Məhkəmə qərarları › İş №2(107)-23/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-23/2025

03.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-23/2025 03.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Darçın oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Hissəvi xitam) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X13 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh3, Cavabdeh X6 hüquqi varisi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Darçın oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-15/2023 nömrəli qətnaməsindən Cavabdeh1 Darçın oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Darçın oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********78 olan 0.69 ha kənd təsərrüfatıf təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-15/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdehlər Cavabdeh1 Darçın oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X15 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planı 1, yerquruluşu planı 2, yerquruluşu planı 3-də göstərilən 0.57 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Darçın oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iş üzrə ödənilmiş 410 manat mütəxəssis xərcinin yarısı-205 manatın cavabdehlər Cavabdeh1 Darçın oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin 50 manatının cavabdehlər Cavabdeh1 Darçın oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 və 50 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 Darçın oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, şikayətində Azərbaycan Respublikası Balakən Rayon Məhəkəməsin 15 avqust 2023-cü il tarixli, e-2(019)-15/2023 iş nömrəli qətnaməsinin “iddianın təmin olunması, cavabdehlər Cavabdeh1 Darçın oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planı 1, yerquruluşu planı 2, yerquruluşu planı 3-də göstərilən 0.57 ha hissəsindən çıxarılması” hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, ləğv edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə məhkəmə kollegiyasında baxılarkən cavabdeh X6 ölməsi və X15 barəsində mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi müəyyən edilmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş, cavabdeh X7 aid elektron sorğu məlumatlarından görünür ki, o, 02 avqust 2024-cü il tarixdə ölmüşdür. Kollegiya qeyd etməyi vacib hesab edir ki, Cavabdeh1 Darçın oğlu, X5, X8, Padarova (Tosova) Nəzakət Darçın qızı, X9, Ağcayeva (Tosova) Nahidə Darçın qızı, X10 məhkəmə kollegiyası tərəfindən cavabdeh X6 hüquqi varisləri qismində cəlb edilsələr də, bu X6 birinci növbə vərəsələrinin mübahisənin gedişatı barədə məlumatlandırılmaları məqsədini daşımışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 hüquqi varisi X11 mərhum X15 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 mərhum X15 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 mərhum X15 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 mərhum X15 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, işdə iştirak edən digər şəxslər kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işdə iştirak edən lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya mərhum X6 apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi digər cavabdehlərə qarşı hissəsində də ləğv edilməli olmasına dair mövqeyinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Yəni digər cavabdehlər Cavabdeh1 Darçın oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddianın onlara qarşı təmin edilmiş hissəsini özlərinin mübahisələndirmək hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ona görə də məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-15/2023 nömrəli qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 Darçın oğluna yönəlmiş hissəsində yoxlamışdır. Kollegiya qeyd edir ki, iddia tələbinin məzmunundan göründüyü kimi cavabdeh X7 münasibətdə həmin tələb cavabdeh X6 iddiaçılara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********78 olan 0.69 ha kənd təsərrüfatıf təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmasından ibarətdir. Kollegiya qeyd edir ki, X7 aid hissədə iddia tələbi bilavasitə X7 qarşı yönəlməklə, iddianın X7 qarşı olan hissəsi təmin ediləcəyi təqdirdə həmin şəxsin özü tərəfindən icra edilməli olan tələbdir. X1 qarşı yönəlmiş hissəsində varisin onun əvəzindən həmin tələb üzrə məsul olması imkanları nəzərdə tutulmamışdır. Bir sözlə X7 qarşı hissədə mübahisə edilən hüquq münasibəti X15 ilə bağlı olmaqla onun vəfatından sonra məhkəmənin icraatında olan hazırkı iddia tələbi üzrə hüquq varisliyinə yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-15/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh X7 qarşı yönəlmiş cavabdeh X6 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh X4 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3na verilməsi, iş üzrə ödənilmiş 410 manat mütəxəssis xərcinin yarısı-205 manatın cavabdeh Darçın Cavad oğlundan alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin 50 manatının cavabdeh X4 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi hissələrində ləğv edilməli, iddia tələbinin cavabdeh X7 qarşı olan hissəsində iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-15/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdeh X7 qarşı yönəlmiş cavabdeh X6 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh X4 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iş üzrə ödənilmiş 410 manat mütəxəssis xərcinin yarısı-205 manatın cavabdeh X4 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin 50 manatının cavabdeh X4 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi hissələrində ləğv edilsin. İddia tələbinin cavabdeh X7 qarşı olan hissəsində iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar