Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-232/2025 01.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış mənzilin bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Birgə nikahda əldə edilmiş əmlakda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış mənzilin bölünməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1018/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən mənzilin bərabər paylarla bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdehla 17 may 2021- ci ildə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından 14 iyul 2022-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində İsmayıl adlı bir övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra Bakı şəhərində yaşamışlar. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən mənzili almışlar və orada yaşamışlar. Hal-hazırda da həmin mənzildə müvəqqəti qeydiyyatdadır.O, cavabdehdən hamilə qaldıqdan və uşağın doğuşuna az qaldıqda cavabdehin razılığı ilə Rusiya Federasiyasının Kazan şəhərinə valideynlərinin yanına getmişdir və uşaq orada doğulmuşdur. Uşaq doğulduqdan sonra o yenidən 2022-ci ilin iyul ayının axırlarında Azərbaycana İsmayıllı şəhərində yaşayan qaynata və qaynanasının evinə gəlmişdir. Cavabdeh olan əri isə Türkiyədə öz iş yerində olmuşdur. Qaynanasının təsiri ilə cavabdehlə ailə daxili münasibətləri pozulduğundan cavabdeh ona qarşı nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İsmayıllı Rayon Məhkəməsinin 2024- cü il 14 aprel tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin cavabdeh onu birgə nikah dövründə alınmış, Bakı şəhərində yerləşən mənzillərinə buraxmamışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi anası Nümayəndə təmsil etmişdir.
4. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında əsasən iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı qızı, cavabdeh isə keçmiş kürəkənidir. Tərəflər 17 may 2021-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tərəflər birgə nikah müddətində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzili 120000 manata satın almışlar. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iş üzrə məhkəmə iclasına şahidlərin dəvət edilməsi barədə vəsatətini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə edilən mübahisəli mənzilin satın alınması üçün ödənilmiş 120000 manat məbləğinin 80000 manatı cavabdehin güya nikahdan əvvəl bacısının adına aldığı mənzilin satılmasından, qalan 40000 manatını isə güya qardaşı və qardaşı arvadından borc aldığı pul hesabına alınmasını göstərməklə həmin hal üzrə yaxın qohumlarından ibarət olmaqla vəkil tərəfindən təlimatlandırılmış şəxsləri məhkəməyə dəvət etməklə yalan məlumatı süni yolla təsdiqlətmək və mülki məsuliyyətdən yayınmaq məqsədini güdür. Belə ki, cavabdeh qızı ilə ailə qurduqdan sonra Bakı şəhərində yaşamaq qərarına gəldikdə cavabdehin Bakı şəhərində evi olmadığına görə əvvəl kirayədə yaşamaq qərarına gəlmişlər. Lakin sonradan hazırda mübahisələndirdikləri mənzili satın almış, mənzilin çatışmayan pulunun bir hissəsini də onun ərindən borc almışdır.Əgər cavabdehin Bakı şəhərində formal olaraq bacısının adına aldığı mənzili olmuşdusa nə üçün kirayəyə mənzil axtarmışdır. Demək cavabdehin adından onun vəkilinin quraşdırdığı bəhanələr tam yalandır və cavabdehi bu mülki məsuliyyətdən yayındırmağa çalışmaq məqsədi daşıyır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
5. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir.
6. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İddiaçı onun keçmiş arvadıdır. 2021-ci ildə iddiaçı ilə ailə qurmuşdur və nikahlar xx.xx.2021-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində qeydiə alınmışdır. Mübahisəli mənzil isə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır, yəni nikahın bağlanmasından 4 ay sonra mənzil alğı-satqı müqaviləsi əsasında 120000 manata alınmışdır. Tərəfindən təqdim olunmuş pasportda olan qeydlərə əsasən o xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2021-ci il tarixində ölkəyə geri qayıtmışdır. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır. İş üzrə tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, o Şahid1 ilə "Pronto” MMC-nin inşa etdiyi ünvan 4 ünvanında yerləşən yaşayış binasında blok "E", mərtəbə 6, mənzil 281 ünvanında yerləşən ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı mənzili 75000 manata razılaşaraq xx.xx.2017-ci il tarixində almış, həmin əmlakı bacısı Şahid3 adına sənədləşdirmişdir. Həmin sənədləşmə işinin bacısının adına edilməsinə səbəb, onun ölkə hüdudlarından kənarda gəmidə işləməsi və ilin çox vaxtının Azərbaycan Respublikasında olmaması səbəbindən mənzil ilə bağlı sənədləşmə işlərinin, kommunal xətlərin çəkilməsi işlərinin bacısı tərəfindən icra edilməsi olmuşdur. Qeyd etdiklərini məhkəmə iclasında şahid qismində iştirak edən bacısı Şahid3 da izahat verərək təsdiq etmişdir. Təqdim edilmiş sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, Şahid2 Bakı şəhər, Nizami rayonu, Nəsimi küçəsi,ev 29,mənzil 39 ünvanında 1 otaqlı mənzili tam mülkiyyət hüququilə əldə etmiş və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şahid2 həmin mənzili 30 sentyabr 2017-ci il tarixində Təranə Qasımovaya AN-l № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 50000 manata satmış, bundan 3 gün sonra, yəni xx.xx.2017-ci il tarixində AN-İ № ******* nömrəli alğısatqı müqaviləsi əsasında Mahir Məmmədovdan 3 otaqlı mənzili 90000 manata almışdır. Sonradan Şahid3 həmin mənzil üzrə sənədləşmə işləri başladıqdan sonra çıxarış almış və mənzildən o Azərbaycana gəldikdən sonra istifadə etmişdir. Həmin mənzili iddiaçı da onunla birlikdə görmüş və mənzildə qalmışdır. Həmin mənzil bir otaqlı olduğundan, sonradan ailə qurduğundan mənzili satıb başqa mənzil almaq qərarına gəlmiş,bu məqsədlə mənzili elan sayıtına qoymuş və Şahid4 satmışdır. Şahid4 ilə bütün danışıqları özü aparmış və qiymətdə razılaşdıqdan sonra Şahid3 notariat ofisinə gedib alğı-satqı müqaviləsi əsasında həmin mənzili ona satmağı göstəriş vermişdir. Şahid3 isə həmin mənzili AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 80000 manata satmış və pulu özündə saxlamış xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasına gəldikdən sonra ona təqdim etmişdir. O, isə həmin pulun üzərinə 20000 manat qardaşı Şahid5 və qardaşının həyat yoldaşı Şahid6 borc almış, 20.000 manat isə öz vəsaitini qoyaraq,ünvan 6 ünvanında yerləşən mübahisəli mənzili 120.000 manata almışdır. Göründüyü kimi mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatı Şahid3 adında olan faktiki olaraq ona məxsus və iddiaçı ilə nikahdan 4 il əvvəl alınmış mənzil hesabına əldə olunmuş, 20.000 manat isə alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə öz vəsaiti hesabına toplanmışdır.Onun ev alınması zamanı cəmi 22000 manat pulu olmuşdur, digər pulları evin satılması və qardaşından alınmış borc hesabına əldə etmişdir. Məhkəməyə təqdim etdiyi İsgəndərun Dənizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində o "MV Nahidə-M” adlı gəmidə 2-ci Kapitan olaraq işləmiş və 4000 USD əmək haqqı almışdır. Həmin arayışı nəzərə alaraq müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən nikah şəhadətnaməsi üzrə xx.xx.2021-ci il tarixində bağlanılmış nikahdan 4 ay sonra xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil alınmışdır. Onun isə hər ay 4000 ABŞ dolları əmək haqqı aldığını nəzərə alsaq, onun bu 4 ay ərzində 16.000 ABŞ dolları əmək haqqı aldığı görünmüş olar. Respublikamızda ABŞ dollarının məzənnəsinin 1.70 manat olduğunu nəzərə alaraq, bu müddətdə onun qazancının 27.200 manat olduğu aydın görsənir. Bu müddətdə həmin puldan şəxsi ehtiyaclar üçün pul vəsaiti xərclənməsini də nəzərə alsaq, məhkəmə iclasında onun cəmi 22000 manat pulu olması bir daha sübut olunur. Məhkəmə iclasında izahatları alınmış Şahid5 və Şahid6 ona borc verdiklərini, aralarında borc müqaviləsi bağlandığını və qohumluq münasibətlərinə görə notarial qaydada bağlamadıqlarını bildirmişlər. Bu müddət ərzində iddiaçı heç bir yerdə işləməmiş, müstəqil qazancı olmamış, nə də ki, ev alınmasına hər hansı vəsait qoymamışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bu faktı təsdiq etmiş və bildirmişdir ki, ev alınması zamanı 10000 manat cehiz alınmasına pul vermişlər. Göründüyü kimi mübahisəli mənzili alarkən, mənzilin dəyəri olan 120.000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməmişdir. O, həmin vəsaiti toplamaq üçün, faktiki olaraq özünə məxsus, hüquqi olaraq Şahid3 adına qeydə alınmış mənzili sataraq 80.000 manat pul əldə etmiş, alğı-satqı müqaviləsi 10 avqust 2021-ci il tarixində baş vermiş, o Azərbaycan Respublikasına bundan 1 ay 2 gün sonra, yəni 12 sentyabr 2021-ci il tarixində gəlmiş, ölkəyə gəldikdən 5 gün sonra isə mübahisəli mənzili 120.000 manata almışdır. Məhz bu fakt sübut edir ki, Şahid3 adında olan mənzilin satışından əldə edilmiş vəsait mübahisəli evin alınmasına yönəldilmişdir. Qalan 40000 manat vəsaitiisə həm özünə məxsus 20.000 manat, həm də qardaşından borc aldığı 20.000 manat vəsait hesabına toplamışdır. İddiaçının nümayəndəsi olan anası da məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki,ev alınması zamanı iddiaçı tərəfindən vəsait qoyulmamış, lakin birgə nikah dövründə alındığı üçün mənzil bölünməlidir. Mübahisəli mənzil birgə nikah dövründə alınsa da birgə vəsait hesabına alınmamışdır. Bu faktla da hesab edir ki, iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü tələb edir,bunun üçün iki şərt müəyyən edilmişdir,birincisi əmlakın birgə nikah dövründə əldə edilməsi,ikincisi birgə vəsait hesabına əldə edilməsidir ki,iddiaçı əmlakın birgə vəsait hesabına əldə edilməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, əksinə nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən mənzilin alınmasına pul vəsaiti qoyulmamışdır. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, mübahisə predmeti olan mənzilin birgə nikah dövründə alınsa da, birgə vəsait hesabına alınmamasını və yuxarıda göstərilən təkzib edilməz sübutları nəzərə alaraq iddia tələbi təmin edilməməlidir. Ona görə də iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış mənzilin bərabər paylarla bölünməsi tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı səbəblərə görə iddia tələbini əsassız hesab edir.Belə ki,iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2021-ci il tarixində İsmayıllı rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Mübahisəli mənzil isə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır, yəni nikahın bağlanmasından 4 ay sonra mənzil alğı-satqı müqaviləsi əsasında 120000 manata alınmışdır. Tərəflərindən təqdim olunmuş pasportda olan qeydlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2021- ci il tarixində ölkəyə geri qayıtmışdır. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır.Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının (bundan sonra qərar) 3.3- cü bəndində qeyd olunur ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür.Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Həmin Qərarın 3.6-cı bəndində qeyd olunur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Həmin Qərarın 3.8-ci bəndində qeyd olunur ki, bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və sair) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat faaliyyətinin nəticəsi olaraq deyil,nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa,əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ərarvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. İş üzrə tərəflərindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Cavabdeh Şahid1 ilə "Pronto” MMC-nin inşa etdiyi ünvan 4 ünvanında yerləşən yaşayış binasında blok "E", mərtəbə 6, mənzil 281 ünvanında yerləşən ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı mənzili 75000 manata razılaşaraq xx.xx.2017-ci il tarixində almış, həmin əmlakı bacısı Şahid3 adına sənədləşdirmişdir. Həmin sənədləşmə işinin bacısının adına edilməsinə səbəb, Cavabdeh ölkə hüdudlarından kənarda gəmidə işləməsi və ilin çox vaxtının Azərbaycan Respublikasında olmaması səbəbindən mənzil ilə bağlı sənədləşmə işlərinin, kommunal xətlərin çəkilməsi işlərinin bacısı tərəfindən icra edilməsi olmuşdur. Qeyd etdiklərini məhkəmə iclasında iştirak edən Şahid3 və Şahid1 da izahat verərək təsdiq etmişlər. Şahid1 izahatında bildirmişdir ki, həmin mənzil ilə bağlı alğı-satqı müqaviləsini faktiki olaraq Cavabdehla razılaşıb bağlamış, yəni evi Cavabdeh satmış, evə baxmağa Cavabdeh ora bir xanım ilə gəlmiş (bu xanım iddiaçı deyil), baxıb bəyənmiş və pulu da ona Cavabdeh vermişdir. Lakin çox vaxt xaricdə olduğundan sənədləşmə işlərini bacısı Şahid3 adına rəsmiləşdirmişdir. Şahid3 izahatında həmin əmlakı Cavabdeh aldığını, o evin alınmasına heç bir vəsait sərf etmədiyini, sənədləşmə işləri ilə əlaqədar evin onun adına sənədləşdirildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 əri Şahid2 bildirmişdir ki, arvadı Şahid3 adına alınmış evə heç bir vəsait verməmiş, həmin evi Cavabdeh bəyənib almış, pulu da Cavabdeh vermiş, həmin evi Şahid3 ilə birgə mülkiyyəti hesab etməmişdir. Həmçinin qeyd etmişdir ki, həmin vaxt bir otaqlı mənzildə yaşamış, bir otaqlı mənzili olaola yenidən bir otaqlı mənzil almasının mənasız olduğunu bildirmişdir. Həmin evi isə elə Emin ev aldığı ildə, yəni 2017-ci ildə sataraq, özlərinə iki otaqlı mənzil aldığını bildirmiş və bu barədə sənədləri məhkəməyə təqdim etmişdir.Təqdim edilmiş sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, Şahid2 Bakı şəhər, Nizami rayonu, Nəsimi küçəsi,ev 29,mənzil 39 ünvanında 1 otaqlı mənzili tam mülkiyyət hüququ ilə əldə etmiş və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şahid2 həmin mənzili 30 sentyabr 2017-ci il tarixində Təranə Qasımovaya AN-l № 0633533nömrəli alğı-satqı müqaviləsi əsasında 50000 manata satmış, bundan 3 gün sonra, yəni xx.xx.2017-ci il tarixində AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Mahir Məmmədovdan 3 otaqlı mənzili 90000 manata almışdır. Göründüyü kimi, sənədlərə əsasən Şahid2 dedikləri ağlabatandır. Sonradan Şahid3 həmin mənzil üzrə sənədləşmə işləri başladıqdan sonra çıxarış almış və mənzildən Cavabdeh Azərbaycana gəldikdən sonra istifadə etmişdir. Hətta məhkəmə iclasında izahat vermiş Cavabdeh bildirmişdir ki, iddiaçı da həmin mənzili görmüş və mənzildə qalmışdır. Həmin mənzil bir otaqlı olduğundan, Cavabdeh isə ailə qurduğundan mənzili satıb başqa mənzil almaq qərarına gəlmiş bu məqsədlə mənzili elan sayıtına qoymuş və Şahid4 satmışdır. Şahid4 ilə bütün danışıqları özü aparmış və qiymətdə razılaşdıqdan sonra Şahid3 notariat ofisinə gedib alğı-satqı müqaviləsi əsasında həmin mənzili ona satmağı göstəriş vermişdir. O, isə həmin mənzili AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 80000 manata satmış və pulu özündə saxlamış xx.xx.2021-ci il tarixində Cavabdeh Azərbaycan Respublikasına gəldikdən sonra ona təqdim etmişdir. Bütün bunları məhkəmə iclasında izahatları alınmış Şahid3 və Şahid2 təsdiq etmişlər. Cavabdeh isə həmin pulun üzərinə 20000 manat qardaşı Şahid5 və qardaşının həyat yoldaşı Şahid6 borc almış, 20.000 manat isə öz vəsaitini qoyaraq, ünvan 6 ünvanında yerləşən mübahisəli mənzili 120.000 manata almışdır. Göründüyü kimi mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatı Şahid3 adında olan faktiki olaraq Cavabdeh məxsus və iddiaçı ilə nikahdan 4 il əvvəl alınmış mənzil hesabına əldə olunmuş, 20.000 manat isə alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə öz vəsaiti hesabına toplanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh də bildirmişdir ki, onun ev alınması zamanı cəmi 22000 manat pulu olmuşdur, digər pulları evin satılması və qardaşından alınmış borc hesabına əldə etmişdir. Cavabdeh dedikləri ağlabatandır ona görə ki, təqdim etdikləri İsgəndərun Dənizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Cavabdeh "MV NahidəM” adlı gəmidə 2-ci Kapitan olaraq işləmiş və 4000 USD əmək haqqı almışdır. Həmin arayışı nəzərə alaraq müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən nikah şəhadətnaməsi üzrə xx.xx.2021-ci il tarixində bağlanılmış nikahdan 4 ay sonra xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil alınmışdır. Cavabdeh isə hər ay 4000 ABŞ dolları əmək haqqı aldığını nəzərə alsaq, onun bu 4 ay ərzində 16.000 ABŞ dolları əmək haqqı aldığını görmüş olarıq. Respublikamızda ABŞ dollarının məzənnəsinin 1.70 manat olduğunu nəzərə alaraq, bu müddətdə onun qazancının 27.200 manat olduğu aydın görsənir. Bu müddətdə həmin puldan şəxsi ehtiyaclar üçün pul vəsaiti xərclənməsini də nəzərə alsaq, Cavabdeh məhkəmə iclasında onun cəmi 22000 manat pulu olması bir daha sübut olunur. Məhkəmə iclasında izahatları alınmış Şahid5 və Şahid6 Cavabdeh borc verdiklərini bildirmişlər,aralarında borc müqaviləsi bağlandığını və qohumluq münasibətlərinə görə notarial qaydada bağlamadıqlarını bildirmişlər. Bu müddət ərzində iddiaçı heç bir yerdə işləməmiş, müstəqil qazancı olmamış, nə də ki, ev alınmasına hər hansı vəsait qoymamışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bu faktı təsdiq etmiş və bildirmişdir ki, ev alınması zamanı 10000 manat cehiz alınmasına pul vermişlər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 5.3-cü bəndində qeyd olunur ki, məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadınmülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarı ilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyildir. Bunun üçün şəksiz mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Göründüyü kimi, tərəflərindən təqdim edilmiş əyani sübutlar şahid ifadələri ilə təsdiq olunur ki,Cavabdeh mübahisəli mənzili alarkən,mənzilin dəyəri olan 120.000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməmişdir. O, həmin vəsaiti toplamaq üçün, faktiki olaraq özünə məxsus, hüquqi olaraq Şahid3 adına qeydə alınmış mənzili sataraq 80.000 manat pul əldə etmiş,alğı-satqı müqaviləsi 10 avqust 2021-ci il tarixində baş vermiş,Cavabdeh Azərbaycan Respublikasına bundan 1 ay 2 gün sonra, yəni 12 sentyabr 2021-ci il tarixində gəlmiş,ölkəyə gəldikdən 5 gün sonra isə mübahisəli mənzili 120.000 manata almışdır.Məhz bu fakt sübut edir ki, Şahid3 adında olan mənzilin satışından əldə edilmiş vəsait mübahisəli evin alınmasına yönəldilmişdir. Qalan 40000 manat vəsaiti isə həm özünə məxsus 20.000 manat, həm də qardaşından borc aldığı 20.000 manat vəsait hesabına toplamışdır. İddiaçının nümayəndəsi olan anası da məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki,ev alınması zamanı iddiaçı tərəfindən vəsait qoyulmamış, lakin birgə nikah dövründə alındığı üçün mənzil bölünməlidir. Hesab edirlər ki, göstərdikləri faktlar iddiaçının nümayəndəsinin izahatı,təqdim etdikləri əyani sübutlar və şahid ifadələri ilə işin mübahisəsiz halı kimi tam təsdiq olunur ki, mənzil birgə nikah dövründə alınsa da birgə vəsait hesabına alınmamışdır. Bu faktla da hesab edirlər ki, iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü tələb edir,bunun üçün iki şərt müəyyən edilmişdir,birincisi əmlakın birgə nikah dövründə əldə edilməsi,ikincisi birgə vəsait hesabına əldə edilməsidir ki,iddiaçı əmlakın birgə vəsait hesabına əldə edilməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, əksinə nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən mənzilin alınmasına pul vəsaiti qoyulmamışdır. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, mübahisə predmeti olan mənzilin birgə nikah dövründə alınsa da, birgə vəsait hesabına alınmamasını və yuxarıda göstərilən təkzib edilməz sübutları nəzərə alaraq iddia tələbi təmin edilməməlidir.Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
8. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) xx.xx.2024-cü il tarixli, 2(037)-1018/2024 nömrəliqətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil İddiaçı ilə Cavabdeh arasında bərabər bölünərək 1/2 hissədə paylarının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Birinci intansiya məhkəməsi müəyyən edilmişdir ki, tərəflər 17 may 2021-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikah müddətində Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə1632 nömrə ilə qeydə alınmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil 120000 manata satın alınmışdır. İddiaçı və nümayəndəsi Nümayəndə mübahisə predmeti olan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzilin tərəflər arasında bərabər bölünərək paylarının müəyyən edilməsini tələb edirlər. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmirlər və mübahisə predmeti olan mənzilin birgə nikah müddətində əldə edilsə də, birgə vəsait hesabına alınmadığını, mübahisəli mənzilin dəyərinin 80000 manatının birgə nikah müddətindən qabaq alınmış 1 otaqlı evin satışından əldə edildiyini, qalan 40000 manat vəsaitinin 20000 manatının cavabdehin qardaşından və arvadından borc alındığını, 20000 manatının isə cavabdehin özünə aid olduğunu bildirirlər və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edirlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil tərəflərin birgə nikahda olduqları müddətdə alınmışdır. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil mübahisəli mənzilin dəyərinin 80000 manatının birgə nikah müddətindən qabaq alınmış 1 otaqlı evin satışından əldə edildiyini bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişlər və eyni zamanda həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bundan əlavə cavabdeh və nümayəndəsi və vəkili Vəkil mübahisəli mənzilin birgə vəsait hesabına alınmadığını bildirdiklərindən həmin faktı sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə mübahisə predmeti olan tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzilin tərəflər arasında bərabər bölünərək 1/2 hissədə paylarının ayrılmasını ədalətli hesab edir.
11. Məhkəmə hazırki tələb üzrə nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanın əksini sübut etmə barədə cavabdehin gətirdiyi dəlillərə hüquqi qimət verərək aşağıdakıları qeyd etmişdir.
12. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri şahidlər onun yaxın qohumları və qohumluqları olduğundan hazırkı tələb üzrə sözügedən şahidlərin ifadələri obyektivlik baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə mübahisəli fərdi yaşayış evinin satıcısı olmuş Şahid1 verdiyi ifadələr arasında ziddiyətlərə diqqət çəkərək qeyd edir ki, o, məhkəmə iclasında işin faktiki hallarının, yəni evin hansı tarixdə satılması, məbləği barədə verilən suallara xatırlamadığını, lakin, 2017-ci il tarixdə hazırkı tələb üzrə Cavabdeh ona sözügedən mənzili əslində onun alacağını, lakin Türkiyə Respublikasına gedəcəyindən bacısı tərəfindən rəsmiləşdiriləcəyini bildirməklə məhkəməyə şahidin əvvəlcədən bu yöndə ifadə verməsi barədə öyrədilməsi qənaətinə gəlməyə əsas verməklə, onun da ifadəsinin mötəbər sübut növü kimi qəbul edilməsini istisna edir. Belə ki, sözügedən mübahisəli fərdi yaşayış evinin əslində Cavabdeh vəsaiti ilə lakin bacısının adına alması barədə cavabdeh tərəfin gətirdiyi əsaslardan biri də məhz alğı-satqı zamanı Cavabdeh ölkədə olmayacağı ilə əlaqələndirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh sərhəddən çıxma tarixi xx.xx.2018-ci il tarixidir, mübahisəli mənzil isə xx.xx.2017-ci ildə cavabdehin bacısı Şahid3 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi alınan zaman Cavabdeh ölkə ərazisində olmuşdur.
13. Bundan başqa məhkəmə 20000 borc alınması barədə tərtib edilmiş müqaviləyə hüquqi qiymət verərək qeyd etmişdir ki, ilk növbədə sözügedən borc müqaviləsi hazırki tələb üzrə iddiaçının marağına toxunduğundan, eyni zamanda borc müqaviləsinin tərtib olunma günü, ayı və ili mübahisəli olduğundan mötəbər sübut növü kimi qəbul edilə bilməz.
14. Bundan əlavə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin alınmış borc müqabilində və ya tərəflərdən birinə yoxsa hər ikisinə, yəni ailəyə bağışlanmış vəsait hesabına satın alınması və həmin məbləğlərin tərəflər arasında hansı hissədə bölünməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmədiyindən hazırki tələbin predmetini təşkil etmir.
15. Məhkəmə hazırkı iddia tələbinin mahiyyətinə münasibət bildirərək qeyd etmişdir ki, tələb nikah dövründə əldə olunmuş əmlaka payların müəyyən edilməsi olduğundan, həmin əmlakın naturada bölünməsini əhatə etmir. Belə ki, paylar müəyyən edildikdən sonra sözügedən əmlakın naturada bölünməsi barədə tələb irəli sürülə bilər. Hazırki tələbdə isə əmlakın naturada bölünməsi barədə iddia irəli sürülməmişdir.
16. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil İddiaçı ilə Cavabdeh arasında bərabər bölünərək 1/2 hissədə payları müəyyən edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 34.2, 36.1, 36.3, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 225.1, 225.2-ci maddələrinə,“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 78.1, 88, 106.1,107,119.1, 217.3, 217.4, 218.1, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tam qanunsuzdur və aşağıdakı səbəblərə görə iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
20. İş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2021-ci il tarixində İsmayıllı Rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Mübahisəli mənzil isə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır, yəni nikahın qeydindən 4 ay sonra mənzil alqı-satqı müqaviləsi əsasında 120.000 manata (yüz iyirmi min) alınmışdır. Tərəflərindən təqdim olunmuş pasportda olan qeydlərə əsasən Cavabdeh xx.xx.2021-ci iltarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2021-ci il tarixində ölkəyə geri qayıtmışdır. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır. Yəni, tərəflərin birgə təsərrüfat aparmadıqları tarixlərə (cavabdehin ölkədən çıxması, nikahın qeydə alınması və cavabdehin ölkəyə qayıtması tarixlərinə) diqqət yetirəndə aydın görsənir.
21. Hesab edirlər ki, məhkəmə bu maddənin tələblərini düzgün təfsir etməmiş və mövcud hüquq münasibəti ilə həmin maddənin hüquqi mənasını fərqləndirməmişdir. Onlar evin dəyərinin ödənilməsinə sərf olunmuş 120.000 manat vəsaitin haradan əldə edilməsini araşdırmadan gəlirin ümumi olub-olmamasını dəqiqləşdirmədən əmlakı bölünməsi ilə razı deyillər.
22. Yəni iş materiallarından da məlumdur ki, iddiaçı heç bir yerdə işləməmiş, cavabdeh isə həmin dövrə aid qazancına dair məlumatları təqdim etmişdir. İsgəndərun Dənizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Cavabdeh "MV Nahidə-M” adlı gəmidə 2-ci Kapitan olaraq işləmiş və 4000 USD əmək haqqı almışdır ki, beləliklə 4 ay ərzində 16.000 ABŞ dolları əmək haqqı aldığını görmüş olarlar. Respublikada ABŞ dollarının məzənnəsinin 1.70 manat olduğu nəzərə alınaraq, bu müddətdə onun qazancının 27.200 manat olduğu aydın görsənir. Bu müddətdə həmin puldan şəxsi ehtiyaclar üçün pul vəsaiti xərclənməsi də nəzərə alınsa Cavabdeh məhkəmə iclasında dediyi kimi, onun ev alınarkən özünə məxsus cəmi 22000 manat pulu olması bir daha sübut olunur. Hətta iddiaçının nümayəndəsi də evin alınması üçün heç bir vəsait vermədiklərini məhkəmə iclasında etiraf etmişdir. Bunlar işin mübahisələndirilməyən tərəfləridir. Onları n əsas diqqət çəkmək istədikləri məsələ “Gəlirlər” ifadəsinin qanunda istifadəsidir ki, bu ifadənin böyük hüquqi əhəmiyyəti vardır və hesab edirlər ki, bu məsələ məhkəmənin diqqətindən yayınmışdır. Nə Mülki Məcəllədə, nə də Ailə Məcəlləsində “gəlir” ifadəsinin hüquqi mənası verilməsə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə görə gəlir dedikdə – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri başa düşülür.
23. Hesab edirlər ki, bütün bu məsələlərə qiymət verilməmişdən öncə məhkəmə tərəflərin birgə nikah dövründə nə qədər “gəlir” qazandıqlarını müəyyən etməli idi və buna hüquqi qiymət verməli idi. Evin alınmasına isə həmin gəlirdən nə qədər vəsaitin sərf olunmasını aydınlaşdırmalı və bundan sonra qətnamə qəbul edilməli idi. Lakin məhkəmə təqdim etdikləri sübutları araşdırmadan və evin alınmasına sərf edilmiş pulun haradan əldə edilməsini dəqiqləşdirmədən mənzil üzərində payların bərabər qaydada bölünməsini qət etmişdir. Bu isə ədalətsiz və qanunsuzdur.
24. İş üzrə tərəflərindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Cavabdeh Şahid1 ilə "xxxx" MMC-nin inşa etdiyi ünvan 4 ünvanında yerləşən yaşayış binasında blok “E”, mərtəbə 6, mənzil 281 ünvanında yerləşən ümumi sahəsi 59.16 kvm olan 1 otaqlı mənzili 75000 manata razılaşaraq xx.xx.2017-ci il tarixində almış, həmin əmlakı bacısı Şahid3 adına sənədləşdirmişdir.
25. Həmin sənədləşmə işinin bacısının adına edilməsinə səbəb, Cavabdeh ölkə hüdudlarından kənarda gəmidə işləməsi və ilin çox vaxtının Azərbaycan Respublikasında olmaması səbəbindən mənzil ilə bağlı sənədləşmə işlərinin, kommunal xətlərin çəkilməsi işlərinin bacısı tərəfindən icra edilməsi olmuşdur. Qeyd etdiklərini məhkəmə iclasında iştirak edən Şahid3 və Şahid1 da izahat verərək təsdiq etmişlər. Şahid1 izahatında bildirmişdir ki, həmin mənzil ilə bağlı alqı-satqı müqaviləsini faktiki olaraq Cavabdehla razılaşıb bağlamış, yəni evi Cavabdeh satmış, evə baxmağa Cavabdeh ora bir xanım ilə gəlmiş (bu xanım iddiaçı deyil), baxıb bəyənmiş və pulu da ona Cavabdeh vermişdir. Lakin çox vaxt xaricdə olduğundan sənədləşmə işlərini bacısının Şahid3 adına etmişdir. Şahid3 izahatında həmin əmlakı Cavabdeh aldığını, o evin alınmasına heç bir vəsait sərf etmədiyini, sənədləşmə işləri ilə əlaqədar evin onun adına sənədləşdirildiyini bildirmişdir
26. Məhkəmə iclasında iştirak edən Şahid3 əri Şahid2 bildirmişdir ki, arvadı Şahid3 adına alınmış evə heç bir vəsait verməmiş, həmin evi Cavabdeh bəyənib almış, pulu da Cavabdeh vermiş, həmin evi Şahid3 ilə birgə mülkiyyəti hesab etməmişdir. Həmçinin qeyd etmişdir ki, həmin vaxt bir otaqlı mənzildə yaşamış, bir otaqlı mənzili ola-ola yenidən bir otaqlı mənzil almasının mənasız olduğunu bildirmişdir. Həmin evi isə elə Emin ev aldığı ildə, yəni 2017-ci ildə sataraq, özlərinə ikiotaqlı mənzil aldığını bildirmiş və bu barədə sənədləri məhkəməyə təqdim etmişdir.
27. Təqdim edilmiş sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, Şahid2 ünvan 9 ünvanında 1 otaqlı mənzili tam mülkiyyət hüququ ilə əldə etmiş və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrli çıxarış verilmişdir. Şahid2 həmin mənzili 30 sentyabr 2017-ci il tarixində X2 AN-İ №0633533 nömrəli alqı-satqı müqaviləsi əsasında 50000 manata satmış, bundan 3 gün sonra, yəni xx.xx.2017-ci il tarixində AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X1 3 otaqlı mənzili 90000 manata almışdır. Göründüyü kimi, sənədlərə əsasən Şahid2 dedikləri ağlabatandır. Bu halda əmlakın Cavabdeh məxsus olması faktı bir daha təsdiq olunur.
28. Sonradan Şahid3 həmin mənzil üzrə sənədləşmə işləri başladıqdan sonra çıxarış almış və mənzildən Cavabdeh Azərbaycana gəldikdən sonra istifadə etmişdir. Hətta məhkəmə iclasında izahat vermiş Cavabdeh bildirmişdir ki, iddiaçı da həmin mənzili görmüş və mənzildə qalmışdır.
29. Həmin mənzil bir otaqlı olduğundan, Cavabdeh isə ailə qurduğundan mənzili satıb başqa mənzil almaq qərarına gəlmiş bu məqsədlə mənzili elan saytına qoymuş və Şahid4 satmışdır. Şahid4 iləbütün danışıqları özü aparmış və qiymətdə razılaşdıqdan sonra Şahid3 notariat ofisinə gedib alqı-satqı müqaviləsi əsasında həmin mənzili ona satmağı göstəriş vermişdir. O, isə həmin mənzili AN-İ № ******* nömrəli alqısatqı müqaviləsi əsasında 80000 manata satmış və pulu özündə saxlamış xx.xx.2021-ci il tarixində Cavabdeh Azərbaycan Respublikasına gəldikdən sonra ona təqdim etmişdir. Bütün bunları məhkəmə iclasında izahatları alınmış Şahid3 və Şahid2 təsdiq etmişlər.
30. Cavabdeh isə həmin pulun üzərinə 20000 manat qardaşı Şahid5 vəqardaşının həyat yoldaşı Şahid6 borc almış, 20.000 manat isə öz vəsaitini qoyaraq, ünvan 10 ünvanında yerləşən mübahisəli mənzili 120.000 manata almışdır. Göründüyü kimi mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatı Şahid3 adında olan faktiki olaraq Cavabdeh məxsus və iddiaçı ilə nikahdan hələ 4 il əvvəl alınmış mənzil hesabına əldə olunmuş, 20.000 manat isə alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə öz vəsaiti hesabına toplanmışdır.
31. Məhkəmə iclasında iştirak edən cavabdeh də bildirmişdir ki, onun ev alınması zamanı cəmi 22000 manat pulu olmuşdur, digər pulları evin satılması və qardaşından alnmış borc hesabına əldə etmişdir. Cavabdeh dedikləri ağlabatandır ona görə ki, təqdim etdikləri İsgenderun Denizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Cavabdeh “MV Nahide-M” adlı gəmidə 2. Kapitan olaraq işləmiş və 4000 USD əmək haqqı almışdır.
32. Məhkəmə iclasında izahatları alınmış Şahid5 və Şahid6 Cavabdeh borc verdiklərini bildirmiş, aralarında borc müqaviləsi bağlandığını və qohumluq münasibətlərinə görə notarial qaydada bağlamadıqlarını bildirmişdir. Bu müddət ərzində iddiaçı heç bir yerdə işləməmiş, müstəqil qazancı olmamış, nə də ki, ev alınmasına hər hansı vəsait qoymamışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bu faktı təsdiq etmiş və bildirmişdir ki, ev alınması zamanı 10000 manat cehiz alınmasına pul vermişlər.
33. Göründüyü kimi, tərəflərindən təqdim edilmiş əyani sübutlar şahid ifadələri ilə təsdiq olunur ki, Cavabdeh mübahisəli mənzili alarkən, mənzilin dəyəri olan 120.000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməmişdir.
34. İddiaçının nümayəndəsi olan anası da məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, ev alınması zamanı iddiaçı tərəfindən vəsait qoyulmamış, lakin birgə nikah dövründə alındığı üçün mənzil bölünməlidir. Hesab edirlər ki, məhkəmə qətnaməsində bu faktlara diqqət yetirməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Hesab edirlər ki, Plenumun Qərarına uyğun olaraq, əmlak bərabər qaydada bölünməməli idi, əmlakın birgə nikah dövründə alınması faktı onun bərabər qaydada bölünməsi üçün əsas olmamalı, əmlakın alınmasına sərf edilmiş vəsaitin birgə nikah dövründə əldə edilib edilməməsi faktı müəyyən edilməli idi. Lakin Məhkəmə belə faktı müəyyən etmədən əmlak üzərində payları bərabər bölmüşdür ki, bu da tam qanunsuzdur və Qərarın tələblərinə cavab vermir.
35. Mənzil alınması zamanı cavabdehin vəsaiti çatmadığından o, qardaşı Şahid5 və onun arvadı Şahid6 20.000 manat borc almış və tərəflər arasında borc müqaviləsi yazılı şəkildə bağlanılmışdır. Həmin müqavilə məhkəməyə təqdim edilmiş və Şahid5 və Şahid6 da məhkəmə iclasında ifadə verərək həmin borc verilməsi faktını təsdiq etmişlər. Lakin Məhkəmə təqdim edilmiş sübuta qərəzli yanaşaraq, öz qətnaməsində onlar üçün anlaşılmayan şəkildə qeyd etmişdir ki, “ilk növbədə sözügedən borc müqaviləsi hazırki tələb üzrə iddiaçının marağına toxunduğundan, eyni zamanda borc müqaviləsinin tərtib olunma günü, ayı və ili mübahisəli olduğundan mötəbər sübut növü kimi qəbul edilə bilməz. Bundan əlavə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin alınmış borc müqabilində və ya tərəflərdən birinə yoxsa hər ikisinə, yəni ailəyə bağışlanmış vəsait hesabına satın alınması və həmin məbləğlərin tərəflər arasında hansı hissədə bölünməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmədiyindən hazırki tələbin predmetini təşkil etmir. Məhkəmə qətnaməsinin bu qaydada əsaslandırılması məhkəmənin cavabdehə qarşı qərəzli, iddiaçıya qarşı isə xoşməramlı olduğunu bir daha sübut edir. Belə ki, borc müqaviləsi olduğu halda və tərtib olunma tarixi 12 sentyabr 2021-ci il tarixi qeyd olunduğu halda müqavilənin tarixinin şübhəli olması qənaətinə məhkəmə necə gəldiyi onlar üçün anlaşılan deyil, bundan əlavə mübahisənin fərdi yaşayış evi yox mənzil ilə bağlı olması, lakin qətnamədə fərdi yaşayış evinin qeyd olunması, hansısa bağışlanılmış vəsaitin olmadığı halda bağışlamadan söhbət getməsi, qarşılıqlı iddia ərizəsinin verilməməsi kimi qeydlər də məhkəmənin əslində araşdırmanı hansı aşağı dərəcədə aparmasını bir daha onlara agah edir.
36. Məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamış, cavabdeh tərəfindən təqdim olunmuş sübutlara qərəzli yanaşmışdır. Belə ki, məhkəmədə Şahid1 ifadəsinə məhkəmə qərəzli yanaşaraq, onun tarixləri xatırlamamasını əsas gətirərək guya onun cavabdeh tərəfindən öyrədilməsi qənətinə gəlmiş və onun ifadəsinin mötəbər sübut növü kimi qəbul edilməsini istisna etmişdir. Hesab edirlər ki, məhkəmənin bu cür qiymətləndirməsi tam qanunsuz və əsassızdır, məhkəmə şahidin ifadəsinə qərəzli yanaşmaqla öz qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır. Halbuki məhkəmə nəzərə almamışdır ki, unutqanlıq hissi insana məxsus bir hissdir və 7 il yarım əvvəl baş vermiş bir hadisənin insan tərəfindən unudulması tam normal bir haldır. Cavabdeh tərəfindən şahid öyrədilmiş olsaydı bu halda sənədlər və orada olan tarixlər barədə məlumatlı olan cavabdeh ona həmin tarixləri də öyrətmiş olardı.
37. Tərəflərindən məhkəməyə, qeyd etdikləri kimi təkzibedilməz sübutlar, faktlar təqdim edilmiş, şahid ifadələri ilə həmin faktlar öz təsdiqini tapmış, lakin məhkəmə həmin sübutları qiymətləndirməmiş, onlara heç bir hüquqi qiymət verməmiş, əsassız olaraq, Şahid1 ifadəsinə qərəzli yanaşmışdır. Bütün bunların əksinə olaraq, heç bir hadisəyə şahid olmayan, sadəcə hardansa eşitdikləri barədə iddiaçı tərəfindən öyrədilmiş şahidlər X4, X5 və X3 adlı şəxsləri iddiaçı tərəfin dəvəti ilə məhkəmə iclasında dindirilməsinə şərait yaratmış və onların verdiyi saxta məlumatlar əsasında öz qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır. Halbuki hər üç şahidə tərəflərindən hansı halın şahidi olduqları barədə sual verildikdə onlar ad çəkmədən guya əvvəllər ev olmaması sonra ev alınması barədə eşitdiklərini bildirmiş, həmin evlərdə olmadıqlarını və görmədiklərini bildirmişlər. Belə olan halda onların ifadəsinə qərəzli yanaşmaq əvəzinə məhkəmə Şahid1 izahatına qərəzli yanaşaraq, cavabdehə qarşı öz qərəzli münasibətini bir daha aşkar şəkildə bildirmişdir.
38. Məhkəmə evin dəyərinin ödənilməsinə sərf olunmuş 120.000 manat vəsaitin haradan əldə edilməsini araşdırmadan, gəlirin ümumi olub–olmamasını dəqiqləşdirmədən əmlak üzərində payları bərəbaər qaydada bölmüşdür. Belə ki, iş materiallarından da məlumdur ki, iddiaçı heç bir yerdə işləməmiş, cavabdeh isə həmin vaxta aid qazancına dair məlumatları təqdim etsə də, məhkəmə 120.000 manatın haradan əldə edilməsini tədqiq etməmiş, 120.000 manatın 80.000 manatının faktiki olaraq, cavabdehə məxsus evin satılmasından əldə olumasına, 20.000 manatın cavabdeh tərəfindən borc alınmasına məhkəmə qərəzli yanaşmışdır.
39. İş materiallarında olan sənədlərə əsasən tərəflərin birgə təsərrüfat aparmamasını nəzərə almamış, belə ki, pasportda olan qeydlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, həmin vaxt nikah münasibətlərərində olmamış, xx.xx.2021-ci il tarixində ölkəyə geri qayıtmışdır. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır. Nikah şəhadətnaməsi üzrə xx.xx.2021-ci il tarixində bağlanılmış nikahdan 4 ay sonra xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil alınsa da tərəflərin birgə təsərrüfat aparmadığı nəzərə alınmamışdır. Məhkəmə öz mülahizələri əsasında iddaçının mənzil üzərində payını müəyyən edərək, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarına, formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir.
40. İddiaçı evin alınmasına sərf olunmuş 120.000 manat pulun birgə vəsait olmasını sübut edə bilməməmiş, məhkəmə isə buna baxmayaraq əmlak üzərində payları bərabər qaydada bölmüşdür.
41. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)- 1018/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etirazında İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-1018/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
44. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1018/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Qərarlar:
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
48. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-1018/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
53. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-1018/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər 17 may 2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından bir övladları doğulmuşdur. Lakin sonradan münasibətləri pisləşdiyindən aralarında bağlanmış nikah İsmayıllı Rayon Məhkəməsinin 2(037)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin nikahda olduqları müddətdə Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə1632 nömrə ilə qeydə alınmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil 120000 manata satın alınmışdır. İddiaçı cavabdehlə birgə nikahları müddətində alınmış həmin mənzildən bərabər payının müəyyən edilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının evin alınmasına sərf olunmuş 120.000 manat pulun birgə vəsait olmasını sübut edə bilməməməsi, məhkəmənin evin alınmasına sərf edilmiş pulun haradan əldə edilməsini dəqiqləşdirməməsi, tərəflərin birgə təsərrüfat aparmamasını nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli AZ-T № 051831 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə nikah qeydə alınmışdır.
58. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1632 nömrə ilə qeydə alınmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X6 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzili 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh 120000 manata satmışdır.
59. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
60. Həmin Qərarın 3.6-cı bəndində göstərilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır.
61. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatının Şahid3 adında olan faktiki olaraq Cavabdeh məxsus və iddiaçı ilə nikahdan hələ 4 il əvvəl alınmış mənzil hesabına əldə olunması, 20.000 manatının isə alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə öz vəsaiti hesabına toplanmasına, tərəflərindən təqdim edilmiş sübutlarla Cavabdeh mübahisəli mənzili alarkən, mənzilin dəyəri olan 120.000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməməsinin təsdiq olunmasına, mənzilin alınması onun qardaşı Şahid5 və onun arvadı Şahid6 20.000 manat borc almasına, iddiaçının heç bir yerdə işləməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
63. Həmin Qərarın 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
64. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, mülki qanunvericilikdə faktiki mülkiyyət deyil, mülkiyyət anlayışı nəzərdə tutulmuşdur. Mülkiyyətin əldə edilməsi əsasları qanunvericilikdə təsbit edilməklə, mübahisəli mənzilin əldə edilməsindən əvvəl məhz cavabdehin mülkiyyətində olmuş digər bir mənzilin satılması, mübahisəli mənzilin alınmasında məhz əvvəldən cavabdehin mülkiyyətində olmuş mənzilin satışından əldə edilmiş vəsaitin sərf edilməsi halı müəyyən edilməmişdir.
65. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikah münasibətlərində olduqları dövrdə əmlakın əldə edilməsində onların birgə nikahda olduqları dövrdə alınmış borcdan istifadə edilməsi əmlakda payın müəyyən edilməsini istisna etmir və payın həcmini dəyişdirən hal deyildir.
66. Bu cavabdehin borcla bağlı məsələni ayrıca icraatda mübahisələndirmək imkanını istisna etmir.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə təqdim etdikləri sübutların araşdırılmamasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, prosessual hüquq normalarının pozuntusu halına yol verilməmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)- 1018/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1018/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.