Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-23/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(019)-579/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 29 sentyabr 2020-ci il tarixli 2(019)-579/2020 nömrəli qətnaməsi ilə iddianın qismən-İddiaçı1 iddia tələbi hissəsində təmin edilməsi və Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3, X23, İddiaçı4 və X4 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddianın digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı cavabdehin Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbi hissəsində təmin edilməməsi, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar və ya İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Tülü kəndində ümumi paylı mülkiyyətdə olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Balakən rayonunun Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Onların Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən köhnə və yeni tikilmiş evləri vardır. Həmin mülk mərhum nənəsi X6 tərəfindən ona 1990-cı illərdə bağışlanmışdır. Həmin mülkdə olan köhnə ev nənəsindən qalma ev olmuşdur. Həmin əmlaka dair ƏMDK yanında DƏDRX-dən 19.02.2020-ci il tarixdə öz adına çıxarış almışdır. Həmin çıxarış Daşınmaz Əmlakın dövlət Reyestrində 29 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mərhum valideynləri onunla yaşamışlar. 2004-cü ildə anası X1 vəfat etmişdir. Anasının vəfatından sonra atası X11 təxminən bir il sonra Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmiş və atasına məxsus Balakən rayonu Talalar kəndində yerləşən 0.7 ha torpaq sahəsində özləri üçün ev tikənədək, müvəqqəti olaraq onlara evində yaşamağa icazə vermişdir. Onlara aid mülkə heç bir rəsmi qeydiyyatları olmamışdır. X11 ilə Cavabdeh faktiki nikahlarından uşaqları olmamışdır. Cavabdeh evə gəldiyi gündə ailələrində münaqişə yaratmiş, əsassız mübahisələr başlamış, dəfələrlə atası onu evdən qovmuş, lakin atasının yumşaq xasiyyətindən istifadə edərək yenidən öz qohumlarının vasitəsilə evlərinə geri qayıtmışdır. Mərhum atası kənd ağsaqqalı kimi tanınmış, hər kəsin rəğbətini qazanmış bir insan omuşdur. O cümlədən özləri ziyalı, müəllim ailəsidir. Cavabdeh ailələrinə yaraşmayan, utancverici davranışları və öz aqressiv hərəkətlərini davam etdirməklə ailələrinə nifaq salmış, günlərini qara etmişdir. Bu söz-söhbətdən demək olar ki, elə ilk vaxtlardan atası şəkər xəstəsi olmuşdur. Beləliklə 25.11.2018-ci ildə atası kəskin şəkər və ürək xəstəliyindən ölmüşdür. Atası sağlığında Cavabdeh heç bir etimad etmədiyindən, onunla nə rəsmi nikah qeyd etdirmiş, nədə ki özünə məxsus əmlaklarından ona heç bir pay vəsiyyət etməmişdir. Atasının ölümündən sonra cavabdehə onu onlara bağlayan heç bir bağın olmadığını bildirərək evlərindən çıxıb getməsini və tez bir zamanda onlardan kənarlaşmasını tələb etmişlər, lakin o, inadkarlıq edərək evdən çıxmır. Bununla bağlı aidiyyatı qurumlara yazılı və şifahi qaydada müraciət etmiş, lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddia predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı1 mərhum nənəsi X6 tərəfindən İddiaçı1 1990-cı illərdə bağışlandığını, həmin fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına, həmin evin yerləşdiyi 0,2521 ha həyətyanı torpaq sahəsinin isə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X15, İddiaçı4 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 16.09.2020-ci il tarixdə qeydiyyata alındığını, cavabdehin iddiaçının ailə üzvü, yaxın qohumu və digər qohumu olmadığını göstərərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, uzun illərdir ki, Balakən rayonu Tülü kəndində yaşayır. 2005-ci ildə İddiaçı1 atası X11 ilə qeyri-rəsmi nikaha girmiş və 25 noyabr 2018-cı ilə, yəni Yəhya Abdullayev ölənə qədər onun qeyri-rəsmi arvadı olmuşdur. X25 rəsmi nikah bağlamamış, habelə yaşadığı və İddiaçı1 adına qeydiyyata alınan sözügedən evə pasport qeydiyyatı olmamışdır. Evdə yaşadığı zaman İddiaçı1 və digər iddiaçılarla heç bir ümumi təsərrüfat aparmamışdır. Son iki-üç ildə yoldaşı Yəhya Abdullayev yataq xəstəsi olanda da ona özü baxmışdır. Əri Yəhya yataq xəstəsi olanda ya oğlu Eyyub, ya da onun arvadı bir gün də olsun xəstə atasının qayğısına qalmamışlar. Əri vəfat edəndən sonra bir ildir ki, Eyyubla arvadı onunla yola getmir, ondan evdən çıxıb getməsini tələb edirlər. O, hər ay 130 manat sosial müavinət alır. Onun fərdi yaşayış evi olan qardaşı vardır. Onun başqa gedəcək, qalacaq yeri yoxdur. Əgər gedəcək yeri olsa idi, onların söz-söhbətlərinə, təhqirlərinə dözməyib çıxıb gedərdi. Həm də mərhum yoldaşı Yəhya Abdullayev ona həmin evdə qalmasını tapşırmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(019)-579/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(019)-579/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosesual hüquq normalara uyğun çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən yaşayış evindən (mənzildən) istifadə etməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr AR Mülki Məcəllənin 228-ci maddələrin qaydalarına uyğun həll edilir. AR Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətlərləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddələrin qaydalarına uyğun həll edilir. MM-in 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notarial qaydada təsdiqlənən razılama ilə müəyyən olunur. İş materialından göründüyü kimi, 2020-ci ilə qədər bu evin mülkiyyətçisi olmayıb. İddiaçı1 həyətdəki təzə evdə, o isə bu köhnə evdə yaşamaqla evdən istifadə ilə bağlı üstün hüquqa malik olmamışdır. İddiaçı1 2020-ci ildə bu evə qeyri-qanuni yolla mülkiyyət sənədini əldə edərək onun bu evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Mülkiyyət sənədinin etibarsız hesab edilməsi barədə Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı1 evin nənəsi tərətındən 1990-cu ildə bağışlandığını məhkəmədə bildirsə də, məhkəmə MPM-in 14-cü maddəsinə əsasən işi hər tərəfli tədqiq edib bu halı araşdırmamış, bağışlamadan 30 ildən sonra DƏDRX-nin 12 saylı Ərazi İdərəsi bu evi hansı əsasla qeydiyyata alıb reystrdən çıxarış vermişdir? Ona görə də DƏDRX-də qeydiyyatı ücün əsas olmuş sənədlər tələb edilməli, bağışlama olubsa həmin dövrdə qüvvədə olan AR Mülki Məcəllənin 245-ci və 230-cu məddələrin tələblərinə əməl olunub-olunmadığı yoxlanılmalıdır. Mübahisələndirilən ev kolxozçu həyəti mülkiyyəti olub. MM-in 120-ci maddəsinin tələbinə uygunmu bağlanıb? Necə otaqlı necə kvm sahəsi olan ev bağışlanıb? Çıxarılması tələbi qoyulan ev onun yaşadığı evdirmi? Halbuki mərhum həyat yoldaşı tərəfindən bu evin mülkiyyət sənədinin olmadığı ona bildirilmişdir. 2004-cü ildə mərhum X21 oglu ilə qeyri-rəsmi ailə qurmuş, onunla ailə qurarkən bu köhnə evə gəlin kimi köçmüşdür. Onunla nikahını sonra qeyd etdirəcəyini desə də, Yəhya Abdullayev çox mömin, yaxşı adam olduğuna və onun övladları onunla cox səmimi rəftar etdiyinə görə ondan təkidlə nikahın qeyd edilməsini tələb etməmişdir. Məhrum oğluna da şifahi tapşırmışdır ki,o, ölənə qədər bu evdə yaşayacaq. İşdəki tərəflərin izahatlarından görünür ki, və həqiqət də belədir ki, həyətdə iki ev var. Məhkəmə qətnaməsindən aydın olmur ki, DƏDRX-dən çıxarış İddiaçı1 yaşadığı evə, yoxsa uçmaq təhlükəsi olan bu evə verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Nümayəndə izahatında bildirdi ki, qeyd olunan torpaq sahəsində iki yaşayış evi var. İddiaçı1 hər iki yaşayış evini vahid daşınmaz əmlak kimi qeydiyyata aldıraraq daşınmaz əmlakın dövlət reyestrindən bir çıxarış alıb. Cavabdeh 1902-ci ildə tikilən 59,40 m2 sahəsi olan yaşayış evində yaşayır. Cavabdehin həmin evdə yaşaması üçün heç bir əsas yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 27 noyabr 2018-cı il tarixli, AZ-İ 971334 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 25.11.2018-ci ildə ölmüşdür. Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 27.08.2020-ci il tarixli 919 nömrəli arayışdan görünür ki, X11 həqiqətən 25.11.2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi tarixədək Talalar kəndində qeydiyyatda olmuş və yaşamışdır. 06 sentyabr 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X11 JN-006F nömrəli Torpağın Mülkiyyətə X3 məxsus olan 0.07 (yeddi sot) ha həyətyanı torpaq sahəsini və JN- 1205 nömrəli Torpağın Mülkiyyətə X2 məxsus olan 0,51 ha (əlli bir sot) mülkiyyət (pay) torpağını oğlanları X13 və X7 bərabər payla vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli Çıxarışdan görünür ki, 29 №li reyestr kitabının 41 №li vərəqində 19.02.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən ümumi sahəsi 124.1 kv.m. olan fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə İddiaçı2, torpaq sahəsi ümumi birgə İddiaçı3, torpaq sahəsi ümumi birgə İddiaçı4 və torpaq sahəsi ümumi birgə X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********05-10301 olan 07 invertar qeydiyyat nömrəli 19 fevral 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli Çıxarışdan görünür ki, 29 №li reyestr kitabının 41 №li vərəqində 16.09.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən ümumi sahəsi 183.50 kv.m. olan fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə İddiaçı2, torpaq sahəsi ümumi birgə İddiaçı3, torpaq sahəsi ümumi birgə X15, torpaq sahəsi ümumi birgə İddiaçı4 və torpaq sahəsi ümumi birgə X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********05-10301 olan, 07 invertar qeydiyyat nömrəli 14 sentyabr 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. 09.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 08 fevral 2021-ci il tarixli 2(019) nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və İddiaçı1 qarşı DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin İddiaçı1 adına 19.02.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların dövlət qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli 2(107)- 966/2014 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, İ.H.Şükürov və A.A.Mahmudov) Balakən Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2(019)-140/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, iddiaçı Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsinin **********89 nömrəli 04 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Balakən rayonu Tülü kəndində 0,2521 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evləri tam mülkiyyət üzrə İddiaçı1 Yehya oğlunun adına, torpaq sahəsi isə ümumbirgə mülkiyyət üzrə ********** və ********** qeydiyyat nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən RİH Tülü kənd inzibati dairəsi üzrə 27 yanvar 2020-ci il tarixli 157 nömrəli arayışından görünür ki, Tülü kənd (qəsəbə) inzibati ərazi dairəsinin 2 təsərrüfat başına kitabına 157 səhifəsində İddiaçı1 adına 1981-ci ildə tikilmiş, 1 mərtəbəli 4 otaqlı 130 kv.m ümumi, 80 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evin və 0,25 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Balakən RİH Tülü kənd inzibati dairəsi üzrə 04 sentyabr 2020-ci il tarixli 1088 nömrəli arayışından görünür ki, Tülü kənd (qəsəbə) inzibati ərazi dairəsinin 2 təsərrüfat başına kitabına 157 səhifəsində İddiaçı1 adına 1902-ci ildə tikilmiş, 1 mərtəbəli 2 otaqlı 60 kv.m ümumi, 50 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evin və 0,25 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Balakən RİH Tülü kənd inzibati dairəsi üzrə 29 yanvar 2020-ci il tarixli 266 nömrəli arayışından görünür ki, A092742 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunun 0, 25 ha (kənd təsərrüfatı və ya yaşayış məntəqələri təyinatlı) torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları rəhbər tutularaq Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun və aşağıda qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir: 1.İddiaçı1
2. İddiaçı2
3. İddiaçı3 4 X18 5.İddiaçı4
6. X12 Balakən RİH Tülü kənd inzibati dairəsi üzrə 06 aprel 2022-ci il tarixli 21 nömrəli məktubundan görünür ki, Balakən rayon Tülü kənd sakini İddiaçı1 adına 2016-2020-ci illərin təsərrüfatbaşına kitabın 157-ci səhifəsinə əsasən 0,25 ha həyətyanı, 0,94 ha pay torpaq sahəsi və 1981-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. Həmin evdə aşağıdaki şəxslər qeydiyyatdadırlar- İddiaçı1, İddiaçı2, X12, X10. Həyətyanı torpaq sahəsində həmin evdən əlavə 1902-ci ildə tikilmiş bir mərtəbəli iki otaqlı ümumi sahəsi 50 kv.m. olan ev vardır. Balakən rayonu Tülü kənd İcra Nümayəndəliyinin 1996-2015-ci və 2016-2020-ci illərə aid təsərrüfat başına kitablarının təsdiq edilmiş çıxarışlarından görünür ki, sözügedən evlərin yerləşdiyi təsərrüfat İddiaçı1 adında olmuş, təsərrüfatda o cümlədən arvadı İddiaçı2, qızı X16, oğlu X14, gəlini X10 qeyd olunmuşlar. Cavabdeh və onun mərhum əri X11 həmin təsərrüfatın üzvləri olmamışlar. İşin həqiqi hаllаrındаn görünür ki, iddianın predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən 1902-ci və 1981-ci illərdə tikilmiş fərdi yaşayış evləri tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 19.02.2020-ci və 16.09.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin evlərin yerləşdiyi və Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı isə İddiaçı1 və onun arvadı İddiaçı2, qızları İddiaçı3, X23, İddiaçı4, oğlu X8 verilmiş 0.2521 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X15, İddiaçı4 və X4 adına qeydiyyata alınmışdır. 2005-ci ildə İddiaçı1 atası X11 Cavabdeh ilə qeyri-rəsmi evlənmiş, onlar iddiaçıya məxsus 1902-ci ildə tikilmiş evdə yaşamışlar. X11 ilə Cavabdeh rəsmi nikah bağlamamış, o cümlədən Cavabdeh mübahisəli evdə qeydiyyatda olmamışdır. Cavabdeh və X5 bu nikahdan uşaqları olmamışdır. Cavabdeh İddiaçı1 ilə və digər iddiaçılarla ümumi təsərrüfat aparmamış, İddiaçı1 və digər iddiaçıların ailə üzvü, yaxın qohumu və digər formada qohumu olmamışdır. 25.11.2018-ci il tarixdə İddiaçı1 atası X11 ölmüşdür. Onun ölümündən sonra İddiaçı1 Cavabdeh ona məxsus evdən çıxmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçıya məxsus evdən çıxmadığına görə iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı1 atası X11 ilə rəsmi nikaha girməmişdir. Cavabdeh İddiaçı1 qanunda nəzərdə tutulmuş ailə üzvü, digər ailə üzvü, yaxın qohumları və digər qohumları sırasına daxil deyildir. İddiaçı1 ona ailə üzvü, digər ailə üzvü olmayan, həmçinin ona münasibətdə yaxın qohum və digər qohumlar kateqoriyasına daxil olmayan Cavabdeh ilə ümumi təsərrüfat aparmamışdır, o, Cavabdeh saxlamaq vəzifəsi daşımır. Ona görə də Cavabdeh həm qanunun analogiyası tətbiq edilməklə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinin tələbləri baxımından, həm də hazırki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyi baxımından 2005-ci il tarixdən yaşadığı və İddiaçı1 xüsusi mülkiyyət hüquqlarının qeydə alındığı Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinə sahiblik etmək və həmin evdən istifadə etmək hüququna malik deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-nin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyəti açıqlanmaqla, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 8.0-cı maddəsinə görə, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. 9.1-ci maddəsinə görə, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2.1 və 9.2.2-ci maddələrinə görə, o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanımasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları»nın onun ailə üzvü kimi qiymətləndirilməsi həmin şəxslərin Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması ilə şərtləndirilmişdir. Yəni yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri olmayan digər qohumları o halda mülkiyyətçinin ailə üzvü kimi yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malik şəxs kimi qiymətləndirilə bilər ki, həmin şəxslər Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərdən olsun. Bu xüsusda məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 15-ci fəsli «Ailənin başqa üzvlərinin aliment öhdəlikləri» adlanır və həmin fəsilə saxlanılmalı olan ailənin başqa üzvlərinin dairəsi konkret şəkildə göstərilmişdir. Belə ki, Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir: 1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Yuxarıda qeyd olunan müddəaların mənasına görə əgər yaşayış sahəsi mülkiyyətçisinin qohumu olan şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində qeyd edilmiş həmin beş qrup şəxslər dairəsindən birinə daxil deyilsə, mülkiyyətçinin ailə üzvü kimi onunla birlikdə yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs hesab edilə bilməz və yaşayış sahəsinin mülkiyyətçisi öz ailə üzvü hesab edilməyən həmin qohumlarının öz qanuni mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdıran istənilən hərəkət və hərəkətsizliklərinə son qoyulmasını tələb etməkdə haqlıdır. Kollegiya tərəfindən araşdırılmış sübutlarlan görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə İddiaçı1 və onun arvadı İddiaçı2, qızları İddiaçı3, X23, İddiaçı4, oğlu X8 verilmiş 0.2521 ha həyətyanı torpaq sahəsində olan iki fərdi yaşayış evi İddiaçı1 təsərrüfatında olmuş, buna görə o, hər iki fərdi yaşayış evini qanuni əsaslarla mülkiyyət hüququ üzrə 19.02.2020-ci və 16.09.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrində öz adına dövlət qeydiyyatına aldırmışdır. Bununla da cavabdeh tərəfindən mübahisələndirilən evin İddiaçı1 mülkiyyətində olması müəyyən edilir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, işin gerçək halından müəyyən olundu ki, cavabdehin yaşadığı və Tülü kəndində yerləşən fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmış qaydada Eyyub Abdulllayevin mülkiyyətindədir. Yəni, mülkiyyətçi İddiaçı1 qeyd olunan mübahisəli evin qanuni sahibidir. Cavabdehin nikahdan kənar ər-arvad münasibətində olduğu mərhum Yəhya Abdullayevin isə həmin kənddə mülkiyyəti olmamış, ona məxsus torpaq sahəsi Balakən rayonu Talalar kəndində yerləşir. Cavabdeh iddiaçının ailə üzvü olmadığından iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna malik deyildir. Ona görə də Cavabdeh qeyd edilən evdə yaşaması üçün qanuni əsas müəyyən edilmir. Onun həmin evdə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur və həmin hüququnun toxunulmazlığına xələl gətirir. Buna görə də iddiaçı Cavabdeh sözügedən və Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasının tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(019)-579/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(019)-579/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.