Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-232/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-842/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-842/2019 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddiası rədd edilmiş, 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2ndan və anası X12 miras qalmış Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən, 1,06 ha pay torpağından, 0,06 ha və 0,04 ha həyətyanı torpaq sahəsindən və həmin həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evindən ona düşən hissə üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, X2 xx xxxxxxx 2004-cü ildə, anası Əhmədova Xədicə Arif qızı isə xx xxxxxx 2007-ci ildə vəfat etmişlər. Valideynlərinin 4 övladı olmuşdur. Cavabdeh2, X16, Cavabdeh1 və özü İddiaçı. Onların vəfatından sonra Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 1,06 ha pay torpağı, 0,06 ha və 0,04 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Bildirmək istəyir ki, o, neçə illərdi qardaşı Cavabdeh1 qorxusundan ata yurduna gələ bilmir. Belə ki, neçə illər əvvəl cavabdeh Yaşar Əhmədov onu bıçaqlayaraq onu ata evindən qovmuşdur. Valideynlərinin yas mərasiminə onu buraxmamışdır. O, neçə illərdi ki, qorxu içində yaşayır, tək qadındır, ailə qurmuşdur, şəxsi evi yoxdur. Şəki şəhərində Əyriçay ərazisində çayxanada çay satmaqla dolanır və çayxananın yaxınlığındakı vaqonda məskunlaşaraq yaşayır. Neçə dəfələrlə ata yurduna qayıtmaq, ona varis kimi düşən paydan və islahat zamanı ona ayrılmış pay torpaq sahəsindən istifadə etmək istəmiş, lakin cavabdeh Yaşar Əhmədov onu öldürəcəyi ilə hədələyərək onu ata yurdundan didərgin salıb. Cavabdehlər valideynlərinin vəfatından sonra saxta sənədlər toplayaraq “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışlar. Belə ki, valideynlərinin vəfatından sonra, 4 övladın olmasına baxmayaraq, yalnız öz adlarını sağ qalmış vərəsələr kimi yazdırmışlar və saxta arayış əsasında “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” alaraq, saxta yollarla ata yurduna yiyələnmişlər. Nəticədə onun və qardaşı Orucun hüquqları pozulmuşdur. Qeyd etmək istəyir ki, Orucun da onun kimi bütün bunlardan xəbəri olmamışdır, o, uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və onlarla əlaqə saxlamır. O, 2019-cu ilin əvvəlində vərəsəliklə əlaqədar Notariat Konturuna müraciət etmişdir. Zaqatala rayon Dövlət Notariat Konturunun xx.xx.2019-cu il tarixli 534 nömrəli məktubuna əsasən ona məlum olmuşdur ki, cavabdehlər xx.xx.2014-cü il tarixdə vərəsəliklə bağlı Notariat Konturuna müraciət etmişlər və öz adlarına “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” almışlar. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 243 nömrəli arayışından görünür ki, 1990- 1999-cu illər üzrə əhalinin uçotu kitabında onların hamısının adı qeyd olunmuşdur. Belə olan halda mərhumlardan qalmış bütün mirasın 1/4 hissəsi onun payına düşür. Onun mərhumların birinci dərəcəli vərəsəsi kimi mirasdan payını tələb etmək və islahat zamanı ayrılmış pay torpaqdan istifadə etmək hüququ vardır. Ona görə də, öz payını tələb etmək üçün məhkəməyə müraciət etmişdir. Əlavə olaraq göstərdi ki, o, 21 ildən çoxdur ki, atası evindən çıxıb getmişdir. Atası rəhmətə getdiyi gün evə gəlmiş, lakin onu evə buraxmadıqlarından qayıtmışdır. Anası rəhmətə gedəndə isə gəlməmişdir. İddia etdiyi evdən və torpaq sahəsindən istifadə etməmiş, valideynləri rəhmətə gedəndən sonra isə vərəsəliklə bağlı müraciət etməmişdir. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə 1997-ci ildə rəsmi qaydada nikah bağlamaqla onun yaşadığı evə gəlin köçmüşdür. X1 xx xxxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. X3 isə xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Qaynanası vəfat etdikdən sonra əri Cavabdeh1 və qaynı Cavabdeh2 mirası qəbul etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı notariat kontoruna müraciət etmişlər. Onlara Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən tərtib və təsdiq olunaraq xx xxxxxx 2016- cı il tarixli 2V-246 say ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda həmin torpaq sahəsi onların mülkiyyətindədir. Onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyə uyğun qaydada verilmişdir. Hesab etmişdir ki, iddia tələbi əsassızdır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə birtərəfli baxaraq, ədalətsiz qətnamə çıxararaq onun hüquqlarını pozmuşdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 842/2019 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-842/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş 969 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə anadan olmuşdur. Bu barədə xx xxxxxx 1975-ci il tarixdə Zaqatala rayon Qeydiyat şöbəsi tərəfindən 225 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası Əhmədova Xədicə Arif qızıdır. İşdə olan Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş AZ-İİ 017115 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən ki, X7 xx xxxxxxx 2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2004-cü il tarixdə 130 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş AZ-İİ 017116 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən ki, X20 xx xxxxxx 2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 942 nömrəli arayışdan görünür ki, Əhmədova X9 şəhəri Qazangül qəsəbəsində yaşamır. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 940 nömrəli arayışdan görünür ki, Əhmədov X10 şəhəri Qazangül qəsəbəsində yaşayır. İşdə olan Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 534 nömrəli məktubdan görünür ki, xx xxxxxxx 2004-cü il tarixdə ölmüş X4 və xx xxxxxx 2007-ci il tarixdə ölmüş X11 miras qalmış əmlaka dair vərəsəlik işi açılmış, vərəsəliyin dairəsi müəyyən olunmuşdur. Vərəsəliyin qəbulu üçün onun oğlu Cavabdeh1 və Əhmədov X6 rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir. Onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı atasının və anasının ölümündən sonra 6 ay ərzində vərəsəliyin qəbulu üçün notariat kontoruna müraciət etməmişdir. O, xx xxxxxxx 2004-cü il tarixdə ölmüş X4 və xx xxxxxx 2007-ci il tarixdə ölmüş X11 qalmış əmlaka mirasın qəbulu müddətini ötürmüşdür. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-075F Kod 40201004 nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon X15 xx xxxxxx 2000-ci il tarixli 86 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi X7, X21, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-075G Kod 40201004 nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon X15 xx xxxxxx 2000-ci il tarixli 86 saylı qərarı ilə 0,11 ha torpaq sahəsi X7, X21, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-075İ Kod 40201004 nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon X15 xx xxxxxx 2000-ci il tarixli 86 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi X7, X21, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 40201004 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon X15 xx xxxxxx 2000-ci il tarixli 86 saylı qərarı ilə 1,06 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X7, X21, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli 2V-246 say ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2007-ci il tarixdə ölmüş X13 vərəsəsi zaqatala rayonu Qazangül qəsəbəsində yaşayan oğlanları Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan irs almalıdır. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxxx 2004-cü il tarixdə X20 xx xxxxxx 2007-ci il tarixdə ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən də görünür ki, Cavabdeh1 və Əhmədov X5 Xədicə Arif qızının vərəsəsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin birinci hissəsinə, 127-ci maddənin İİ və Vİİ hissələrinə Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133, 1134.1, 1159.1.1, 1159.1.2, 1159.1.3. 1160, 1145, 1146, 1243.1, 1243.2, 1243.3, 1245, 1246 və 1248.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə anadan olmuşdur. X7 xx xxxxxxx 2004-cü il tarixdə, X20 xx xxxxxx 2007- ci il tarixdə ölmüşdür. X20 vəfat etdikdən sonra oğlanları Cavabdeh1 və Cavabdeh2 mirası qəbul etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı notariat kontoruna müraciət etmişlər. Onlara Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən tərtib və təsdiq olunaraq xx xxxxxx 2016-cı il tarixli 2V246 say ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı atasının və anasının ölümündən sonra mirası faktiki olaraq qəbul etməmiş, həmçinin 6 ay ərzində vərəsəliyin qəbulu üçün notariat kontoruna müraciət etməmişdir. O, xx xxxxxxx 2004-cü il tarixdə ölmüş X4 və xx xxxxxx 2007-ci il tarixdə ölmüş X11 qalmış əmlaka mirasın qəbulu müddətini ötürmüşdür. İddiaçı X2ndan və anası X12 miras qalmış Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən, 1,06 ha pay torpağından, 0,06 ha və 0,04 ha həyətyanı torpaq sahəsindən və həmin həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evindən ona düşən hissə üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsini tələb edir. Cabadeh isə iddianı qəbul etmir. İddiaçı iddia tələbindən görünür ki, iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini tələb edir. O, iddia tələbinin əsası kimi miras əmlak qalmış şəxslərin qızı olduğunu əsas gətirərək onun həmin mirasdan payı olduğunu iddia edir. İşin hallarından görünür ki, miras qoymuş şəxs vəfat etdikdən sonra iddiaçı miras əmlaka sahiblik etməmiş, onu idarə etməmiş, mirası qəbul etdiyini nümayiş etdirməmişdir. Bundan başqa, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə miras qoymuş şəxs vəfat etdikdən 6 ay ərizndə ərizə də verməmişdir. Göründüyü kimi iddiaçı notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışdır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı yalnız qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, o, mirasın faktiki qəbul edilməsi faktı ilə bağlı, həmçinin miras əmlakın qəbulu müddətinin bərpa edilməsi, eyni zamanda Cavabdeh1 və Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etməmişdir. İşdən göründüyü kimi, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlərin mülkiyyətinə verilmişdir. İddiaçının tələbinin təmin edilməsi üçün isə işdə hər hansı bir əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinədair iddiası rədd edilməlidir. 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-842/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-842/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-232/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-232/2020
15.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver