankla zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşdur. İşdən görünür ki, əsas borclu Cavabdeh1 bankdan qeyd olunan məbləğdə kredit borcu almış, Cavabdeh2 şəxsi zaminliyi ilə və özünə məxsus daşınmaz əşyasını ipoteka qoyaraq öhdəliyin icrasına təminat vermişdir. Buna baxmayaraq Cavabdeh1 götürdüyü kredit borcunu vaxtında, yəni razılışadırılmış ödəniş qrafiklərinə uyğun şəkildə geri qaytarmadığı üçün öhdəliyini pozmuşdur. Belə olan halda, bankın borcun tutulması və ipoteka predmetinə yönəldilməsi haqqında tələbləri haqlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi borcun həm də zamin kimi Cavabdeh2 tutulması hissəsində hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı, Cavabdeh2 borcun tutulması tələbini onun zamin olması barədə xx.xx.2014-cü il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, borclunun X2ndən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Göründüyü kimi, bankla Cavabdeh2 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilədə və X2ndə borcun illik faiz dərəcəsi göstərilməsə də, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planını, habelə xx.xx.2015-ci il tarixli qrafiki imzalamış, bununla da həm də şəxsi təminat verdiyi borc öhdəliyinin həcmi ona məlum olmuşdur. Bu səbəbdən adları çəkilən tərəflər arasında etibarlı bir zaminlik münasibəti qurulmuşdur. Bununla belə, iş materiallarından görünür ki, əsas borclu Cavabdeh1lə bank arasında qeyd edilən ödəniş qrafikləri 29 yanvar və xx xxxxx 2016-cı il tarixlərdə yenidən dəyişdirilmiş və bu dəyişikliklər zamin Cavabdeh2lə razılaşdırılmamışdır. Belə ki, «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 15R000005761SA nömrəli və xx xxxxx 2016-cı il tarixli 15R000005761SB nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlərdən görünür ki, həmin sənədlərlə kredit alan Cavabdeh1 tərəfindən ödənilməli olan kreditin ödəniş qrafikində dəyişikliklər edilməsinə baxmayaraq sözügedən sazişlər zamin Cavabdeh2 tərəfindən imzalanmamışdır. Zamin Cavabdeh2 tərəfindən imzalanmamış, deməli, onun məlumatının olmadığı sözügedən Sazişlərlə isə onun zamin olduğu kreditin ödəniş qrafikində dəyişikliklərin edilməsi Cavabdeh2 üçün əlverişsiz nəticələrə səbəb olur. Belə olan halda, Cavabdeh2 zamin kimi məsuliyyətinə birinci instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarının 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, zamin Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli və xx xxxxx 2016-cı il tarixli kredit razılaşmaları və əlavə edilmiş ödəniş cədvəlləri ilə tanış edilməmiş, həmin sənədləri öz imzası ilə təsdiq etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələlərin bir çoxuna Plenumun 2018-ci il 31 may tarixli Qərarında aydınlıq gətirildiyindən onlar geniş şəkildə təkrarlanmadan, hazırkı müraciət əsasında şərh edilməli olan məsələlərin məhz həmin Qərarda əks olunmuş hüquqi mövqelər baxımından nəzərdən keçirilməsi məqsədə müvafiqdir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarda əks olunmuş hüquqi mövqeyinə görə, zaminlik müqaviləsinin bağlanması üçün X2nin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar X2ndə dəqiq göstərilməlidir. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X2ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X2ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə X2ndə nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Bununla yanaşı Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gələrkən bir sıra ölkələrin mülki qanunvericiliyinin zaminliyə xitam verilməsinə dair normalarının müqayisəli təhlilini apararaq, bu məsələnin fərqli qaydada tənzimləndiyini müəyyən etmiş və müvafiq şərhi məhz Mülki Məcəllənin 477-ci maddəsinin məna və məzmunu çərçivəsində vermişdir. Gələcəkdə mülki dövriyyənin sabitliyinin, dayanıqlığının və bank sektorunun inkişafının təmin edilməsi baxımından qanunverici tərəfindən həmin normaların təkmilləşdirilməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə kollegiyası kredit xətt müqaviləsi üzrə zamin olan Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli və xx xxxxx 2016-cı il tarixli kredit Sazişlərindən, həmin Sazişlər üzrə ödəniş planlarından məlumatı olmadığını, sözügedən sənədlərlə kreditin ödəniş qrafikində dəyişikliklərin edilməsi üçün onun razılığının alınmadığını, bütün bu halların onun üçün əlverişsiz nəticələrə səbəb olmasını yuxarıda göstərilən qanun normalarının və qərarların tələbləri baxımından nəzərə alaraq hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməli olduğundan iddia tələbi ona aid hissədə təmin edilə bilməzdi. Birinci instansiya məhkəməsi isə bunları nəzərə almadan iddianı kredit müqaviləsi üzrə borcun zamin Cavabdeh2 müştərək qaydada tutulması hissədə təmin etməklə səhvə yol vermişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2(102)-3226/2020 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-45/2019 nömrəli qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə borcun Cavabdeh2 da müştərək qaydada tutulması hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi kredit müqaviləsi üzrə borcun Cavabdeh2 müştərək qaydada tutulması hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-45/2019 nömrəli qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə borcun Cavabdeh2 müştərək qaydada tutulması hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair iddiası kredit müqaviləsi üzrə borcun Cavabdeh2 müştərək qaydada tutulması hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar