Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2294/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadından İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-cı il tarixli 2(046)-845/2020 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması tələbinin təmin edilməsi, Cavabdeh ünvan 1 mənzildən istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-cı il tarixli 2(046)- 845/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermişdir. Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadı ilə Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-845/2020 saylı 15 sentyabr 2020-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi, mülki işin apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(046)-845/2020 saylı qərardadının ləğv edilməsini və müddətin bərpası barədə cavabdehin vəsatətinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(046)-845/2020 saylı qərardadının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 845/2020 saylı 15 sentyabr 2020-cı il tarixli qətnaməsi Cavabdeh 15 sentyabr 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, həmin qətnamə 06 oktyabr 2020-ci il tarixdə “iş yoldaşı” qeydi ilə İsgəndərova Flora tərəfindən təhvil alınmışdır. Bundan sonra Cavabdeh məhkəməyə 18 oktyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, qeyd edilən qətnaməni 18 oktyabr 2021-ci il tarixdə imza etməklə almışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh ünvanlanmış qətnamə iş yoldaşı tərəfindən, yəni ailə üzvü olmayan şəxs tərəfindən təhvil alındığından qətnamədən apellyasiya şikayəti verilmə müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.4-cü mаddəsində göstərilmişdir ki, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 130, 133, 263-264, 360 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-cı il tarixli 2(046)- 845/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin sədri cənab Nuru Quliyevə Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli tərəfindən Təqrir İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-cı il tarixli 2(046)-845/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqda Cavabdeh vəsatətinin təmin edilməsi barədə Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(046)-845/2020 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında 16 dekabr 2021-ci il tarixdə baxılaraq 2(107)-2294/2021 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardad ilə İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(046)- 845/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-cı il tarixli 2(046)-845/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməsi qərara alınmışdır. Odur ki, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-cı il tarixli 2(046)-845/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün mülki işin yenidən qeydə alınmasına göstəriş verməyinizi xahiş edirəm. Hakim: Mahir Əsədli 27 dekabr 2021-ci il
Məhkəmə qərarları › İş №2(107)-2294/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2294/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver